Axtarış

The search found 105857 results in 0.035 seconds.

Search results

  1. ​Biz bunları edirik, Rusiya da dəstəkləsə... - NATO-dan çağırış

    NATO Rusiya və İranın Əfqanıstan probleminin həllində konstruktiv rol oynayacağına ümid edir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
    “Biz Əfqanıstan təhlükəsizlik qüvvələrinin hazırlığına yardım edirik. Biz taliblərə onların döyüş meydanında qələbə qazanmayacaqlarına və buna görə də danışıqlar masasına oturmalarına dair açıq siqnal veririk. Ümid edirik ki, regionun bütün ölkələri, o cümlədən Rusiya və İran Əfqanıstandakı sülh prosesini dəstəkləyəcəklər”, – deyə o bildirib.
     

    Muxalifet3 - 4-12-2018

  2. ​İrandan ABŞ-a savaş mesajı: Hədəflər DƏQİQLƏŞİR

    Ən önəmli proqramımız raketlərimizin mənzilini artırmaqdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Hərbi Hava Qüvvələrinin generalı Əziz Nəsirzadə deyib.
    “Bu məsələdə hər hansı məhdudiyyət görmürük. İran raket mənzilini bu günə qədər 2 min km-ya kimi çatdıra bilib”, - deyə bildirib.
     

    Muxalifet3 - 4-12-2018

  3. ​Muxtar Babayev Kerverslə görüşdü

    Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers arasında tanışlıq görüşü keçirilib.
    Nazirlikdən  verilən məlumata görə, görüş zamanı Azərbaycanla Niderland arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
     

    Muxalifet3 - 4-12-2018

  4. ​Sərxan Hacıyev UEFA tərəfindən təyinat aldı

    AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.
    Muxalifet.az AFFA-ya istinadla xəbər verir ki, S.Hacıyev futbol üzrə UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray”–“Porto” oyununun UEFA nümayəndəsi olacaq.
    Oyun dekabrın 11-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçiriləcək.
     

    Muxalifet3 - 4-12-2018

  5. ​Metroda sərnişinlərə fosforlu qolbaq paylanacaq

    "Bakı Metropoliteni" QSC yeni layihə həyata keçirəcək.
    Muxalifet.az xəbər verir ki, dekabrın 6-da saat 14:00-da metronun "28 May" stansiyasında başlanacaq "İşıq saç, özünə yol aç" adlı aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbağılar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.

    Muxalifet3 - 4-12-2018

  6. ​Ukrayna 8 yüksək rütbəli rusiyalını axtarışa verdi

    Ukraynanın Cənub regionun hərbi prokurorluğu Kerç boğazında yaşanan insident səbəbilə 8 Rusiya vətəndaşı haqqında axtarış elan edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat yayılıb.
    Bildirilib ki, axtarılanlar FTX-nin Sərhəd Xidmətinin rəisi, kontur-admiral Sergey Stankeviç, xidmətin rəhbər köməkçisi vitse-admiral Gennadi Medvedyev, Regional Xidmət İdarəsinin sədri, birinci dərəcəli kapitan Ruslan Romaşkindir.

    Muxalifet3 - 4-12-2018

  7. ​Azərbaycanda 140 qanunsuz miqrant saxlanıldı

    Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb. Onlardan üçü Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.
    DMX-dən verilən məlumata görə, saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

    Muxalifet3 - 4-12-2018

  8. ​Ərdoğan Amerika qitəsinə yol tapır - Trampa mesaj

    Türkiyə Qətərdə etdiyi kimi, Venesuelada da hərbi baza açmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Hüsaməddin Aslan Ərdoğan-Maduro görüşünü şərh edərkən deyib.

    Muxalifet3 - 4-12-2018

  9. ​Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçildi

    Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.

    Muxalifet3 - 4-12-2018

  10. ​Məşhur veteran futbolçu azərbaycanlı uşaqlarla - Foto

    Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan əfsanəvi fransalı yarımmüdafiəçi dünya və Avropa çempionu Rober Pires dekabrın 4-də təşkil olunan futbol festivalında iştirak edib.

    Muxalifet3 - 4-12-2018

  11. ​Gəncədə 15 şadlıq sarayı cərimələndi

    Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantılarının minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.
    Nazirlikdən verilən məlumata görə, keçirilən monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

    Muxalifet3 - 4-12-2018

  12. ​Hərbi vəziyyət üzündən ÇL-nın oyununun yeri dəyişdirildi

    UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Şaxtyor” – “Lion” oyununun yeri dəyişdirilib.
    Muxalifet.az xəbər verir ki, buna səbəb Xarkov vilayətinin hərbi rejim vəziyyətinin tətbiq edildiyi ərazilər siyahısında yer almasıdır.
    Qərara alınıb ki, qarşılaşma paytaxt Kiyevdə keçiriləcək.
    Qeyd edək ki, “Şaxtyor” – “Lion” matçı dekabrın 12-də baş tutacaq.
     

