Axtarış

The search found 105857 results in 0.183 seconds.

Search results

  1. ​Bu günə olan valyuta məzənnələri

    Azərbaycan Mərkəzi Bankı 30 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, noyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
    Manata nəzərən avronun məzənnəsi 1,9367 manat təşkil edir.
    1 türk lirəsi 0,3297 manat, 1 rus rublu 0,0257 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6950 manatdır.

    Muxalifet - 30-11-2018

  2. Dünyanın 20 liderini qonaq edəcək Argentinanın ƏN QORXDUĞU AN - Donald Tramp və Putin...

    Bu gün "Böyük İyirmilik" (G20) liderlər zirvəsi öz işinə başlayacaq. Dünyanın ən güclü 20 iqtisadiyyatına sahib ölkənin liderlərinin bir araya gəldiyi 2 günlük zirvə Argentinada baş tutacaq.

    Muxalifet.az  Publika.az-a istinaden xəbər verir ki, artıq dünəndən etibarən dünya liderləri görüş üçün paytaxt Buenos-Ayresə səfər etməyə başlayıb.

    Muxalifet - 30-11-2018

  3. Argentinalı hakim Səudiyyə şahzadəsi üçün məhəkəmə yolunu açdı

    Səudiyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman, G-20 zirvəsi üçün Argentinaya səfər edib. Səudiyyə şahzadəsi Argentinada qırmızı xalça ilə qarşılanıb. Argentinalı bir federal hakim isə Yəməndə insanlıq cinayəti işlədiyi səbəbiylə şahzadə üçün hüquqi presedur başladıb.
     

    Muxalifet3 - 30-11-2018

  4. ​Jirinovskinin oğlu ABŞ-dan foto paylaşdı - Rusiyada aləm bir-birinə dəydi

    Rusiya Liberal Demokratik Partiyasının lideri, Vladimir Jirinovskinin oğlu, deputat İqor Lebedev özünün Facebook səhifəsində ABŞ-ın Mayami-Biç şəhərində çəkdiyi şəkilləri paylaşıb.
    Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, bu paylaşım Rusiyanın bəzi siyasətçiləri tərəfindən qınanılıb.
    İqor paylaşdığı şəkillərə “Mayami, səni sevməyə dəyər” cümləsini də əlavə edib.

    Muxalifet - 30-11-2018

  5. Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

    AzərTac-ın xəbərinə görə, təbrik mətnində deyilir:

    “Hörmətli xanım Zurabişvili,

    Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Muxalifet - 30-11-2018

  6. Qaşıqçı cinayətində yeni gəlişmə: HƏBS EDİLƏCƏKLƏR

    Camal Qaşıqçı cinayəti üçün İstanbula gələn 15 nəfərlik Səudiyyə edam qrupunun da aralarında olduğu 18 şübhəli, İstanbul Baş Prokurorluğunun tələbi ilə görüldükləri yerdə həbs olunacaqlar.
     
    Baş Prokurorluq, 18 şübhəlinin Türkiyəyə ekstradisiya edilməsi məqsədiylə Səudiyyə Ərəbistanına tələbnamə göndərib.
    İstanbul Baş Prokurorluğu, 18 şübhəli haqqındakı həbs qərarını Türk Cəza Qanununun 81 və 82/1-a-b maddələrinə uyğun olaraq verdiyi bildirilib.
    Müxalifət.az
     

    Muxalifet3 - 30-11-2018

  7. ​Paşinyanın Qarabağ addımlarının sirri ortaya çıxdı: o istəyir ki... - Ruslar HƏR ŞEYİ AÇDI

    Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır.
    Paşinyanın lideri olan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etdi.

    Muxalifet - 30-11-2018

  8. Suriya mənşəli 2 YPG-li terrorçu İstanbulda yaxalandı

    İstanbul Terrorla Mübarizə (TEM) Şöbəsinin əməkdaşları terror təşkilatı PKK / KCK 'nın Suriya qolu olan YPG / PYD terror təşkilatı içərisində fəaliyyət göstərən və qeyri-qanuni yollardan Türkiyəyə girən 2 şübhəlinin İstanbulda olduğunu müəyyən edib. TEM komandasının dəstəyi ilə ötən bazar ertəsi keçirilən əməliyyatda Suriya vətəndaşı olan iki YPG-li terrorçu saxlanılıb.
    Şübhəlilər, dünən məhkəmə tərəfindən həbs olunub.
    Müxalifət.az

    Muxalifet3 - 30-11-2018

  9. ATƏT Gürcüstanla bağlı hesabat yaydı: Seçki necə keçirilib?

    ATƏT-in Seçki Müşahidə Missiyası Gürcüstandakı prezident seçkisinin ikinci turuyla bağlı hesabat yayıb.
    Hesabatda təşkilat seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, administrativ resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentləri qeydə aldığını bildirib:

    Muxalifet - 30-11-2018

  10. ​“Trampın Putinlə görüşü ləğv etməsi barədə rəsmi informasiyası yoxdu” - PESKOV

    Kremldə Vladimir Putinlə Donald Trampın görüşünün ləğv olunması haqda rəsmi məlumat yoxdur.
    Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarında Putinin Argentinaya üçduğu bildirilir.
    Rusiya prezidentinin mətbuat katibi D.Peskov bəyan edib ki, Moskvanın Trampın Buenos-Ayresdə G-20 sammitində Putinlə görüşü ləğv etməsi barədə rəsmi informasiyası yoxdur. "Biz  Argentinaya uçuruq. Hələlik yalnız tviti görmüşük" -İnterfaks agentliyi sitat gətirib.

