Axtarış
The search found 105857 results in 0.021 seconds.
Search results
Fransanın İrandakı səfirliyi qarşısında etiraz
Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər.
Muxalifet.az xəbər verir ki, etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.
Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.Muxalifet3 - 5-12-2018
G20-də üç tarixi razılaşma - Foto
Dünyanın iyirmi ən güclü iqtisadiyyatına malik dövlətlərinin rəhbərlərinin Argentinanın paytaxtında keçirilən sammitinə maraq böyük idi. Ekspertlər və media nümayəndələri böyük dövlətlər arasında münaqişəli situasiyaların necə həll ediləcəyi ilə maraqlanırdılar. Doğrudan da, hazırda qlobal miqyasda ciddi problemlər mövcuddur. Məsələn, Amerika-Rusiya münasibətlərindəki gərginlik ciddi geosiyasi təhlükələrə yol aça bilər. Vaşinqton-Pekin xəttindəki anlaşılmazlıqlar dünya ticarətini risklərə atır.
Muxalifet3 - 5-12-2018
"Müsadirə edilən tütün məmulatları yalnız məhv edilir" — DGK
Gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir.
Muxalifet.az bildirir ki, Dövlət Gömrük Komitəsindən (DGK) trend-ə verilən məlumata görə, dekabrın 5-də sosial şəbəkələr vasitəsilə yayılan videoda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb:Muxalifet3 - 5-12-2018
Sərkisyana ağır zərbə: hesablar donduruldu, əmlaka həbs...
Ermənistandakı “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin keçmiş direktoru, sabiq Prezident Serj Sərkisyanın qudası Ara Minasyana məxsus bank hesabları dondurulub, əmlakına isə həbs qoyulub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.Muxalifet3 - 5-12-2018
Ukrayna iki dənizdə hücuma keçdi: 8 hədəf məhv edildi - Moskva ŞOKDA
Ukrayna Silahlı Qüvvələri Qara dəniz və Azov dənizində qanadlı raketləri sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbədi Aleksandr Turçinov bildirib.
"Qanadlı raketlər üçün uzaqlıq və suüstü hədəflərin dəqiqliklə məhvi qarşıya məqsəd qoyulmuşdu. Üzən vasitələrin məhvi üzrə modernləşdirilmiş С-125 raketləri öz effektivliyini sübut etdi", - Turçinov deyib.Muxalifet3 - 5-12-2018
OPEK-in iclası başladı: Neft bahalaşacaqmı?
Avstriyanın paytaxtı Vyanada OPEK Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası başlayıb.
Muxalifet.az xəbər verir ki, iclasda neftin bazardakı son durumu müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov dekabrın 7-də OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.
Muxalifet3 - 5-12-2018
Paşinyanın katibinin bəyanatı narahatlıq doğurur - Zaxarova
Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatı həm forma, həm də məzmun baxımından narahatlıq doğurur.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Zaxarova vurğulayıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitin təxirə salınmasını təklif etməyib.
Muxalifet3 - 5-12-2018
Bu ölkədə 7 mərtəbəli bina çökdü: Ölənlər var
Nigeriyanın cənubunda 7 mərtəbəli bir bina çöküb.
Muxalifet.az xəbər verir ki, binanın çökməsi nəticəsində 17 nəfər həyatını itirib.
Dağıntılar altından 17 nəfərin cəsədi çıxarılıb, 31 nəfərin həyatı isə xilas edilib.
Muxalifet3 - 5-12-2018
Can Dündar barəsində qərar verildi: Həbs edilir
Almaniyada yaşayan türkiyəli müxalif Can Dündar barəsində həbs qərarı verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İstanbul Respublika Prokurorluğu qərar verib.
O, Gəzi olaylarındakı aksiyalara dəstək verməkdə ittiham edilir.
Qeyd edək ki, 2013-cü ildə İstanbulda Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Muxalifet3 - 5-12-2018
Netanyahunun BMT-dən Hizbullah tələbi...
İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, danışıq zamanı baş nazir Quterreşi Hizbullah hərəkatının yəhudi dövləti ərazisində qazdığı tunnellər və bu qruplaşmaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələlərini müzakirə etməyə çağırıb.
Bundan əlavə, Netanyahu “Şimal qalxanı” əməliyyatı ilə bağlı baş katibə məlumat verib və İsrailin suverenliyinin pozulmasına görə BMT-dən həlledici müzakirələrin başladılmasını istəyib.
