Axtarış
The search found 105857 results in 0.021 seconds.
Search results
ELDAR MAHMUDOVUN İSTİNTAQA İLK İFADƏSİ – “Təxminən 80-90 milyon…”
Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.
Muxalifet - 3-12-2018
Ermənilər cəbhədə təxribat törətdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 3-12-2018
“Qadına münasibət dəyişməlidir” - Kişinin arvadının başını qırxıb videoya çəkməsinə rəylər birmənalı deyil...
Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonu həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.
Muxalifet - 3-12-2018
Fransa prezidenti “Sarı jiletli” mitinqçilərlə görüşməyi təklif etdi
Fransız mətbuatında yer alan xəbərlərə görə, Yelisey Sarayında mühərrik yanacaqlarının qiymət artımlarına qarşı etirazlara yönəlik "böhran" müzakirəsi keçirən Fransa prezidenti Makron, baş nazir Filippedən müxalifət partiyalarının lideri və “sarı jiletlər”dən bir nümayəndə heyəti ilə bir görüşməsini tələb edib.
PARİS BƏLƏDİYYƏ BAŞÇISI DA HÖKUMƏTƏ TƏPKİLİDİR
Muxalifet3 - 3-12-2018
Zabit Səmədovdan MÖHTƏŞƏM QƏLƏBƏ: rusiyalı rəqibini nokauta saldı - VİDEO
Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədovnövbəti döyüşünü keçirib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, "Axmat" Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər - "Mauqli" ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib. Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.
Muxalifet - 3-12-2018
Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü - Anası komadadır
Bakıda bir ailənin üzvləri zəhərlənib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.
Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu və onun atası Mərdanov Murad Əsgər oğlu, anası Mərdanova Məlahət Çingiz qızı zəhərləniblər.
Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.Muxalifet - 3-12-2018
Bakıda DƏHŞƏTLİ YOL QƏZASI: 4 nəfər öldü
Bakıda dəhşətli yol qəzası baş verib.
Pirallahı rayonu ərazisində, Qala-Pirallahı yolunda “Chevrolet” markalı 90 RV 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən “Kamaz” markalı, 27 BA 301 nömrəli yük maşının altına girib.
Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 3-12-2018
Azərbaycanda qar-buza görə 700-ə maşın hazır vəziyyətə gətirildi - FOTO
Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.Muxalifet - 3-12-2018
Quşlar tələf olur, Bakıda yumurta limitlə satılır
Sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandı. Ekspertlər buna əsas səbəb kimi quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərsələr də, rəsmilər belə halların olmasını təkzib edir. Yerlərdən aldığımız məlumatlara görə, Siyəzən və Hacıqabulun quşuçuluq təsərrüfatlarında quşların kütləvi tələf olması halları qeydə alınıb.
Muxalifet - 3-12-2018
Terrorçulara qarşı AĞIR ZƏRBƏ: 270-dən çox döyüşçü MƏHV EDİLDİ
Suriya ordusu ölkənin cənubunda hücumun gedişatında İŞİD terror qruplaşmasının 270 döyüşçüsünü məhv edib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya ordusunun Suriyadakı qruplaşmasının komandanlığının nümayəndəsi Oleq Makareviç bildirib.
O qeyd edib ki, əməliyyat Es-Suveyda əyalətində keçirilib. Makareviç vurğulayıb ki, Suriya hərbçiləri döyüşçülərdən xarici istehsal olan böyük miqdarda silah ələ keçiriblər.Muxalifet - 3-12-2018
Səudiyyə vəliəhdi “arzuolunmaz adam” elan edildi
G-20 Liderlər Sammitində iştirak etmək üçün Argentinanın paytaxtı Buenos-Ayresə gedən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Qaşıqçı cinayəti və Yəməndəki insanı dramına görə, Argentina xalqı onu “arzuolunmaz adam” elan edib.
Şahzadə Məhəmmədə təpki göstərən Argentina xalqı, "Camal Qaşıqçı-ya qarşı sui-qəsddən və Yəməndə səbəb olduğu ölümlərə görə, onu burada görmək istəmirik" deyib.Muxalifet3 - 3-12-2018
Fransa Azərbaycana Hava Hücumundan Müdafiə sistemləri göndərəcək
Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemləri tədarük edəcək.
Xəbəri interfax.az saytı yayıb.
