Axtarış
The search found 105857 results in 0.102 seconds.
Search results
Bu ölkədə sərnişin qatarı partladı
Hindistanda şəhərlərarası sərnişin qatarında partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində biri ağır olmaqla, üç nəfər yaralanıb. Hadisə yerli vaxtla 19:04-də (Bakı vaxtı ilə 17:34) Rancia-Dekarqaon qatarının vaqonlarının birində baş verib.
Hələlik partlayışın səbəbi bilinmir. Polis hadisənin terror aktı olduğunu istisna etmir.
Muxalifet3 - 1-12-2018
BDU bu vəzifələr üçün müsabiqə elan etdi
Kafedra müdiri vəzifəsi seçkilidir. Qeyd olunan kafedra müdirlərinin səlahiyyət müddəti bitdiyinə görə müsabiqə elan edilib.
Bu sözləri Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahiova universitetin kafedara müdirləri vəzifəsi üçün elan edilən müsabiqə ilə bağı danışarkən bildirib. P.İbrahimova bildirib ki, kafedra müdirlərinin müvafiq səlahiyyət müddəti bitdikdən sonra yenidən seçilməsi üçün səsvermə keçirilir:
“Prosedur qaydası belədir. Kafedra müdiri seçki yolu ilə keçirilir”.Muxalifet3 - 1-12-2018
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Gəncədə avtomobil qəzasında xəsarət alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “BMW”, “Mercedes” və iki “VAZ” markalı avtomobillər toqquşub. Qəza zamanı Gəncə sakini, 1957-ci il təvəllüdlü Süleymanova Solmaz Cəfər qızı ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.Muxalifet3 - 1-12-2018
“Komandamın oyunundan çox razıyam” — “Neftçi”nin baş məşqçisi
“İlk növbədə futbolçuları təbrik edirəm. Son anadək mübarizə apardılar. İki dəfə azlıqda oynadıq. Komandamın oyunundan çox razıyam”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra deyib.
- Komandanın oyunundan razı qaldığınızı bildirdiniz. Bəs hakimlərdən?
- Yanılmıramsa, 11 sarı vərəqə oldu və bunlardan 6-sı qırmızı vərəqəyə çevrildi. Şübhəli epizodları bir daha izləməyə çağırıram. Komandamın oyunundan razıyam.Muxalifet3 - 1-12-2018
SON DƏQİQƏ: Elmira Süleymanova vəzifədən gedir
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcək.
Hökumətdəki mənbədən modern.az -a verilən məlumata görə, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək.
Qeyd edilir ki, uzun müddətdir İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanova nəhayət təqaüdə yola salınacaq.
Onun yerinə kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.Muxalifet3 - 1-12-2018
İranda İsraillə əlaqəsi olan qruplaşma saxlanıldı
İranda keçirilən əməliyyat nəticəsində İsraillə birbaşa əlaqəsi olduğu iddia edilən yevangelist qruplaşma saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb. Agentliyin yazdığına görə, saxlanılan şəxslər ələ keçməmək üçün İran adlarından istifadə edib.
Əməliyyat nəticəsində “İranı fəth etmək üçün xəritə”, “İslamın əhli-beytinə təhqir” adlı sənədlər ələ keçirildiyi bildirilib.
Muxalifet3 - 1-12-2018
Tramp Buşa görə proqramını ləğv etdi
ABŞ Prezidenti Donald Tramp bu gün üçün Argentinada planlaşdırılan mətbuat konfransını ləğv edib.
Muxalifet.az xəbər verir ki, onun ABŞ-ın 41-ci prezidenti Corc Buşun vəfatı ilə əlaqədar mətbuat konfransını ləğv etdiyi bildirilib.
Ağ Ev sözçüsü Sara Sanders açıqlamasında Trampın Buşun dəfn mərasiminə qatılacağını bəyan edib.Muxalifet3 - 1-12-2018
Ərdoğanla Trampın görüşü başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşür.
Muxalifet.az xəbər verir ki, görüş hazırda davam edir. Bu görüşdən sonra Ərdoğan İngiltərə Baş naziri Tereza Meylə bir araya gələcək.
Qeyd edək ki, bundan öncə Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Muxalifet3 - 1-12-2018
Ağ Evdən Kremlə gözlənilməz təklif - Uşakov
Ağ Ev təmsilçiləri liderlər arasında görüşün ləğvindən sonra Kreml administrasiyası ilə əlaqə yaradıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Təklif olundu ki, hər iki tərəfdən əlaqələr davam etdirilsin, o cümlədən Boltonun özü ilə”, - Uşakov bildirib.
Uşakov müraciətin amerikalılar tərəfdən edildiyini xüsusi vurğulayıb, liderlərin nə vaxt görüşə biləcəyi ilə bağlı isə heç bir məlumata malik olmadığını deyib.Muxalifet3 - 1-12-2018
Rusiyada qatar relsdən çıxdı, tanklar yerə töküldü – Video
Yutub sosial şəbəkəsində Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.
Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.
Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.
Muxalifet3 - 1-12-2018
Trampla Putin Argentinada görüşdü - Ağ Ev
Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Trampla Rusiya lideri Putinin Argentinada G-20 çərçivəsində qeyri-rəsmi görüş keçirdiyini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, Ağ Ev sözçüsü Donald Tramp və Melaniya Trampın bir çox dünya liderləri, o cümlədən Putinlə qeyri-rəsmi danışıqlar apardığını bildirib.
