Axtarış
The search found 105857 results in 0.264 seconds.
Search results
ASO-dan PKK-nı titrədən sözlər
Azad Suriya Ordusu (ASO) nəzdindəki Sultan Murad briqadasının komandiri Əhməd Osman, terror təşkilatı YPG/PKK-nın İŞİD ilə mübarizə bəhanəsi ilə Suriyanın şərqində varlıq göstərdiyini, Fəratın şərqində İŞİD-ın olmadığı Tel Abyad, Rakka, Hasekə kimi bölgələrə əməliyyat keçirmək üçün hazır olduqlarını deyib.
Osman, İranın Suriyadakı rolu, Bəşşar Əsəd rejiminin strategiyaları və Fəratın şərqindəki terror təşkilatı YPG/PKK varlığı ilə bağlı Anadolu Agentliyinə açıqlama verib.Muxalifet3 - 30-11-2018
ATƏT Gürcüstanla bağlı hesabat yaydı: Seçki... - VİDEO
ATƏT-in Seçki Müşahidə Missiyası Gürcüstandakı prezident seçkisinin ikinci turuyla bağlı hesabat yayıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, hesabatda təşkilat seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, administrativ resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentləri qeydə aldığını bildirib:
Muxalifet4 - 30-11-2018
"Deyəsən, dərmanın dozası artıq olub" - SPİKER DEPUTATA
“Dərman vasitələri haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı layihədəki bəzi sözlər millət vəkillərinin etirazına səbəb olub.
Belə ki, millət vəkili Tahir Kərimli dərmanın təsiri ilə bağlı “effektiv” sözünün, “səmərəli” sözü ilə əvəz edilməsini təklif edib. O, qanunların dilində milli sözlərin istifadəsinin mütləq olduğunu deyib. Millət vəkili bəzi qanun layihələrinin qəbul edilib, prezidentə təqdim edilənə qədər Dil Komisiyasının müzakirəsinə verilməsini də təklif edib.
Muxalifet4 - 30-11-2018
Rusiyanın Krım səfərbərliyi - S-400-lərdən sonra YENİ HƏMLƏ
Rusiya Krıma “Pantsir-S1” hava hücumundan müfadiə üçün raket-mərmi sistemlərini yerləşdirməyi qərara alıb. Rusiya Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Vadim Astafyevin açıqlamasına görə, Pantsir-S1 raketləri ilin axırına qədər bölgədə qalacaq. Hava hücumuna qarşı güclü müdafiə təmin edən raketlərin təqribən 12-18 ədədinin bölgədə yerləşdirilməsi nəzərdə tutulur.
Muxalifet4 - 30-11-2018
"Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz" - MERKEL
"Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz".
Muxalifet.az xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.
Muxalifet4 - 30-11-2018
Azərbaycanda canavar TƏHLÜKƏSİ – Onları öldürən...
Xəbər verdiyimiz kimi, ötən gün Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.
Gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.
Canavarların insanlara hücum etməsi bəzi sualları gündəmə gətirir.
Öz yaşayış areallarını qoyub kəndə hücum edən yırtıcıların sayı çoxala bilərmi?
Digər tərəfdən bəzi ucqar ərazilərdə insanların yaşayış məskənlərinin meşələrə yaxın yerlərdə salınması təhlükə riskini artıra bilərmi?
Muxalifet4 - 30-11-2018
Dərmanlarla bağlı bu tələbləri pozanlar CƏZALANDIRILACAQ
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
Dəyişikliklə Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.
Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.Muxalifet - 30-11-2018
Gəncə sakini güllələndi - POLİS ƏMƏLİYYAT KEÇİRDİ...
Gəncə şəhərində silahlı insident baş verib.
Hadisə noyabrın 30-da, gecə saat 1 radələrində qeydə alınıb.
Şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Arif Həsənov saxlanılıb.
Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.