    Muxalifet3 - 4-12-2018

  13. ​İsraildən Rusiyaya hərbi əməliyyat XƏBƏRDARLIĞI

    İsrail Rusiya tərəfini Livanla sərhəddə keçirilən “Şimal sipəri” əməliyyatı barədə məlumatlandırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsrailin Rusiyadakı səfiri Harri Korenə istinadən məlumat yayıb.
    Bildirilir ki, əməliyyat “Hizbullah”ın tunellərinin axtarılması və məhv edilməsi məqsədi daşıyır.
    Səfirin sözlərinə görə, İsrail nümayəndə heyəti Rusiya Xarici İşlər Nazirliyində olub və müzakirələr aparıb.
     

    Muxalifet3 - 4-12-2018

  14. ​ABŞ Rusiyaya vaxt verdi: 60 gün ərzində...

    Rusiya Yaxın və Orta Mənzilli Raketlərin məhvi anlaşmasını yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
    Qeyd edək ki, hələ bir neçə ay əvvəl Ağ Ev rəhbəri Donald Tramp ölkəsinin bu razılaşmadan çəkiləcəyini bəyan etmişdi
     

    Muxalifet3 - 4-12-2018

  15. XƏBƏRDARLIQ: "Whatsapp”da yayılan mesajı açmayın!

    Dünən axşamdan "Whatsapp" vasitəsilə yayılan mesajda 1990-cı ildən 2018-ci ilədək işləmiş insanların Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüququna malik olması barədə dezinformasiya yayılıb.

    Muxalifet4 - 4-12-2018

  16. 200 iranlının Gürcüstandan qovulmasının SƏBƏBİ - Şübhəli səfərlər...

    Gürcüstandan ötən həftə 200 nəfər İran vətəndaşının deportasiya edilməsinin səbəbi bəlli olub.

    Muxalifet4 - 4-12-2018

  17. ​Gürcüstan 200 iranlını niyə deportasiya etdi?

    Gürcüstandan ötən həftə 200 nəfər İran vətəndaşının deportasiya edilməsinin səbəbi bəlli olub.
    Muxalifet.az xəbər verir ki, İran vətəndaşlarının deportasiya edilməsi birmənalı qarşılanmayıb. Bəzi mətbuat orqanları qərbyönümlü siyasi kurs yürüdən Gürcüstanın bununla ABŞ-a “sədaqətini nümayiş etdirməyə” çalışdığını bəyan ediblər.

    Muxalifet3 - 4-12-2018

  18. Buna görə ABŞ ildə 250 milyard itirir - Tramp

    Qanunsuz miqrasiya sərhəd mühafizəsinə çəkilən xərcdən qat-qat baha başa gəlir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb:
    “Ölkəmizin qanunsuz miqrasiya üzündən ildə 250 milyard dollar itirdiyini demokratlara kimsə başa sala bilərmi? Sərhəd mühafizəsi isə divar inşası da nəzərə almaq şərtilə 25 milyard dollaradır”, - deyə Tramp qeyd edib.
     
     

    Muxalifet3 - 4-12-2018

  19. ​Rusiya əməl edir, ABŞ da bilir - Zaxarova

    Rusiya Yaxın və Orta Mənzilli raketlərin məhvi anlaşmasına tamamilə riayət edirdi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    “Rusiya buna ciddi şəkildə əməl edir və Amerika tərəfi də bunu bilir”, - deyə XİN sözçüsü bildirib.
    Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın razılaşmaya əməl etməyəcəyi təqdirdə, bu anlaşma ilə bağlı öhdəlikləri dayandıracağını bəyan etmişdi.
     

    Muxalifet3 - 4-12-2018

  20. ​Nazir xahiş etdi: Bunu etməyin...

    Fransa Daxili İşlər naziri Kristof Kastaner “Sarı jiletli”lərdən növbəti nümayiş təşkil etməmələrini xahiş edib.
    Muxalifet.az xəbər verir ki, nazir bu qrupun keçmişdəki digər qruplardan fərqli olduğunu bildirib.
    O “sarı jiletli”lərin zorakılıq törətməməsinin vacibliyini bildirib.
    Qeyd edək ki, ölkədə yanacaq qiymətinin artımı və bunun fonunda iqtisadi vəziyyətin pisləşməsi ilə "Sarı jiletli"lər adlı qrupun təxribatları geniş vüsət aldı və nümayişlərə, iğtişaşlara çevrildi.
     

    Muxalifet3 - 4-12-2018

Pages