Axtarış

The search found 105857 results in 0.155 seconds.

Search results

  1. “Türkiyə və Rusiya F-35-ə qarşı..”

    ABŞ Senatındakı Silahlı Qüvvələr Komitəsinin yeni sədri Ceyms Inhofe, Türkiyənin Rusiya ilə Qərb arasında bir seçim etməsi və ABŞ ilə F-35 proqramında qalmaq istəyirsə, S-400 raket əleyhinə müdafiə sistemlərindən imtina etməsi lazım olduğunu söyləmişdi. ABŞ mərkəzli bir müdafiə şirkətində işləyən raket mütəxəssisi Stiv Zaloga isə Rusiyadan mütəxəssislərin Türkiyəyə S-400 təlimi üçün getməsindən narahat olan NATO-nun Ankaranın Rus mütəxəssislərin S-400 radarlarını F-35-lərə qarşı test etməsinə icazə verməsindən qorxduğunu dilə gətirmişdi.
     

    Muxalifet3 - 4-12-2018

  2. ​Luka Modriç “Qızıl top”un sahibidir

    "France Football" jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "qızıl top" mükafatının sahibi məlum olub.
    "Qafqazinfo" xəbər verir ki, mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçirilib. "Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qalib adına layiq görülüb. 33 yaşlı yarımmüdafiəçi ilk dəfə bu mükafata sahib çıxıb. Kriştiano Ronaldo 2-ci, Antuan Qrizmann 3-cü olub.
    Qeyd edək ki, Modriç FIFA-nın təsis etdiyi "The Best" mükafatını da qazanmışdı.

    Muxalifet - 4-12-2018

  3. Pyotr Poroşenko: Rusiyaya qarşı təkbaşına…

    Ukrayna Rusiya aqressiyasından özünü təkbaşına müdafiə edəcək.
    Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, bunu İCTV televiziyasına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
    “Rusiya total təcridə məruz qalıb. Bu bizim beynəlxalq koordinasiyalı fəaliyyətimizin nəticəsidir. Biz öz ölkəmizi özümüz müdafiə edəcəyik”, – deyə o bildirib.

    Muxalifet - 4-12-2018

  4. Fransadakı “sarı jilet” aksiyaları çığırından çıxdı! Polis bir qadını öldürdü

    Fransada davam edən “sarı jiletli” aksiyaları getdikcə böyüyür. Marsel şəhərində evinin pərdəsini bağlamaq istəyərkən üzünə qaz bombası dəyən yaşlı qadın xəstəxanada həyatını itirib.
     
    Yanacaq qiymətlərinin artmasına etiraz olaraq başlayan və ölkə daxilinə yayılan aksiyalarda bu ana qədər 100-dən çox adam yaralanıb. Yaralılar arasında 23 polisin olduğu bildirilir.

    Muxalifet3 - 4-12-2018

  5. Bakıda DƏHŞƏT SAÇAN ƏRAZİ: Burada 2 gündə 5 gənc oğlan öldü

    Bakı şəhər Qala-Pirallahı yolunda daha bir ağır qəza baş verib.
    Dünən həmin yolda “VAZ 21099” markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.
    Qeyd edək ki, dekabrın 2-nə keçən gecə həmin yolda – “Zirə Bio Market”in qarşısında “Chevrolet Aveo” markalı avtomobil yük maşınına çırpılmış, nəticədə 4 gənc oğlan vəfat etmişdi.
    Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika

    Muxalifet - 4-12-2018

  6. ​"Götürüb süpürgəçilərin şəklini düzürsünüz, lazım deyil belə şeylər"

    Əməkdar artist Məlahət Abbasova və müğənni Xatirə İslam qalmaqalı səngimək bilmir.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, Xatirə növbəti dəfə aktrisaya videomüraciətlə cavab verib. O, M.Abbasovanı söhbətə son qoymağa çağırıb:

    Muxalifet - 4-12-2018

  7. Gəncədə FİLM KİMİ CİNAYƏT: Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb

    Gəncə şəhərində 15 yaşlı yeniyetmə bir qrup şəxsin təzyiqi altında evdəki seyfdən 40 min ABŞ dolları, 18 min manat və 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Sonra uşaq özü də oğurlanıb. Muxalifet.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a oğurlanmış yeniyetmənin atası, Ermənistanda doğulmuş Yasin Qarayev bildirib.
    Qarayevin sözlərinə görə, bütün bunlar 2018-ci ilin may-iyun aylarında baş verib. Amma problem ondadır ki, cinayətdə iştirak edənlərin hamısı azadlıqda gəzirlər. Bu səbəbdən də Qarayev ailə üzvlərinin təhlükəsizliyinə görə narahatdır.

    Muxalifet - 4-12-2018

  8. Azərbaycanlı oliqarx milyonerlər adasındakı evini satdı - XÜSUSİ PROKURORUN APARDIĞI İSTİNTAQA GÖRƏ?

    Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov ABŞ-ın Flordida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb. Virtualaz.org “The Real Deal” daşınmaz əmlak saytına istnadən xəbər verir ki, sənədlərə əsasən həmin mənzili alan rusiyalı Boris reznikdir. Reznik “Biorasi” araşdırma şirkətinin əsasını qoyub və onun arvadı Larisanın adına Fişer adasındakı “Seaside Village” kompleksində mənzil, habelə Aventurdakı “Hamptons Sotuh” kompleksində kondominium qeydiyyatdadır.

