Axtarış
The search found 105857 results in 0.11 seconds.
Search results
Bu xanım Azərbaycan kubokunun qalibi oldu
Noyabrın 29-da Şüvəlandakı Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku start götürüb.
Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibin müəyyən edilməsi uğrunda zərif cinsin nümayəndələrinin mübarizəsində Səbinə Əzimova fəxri kürsün ən yüksək pilləsinə qalxıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb.Muxalifet3 - 29-11-2018
Mistura vəzifədən gedir: Əlimdən gələni edəcəyəm ki...
Suriya Konstitusiya Komitəsinin qurulması ilə bağlı maneələrin aradan qaldırılması üçün əlimdən gələni edəcəyəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri 2018-ci ilin dekabrın 31-də vəzifədən gedəcək olan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.
O, həmçinin Rusiya, İran və Türkiyənin İdlibdə gərginliyin azaldılması ilə bağlı səylərini də təqdir edib.
Muxalifet3 - 29-11-2018
Bakının bu rayonunda qaz olmayacaq
Bakının Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Muxalifet3 - 29-11-2018
Fransa çıxılmaz girdabda: Yeni etiraz dalğası başlayır
Fransada dizel yanacağının qiymətinin artırılmasından sonra 2019-cu ilin fevralında elektrik enerjisinin qiymətinin də 3-4 faiz artacağı gözlənilir.
Muxalifet.az xəbər verir ki, yerli mətbuat elektrik enerjisinin qiymətinin artırılmasının yeni etiraz dalğasına səbəb olacağından yazır.Muxalifet3 - 29-11-2018
“Heç kim Elza Seyidcahana "sən şair deyilsən" deyə bilməz…” – Deputatdan AÇIQLAMA
Xalq artisti Rasim Balayevin Əməkdar artist Elza Seyidcahanı sərt tənqid etməsi barədə məlumat vermişdik. Xalq artisti CVN TV-də çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib.
"Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən", - deyə Rasim Balayev vurğulayıb.
Yeniavaz.com saytı xalq artistinin bu fikirləri ilə bağlı deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərovdan münasibət öyrənib.Muxalifet3 - 29-11-2018
Ukraynalı komandan: Ruslara özümüzü göstərməli idik...
Kerç boğazında və Azov dənizində özümüzü göstərməli və gəmilərimizin nələr edə biləcəyini ortaya qoymalı idik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı İqor Voronçenko deyib.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
Muxalifet3 - 29-11-2018
Ermənilər Rusiyada çirkli pulları yuyurlar - Mixaylov
Almaniya mətbuatının Avropadakı erməni mafiyasının bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqəsi barədə araşdırması təəccüb doğurmamalıdır, çünki bu, həqiqəti əks etdirir.
Bunu trend -ə rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov “Der Spiegel” qəzeti və MDR telekanalında yer almış araşdırma məqalələri şərh edərkən deyib.
Y.Mixaylovun sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın “qanuni oğrularla” əlaqələri məlumdur və sirr deyil ki, həmin “oğrulardan” bəziləri Rusiyada təqib olunarkən məhz Ermənistanda gizlənib:Muxalifet3 - 29-11-2018
Gürcüstan müxalifəti daha bir seçki istədi
Gürcüstan müxalifəti prezident seçkilərinin ikinci turunun nəticələrini tanımır.
Muxalifet.az xəbər verir ki, bunu Birləşmiş müxalifətin prezidentliyə namizədi olan Qriqol VaşadzeTbilisidə Filarmoniya binasında tərəfdarları ilə görüşdə deyib.
O bildirib ki, birləşmiş müxalifət Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.
Prezidentliyə keçmiş namizəd bazar günü paytaxtın Rustaveli prospektində bu tələblə aksiyanın keçiriləcəyini bəyan edib.Muxalifet3 - 29-11-2018
Yeznəsini və bacısının qayınatasını güllələyənlə bağlı qərar verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Tarverdiyevin əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.
Bu maddə ilə ona üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.Muxalifet3 - 29-11-2018
ABŞ-ın Cənubi Qafqaz ssenarisi: 2019-cu ildə...
ABŞ-ın “Stratfor” analitik mərkəzi gələn il üçün apardığı təhlillər və verdiyi proqnozlarla narahatlıq yaradıb. Onun qənaətlərinə görə, 2019-cu ildə Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması vardır. “Stratfor” hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq.
Muxalifet3 - 29-11-2018
SON DƏQİQƏ: Neft sürətlə ucuzlaşır: bizi nə gözləyir?
Son günlərdə dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır. Bu dəqiqələrə olan məzənnəyə görə WTI markalı neftin qiyməti 49,81 dollar, Brent markalı neftin qiyməti isə 58,37 dollardır. Azərbaycanın 2019-cu il dövlət büdcəsində isə neftin qiyməti 60 dollar götürülüb. Sabah Azərbaycanın "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü - yekun oxunuşda müzakirəyə çıxarılacaq.
Bəs neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda 2019-cu il dövlət büdcəsində neftin qiymətinə dəyişiklik ediləcəkmi?Muxalifet3 - 29-11-2018
Kreml bunu gözləmirdi: Tramp Putinlə görüşdən imtina etdi
ABŞ Prezidenti Donald Tramp Argentinada baş tutan G20 ölkələri liderlərinin zirvə sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.
Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri buna səbəb kimi Kerç boğazında yaşanan Rusiya-Ukrayna gərginliyini göstərib.
Trampın bu son qərarı ilə bağlı təfərrüatlı məlumat verilməyib.
Muxalifet3 - 29-11-2018
"Qarabağ" - "Sportinq" - Start heyətlər açıqlandı
Bu gün Avropa Liqasının V tur matçında üz-üzə gələcək "Qarabağ" və Portuqaliya "Sportinq"inin start heyətləri açıqlanıb.
Muxalifet.az xəbər verir ki, meydan sahiblərinin heyətində kapitan Rəşad Sadıqov da meydana çıxacaq. Beləliklə, o, avrokuboklarda 100-cü oyununu keçirəcək.
"Qarabağ": 13. Vaqner, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald GeryeMuxalifet3 - 29-11-2018
Kanadadan Səudiyyəyə sanksiya - Qaşıqçı cinayəti
Camal Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanının 17 vətəndaşına qarşı sanksiya qəbul etdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kanada Xarici İşlər naziri Kristia Frilənd deyib.
Onun sözlərinə görə, Qaşıqçı cinayətində əli olan şəxslərin hesabları dondurulub və onların Kanadaya girişi qadağan edilib.
Qeyd edək ki, səudiyyəli jurnalist C.Qaşıqçı Səudiyyənin İstanbul Baş Konsulluğunda vəhşicəsinə öldürülüb.
Onun ölümü ilə bağlı istintaq hələ də davam edir.
Muxalifet3 - 29-11-2018
ABŞ mətbuatı yazdı, Tramp Putinlə görüşdən İMTİNA ETDİ - Təhlil
“Wall Street Journal” nəşri: Putini Ukrayna üçün cəzalandırmaq lazımdır…
Həftə sonu Rusiyanın Ukrayna hərbi gəmilərinə hücumu ölkələr arasında onsuz da mövcud olan gərginliyi daha da artırdı. ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri yazır ki, prezident Tramp bu hadisədən "narazı" olduğunu bəyan etdi, dövlət katibi Mark Pompeo isə "Rusiyanın aqressiv hərəkətlərini" qınadı. Müəllifin fikrincə, amma bütün bunlar yetərli deyil:Muxalifet4 - 29-11-2018
Türkiyə Ukraynaya görə buna getməyəcək - Rusiyalı ekspert
Türkiyə Ukraynaya görə, “Montrö” sazişini pozmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xalqlararası Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko Ukraynanın bu yöndə olan tələbini şərh edərkən deyib.
“II Dünya müharibəsində belə Türkiyə bu sazişi pozmadı. SSRİ-yə düşmən olan NATO-ya üzv olmasına baxmayaraq, Türkiyə Soyuq müharibə dövründə də bu razılaşmaya riayət etdi. İndi isə Türkiyənin “Montrö” sazişini pozacağı ilə bağlı heç bir gözlənti yoxdur”, - deyə ekspert bildirib.Muxalifet3 - 29-11-2018
Xəzərdə suyun səviyyəsi niyə azalır? - Səbəb açıqlandı
Yer kürəsində göl sularının 40 faizi dünyanın ən böyük daxili su hövzəsi - Avropa və Asiya arasında uzanıb gedən Xəzər dənizindədir. Böyük akvatoriyasına görə “dəniz” adlanan Xəzər, həmçinin Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahilləri boyu nəhəng regionun iqlimini müəyyən edən unikal ekoloji sistemdir. Hazırda bu dəniz-göl özü də qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin təsirinə məruz qalıb və bunun nəticəsində su hövzəsinin səthində temperatur 1 dərəcə selsi yüksəlib. 2015-ci ilə doğru Xəzərdə suyun səviyyəsi 1,5 metr düşüb və bu proses davam etməkdədir.
Muxalifet3 - 29-11-2018
2000 metr yüksəklikdə turizm bölgəsi yaradıldı - Sərəncam
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan Şahbuz rayonunun Ağbulaq kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.Muxalifet3 - 29-11-2018
ABŞ-dan İrana ağır ittiham
ABŞ Dövlət departamentinin xüsusi nümayəndəsi Brayan Huk İranın Əfqanıstanda “Taliban” silahlılarına dəstək verdiyini bəyan edib.
Muxalifet.az xəbər verir ki, o, Tehranın 2007-ci ildən taliblərə dəstək verdiyini bildirib.
Huk qeyd edib ki, İran “Taliban”a maddi yardım göstərir.
Xatırladaq ki, bir müddət əvvəl İran prezidenti Həsən Ruhani dünya müsəlmanlarını ABŞ-a qarşı birləşməyə çağırıb.
Muxalifet3 - 29-11-2018
Ağır xəstəlikdən əziyyət çəkən azərbaycanlı məşhur vəfat etdi - VİDEO
Tanınmış jurnalist Rafiq Salmanov dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə a24.az-a mərhum jurnalistin dostları məlumat verib. Bildirilib ki, Azərbaycan fotojurnalistikasının tanınmış nümayəndəsi R.Salmanov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Qeyd edək ki, R.Salmanov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və “Qızıl qələm” mükafatları laureatıdır. O, “Azərbaycan pioneri”, “Vışka”, “Xalq qəzeti” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir işləyib.Muxalifet3 - 29-11-2018