Axtarış
The search found 105857 results in 0.02 seconds.
Search results
Gürcü qanuni oğru Türkiyədə məhkəməni necə aldatdı? – Şok təfərrüat
Gürcü qanuni oğru, mafiya lideri Mindia Goradze Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, qanuni oğru Trabzonda müalicə üçün getdiyi özəl klinikalardan birində saxlanılıb. Qeyd olunur ki, qanuni oğru cinayətkar şəbəkəsi qurması səbəbindən İnterpol tərəfindən qırımızı xəttələ axtarılırdı. Polis onu birinci dəfə 2018-ci il oktyabrın 25-də həbs edib. Həbsdən sonra hüquqi prosedurlara uyğun olaraq, Gürcüstan hökuməti qanuni oğrunu 40 gün müddətdə təslim almalı olsa da, bu, baş verməyib.
Muxalifet - 5-12-2018
"Fənərbaxça" baş məşqçi qərarını açıqladı
Türkiyənin "Fənərbaxça" klubu baş məşqçi ilə bağlı son qərarını verib.
Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın idman direktoru Daniel Komolli təşkil etdiyi mətbuat konfransında bu məsələyə aydınlıq gətirərək deyib: "Komandanı mövsümün sonuna qədər Edvin Kuman çalışdıracaq. Azarkeşlərə söz veririk ki, bu həftədən etibarən qələbələrimizi sıralamağa davam edəcəyik".
Qeyd edək ki, "Fənərbaxça" oktyabrın 29-da hollandiyalı mütəxəsis Flip Kokunu istefaya göndərmişdi.Muxalifet - 5-12-2018
BAKIDA “SİQARET AKSİYASI”: Gənc oğlan aldığı siqaret qutularını payladı – VİDEO
Bakıda gənc oğlan mağazaların birindən aldığı siqaret qutularını şəhər sakinlərinə paylamaqla aksiya keçirib.
Aksiya Bakının Nizami rayonunda – “Neftçilər” metrosunun yaxınlığındakı parkda həyata keçirilib. Siqaret paylama aksiyası ətrafdakı insanlar tərəfindən lentə alınıb.
Gənc oğlan bu addımı ilə siqaret almağa pulu olmayan aludəçilər üçün atdığını deyib. İctimaiyyət tərəfindən maraqla qarşılanan siqaret aksiyasında izdiham yaşanıb./A24.azMuxalifet - 5-12-2018
Bakının fasiləsiz işləyən "avtomobil qəbiristanlığı" - İşlənmiş hissələr yenisindən baha satılır - FOTOLAR
Əvvəllər Bakıda 8-ci kilometr yaşayış məntəqəsində "maşın bazarı" kimi tanınan yer indi "avtomobil qəbiristanlığı"na çevrilib.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, avtomobillərin istər yeni, istərsə də işlənmiş ehtiyat hissələrini buradan tapmaq mümkündür. Ancaq maraqlı odur ki, işlənmiş ehtiyat hissələr bəzən yenisindən baha satılır.
Muxalifet4 - 5-12-2018
Cavid Qurbanov “TOPAZ”-a öz adamını yerləşdirdi –AZƏRBAYCANDA MƏRC OYUNLARINA NƏZARƏT EDƏN VÜSAL MƏMMƏDOV KİMDİR?
Azərbaycan mətbuatı isə yazır ki, "Baltech Investment LLC” şirkətinin təsisçisi Türkiyə vətəndaşı, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri, məlum “Beynəlxal Bank işi”ndə adı hallanan və 250 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karanidir. Həmin B.Karani ki, 2012-ci ildə Azərbaycandan qaçıb və onun adı elə həmin il “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, onun "Baltech Investment LLC” şirkəti vasitəsilə Azərbaycandan ofşor zonalara külli miqdarda vəsait çıxardığı iddia olunur.
Muxalifet4 - 5-12-2018
Rusiyadan bomba iddia! Hücum hazırlığı var
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna rəhbərliyinin Donbasa hücum məqsədli qüvvələr göndərdiyini, Ukrayna ordusunun güc tətbiq etməyə hazır olduğu istiqamətində məlumatlar aldıqlarını açıqlayıb.