    Muxalifet4 - 30-11-2018

  11. ABŞ Senatı yekdilliklə Rusiyanı Ukraynaya qarşı təcavüzkar hərəkətlərinə görə ittiham etdi

    ABŞ Senatı yekdilliklə Rusiyanın Ukraynaya qarşı Kerç boğazında təxribat xarakterli hərəkətlərini qınayan qətnamə qəbul edib.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd respublikaçı Ron Conson (Viskonsin) və demokrat Kris Merfi (Konnektikut) tərəfindən hazırlanıb.

    Qətnamənin məcburi qüvvəyə malik olmaması onun yekdilliklə hər iki parityaya məxsus senatorlar tərəfindən dəstəklənməsinə mane olmayıb.

    Muxalifet - 30-11-2018

  12. Həbsxanadan 113 məhkum qaçdı

    İndoneziya əyalətində 113 məhkumun həbsxanadan qaçdığı bildirilib.
     
    “Kompas” qəzetinin verdiyi məlumata görə, əyalətin paytaxtı Bandə Açe-də olan həbsxanada tutulan 726 məhbusdan keçən gecə yaranan qarşıdurmadan istifadə edərək 113 məhkum qaçıb.
    Hadisədən sonra fərqli məkanlarda 20 qaçaq məhbus tutularaq həbsxanaya göndərilib. Digər məhkumların axtarışı isə davam edir.
    Qarışıqlığın səbəbi açıqlanmasa da, hadisə ilə əlaqədar istintaq başladıldığı bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 30-11-2018

  13. ​Kiyevdən ŞOK BƏYANAT: 48-ni öldürdük, daha 40-nı... – Canlı EFİRDƏ AÇIQLADI

    Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir.
    Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin TSN telekanalının efirində bildirib.
    Nazir son zamanlar Kiyevin artıq Moskva ilə 48 ikitərəfli razılaşmanı “öldürdüyü” deyib. Klimkin həmçinin vurğulayıb ki, Kiyev əslində Rusiyayla bütün ikitərəfli müqavilələrə yenidən baxır, çünki onun sözlərinə görə, 2014-cü ilə qədər bağlanmış razılaşmalar heç bir məna daşımır.

    Muxalifet - 30-11-2018

  14. Kremldən açıqlama: PUTİN GÖRÜŞƏ HAZIRDIR

    ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Putin ilə keçirəcəyi görüşü ləğv etməsiylə əlaqədar olaraq açıqlama verən Kremlin sözçüsü Peskov, "Bütün olanlara baxmayaraq yenə də Putin, Tramp ilə görüşməyə hazırdır" deyib.
     

    Muxalifet3 - 30-11-2018

  15. ​Əsrin ən vəhşi cinayətkarı: 24 il qızını zirzəmiyə həbs edib zorlayan ata

    Jozef Fritzl bütün dünyada nifrətlə anılan insandır.
    “Ölkə.Az” xəbər verir ki, Jozef öz doğma qızını 24 il zirzəmiyə həbs edib onu zorlayan bir canidir.
    Fritzl 1935-ci ildə Amsterdamda anadan olub. Rozmari adlı qadınla evlənib. Arvadı ondan çox qorxurdu. Cütlüyün 7 uşağı dünyaya gəlib. Fritzl elektrik mühəndisi idi. Əvvəlcə ona hörmətlə yanaşsalar da, sonradan bir qadını zorladığı üçün 1.5 il həbsdə yatır. O, həbsdən çıxdıqdan sonra heç nə olmamış kimi həyatına davam etsə də, qızı Elizabeti zorlamağa başladı.

    Muxalifet - 30-11-2018

  16. “Hafka” rəsmi arayış aldı: bir qəpik də borcu yoxmuş... - BƏS 772 MİLYON MANAT?

    “Hafka” kimi tanınan keçmiş oliqarx Hafiz Məmmədov “Azərbaycan Kredit Bürosu” MMC-dən bütün şirkətləri üzrə Azərbaycan Beynəlxalq Bankına heç bir ödənilməmiş kreditlərinin olmadığını təsdiq edən rəsmi arayış alıb. “Hafka” bu arayışın surətini virtualaz.org-a təqdim edib.

    Muxalifet - 30-11-2018

  17. Külək 76 ağacı aşırdı - Daha çox Yasamal və Nəsimi rayonlarında

    Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb.

    Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə verdiyi məlumata görə, bu saata qədər paytaxtda müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub:

    Muxalifet - 30-11-2018

  18. ​Rusiyalıların bu ölkəyə girişi QADAĞAN EDİLDİ

    Muxalifet.az xəbər verir ki, Ukrayna dövləti 16-60 yaş arasındakı Rusiya vətəndaşlarının bu ölkəyə daxil olmasını qadağan edib.
    Məlumatı “Röyters” informasiya agentliyi yayıb.

    Muxalifet - 30-11-2018

  19. Senatorlardan Trampa “Qaşıqçı” təpkisi

    Tramp rəhbərliyinin Camal Qaşıqçı cinayətini örtmə səyləri Respublikaçı senatorları belə narahat etməyə başlayıb.
     

    Muxalifet3 - 30-11-2018

  20. ​Dekabrın 1-i və 2-si bu insanlar üçün TƏHLÜKƏLİDİR - XƏBƏRDARLIQ

    Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir.
    AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq:

    Muxalifet - 30-11-2018

Pages