Muxalifet4 - 30-11-2018
İsgəndər Xəlilovun qurumundan ETİRAF: Federasiyaların adı var...
Azərbaycan Qış İdman növləri Federasiyasında problemlər davam edir. Belə ki, qurum hələ də idmançı tapa bilmir. Bu səbəbdən də sözügedən federasiyaya daxil olan digər qurumlar fəaliyyətini qeyri-rəsmi şəkildə dayandırıb.
Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev Unikal.org-a açıqlamasında təkcə fiqurlu konkisürmə idman növünü inkişaf etdirə bildiklərini etiraf edib:
Muxalifet4 - 30-11-2018
Paşinyan Əliyevin ona vaxt verməsindən DANIŞDI və... – Ordumuz nə vaxt hərəkətə keçə bilər?
“Ermənistan-Azərbaycan sərhədində gərginlik görünməmiş səviyyədə aşağı enib”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, təmas xəttində toqquşmalardan ölənlərin sayı da son illərlə müqayisədə çox aşağıdır.Muxalifet - 30-11-2018
“Fransadakı olayların arxasında ABŞ dayanır”
Fransada yanacaqdoldurma qiymətlərinin artırılması bəhanəsi ilə "Sarı Jiletlər" adlı hərəkatın başladığı aksiyalarda Fransız polisi ilə nümayişçilər arasında baş verən zorakılığı və hadisələrin arxa planını deşifrə edən professor Ulağlı, prosesə münasibət bildirib.
Professor Ulağlı, Fransadakı hadisələrin, ABŞ prezidenti Donald Tramp ilə Fransa prezidenti Emmanuel Makronun görüşündən dərhal sonra başlanmasının düşündürücü olduğuna diqqəti çəkib.
Hazırda Fransada ABŞ siyasətinə qarşı bir üsyankarlıq olduğunu bildirən Ulağlı, prosesi belə şərh edib:Muxalifet3 - 30-11-2018
Ermənistada hərbi polislər qəzaya düşdü - Yaralılar var
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları qəzaya düşüb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə İrəvan-Sevan-İcevan yolunun 103-cü kilometrliyində baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb.
Nəticədə avtomobildə olan sürücü 27 yaşlı Ayk.Ş və onun sərnişinləri 23 yaşlı Araik.D, 26 yaşlı Karen.T xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Onların vəziyyətinin ağır olduğuu bildirlir.Muxalifet - 30-11-2018
Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırıldı
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan prezident seçkisinin tarixi ilə bağlı ziddiyyətin aradan qaldırılması Milli Məclisin plenar iclasında müzakirə edilib.
Millət vəkili Azay Quliyev Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə məlumat verib. O bildirib ki, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.Muxalifet - 30-11-2018
Əsəd rejimi ABŞ vətəndaşını işgəncəylə öldürdü
Suriyadakı Bəşşar Əsəd rejiminin 2 il əvvəl saxladığı ABŞ vətəndaşı aktivist Leyla Şüveykani-nı işgəncə edərək öldürdüyü bildirilib.
London mərkəzli Suriya İnsan Haqları Komitəsi (SHRC) tərəfindən edilən açıqlamada, Əsəd rejiminin 2016-ci ildə saxladığı 28 yaşlı Şüveykani-nin ölüm xəbəri 4 gün əvvəl ailəsinə çatdırıldığı qeyd olunub.
