Axtarış

The search found 105857 results in 0.093 seconds.

Search results

  1. Əflatun Amaşov Yerevanda məscidə getdi - FOTOLAR

    Ermənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilib. 

    Muxalifet4 - 29-11-2018

  2. ​Aldadılan ər evə tez gələndə arvadının sevgilisi ÖZÜNÜ 4-CÜ MƏRTƏBƏDƏN BELƏ ATDI (VİDEO)

    Çində evli qadınla münasibəti olan şəxs sevgilisinin əri evə tez gəldiyinə görə çılpaq halda özünü binanın 4-cü mərtəbəsindən aşağı atıb.
    Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, iddiaya görə, münasibətdə olduğu qadının əri evə gələndə gizlənməyə yer tapa bilməyən şəxs özünü aşağıdakı boşluğa ataraq zibil qutusuna düşüb. Həmin şəxsin özünü atmasını ətrafdakılar telefonla kameraya çəkiblər. Ətrafdakılar polisə və təcili tibbi yardıma zəng ediblər. Yerə düşən şəxs xəstəxanaya aparılıb və onun onurğasının qırıldığı məlum olub.
     

    Muxalifet - 29-11-2018

  3. Ağalarovların təşkil etdiyi həmin görüş barədə Tramp nə deyib? - PROKURORUN SUALI VƏ PREZİDENTİN ONA CAVABI...

    ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin prezident Donald Trampa ünvanladığı suallar və prezidentin bu suallara verdiyi cavabların məzmunu KİV-lərə sızdırılıb. Virtualaz.org xəbər verir ki, Amerika telekanalları xüsusi prokurorun prezident Trampa göndərdiyi suallardan ikisi barədə məlumat yayıb.

    Muxalifet - 29-11-2018

  4. ​Bakıda gölü ikiyə bölən yol: işlər tamamlanır - Foto

    20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək Böyük Şor gölü üzərində inşa edilən yol bu il istifadəyə veriləcək.
    Bu barədə Muxalifet.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən yolda işlər fasiləsiz olaraq davam etdirilir.

    Muxalifet - 29-11-2018

  5. ​ABŞ-dan Türkiyəyə qarşı gözlənilməz ADDIM: S-400-lərlə bağlı gizli hesabat ÜZƏ ÇIXDI

    Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisteminin alması yalnız “F-35” qırıcılarının təhvil verilməsini deyil, ABŞ şirkətləri tərəfindən istehsal edilən “CH-47F Chinook” helikopteri, “F-16” qırıcıları və “UH-60 Black Hawk” helikopterlərinin alışına də təsir edəcəyi bildirilib.
    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə verdiyi gizli hesabatda yazılıb.
    “Blomberq”in xəbərinə görə, Türkiyə ABŞ üçün hər nə qədər əhəmiyyətli bir əməkdaş olsa da, Pentaqon Rusiyadan silah alışına görə Türkiyənin bu əməkdaşlığa davam edib-etməyəcəyini yenidən dəyərləndirəcək.

    Muxalifet - 29-11-2018

  6. ​Dekabrın hava proqnozu: Güclü külək və yağışlar... - Umayra Tağıyeva

    Dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi əsəcək.
    Bunu Muxalifet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
    Onun sözlərinə görə, dekabr ayına olan ilk hava proqnozuna görə, gələn ay havanın temperaturu, demək olar ki, ölkə ərazisində iqlim norma göstəricilərindən çox fərqlənməyəcək:

    Muxalifet - 29-11-2018

  7. AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”

    Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində Bakıda daha üç Rusiya universitetinin filialı açılacaq.
    Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filialları açılacağı xəbər verilir.

    Muxalifet - 29-11-2018

  8. Azərbaycandakı gürcüstanlılar kimə səs verib? - NƏTİCƏLƏR ELAN OLUNDU

    Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turu ilə bağlı bu ölkənin Azərbaycandakı səfirlyinidə yaradılmış üç seçki məntəqəsi üzrə səsvermənin nəticələri açıqlanıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, diplomatik nümayəndəlikdə səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenidəstəkləyib.
    Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata əsasən, Bakıda fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə nəticələr belədir:

    Muxalifet - 29-11-2018

  9. ​Bu meyvəni yeyən qadınlar hamilə qalır

    Sağlam qidalanma qadının hamilə qalmaq şansını artırır.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi ərzaqların hamiləlik şansını yüksəltdiyi elmi baxımdan da sübut olunub. Türkiyəli ginekoloq Betül Görgen bu barədə önəmli məlumatlar verib:
    "Aralıq dənizi pəhrizinə daxil olan bəzi qidaların tərkibindəki yağlar süni mayalanma etdirən qadınların hamilə qalmaq şansını üç dəfə artıra bilər. Zeytun, qarğıdalı və fındıq yağlarının fərqli yağ növünü ehtiva edən pəhrizlərlə müqayisədə daha faydalı olduğu sübut edilib”.