Muxalifet3 - 5-12-2018
Maduro Moskvada coşdu: Qələbə qazanacağıq
Ayağa qalxdıq və qələbə qazanacağıq.
Muxalifet.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.
Gələcəyin çox yaxşı olacağını deyən Maduro fərqli şəkildə təhdid və təcavüzə məruz qaldıqlarını, ancaq bu prosesin özlərinə dərs olduğunu bildirib.
Muxalifet3 - 5-12-2018
Bakıda müəllimlə şagird arasında dava - VİDEO
Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib. Muxalifet.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, xoşagəlməz kadrlar sinifdə olan şagirdlərin biri tərəfindən çəkilib. Sözügedən kadrlar 12 nömrəli Bakı Peşə Liseyində çəkilib. Araşdırma zamanı məlum olub ki, hadisə peşə liseyində 307 nömrəli qurupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.
Muxalifet4 - 6-12-2018
Keçmiş rəisə yeni vəzifə verildi
Tərtər rayon Polis şöbəsinin keçmiş rəisi Rauf Məcidov yeni vəzifəyə təyinat alıb.
Belə ki, o, Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi təyin olunub.
Qeyd edək ki, R.Məcidov bir müddət əvvəl Tərtər rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Bu vəzifəyə Ağdam rayon Polis şöbəsinin rəisi Elçin Qasımov gətirilib.
Muxalifet4 - 6-12-2018
Fransa parlamenti yanacağın qiyməti ilə bağlı son qərarını verdi
Fransanın Milli Məclisi hökumətin yanacağın qiymətinin qaldırılmasının dondurulması təklifini qəbul edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hökumətin təklif etdiyi vergi tədbirləri paketinin qəbul edilməsi üçün 358 parlemantari lehinə, 194 nəfər isə əleyhinə səs verib.
Bundan başqa, məclis elektrik enerjisi və qaz tariflərinə moratoriumun tətbiqini qəbul edib. Avtomobillərin texniki baxışı üçün qiymətlərin qaldırılmasından da imtina edilib.
Muxalifet4 - 6-12-2018
Arvadının saçını qırxan kişi danışdı: “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var” - VİDEO
Elnur Həsənov: “Anası dedi, qızımı öldür...”
Muxalifet4 - 6-12-2018
Məmmədyarov erməni nazirlə görüşü şərh etdi - “Faydalı danışıqlar aparılıb”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla 5 dekabrda Milanda baş tutmuş görüşü şərh edib.
Muxalifet.az “Qafqazinfo”-a istinaden xəbər verir ki, Məmmədyarov üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparıldığını bildirib:
O qeyd edib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.Muxalifet - 6-12-2018
Manafov teatrdan getməsindən danışdı
Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.
Manafov 1nyus.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:
"Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur.Muxalifet - 6-12-2018
Döyüş təyyarələri havada toqquşdu
ABŞ-ın dəniz piyadalarına məxsus iki hərbi təyyarənin Yaponiya açıqlarında toqquşduğu bildirilib.
Dəniz piyadaları komandanlığından bildiriblər ki, Yaponiyanın Iwakuni Dəniz Piyadaları Hava Bazasında yerləşən KC-130 tipli tanker təyyarəsi ilə F/a-18 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı toqquşub və təyyarələr düşüb.Muxalifet3 - 6-12-2018
Yenə casus ittihamı: Rusiyadan təhdid kimi cavab
Rusiyanın Xarici İşlər Nazirliyi Slovakiyanın Rus diplomatını casusluqda günahlandıraraq deportasiya etməsinə eyni şəkildə cavab verəcəklərini açıqlayıb.
Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Slovakiyadan deportasiya edilən Rus diplomatın casus olmadığını deyərək, Rusiyaya ədalətsizlik edildiyi bildirilib. Bəyanatda həmçinin, "Rus tərəfi, qarşılıqlıq prinsipinə əsaslanaraq Slovakiyanın düşmənçilik etmiş olduğu bu hərəkətlərinə eyni ilə cavab verəcək" deyilib.Muxalifet3 - 6-12-2018
ABŞ-dan dünyanı qarışdıracaq addım
ABŞ-ın Rusiya ilə Ukrayna arasındakı gərginlikdən dolayı Qara dənizə döyüş gəmisi göndərmə hazırlığında olduğu iddia edilib.
Muxalifet3 - 6-12-2018