“Biz bu sistemlərin Azərbaycana ixracı üçün Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq”, - deyə şirkətin nümayəndəsi «AzeriDefence» jurnalına müsahibəsində bildirib.Muxalifet - 3-12-2018
“Müxalifətin sabitliyi pozmaq üçün resursu yoxdur” - Gürcüstan hakimiyyəti
“Gürcüstan hakimiyyəti yeni prezidentin inaquriyasiyasına və 2020-ci il parlament seçkilərinə hazırlaşır”.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze ölkənin Birinci Kanalında çıxışı zamanı deyib.
O, Milli Hərəkatın ölkədə sabitliyi pozmaq üçün kifayət qədər resursunun olmamasını vurğulayıb.Muxalifet - 3-12-2018
Bakının bu ərazilərində su olmayacaq
Təmir-bərpa işləri ilə əlaqədar 03 dekabr 2018-ci il tarixində gün ərzində NZS yaşayış massivi və Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Muxalifet.az-a "Azərsu" ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.Muxalifet - 3-12-2018
UEFA-dan Azərbaycanla bağlı SƏHV: Naxçıvan Ermənistan ərazisi kimi göstərildi - Foto
Ali futbol qurumu olan UEFA Azərbaycanla bağlı səhvə yol verib.
Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, UEFA-nın rəsmi saytında 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi 13 ölkə, o cümlədən Azərbaycan xəritədə təqdim edilib. Amma həmin xəritədə Naxçıvan Ermənistanın ərazisi kimi qeyd edilib.Muxalifet - 3-12-2018
Qətər OPEK-dən çıxır
Qətərin energetika naziri Saad al-Kaabi Dohada etdiyi mətbuat açıqlamasında, Qətərin 2019-un yanvarında Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) ayrılacağını açıqlayıb.
OPEK-dən çəkilmə qərarının bu səhər təşkilata bildirildiyini deyən Kaabi, Qətərin 57 ildir OPEK-ə üzv olduğu üçün bu qərarı verməyin asan olmadığını deyib.
Al Jazeera-nın bildirdiyinə görə, Saad al-Kaabi, OPEK-dən çəkilmə qərarının Qətərin növbəti illərdə qaz hasilatını ildə 77 milyon tondan 110 milyon tona çıxarmaq istəyinə əsaslandığını bildirib.Muxalifet3 - 3-12-2018
BAKIDA ŞOK İNTİHAR: Gənc oğlan özünü 13-cü mərtəbədən atdı
Bakıda dəhşətli intihar olub.
Hadisə paytaxtın Xətai rayonu, Şıxlınski küçəsi 41A ünvanında qeydə alınıb. Bakı şəhər, Xətai rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Məmmədov 13 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.Muxalifet - 3-12-2018
Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO
Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan və 1 milyondan çox soydaşımızı yurdundan didərgin salan Ermənistan Suriyaya humanitar yardımlarını davam etdirəcək.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Devid Tonayan deyib.
Media nümayəndələrinə açıqlama verən Tonayan Ermənistanın Suriya xalqına əlindən gələn humanitar yardımı göstərəcəyində qətiyyətli olduğunu bildirib:Muxalifet - 3-12-2018
Amerikalı senatordan qalmaqal “Türkiyə” açıqlaması
ABŞ-da Respublikaçı senator Ceyms Inhofe, Türkiyənin F-35 proqramında qalması üçün Rusiyadan S-400 almasını dayandırması lazım olduğunu söyləyib.
ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin sədri Ceyms Inhofe, Türkiyənin Rusiyadan hava müdafiə raket sistemi S-400, ya da ABŞ-dan F-35 almaqla bağlı bir seçim etməsi lazım olduğunu bildirib.
ABŞ-ın xəbər saytı “Bloomberg”-də yer alan xəbərə görə Inhofe, “Türkiyə S-400 almaqdan imtina etməzsə, səkkiz tərəfdaş ölkədən biri olmaq hüququnun təkrar müzakirə oluna biləcəyini söyləyib.Muxalifet3 - 3-12-2018
Elza Seyidcahan: Məni it kimi yox, AT KİMİ BASDIRIN - VİDEO
Müğənni Elza Seyidcahan yenə maraqlı açıqlamaları ilə diqqət çəkməyi bacarıb.
“ATV Maqazin” proqramında iştirak edən müğənni aparıcının suallarına maraqlı cavablar verib.
“At muraddır” deyən müğənni “öləndə məni it kimi yox, at kimi basdırın” deməklə, yenə gündəmə damğasını vurub.
Müğənni Kərim barədə suala isə o, “Kələm kimdir?” deməklə kifayətlənib.Muxalifet - 3-12-2018