    Muxalifet - 29-11-2018

  10. Səfər Əbiyevin oğlu işdən çıxarılıb – “xaricə köçür” iddiası var

    Sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyev işdən çıxarılıb. Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

    Muxalifet - 29-11-2018

  11. ​Ermənistanda əsgər və zabitlərə qarşı BİABIRÇI ADDIM - ŞƏRH

    22 Noyabr tarixində Los Ancelesdə “Hayastan” ümumerməni fondunun illik telemarafonu keçirilib. Bu dəfə “Birlikdə yaradaq” şüarı altında keçirilən pul toplama kompaniyasında xeyriyyə ianələrinin yekun həcmi 11 milyon 109 min 633 dollar təşkil edib. Bu fond vasitəsilə işğal altında olan Qarabağda qanunsuz fəaliyyətlər icra edilir.
    Siyasi analitik Ehtiram Aşırlı Publika.az-a verdiyi açıqlamada bildirib ki, bu ianələrə baxmayaraq, Qarabağdan və cəbhə xəttindən gələn məlumatlar narahatlığa səbəb olmağa başlayıb.

    Muxalifet - 29-11-2018

  12. ​Gürcüstan ilk qadın prezidentini seçdi - Salome Zurabişvili kimdir?

    Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib.
    Muxalifet.az xəbər verir ki, prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Məlumata əsasən, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb.
    Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb. 
    Zaurabişvili və tərəfdarları artıq qələbəni qeyd edirlər. 

    Muxalifet - 29-11-2018

  13. "Daha Avroliqada da oynamağımız asan deyil" - Terim

    "İlk hissədə yaxşı oynadıq. Qol epizodları yaratdıq. Bunlardan birini dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Amma hesabda geri düşdük. Hava soyuq idi, qar yağırdı. Ancaq bəhanə tapmağa ehtiyac yoxdur. Qol vurulana qədər yaxşı oynadıq, qoldan sonra isə yox".

    Qol.az-ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Lokomotiv"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    Muxalifet - 29-11-2018

  14. ​Astarada canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum etdi - Foto

    Noyabrın 29-da səhər saat 8 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.
    Hadisə zamanı 2-si məktəbli olmaqla, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
    Şüvi kənd sakini 25 yaşlı Jalə Firudinzadə birinci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Ana oğlunu qoruya bilsə də, əlindən və sifət nahiyəsindən yaralanıb.

    Muxalifet - 29-11-2018

  15. İran hicaba görə həbs edilən azərbaycanlı tələbə barədə QƏRAR VERDİ - FOTO

    Məcburi hicab geyinməyə etiraz etdiyi üçün həbs edilən azərbaycanlı tələbə, siyasi fəal Röya Səğiri azadlığa çıxıb.
    Təbrizin Mərkəzi Zindanında saxlanılan tələbə İran Ali Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
    24 yaşlı Röya Səğiri İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı (İranda “dey ayı etirazları” adlanır) məcburi hicaba etiraz etdiyinə görə 25 avqustda Təbrizdə saxlanmışdı.

    Muxalifet - 29-11-2018

  16. Ukraynanın 10 regionunda hərbi rejimə keçildi

    Kerç boğazındakı insidentlə əlaqədar bu gündən etibarən Ukraynanın 10 regionunda hərbi rejimə keçilib. Belə ki, hərbi vəziyyətin tətbiqinə dair qanun “Uryadovıy kuryer” hökumət qəzetində dərc olunub və bununla da, qanun rəsmən qüvvəyə minib.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəddə 30 gün ərzində Ukraynanın 10 əyalətində - Vinnitsa, Luqansk, Nikolayev, Sumı, Odessa, Xarkov, Çerniqov, Donetsk, Zaporojya, Xerson əyalətlərində, o cümlədən, Azov-Kerç akvatoriyasının daxili sularında hərbi vəziyyyətin tətbiq olunduğu qeyd edilib. 

    Muxalifet - 29-11-2018

  17. ​Azərbaycan məmurlarını ən çox tənqid edən saytlar – ÖTƏN HƏFTƏNİN STATİSTİKASI

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 29-11-2018

  18. Səfər Əbiyevin işdən çıxarılan oğlu Azərbaycanı TƏRK EDİR

    Sabiq müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılan oğlu Roman Əbiyev Azərbaycanı tərk edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com saytı məlumat yayıb. Saytın yazdığına görə, keçmiş nazirin oğlu Çexiyaya köçəcək. Vəzifəsindən öz xahişi ilə çıxması da xaricə köçməsi ilə əlaqədardır.

    Muxalifet4 - 29-11-2018

  19. ​Qırmızı vərəqəyə görə cəzalandırıldı - 45 min dollar, 10 aylıq həbs və karyeranın sonu

    Cənubi Koreya Futbol Federasiyası "Asan” klubunun formasını geyinən Janq Hak-Yonqa ömürlük futboldan uzaqlaşdırma cəzası verib.
    Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya millisinin futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırılıb. Belə ki, K Liqada "Busan”a qarşı keçirdikləri oyunun ilk 20 dəqiqəsində qırmızı vərəqə alması üçün 45 min dollarlıq rüşvət təklifini qəbul etdiyini etiraf edən futbolçuya 10 ay həbs və ömürlük futboldan uzaqlaşdırma cəzası verilib.

    Muxalifet4 - 29-11-2018

  20. Bakıda prokuror qızının daha bir dələduzluq əməli ortaya çıxdı

    Bakıda dələduzluqda təqsirli bilinərək həbs edilən Günel Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzlu, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    Məlum olub ki, o, tanınmış həkim Qeys Əsədliyə qarşı dələduzluq edib. Cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim Bəxtiyar Məmmədovun icraatına verilib.
    Məhkəmə iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

    Muxalifet4 - 29-11-2018

Pages