Qeyd edək ki, Kerç böhranı səbəbindən Tramp Putinlə ikitərəfli görüşünü ləğv etmişdi. Hətta liderləri G-20 zirvəsində salaşması mərasimində də Trampla Putinin görüşmədiyi bildirilmişdi.Muxalifet3 - 1-12-2018
ABŞ bayraqları endirildi, 5 dekabrda isə...
ABŞ Prezidenti Donald Tramp 41-ci prezident Corc Buşun ölümü ilə bağlı ölkə bayrağının bir ay müddətində endirilməsi barədə qərar verib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Ağ Evin yaydığı bəyanatda bildirilib.
Qərara görə, ABŞ bayrağı Ağ Ev, dövlət idarələri, hərbi obyektlər, hərbi-dəniz bazaları, ABŞ hərbi gəmiləri, xaricdəki diplomatik korpuslarda C.Buşun xatirəsinə hörmət əlaməti olaraq endiriləcək.
Bundan başqa, C.Buşun ölümü ilə bağlı 5 dekabrda milli matəm günü elan edilib.Muxalifet3 - 1-12-2018
G20 iclasında prezidentə doğum günü sürprizi
Argentina Prezidenti Maurisio Makri G20 sammitində Çili Prezidenti Sebastian Pineranı doğum günü münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, Makri çilili həmkarına üzərində şam olan tort göndərib və iclasa başlamazdan əvvəl mikrofonla Pineraya təbrik ünvanlayıb.
69 yaşı tamam olan Pinera şamı söndürdükdən sonra Argentina prezidentinə təşəkkür edib.Muxalifet3 - 1-12-2018
Nazir müavini canlı yayımda Ali Radanın deputatına hücum etdi - VİDEO
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Yuri Qrımçak ZIK telekanalının canlı efirində yayımlanan “Narod protiv” siyasi tok-şousunda Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.
Muxalifet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, deputatın Kerç boğazındakı insidentə Ukraynanın təxribatçı əməllərinin səbəb olduğunu deməsi məmuru özündən çıxarıb.Muxalifet3 - 1-12-2018
Azərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - Sərkisyan
Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyasının siyahısına başçılıq edən Vigen Sərkisyan Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Mənim Addımım Blokundan deputatlığa namizəd Sasun Mikaelyanın qalmaqallı fikirini şərh edərkən Sərkisyan bildirib ki, bunun bir düzəliş olduğuna çıx inanmaq istəyir.Muxalifet3 - 1-12-2018
İranda bu məhsulların ixracı qadağan edildi
İranın Sənaye, Mədən və Ticarət Nazirliyi İran Gömrük İdarəsinə ünvanladığı məktubda bir sıra məhsulların ixracını qadağan edib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, toyuq, təkər şini, şəkər, kazein (casein) qablaşdırma kisələri, müxtəlif süd məhsulları və pendir suyu, tapşırıq dəftərlərinin ixracı qadağan edilib.
Yerli bazarın bu məhsullara ehtiyacı olduğuna, həddindən artıq ixrac edildiyinə, həmçinin bu məhsulların istehsalı üçün subsid nəzərdə tutulduğuna və devalvasiyaya görə hökumət bu məhsulların ölkədən ixrac edilməsinə qadağa qoyub.
Muxalifet3 - 1-12-2018
"Bohtandır, iftiradır, montajdır!" - ƏFLATUN AMAŞOV YAZDI
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkədə xüsusi məqalə ilə çıxış edib.
Muxalifet.az həmin məqaləni təqdim edir:
"Özünü Irəvan TV adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm. Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdır!
Muxalifet4 - 2-12-2018
Ərdoğan G20-də mətbuat konfransı keçirdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsində mətbuat konfransı keçirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğan İstanbul hava limanı da daxil olmaqla, bir çox nəhəng layihələrdən danışıb.
Qızların təhsil almalarına Türkiyənin böyük önəm verməsində söz açıb. Bundan əlavə, Ərdoğan Cənubi Kiprin karbohidrogen qaynaqları axtarmasına icazə verməyəcəklərini deyib.
Muxalifet4 - 2-12-2018
Plastik paketlər qadağan edilirsə, kağız təminatı necə ödənəcək?
Azərbaycan plastik əleyhinə qanunun qəbulu ilə bağlı gecikir
Muxalifet4 - 2-12-2018
G20 ölkələrinin liderləri birgə bəyanatı razılaşdırıb:"Ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyi..."
“Böyük iyirmilər” ölkələrinin liderləri Buenos-Ayresdə keçirilən sammitdə birgə bəyannaməni razılaşdırıblar.
TASS xəbər verir ki, bu barədə şənbə günü Argentina prezidenti Maurisio Makri “İyirmiliyin” görüşünün bağlanışı mərasimində deyib.
“Biz bəyanatda ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik”, – deyə o, bildirib.
“Biz iqlimin bütün dəyişmələri ilə bağlı narahatlığı təsdiqləmişik”, – deyə Makri əlavə edib.
Muxalifet4 - 2-12-2018