Zaxarova, ABŞ-ın Rusiyanın orta mənzilli nüvə qüvvələri müqaviləsini pozduğu iddiasının əsasının olmadığını, həmçinin Kiyevin Donbasa hücum məqsədli qüvvələr göndərdiyini, Ukrayna ordusunun güc tətbiq etməyə hazır olduğu istiqamətində məlumatlar aldıqlarını deyib.Muxalifet3 - 5-12-2018
"Mən nəyimisə göstərmək istəmirəm" - Aynur
Aynur Dadaşova qonağı olduğu "Şou ATV"də etdiyi açıqlama ilə bir çox sənət yoldaşlarının yuxusunu qaçıracaq kimi görünür.
Muxalifet.az Milli.Az-a istinadən xəbər verir ki, xanım müğənni reklam olunmaq, gündəmdə qalmaq üçün bəzi həmkarlarından fərqli olaraq ailə üzvlərini "alət"ə çevrimək istəmədiyini bildirib.
Aynur "Mən heç vaxt istəmərəm övladlarımla gündəmdə olmaq. Ya nəyimisə göstərmək istəmirəm, mənə aid olan. Hər kəs reklamı bir cür edir. Mən belə şeylərdən uzağam" ifadələrini işlədib.Muxalifet - 5-12-2018
BAĞIROVUN STALİNƏ MƏXFİ MƏKTUBU ÜZƏ ÇIXDI – Dörd min adamın həbsi üçün icazə istənilir (FOTO)
Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb. Strateq.az bildirir ki, tarixçi Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib: “Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”. M.Bağırov Stalinə yazdığı məxfi məktubda Azərbaycanda 4 min şəxsin tutulması üçün sanksiya verilməsini xahiş edir.
Muxalifet4 - 5-12-2018
Dövlət bağçalarında aylıq ödəniş VERMƏYİN – BŞİH-in Aparat rəhbərindən açıqlama
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev dövlət bağçalarında valideynlərdən aylıq ödənişlərin alınmasına münasibət bildirib. “Report”un xəbərinə görə, o deyib ki, dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmur. Aparat rəhbəri qeyd edib ki, Bakıda məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qayadada həyata keçirildikdən sonra şəffaflıq təmin ediləcək: “Bakı Şəhər İcra Hakimiyyətinə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müəyyən şikayətlər daxil olur.
Muxalifet4 - 5-12-2018
Regionların vergi güzəştləri niyə ləğv olundu? – Ekspert ŞƏRHİ
Yeni vergi dəyişikliklərinin əsas əlamətlərindən biri də regionlara verilən güzəştlərin ləğvilə bağlıdır.
Tanınmış iqtisadçı Rövşən Ağayev bildirib ki, sadələşdirilmiş verginin dərəcəsi Bakıdan 2 dəfə aşağı idi, artıq yeni ildən bərabərləşir:
Muxalifet4 - 5-12-2018
“Bu hakimiyyət torpaqları verməyə hazırlaşır” dedi, dindirməyə çağırıldı - CİNAYƏT İŞİ QALDIRILIR...
Ermənistanda Nikol Paşinyana qarşı müxalifətdə olan keçmiş xüsusi xidmət rəhbəri, Serj Sərkisyanın Respublika partiyasının seçki siyahısında yer alan David Şahnazaryan Mill Təhlükəsizlik Xidmətinə çağırılıb. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Şahnazaryanı baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Qarabağ məsələsindəki mövqeyi barədə son günlər verdiyi bir sıra açıqlamalara görə dindirilmək üçün çağırıblar.
Muxalifet - 5-12-2018
Qaçaq şahzadə qız yaxalandı
Dubayda zorla saxlanıldığı saraydan qaçan Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının müavini Məhəmməd bin Raşid Al-Mektumun qızı şahzadə Lətifə Hindistana 80 kilometr qalmış yaxalanıb.
İllərlə həbsxanada işgəncə gördüyünü və sarayda zorla saxlandığını deyən şahzadə Lətifə, Hindistana qaçarkən vahiməyə düşərək Whatsappdan mesaj atıb və bununla da təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.Muxalifet3 - 5-12-2018
Zurabişvilinin andiçmə mərasimi bu şəhərdə keçiriləcək
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində keçiriləcək.