    Muxalifet - 4-12-2018

  9. Bölgədə dramatik vəziyyət: Terrorçuların sayı mülki əhalidən çoxdur

    Terror təşkilatı PKK tərəfindən işğal edilən İraq Sincarında daha sonra İranın dəstəklədiyi Haşdi Şabi terrorçularının də əlavə olunması ilə bölgədəki terrorçu sayı mülki əhalinin sayını üstələyib.
     
    Terror təşkilatı PKK işğal altında saxladığı ərazilərdə dinc əhaliyə nəfəs almağa imkan vermir.
    Ötən aprel ayında terror təşkilatının Sincardan çəkildiyini açıqlayan Sincarın başçısı Mehma Xəlil, PKK və Haşdi Şabinin rəsmi idarənin (IKBY Rəhbərliyi) bölgəyə qayıdışına mane olduğunu deyib.

    Muxalifet3 - 4-12-2018

  10. ​İsrail “Şimal qalxanı”na başladı: Hamısı MƏHV EDİLƏCƏK

    İsrail hərbçiləri “Şimal qalxanı” əməliyyatının başlandığını elan ediblər.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib.
    Onun sözlərinə görə, əməliyyatın hədəfi Livanın “Hizbullah” təşkilatının yəhudi dövlətinin ərazisinə silah göndərmək üçün qazdığı tunelləri tapmaq və onları məhv etməkdir.
    “Bizə bir sıra tunellər haqqında məlumdur. Hələ ki, onların konkret sayını açıqlamayacağam”, - Yonatan Konrikus deyib.

    Muxalifet - 4-12-2018

  11. Məsut Özil A Seriyasında?

    "Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özil haqqında sürpriz transfer iddiası ortaya atılıb.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar "topçular”ın heyətində ehtiyatda qalan 30 yaşlı yarımmüdafiəçi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. "İnter” almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. İtaliya təmsilçisinin yaxın zamanda "Arsenal”a rəsmi təklif göndərəcəyi gözlənilir.

    Muxalifet - 4-12-2018

  12. ​Bakıda universitetdə DƏHŞƏTLİ HADİSƏ: gənc oğlan tələbə yoldaşını tualetdə...

    Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.
    Publika.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.
    Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

    Muxalifet - 4-12-2018

  13. SAAKAŞVİLİ TOYU OLAN AZƏRBAYCANLI GƏNCƏ ZƏNG VURDU - Eks-prezident Faxralıdan olan bəyi təbrik etdi (VİDEO)

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azərbaycanlı bəy və gəlini təbrik edib.
    Muxalifet.az xəbər verir ki, eks-prezident dünən azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Bolnisi rayonu, Faxralı kəndində keçirilən Fazil Məmmədovun (Qurvanallar) toyuna canlı bağlanaraq bəy və gəlini təbrik edib, onlara xoş arzularını bildirib./unikal.org

    Muxalifet4 - 4-12-2018

  14. ​Əhəd Abıyev avtomobil qəzasına düşdü

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb. "Report"un məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.
    Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-12-2018

  15. Polisdən ƏMƏLİYYAT: Narkobaron saxlanıldı

    Daxili işlər orqanları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

    Muxalifet - 4-12-2018

  16. İsrail açıqladı: “Şimal Qalxanı” əməliyatını başlatdıq

    İsrail bazar ertəsi gecəsi Livan-İsrail sərhədində Hizbullah tərəfindən inşa edilən tunelləri məhv etmək üçün “Şimal Qalxanı” adlı bir əməliyyat başlatdıqlarını açıqlayıb.
     
    İsrail mediasının bildirdiyinə görə, ordu sözçüsü, İsrail ordusunun Livandan İsrailin şimalına gedən bir sıra yeraltı tunelin fərqində olduqlarını və ordunun yalnız İsraildə fəaliyyət göstərib, sərhədin o tayına keçməyəcəyini bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 4-12-2018

  17. Qara dəniz böhranında təcili gəlişmə

    Ukraynanın nəqliyyat və infrastruktur naziri Rusiyanın Azov dənizindəki Ukrayna dəniz limanlarını qismən açdığını bəyan edib.
    Müxalifət.az

    Muxalifet3 - 4-12-2018

  18. Ermənistan təşviş içində: Azərbaycandan düşməni tir-tir TİTRƏDƏN ADDIMLAR - ŞƏRH

    “Ermənistan mediasında Azərbaycanın öz hərbi potensialını artırması ilə bağlı ən kiçik informasiya da gözdən qaçırılmır. Erməni mediasının nümayəndələri Azərbaycanın hərbi gücünü artırmaq yolunda atdığı hər addımı diqqətlə izləyirlər. Demək olar ki, erməni mediasında hər gün bununla bağlı məqamların öz əksini tapdığı yazılar geniş işıqlandırılır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda başlayacağı mümkün müharibə ehtimalına görə Ermənistan daim təşviş içərisindədir.

    Muxalifet - 4-12-2018

  19. Son dəqiqə: Fransa höküməti geri çəkildi

    Fransanın baş naziri Eduard Filippenin yanacaqla ilə bağlı vergi artırmalarını geri çəkdiklərini bəyan edib.
     Müxalifət.az

    Muxalifet3 - 4-12-2018

  20. “Uşaq bağçaları ilə bağlı islahatlar aparılacaq” – BŞİH-in Aparat rəhbəri

    “Hazırda Bakıda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqları, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illər ərzində Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Bütün bu bağçalar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunub.

    Muxalifet - 4-12-2018

Pages