“SHRC”-nin açıqlamasında, Şüveykanidən ən son 26 dekabr 2016-da paytaxt Dəməşqdəki Adra həbsxanasında saxlandığı zaman xəbər alındığı, ancaq o tarixdən sonra ailənin qızları ilə əlaqəsinin kəsildiyi qeyd edilib.Muxalifet3 - 30-11-2018
Bu dəfə Putin oyuna girir... - VƏLİƏHDLƏ ANLAŞMA
ABŞ prezidenti Donald Trampın Səudiyyə kralı əlbir olub neftin qiymətini kəskin aşağı salmasından sonra oyuna Rusiya prezidenti Vladimir Putin daxil olur. Virtualaz.org xəbər verir ki, Argentinada bu gün işə başlayan G20 sammiti çərçivəsində Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi , müxalif jurnalist Camal Xaşoginin öldürülməsinə görə hədəfdə olan Məhəmməd bin Salmanla görüşündə hasilatın artırılması barədə razılıq əldə edəcək. Bu razılaşmanın dekabrın əvvəllərində Vyanada keçiriləcək OPEC+ toplantısında rəsmiləşdiriləcəyi gözlənilir.
Muxalifet - 30-11-2018
Zurabişvili Qərbə doğru: Gürcüstanda erməni təhlükəsi - ŞƏRH
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hələlik xarici siyasət kursunu elan etməyib. Lakin onun ilk səfərini Avropa ölkələrinə edəcəyi barədə açıqlaması Zurabişvilinin Qərbə istiqamətlənən siyasət yürüdəcəyindən xəbər verir.
Qonşu ölkənin ilk qadın rəhbəri Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı olmadığı qənaətindədir. Belə olduqda, Tbilisi ilə Moskva arasında soyuq münasibətlərin bundan sonra da davam edəcəyi gözlənilir.Muxalifet - 30-11-2018
Kişilərdən sürücü xanımlara İRAD: “Telefonla çox oynamasınlar, bizi ləngidirlər” - VİDEO
Yollarda qadın sürücü görmək, artıq heç kəsi təəccübləndirmir. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qadınlar kişilərlə bərabərhüquqlu şəkildə avtomobil idarə edirlər. Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, zərif cinsin nümayəndələri sükan arxasında əvvəlki illərlə müqayisədə indi daha rahat qəbul edildiklərini deyirlər. Xanım sürücü: "Hal-hazırda çox rahat idarə edirəm. 6, 7ildir ki, sürürəm və indiyədək ətrafdan heç bir narahatçılıq, heç bir narazıçılıq yoxdur". Xanım sürücü: "Mən Avropada da maşın sürmüşəm.
Muxalifet - 30-11-2018
“Azərbaycanın Rusiyaya qarşı iradları əsassızdır” – Mariya Zaxarova
“Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Sahakyanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın vasitəçilik missiyasına zidd deyil”.
“Report” xəbər verir ki, bunu brifinq zamanı verilən sualı cavablandıran Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bildirib.
Muxalifet - 30-11-2018
Türkiyə mediasından ŞOK İDDİA: "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray" satılır
Türkiyənin üç böyük klubu “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray” xarici şirkətlərə satılacaq. Bu iddia Türkiyənin “Aydınlıq” qəzetinin yazarı Sabahddin Önkübar tərəfindən səsləndirilib. Yazar yayımladığı son yazısında türk futbolunda maliyyə məsələləri və klubların satılacağı haqqında faktları dəyərləndirib: “Bu gün futbolumuzun markaları olan dörd böyük klub maliyyə baxımından uçurumun kənarındadır. “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor”un borcu toplamda 9 milyard tl-dən də çoxdur. Klublar, nəinki, borclarını, borclarının faizini belə ödəyə bilməyəcək vəziyyətdədir.
Muxalifet - 30-11-2018
Vaşadzedən təhqiramiz sözlər: “Bu axmaqlıqdır, mən onu tanımıram…”
Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticəsini tanımıram.
Muxalifet.az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasından Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadze deyib.
Vaşadze seçkilərin nəticəsini “axmaqlıq”adlandırıb:
“Bu axmaqlıqdır və bu axmaqlığı tanımıram”.
O, seçkilərin nəticələrinin saxtalaşdırıldığını və kampaniya dönəmində seçicilərin şəxsi e-mail hesablarından onun əleyhinə istifadə edildiyini vurğulayıbMuxalifet - 30-11-2018