Bunu Zurabişvili özü “İmedi” televiziyasına müsahibəsində deyib. O, inauqurasiyaya diplomatik münasibətlərin olduğu bütün ölkələrin nümayəndələrinin dəvət ediləcəyini bildirib.
Qeyd edək ki, bundan öncəki bütün andiçmə mərasimlərinin hamısı Tiflisdə baş tutub. Budəfəki inauqurasiyanın yeri müxalifətin dekabrın 16-da yenidən genişmiqyaslı etiraz aksiyası keçirmək istəyi ilə əlaqədar dəyişdirilib.Muxalifet - 5-12-2018
NAZİR KONFEDERASİYA PREZİDENTİNİN OĞLUNA VƏZİFƏ VERDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.
Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən təsdiqləyiblər.
Muxalifet4 - 5-12-2018
Şəxsiyyət vəsiqələri xarici pasportun içində olacaq? – Rəsmi
Azərbaycanda da bəzi xarici ölkələrdə olduğu kimi şəxsiyyət vəsiqələrinin ümumvətəndaş pasportunun içində ayrıca vərəq kimi olması bizim üçün aktual məsələ deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova yeni şəxsiyyət vəsiqələri ilə bağlı Sputnik.az-a müsahibəsində bildirib.
J.Nəsibova deyib ki, ucqar bölgələrdə yaşayan vətəndaşlara xarici pasport ümumiyyətlə lazım olmadığı üçün buna ehtiyac yoxdur:
Muxalifet4 - 5-12-2018
İntensiv yağış, qar yağacaq - Nazirlikdən XƏBƏRDARLIQ
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.Muxalifet - 5-12-2018
“Cəmiyyətdə “uje” sözündən istifadə halları artıb” – Dilçilik İnstitunun direktoru
“Azərbaycan dili qədim və zəngin dildir. Mətbuat Şurası yarandığı gündən ana dilinin qorunması məsələsinə xüsusi diqqət yetirir, yazılı mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.
Muxalifet - 5-12-2018
PKK-lı qadınları doğuşa məcbur edirlər: SONRA ANA-BALANI AYIRIRLAR
Terror təşkilatı PKK/KCK-nın son illər azalan terrorçu sayını artırmaq üçün qadın döyüşçüləri doğuma zorladığı təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu ifadəsi ilə ortaya çıxıb.
Məlumata görə, PKK/KCK-nın sadəcə ictimai dəyərləri məhv edən deyil, qadını, qadın şəxsiyyətini alçaldan və istismar edən sapıq bir təşkilat olduğu hərəkətləri ilə bir daha üzə çıxıb.Muxalifet3 - 5-12-2018
Rusiya Azərbaycana "BAL" raket kompleksi satmaqdan imtina etdi - ŞOK SƏBƏB
"Kommersant" qəzeti Moskvanın Azərbaycana "Bal" raket kompleksləri satmaqdan imtina etdiyini bildirib.
Hərbiçilər hesab edirlər ki, sahil raket kompleksi Rusiyanın Xəzərdəki gəmiləri üçün təhlükə təşkil edəcək.
"Bal-E" ərazi sularına nəzarət, bazaların, sahil infrastrukturlarının və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. Kompleksin tərkibinə özügedən komanda idarəetmə və rabitə məntəqələri, gəmi əleyhinə raketlərlə özügedən buraxılış qurğuları, nəqliyyat-yükləmə maşınları daxildir. Zərbə endirmə məsafəsi 120 km-ə qədər təşkil edir.
Muxalifet4 - 5-12-2018
Gerasimov: Suriyadan Türkiyəyə neft daşınır
Rusiya kəşfiyyatı Suriyanın şərqindən Türkiyə və İraqa gedən neft konvoylarını müəyyən edib.
Bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O, neftin daha çox ABŞ-ın nəzarətində olan bölgələrdən daşındığını bildirib.
Gerasimov bu neftin satışından əldə edilən vəsaitin İŞİD-in maliyyələşməsində istifadə edildiyini deyib.
Rus general ABŞ-ın həmçinin müstəqil kürd dövləti yaratmaq istədiyini söyləyib.Muxalifet - 5-12-2018