Axtarış

The search found 105857 results in 0.021 seconds.

Search results

  1. ​Fədayə Laçın son söz dedi: “Əfv olunmağımı istəyirəm”

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet - 3-12-2018

  2. ​Məlahət Abbasova Xatirənin geyimi barədə: "Niyə bu qədər açılmağa istəklidirlər?"

    Aktrisa Məlahət Abbasova müğənni Xatirə İslamın geyimini qınayıb. 
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, "Altın kelebek" gecəsinə qara qısa, tüllə bəzədilən paltar geyinən Xatirə tənqid edilib. 
    İfaçının sosial şəbəkədə səhifələrdə paylaşılan fotosuna M.Abbasova bunları yazıb:
    "Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı".

    Muxalifet - 3-12-2018

  3. ​Məmmədyarovla erməni nazirin görüş vaxtı açıqlandı

    ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.
    Azərbaycan XİN-in Mətbuat xidmətindən Muxalifet.az-a bildirilib ki, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

    Muxalifet - 3-12-2018

  4. ​Fransaya gedən Türkiyə vətəndaşlarına XƏBƏRDARLIQ

    Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səfərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
    Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, XİN-nin bəyanatında paytaxt Paris başda olmaqla, digər şəhərlərin də nümayişlər keçirilən ərazilərindən uzaq durmaları tövsiyə olunub.
    "Vətəndaşlara təhlükəli küçələrdə, prosepektlərdə, meydan və ərazilərdə uzun müddət qalmamaları tövsiyə olunur”, - deyə bəyanatda bildirilib.
    Qeyd edək ki, Fransada iqtisadi durumla bağlı bir neçə gündür ki, başlanan və zorakılıqla müşayiət edilən iğtişaşlar səngimir.

    Muxalifet - 3-12-2018

  5. ​"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı AÇIQLAMA

    "Elmed" Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

    Muxalifet - 3-12-2018

  6. “Avropa Baharı” başladı! “Sarı jiletlilər” aksiyası Almaniyaya sıçradı

    Fransanın Yelisey meydanında başlayan "Sarı Jiletlər" etiraz aksiyası Avropanın hər yerinə yayılır. Avropanın “dynamo”su kimi tanınan Almaniyaya da sıçrayan aksiya Berlində həyata keçirilir.
     
    Fransa, Belçika və Hollandiyadan sonra Almaniyaya da yayılan aksiya Berlinin ən çox tanınan yerlərindən olan Brandenburq qapıları önündə həyata keçirilib. Çox sayda etirazçının iştirak etdiyi aksiyada Fransaya dəstək şüarları səsləndirilib.
    Aksiyaların rəmzi olan "Sarı Jiletlər" burada da özünü göstərib.
     

    Muxalifet3 - 3-12-2018

  7. ​Bakıda bankın 100-dən çox müştərisinə qarşı ŞOK CİNAYƏT - HƏBS EDİLƏN VAR

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85000 manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

    Muxalifet - 3-12-2018

  8. Ermənistanın Baş prokuroru nazir olmuş deputatı həbs etmək istəyir - PARLAMENTƏ MÜRACİƏT GÖNDƏRİLDİ

    Ermənistanın Baş prokuroru Artur Davtyan deputat Aram Arutyunyanın həbsi haqqında vəsadətlə parlamentə müraciət edib.
    Məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
    Bildirilib ki, Aram Arutyunyan 2015-ci il sentyabrın 11-də xüsusilə böyük məbləğdə rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Həmin dövrdə o, ekologoya naziri işləyib. Sünik, Geqarkunik, Lori və Kotaykda 10 əlvan metal yatağının istismar olunmasına lisenziya vermək üçün 14 milon dollar rüşvət alıb. O, rüşvət yolu ilə əldə etdiyi pulları xaricdə yuyub.

    Muxalifet - 3-12-2018

  9. ​Azərbaycanda 620 minə yaxın əlil var

    Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs vardır ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

    Muxalifet - 3-12-2018

  10. Azərbaycanlı aparıcı əri ilə öpüşdüyü görüntüləri paylaşdı - VİDEO

    Amerikaya köçən tanınmış eks aparıcı və bloqqer Günel Hümbətova izləyiciləri üçün paylaşdığı görüntülərlə gündəmə gəlib.
    Open.az xəbər verir ki, Hümbətova həyat yoldaşı Firuz Soliyevlə öpüşdüyü videonu "İnstagram" hesabının "history" bölməsində paylaşıb.
    Günel zarafatından da qalmayıb. O, görüntülərə "Eks aparıcı əri ilə öpüşərkən belə yaxalndı" şərhini yazıb.
    Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.

    Muxalifet - 3-12-2018

  11. Azərbaycan buzu sındırır və artıq Qərb raketləri ilə silahlanır

    Artıq xəbər verildiyi kimi Azərbaycan Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30 SAMP/T və VL “Mica” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqları yekunlaşdırmaq üzrədir. Və elan edilib ki, Fransa dövləti bu müdafiə sistemlərinin Azərbaycana satılmasına icazə verib.

    Muxalifet - 3-12-2018

  12. ​Həyat yoldaşını xəstəxananın həyətində VƏHŞİCƏSİNƏ ÖLDÜRDÜ - VİDEO

    Samsunda 1 uşaq anası vəhşicəsinə öldürülüb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın xəstəxanın avtoparkında keçmiş əri tərəfindən 19 yerindən biçaqlanaraq öldürülüb.
    Dəhşətli hadisənin şahidlərinin bildirdiyinə görə cinayətkar qaçarkən "Namus məsələsi" deyib.
    Qanlar içində qalan Merve Özcan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasənə dəyişib.
    Bildirilir ki, Enis Adem Şahin ilə Merve Özcan bir müddət əvvəl boşanıb.

