Axtarış

The search found 105857 results in 0.035 seconds.

Search results

  1. ​Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərildi

    Xəbər verildiyi kimi, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

    Muxalifet - 3-12-2018

  2. Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərildi - “YOXA ÇIXDIĞI” DEYİLİRDİ...

    “Azərbaycan Dəmiryolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin (Ziya Məmmədov erası) keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu bu gün həbs edilib.

    Muxalifet - 3-12-2018

  3. ​“Kelebek”də qaydalar dəyişdi - Türkiyəyə 1 nəfər gedəcək

    Ötən gün Bakıda baş tutan konsert proqramında “Altın Kelebek” mükafat mərasiminə namizəd olan 7 məşhurdan Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanmayıb. Buna səbəb təşkilatçıların seçim prosesi ilə bağlı dəyişiklik etməsi olub.  Belə ki, dekabrın 9–da İstanbulda keçirilən dəbdəbəli tədbirə cəmi bir ulduzumuz gedəcək.
    Bu barədə “Qafqazinfo”ya “M Group Production”ın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, yeni qərara əsasən, 3 yox, cəmi 1 xanım müğənni Türkiyəyə yola düşəcək:

    Muxalifet - 3-12-2018

  4. PUTİN AVRONU GÜCLƏNDİRMƏYƏ ÇALIŞIR! - Rusiya dollar asılılığından qurtara biləcəkmi?

    “Rusiya dövlət istiqrazlarını avro ilə satmağa hazırlaşır. Neftin qiymətinin düşməsinə baxmayaraq, Rusiyanın büdcəsində profisit var və onun borc almağa ehtiyacı yoxdur. İstiqrazların rublla və ya dollarla deyil, avroyla satışa çıxarılması “dollarsızlaşdırma” proqramı çərçivəsində həyata keçirilir. Həmin plan bu il Putin tərəfindən irəli sürülüb”. “AzPolitika.info”nun məlumatına görə, bu barədə ABŞ-da dərc olunan nüfuzlu “Bloomberg” qəzetində işıq üzü görən məqalədə məlumat verilib.

    Muxalifet4 - 3-12-2018

  5. ​Gəncə hadisələri ilə bağlı 22 nəfərin işi məhkəməyə göndərildi

    Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verilib.

    Muxalifet - 3-12-2018

  6. ​Şəkidə mənzildən ər-arvadın meyiti tapıldı

    Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb.
    Hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
    Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 3-12-2018

  7. ​Rus hərbçi erməni qadını döyüb öldürdü

    Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazasının hərbçisi Gümrü şəhərində süpürgəçi işləyən 57 yaşlı qadını vəhşicəsinə döyüb.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə xəstəxanaya çatdırılan Cülyetta Kazaryanın həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 3-12-2018

  8. ​Timoşenko: Əhali qorxu içində ölkəni tərk edir

    Ukraynada hərbi vəziyyətin zamanı azaldılmalıdır, çünki o, ölkə əhalisini çox qorxudur.
    Bunu Ukrayna Radasındakı çıxışı zamanı Yuliya Timoşenko deyib.
    “Bütün ölkədə insanlar qorxu içindədirər. Onlar şok vəziyyətindədirlər. İnsanlar kütləvi şəkildə ölkəni tərk edirlər. Biz parlament olaraq bütün prosesləri diqqətdən kənarda saxlamaq haqqına sahib deyilik. Rada qapalı rejimdə Ukrayna prezidentini dinləmələrə çağırmalı və bundan sonra hərbi vəziyyətin vaxtını müəyyən etməlidir”, – deyə o bildirib.

    Muxalifet - 3-12-2018

  9. "Yaxın vaxtlarda Qarabağ münaqişəsi həllini tapacaq" - Söyün Sadıxov

    "Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini bərpa etməsi nə Azərbaycan, nə də Rusiya tərəfinə maraqlı deyil. Çünki bu təşkilatın işini Rusiyanın Azərbaycan Gənclər Birliyi (AMOR) yüksək səviyyədə yerinə yetirir".
    Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov bildirib. 

    Muxalifet - 3-12-2018

  10. ​Təmas xəttinə hərbi texnika toplanır: müharibə hər an BAŞLAYA BİLƏR

    Ukraynanın on vilayətində hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimi ilə təmas xəttinə texnika və silahlar cəlb edir.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “LXR”-in “müdafiə idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy jurnalistlərə bildirib.

