Axtarış
The search found 105857 results in 0.101 seconds.
Search results
“Şahzadəni təmizə çıxarmaq” planını qəbul etmədi: DÖYÜLDÜ, BOYNU QIRILDI
Yaxın Şərqin muzdlu qatili kimi tanınan Fələstin əsilli Məhəmməd Dahlan, Camal Qaşıqçı cinayətində Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanı təmizə çıxarma planı üçün istifadə edilməyi qəbul etməyincə təcavüzə məruz qalıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayedlı birgə çalışan Dahlan, Səudiyyə şahzadəsinin şərəfinə Dubayda keçirilən yaxtadakı ziyafətə dəvət edilərək burada Qaşıqçı cinayəti üçün hazırlanan yeni ssenarinin baş aktyoru olmaq təklifi alıb.
Muxalifet3 - 3-12-2018
Bakıda "xanım ofisant", "xanım satıcı" tələb olunur - qadınlara "məğlub" olan kişilər
Ekspertlər deyir ki, "xanım ofisiant", "xanım satıcı" kimi iş elanların verilməsi qanunla qadağandır
Muxalifet - 3-12-2018
SƏMRADAN İDDİALI GEYİM: “Çox vecimədir” – FOTO
“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli geyimi ilə yenidən gündəmə gəlib.
“Altın kelebek” mükafatladırma mərasimində iştirak edən müğənni diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Açıq-saçıq geyimi ilə böyük marağa səbəb olan Səmra sözügedən fotosunu şəxsi səhifəsində paylaşıb və bunları qeyd edib:
“Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir”.
Səmranın bu fotosu izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onu tərifləynlərlə yanaşı tənqid edənlər də az olmayıb./A24.AzMuxalifet - 3-12-2018
Qaşıkçının WhatsApp yazışmaları... – BUNA GÖRƏ ÖLDÜRÜLDÜMÜ?
2017-ci ildən bu yana Qaşıqçı ilə ünsiyyətdə olan Əbdüləziz, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalisti Qaşıqçı ilə apardığı səsyazması, foto və videoların olduğu 400-dən çox Whatsapp mesajını CNN ilə paylaşıb.
Əbdüləzizin Qaşıqçı ilə 2018-ci ilin avqust ayına qədər Whatsapp üzərindən danışdığını, ancaq telefonunun təqib edildiyini fərq edəndən sonra daha etibarlı yollarla əlaqələrini davam etdirdikləri qeyd olunub.Muxalifet3 - 3-12-2018
ELDAR MAHMUDOVUN İSTİNTAQA İLK İFADƏSİ – “Təxminən 80-90 milyon…”
Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.
Muxalifet - 3-12-2018
Ermənilər cəbhədə təxribat törətdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 3-12-2018
“Qadına münasibət dəyişməlidir” - Kişinin arvadının başını qırxıb videoya çəkməsinə rəylər birmənalı deyil...
Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonu həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.
Muxalifet - 3-12-2018
Fransa prezidenti “Sarı jiletli” mitinqçilərlə görüşməyi təklif etdi
Fransız mətbuatında yer alan xəbərlərə görə, Yelisey Sarayında mühərrik yanacaqlarının qiymət artımlarına qarşı etirazlara yönəlik "böhran" müzakirəsi keçirən Fransa prezidenti Makron, baş nazir Filippedən müxalifət partiyalarının lideri və “sarı jiletlər”dən bir nümayəndə heyəti ilə bir görüşməsini tələb edib.
PARİS BƏLƏDİYYƏ BAŞÇISI DA HÖKUMƏTƏ TƏPKİLİDİR
Muxalifet3 - 3-12-2018
Zabit Səmədovdan MÖHTƏŞƏM QƏLƏBƏ: rusiyalı rəqibini nokauta saldı - VİDEO
Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədovnövbəti döyüşünü keçirib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, "Axmat" Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər - "Mauqli" ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib. Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.
Muxalifet - 3-12-2018
Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü - Anası komadadır
Bakıda bir ailənin üzvləri zəhərlənib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.
Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu və onun atası Mərdanov Murad Əsgər oğlu, anası Mərdanova Məlahət Çingiz qızı zəhərləniblər.
Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.Muxalifet - 3-12-2018
Bakıda DƏHŞƏTLİ YOL QƏZASI: 4 nəfər öldü
Bakıda dəhşətli yol qəzası baş verib.
Pirallahı rayonu ərazisində, Qala-Pirallahı yolunda “Chevrolet” markalı 90 RV 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən “Kamaz” markalı, 27 BA 301 nömrəli yük maşının altına girib.
Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 3-12-2018
Azərbaycanda qar-buza görə 700-ə maşın hazır vəziyyətə gətirildi - FOTO
Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.Muxalifet - 3-12-2018
Quşlar tələf olur, Bakıda yumurta limitlə satılır
Sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandı. Ekspertlər buna əsas səbəb kimi quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərsələr də, rəsmilər belə halların olmasını təkzib edir. Yerlərdən aldığımız məlumatlara görə, Siyəzən və Hacıqabulun quşuçuluq təsərrüfatlarında quşların kütləvi tələf olması halları qeydə alınıb.
Muxalifet - 3-12-2018
Terrorçulara qarşı AĞIR ZƏRBƏ: 270-dən çox döyüşçü MƏHV EDİLDİ
Suriya ordusu ölkənin cənubunda hücumun gedişatında İŞİD terror qruplaşmasının 270 döyüşçüsünü məhv edib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya ordusunun Suriyadakı qruplaşmasının komandanlığının nümayəndəsi Oleq Makareviç bildirib.
O qeyd edib ki, əməliyyat Es-Suveyda əyalətində keçirilib. Makareviç vurğulayıb ki, Suriya hərbçiləri döyüşçülərdən xarici istehsal olan böyük miqdarda silah ələ keçiriblər.Muxalifet - 3-12-2018
Səudiyyə vəliəhdi “arzuolunmaz adam” elan edildi
G-20 Liderlər Sammitində iştirak etmək üçün Argentinanın paytaxtı Buenos-Ayresə gedən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Qaşıqçı cinayəti və Yəməndəki insanı dramına görə, Argentina xalqı onu “arzuolunmaz adam” elan edib.
Şahzadə Məhəmmədə təpki göstərən Argentina xalqı, "Camal Qaşıqçı-ya qarşı sui-qəsddən və Yəməndə səbəb olduğu ölümlərə görə, onu burada görmək istəmirik" deyib.Muxalifet3 - 3-12-2018
Fransa Azərbaycana Hava Hücumundan Müdafiə sistemləri göndərəcək
Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemləri tədarük edəcək.
Xəbəri interfax.az saytı yayıb.
“Biz bu sistemlərin Azərbaycana ixracı üçün Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq”, - deyə şirkətin nümayəndəsi «AzeriDefence» jurnalına müsahibəsində bildirib.Muxalifet - 3-12-2018
“Müxalifətin sabitliyi pozmaq üçün resursu yoxdur” - Gürcüstan hakimiyyəti
“Gürcüstan hakimiyyəti yeni prezidentin inaquriyasiyasına və 2020-ci il parlament seçkilərinə hazırlaşır”.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze ölkənin Birinci Kanalında çıxışı zamanı deyib.
O, Milli Hərəkatın ölkədə sabitliyi pozmaq üçün kifayət qədər resursunun olmamasını vurğulayıb.Muxalifet - 3-12-2018
Bakının bu ərazilərində su olmayacaq
Təmir-bərpa işləri ilə əlaqədar 03 dekabr 2018-ci il tarixində gün ərzində NZS yaşayış massivi və Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Muxalifet.az-a "Azərsu" ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.Muxalifet - 3-12-2018
UEFA-dan Azərbaycanla bağlı SƏHV: Naxçıvan Ermənistan ərazisi kimi göstərildi - Foto
Ali futbol qurumu olan UEFA Azərbaycanla bağlı səhvə yol verib.
Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, UEFA-nın rəsmi saytında 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi 13 ölkə, o cümlədən Azərbaycan xəritədə təqdim edilib. Amma həmin xəritədə Naxçıvan Ermənistanın ərazisi kimi qeyd edilib.Muxalifet - 3-12-2018
Qətər OPEK-dən çıxır
Qətərin energetika naziri Saad al-Kaabi Dohada etdiyi mətbuat açıqlamasında, Qətərin 2019-un yanvarında Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) ayrılacağını açıqlayıb.
OPEK-dən çəkilmə qərarının bu səhər təşkilata bildirildiyini deyən Kaabi, Qətərin 57 ildir OPEK-ə üzv olduğu üçün bu qərarı verməyin asan olmadığını deyib.
Al Jazeera-nın bildirdiyinə görə, Saad al-Kaabi, OPEK-dən çəkilmə qərarının Qətərin növbəti illərdə qaz hasilatını ildə 77 milyon tondan 110 milyon tona çıxarmaq istəyinə əsaslandığını bildirib.Muxalifet3 - 3-12-2018