    Muxalifet - 3-12-2018

  13. Rəsmi televiziyada qalmaqal PKK təbliğatı!

    Kanadanın rəsmi yayım orqanı “CBC”, ölkənin rəsmi terror təşkilatları siyahısında olmasına baxmayaraq PKK-lı qadın terrorçuları tərifləyən veriliş yayımlayıb.
     
    CBC televiyası Kanadanın Monreal şəhərində yaşayan Kürd əsilli fotoqraf və film rejissoru Zayne Akyol-un PKK mənsubu terrorçu qadınların Qəndil dağındakı həyatlarını “təsvir” edən, noyabrın 22-də açılan və 20 fotoşəkildən ibarət olan "Rojeke (Bir Gün)" adlı sərgisinin xəbərini verib.

    Muxalifet3 - 3-12-2018

  14. ​Ukraynalı deputat Tiflisdə həbs edildi

    Tiflisdə həbs edilən Ukrayna vətəndaşları arasında ukraynalı deputat Semen Semençenkonun rəhbərlik etdiyi “Samopomoş” Partiyasının üzvləri var.
    Bunu jurnalistlərə açıqlamasında Ukrayna Sosialist Partiyasının rəhbəri İlyan Kiva deyib.
    Onun sözlərinə görə, Semençenko da Tiflisdə həbs edilənlər arasında yer alıb. O, deputatın diplomatik toxunulmazlığından istifadə edərək, həbsdən qaçdığını və naməlum istiqamətdə uçduğunu bildirib. Kiva rəsmi Kiyevdən bu partiyanın fəaliyyətinin araşdırılmasını tələb edib.

    Muxalifet - 3-12-2018

  15. ABŞ-da Türkiyəyə təhdid - "Ya yeni nəsil F-35 təyyarələri almalıdır, ya da..."

    Türkiyə ya Rusiyadan S-400 sistemləri, ya da ABŞ-dan yeni nəsil F-35 təyyarələri almalıdır. Ankara ikisindən birini seçməlidir.

    Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı senator Ceyms İnhofe deyib.

    Senator bildirib ki, Türkiyə F-35 proqramında qalması üçün Rusiyadan almağı planlaşdırdığı S-400 kompleksinə dair razılaşmanı dayandırmalıdır.

    Muxalifet4 - 3-12-2018

  16. Putinin gülləkeçirməz "sığınacağı"nı özü ilə Argentinaya aparıbmış

    Rusiya Prezidenti Vladimir Putinin “Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresə öz xidməti avtomobilini apardığı məlum olub.

    Belə ki, ölkə başçısının Rusiya istehsalı olan Aurus limuzini avtomobil həvəskarlarının diqqətini cəlb edib.

    Aurus limuzindən ilk dəfə yaz aylarında Finlandiyaya səfəri zamanı istifadə edən Putinin avtomobili ABŞ mətbuatının da marağına səbəb olub.

    Muxalifet4 - 3-12-2018

  17. ​Gürcüstan müxalifəti: “Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəyik”

    Bazar günü Gürcüstanın müxalif “Güc birlikdədir” seçki bloku Tbilisidə mitinq keçirdi. Birləşmiş müxalifətin prezident seçkisindəki namizədi Qriqol Vaşadze aksiyadakı çıxışı zamanı iqtidarın seçkiləri saxtalaşdırdığını deyib.

    Muxalifet - 3-12-2018

  18. ABŞ-dan Rusiyaya yeni sanksiya

    ABŞ, Böyük Britaniyada zəhərlənən keçmiş rus casusu Sergey Skripal və qızı Yulia Skripal hadisəsi ilə əlaqəli olaraq Rusiyaya yeni sanksiya paketi hazırladığını açıqlayıb.
     
    ABŞ-ın Xarici İşlər Naziriliyi Rusiyaya "Skripal hadisəsi" ilə bağlı yeni sanksiya tətbiq edəcəyini açıqlayıb. ABŞ-ın Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Skripal hadisəsi ilə əlaqəli olaraq Rusiyaya qarşı sanksiyalara yenilərinin əlavə olunacağı bildirilib.

    Muxalifet3 - 3-12-2018

  19. Finlər niyə çox danışmırlar: BOŞ SÖHBƏT ETMƏYİ SEVMİRLƏR, YOXSA...?

    Ən yaxın dostum Hanna ilə Helsinkiyə ilk səfərimdə tanış olmuşdum. Şəhərdə heç bir tanışım yox idi və söhbət etmək üçün bir dosta ehtiyacım var idi. Adi bir kafedə başlayan görüşümüz bir neçə saat davam etmişdi.

    Bəzi dostluqlarda siyasət, din, seks və həyat barəsində uzun-uzadı söhbətlərə keçmək üçün bir-birini yaxşı tanımaq lazım gəlir. Biz isə sadalanan bütün mövzuların müzakirəsini bir neçə saata sığdıra bilmişdik.

    Cəmi bir il sonra isə onun toyunda gəlinin ən yaxın rəfiqəsi qismində çıxış edirdim.

    Muxalifet4 - 3-12-2018

  20. ​Bakıda intensiv YAĞIŞ YAĞACAQ - Sinoptiklərdən XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
    Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
    Dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Muxalifet - 3-12-2018

Pages