    Muxalifet - 3-12-2018

  11. ​Pişik Günel ətəyini başına qaldırıb, ÖZÜNÜ YELLƏDİ – VİDEO

    Məşhur müğənni Günel Ələkbərova ATV maqazinin kameralarına xoşagəlməz vəziyyətdə yaxalanıb.
    Muxalifet.az A24.Az-a istinaden xəbər verir ki, tədbirlərdən birində görüntülənən Pişik ləqəbli Günel ətəyini qaldıraraq özünü yelləyib. Bu görüntülər sosial mediada müzakirələrə səbəb olub.
    Həmin kadrları sizə təqdim edirik:

    Muxalifet - 3-12-2018

  12. Naxçıvanda işdən azad edilən general Asəf Məmmədovla bağlı ŞOK FAKTLAR

    Bugünlərdə vəzifəsindən azad edilən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sabiq sədri, general Asəf Məmmədovla bağlı sosial şəbələlərdə maraqlı məlumatlar yayılıb. Geniş şəkildə paylaşılan həmin məlumatlarda DGK-nin sabiq sədrinin işdən azad olunması ilə bağlı detallara, onun sürdüyü həyat tərzinə aydınlıq gətirilir.

    Muxalifet4 - 3-12-2018

  13. “Nar Wi-Fi” ilə 4G artıq evinizdə

    Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısını təqdim edir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcək.

    Muxalifet4 - 3-12-2018

  14. Saakaşvili gürcü xalqına müraciət etdi: “Nə zaman çağırsanız, gələcəyəm”

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərinin yekunlarına etiraz edərək Tiflisdə keçirilən aksiya iştirakçılarına müraciət edib. Saakaşvili “Güc birlikdədir” birləşmiş müxalifətin tələblərini dəstəkləmək barədə çağırış edib.

    Muxalifet.az xəbər verir ki, Gürcüstanın birləşmiş müxalifət qüvvələri 28 noyabrda ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edərək, etiraz aksiyaları keçirir.

    Muxalifet4 - 3-12-2018

  15. ​Berlin Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcək

    Almaniyanın xarici işlər naziri Hayko Maas Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində 6 dekabrda ukraynalı və rusiyalı həmkarları Pavel Klimkin və Sergey Lavrovla görüşərək Kerç insidentini müzakirə edəcək.
    Azvision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Adebar keçirdiyi brifinqdə açıqlayıb. 

    Muxalifet - 3-12-2018

  16. Vergilər Məcəlləsinə edilən dəyişikliklər: kimlər hansı vergidən nə qədər müddətə azad edildi?

    Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.

    Muxalifet.az bildirir ki, brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

    Muxalifet4 - 3-12-2018

  17. Tanınmış modelyer xəstəxanaya yerləşdirilib –Qalmaqallı məhkmə çəkişməsi təxirə düşdü

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə təqsirləndirilən Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş L.Əhmədovanın məhkəməyə gəlmədiyi elan olunub.

    Muxalifet - 3-12-2018

  18. ​Peskov Putinlə şahzadə Salmanın səmimi görüşündən DANIŞDI - VİDEO

    Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putinlə Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman arasında Argentinada baş tutan səmimi görüş haqqında danışıb.
    Muxalifet.az xəbər verir ki, sözçü görüşün faydalı və əhatəli keçdiyini bildirib.

    Muxalifet - 3-12-2018

  19. ASO komandiri Əsədin qərarlarının arxasındakı gücü söylədi

    Suriyadakı Türkmən dağında vuruşan müxalif Türkmən komandiri Tarıq Solak, Bəşşar Əsəd rejiminin ordusunun hökmünün qalmadığını, hərbi qərarların İran tərəfindən verildiyini söyləyib.
     
    Astanadaki Suriya danışıqlarında müxalifəti təmsil edən heyət içində də yer alan Solak, rejimin siyasi həll tərəfdarı olmadığını qeyd edib.

    Muxalifet3 - 3-12-2018

  20. ​Son saniyədə fantastik qol: Klopp özünü itirdi - VİDEO

    İngiltərə Premyer Liqasındsa 14-cü turun oyunları keçirilib.
    Muxalifet.az xəbər verir ki, turun mərkəzi oyununda "Liverpul" əzəli rəqibi "Everton"u qəbul edib. Matç 90+6-cı dəqiqədə Oricinin vurduğu qolla ev sahiblərinin qələbəsi ilə başa çatıb.
    "Liverpul" - "Everton" 1:0
    Qol: Divok Orici, 90+6

    Muxalifet - 3-12-2018

Pages