Axtarış
The search found 105857 results in 0.018 seconds.
Search results
ABŞ-ın iki hərbi təyyarəsi toqquşub - 5 hərbçi itkin düşüb
Yaponiya sahillərində ABŞ hərbi dəniz piyadalarına məxsus 2 hərbi təyyarənin – “KC-130” tipli yanacaq doldurma təyyarəsi ilə “F/A-18” tipli döyüş təyyarəsinin havada toqquşaraq dənizə düşməsi nəticəsində Amerikanın 5 hərbi dəniz piyadası itkin düşüb.
Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, hər iki təyyarədə olan 7 hərbçidən 2-si Yaponiyanın dəniz müdafiə qüvvələri tərəfindən xilas edilib. Digər 5 hərbçinin tapılması üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.Muxalifet - 6-12-2018
ABŞ senatorundan şahzadə bin Salman iddiası: Çox şey bilirik
ABŞ-da Respublikaçıların əhəmiyyətli şəxslərindən olan Florida senatoru Marko Rubio, "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətindən xəbərdar və bu işin içində olduğu nəticəsinə varmaq üçün çox şey bilirik" deyib.
Rubio CNN telekanalına canlı yayımla bağlanaraq Qaşıqçı cinayəti və Səudiyyə Ərəbistan-ABŞ əlaqələri haqqında açıqlamalar verib.Muxalifet3 - 6-12-2018
10 yaşlı azərbaycanlı kikboksçu erməniyə GÖZ AÇMAĞA İMKAN VERMƏDİ – VİDEO
10 yaşlı azərbaycanlı kikboksçu rinqdə erməni həmkarına göz açmağa imkan verməyib.
Azyaşlı azərbaycanlı kikbokçu İlqar Zeynallı erməni həmkarını açıq üstünlüklə məğlub edib. İlqar bütün raundlarda rəqibindən üstün olaraq döyüşün qalibi elan edilib.
Qeyd edək ki, görüş Gürcüstanda baş tutub./A24.AzMuxalifet - 6-12-2018
Bu çay qaraciyər və böyrəklər üçün təhlükəlidir - Çox içənlər ehtiyatlı olsun
Əslində ən sağlam, orqanizmə faydalı hesab olunan və illərdir təbliğatı aparılan yaşıl çay barədə ürək aşmayan informasiya əldə olunub.
Muxalifet4 - 6-12-2018
Gürcüstan prezidentinin kürəkəni həbs edildi
Gürcüstan polisi Tiflisdə Prezident Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçurini saxlayıb.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Onun polisin axtarışında olan şəxslərdən biriylə birgə yaxalandığı bildirilib. DİN Qoqoçurini qanunsuz odlu silah saxlamaq ittihamı ilə həbs etdiyini açıqlayıb.
Qeyd edək ki, Marqvelaşvilinin birinci evliliyindən olan qızıyla ailə quran Qoqoçuriyə 2017-2018-ci illərdə iki sui-qəsd cəhdi olub. Hər iki hücum zamanı o yaralanıb.Muxalifet - 6-12-2018
Qızıl medallı məzunlarla bağlı güzəşt ləğv olundu - Onlar da qəbul imtahanları verəcəklər
Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilən müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Muxalifet4 - 6-12-2018
GƏLƏN İLİN ƏVVƏLİNDƏ MANAT DƏYƏRİNİ İTİRƏCƏK - Ekspertdən açıqlama
Qubad İbadoğlu: "Samir Şərifovun açıqlaması hökumətin yeni devalvasiya niyyətindən xəbər verir"
Nemət Əliyev: "Bu hökumətin yarıtmaz siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı, dövlət büdcəsi neftdən kəskin şəkildə asılı vəziyyətə salınıb"Muxalifet4 - 6-12-2018
İranda dəhşətli terakt: ölü və yaralılar var
İranın Çabahar bölgəsində terakt baş verib.
Muxalifet.az xəbər verir ki, partladıcı qurğu yerləşdirilmiş avtomobil yerli polis bölməsinin qarşısında partladılıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.Muxalifet - 6-12-2018
Ötən həftə məmurları ən çox tənqid edən saytlar – STATİSTİKA
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 6-12-2018
ATƏT PA girovların azad olunması təklifini dəstəklədi
Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.
Azvision.az-ın məlumatına görə, iclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb.Muxalifet - 6-12-2018
"Fabriki özəlləşdirib, 3 milyona satdı, amma borclarını qaytarmadı” - “Dəniz LTD” MMC-nin mərhum sədrinin borcunu varisi qaytarmır
Son vaxtlar ölkədə vətəndaşların şikayətləri çoxalsa da, rəsmi qurumların bütün bunları qulaq ardına vurması halları da artııb. Halbuki, prezident İ.Əliyev dəfələrlə çıxışıında məmurların xalqın xidmətçiləri olduğunu vurğulayıb və onlardan vətəndaşların problemlərinə həssas yanaşmalarını tələb edib. Amma bu sahədə vəziyyət nəinki düzəlir, əksinə günbəgün pisləşir.
Muxalifet4 - 6-12-2018
“Huawei”nin sahibinin qız Kanadada həbs olundu – ABŞ-ın istəyi ilə
Çinin texnologiya nəhəngi “Huawei”nin sahibinin qızı və maliyyə işləri üzrə direktoru (CFO) Menq Vanzhou ABŞ-ın İrana qarşı sanksiya qərarını pozduğu səbəbilə Kanadada həbs olunub.
Avropa.info xəbər verir ki, Kanada Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, “Huawei”nin sahibi Ren Zhengfeinin qızı və şirkətin Maliyyə İşlər direktoru Menq, dekabrın 1-də Kanadanın Vancouver şəhərində saxlanılıb.
Açıqlamada, ABŞ-ın tələbi üzərinə həbs olunan Menqin dekabrın 7-də məhkəməə çıxarılacağı bildirilib.
Muxalifet - 6-12-2018
Şikayətçilər deputatı dələduzluqda İTTİHAM EDİR – Milli Məclisə yürüş...
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 6-12-2018
Azərbaycanda daha bir ər arvadının SAÇLARINI KƏSDİ: 13 il ərzində... - DƏHŞƏTLİ FAKT
Azərbaycanda daha bir qadın əri tərəfindən amansız işgəncələrə məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə hüquq-müdafiəçisi Kəmalə Ağazadə məlumat verib. O, bildirib ki, bu dəfə ümumiyyətlə xəyanət olmayıb, həmin şəxs arvadını evli olduğu 14 ilin 13 ili ərzində vəhşicəsinə döyüb və saçlarını kəsib: “Növbəti zorakılıq qurbanı... Bu dəfə xəyanət yoxdur, yox! "Moşu" kimi QEYRƏT deyib bağıran "kişilər", "qadınlar" əmin olun xəyanət yoxdur!!!
Amma nə var?!Muxalifet - 6-12-2018
Cəmi 36 saata tikilən EV - VİDEO
Britaniyada mənzil probleminin həlli üçün alternativ qismində yeni variant təklif olunur.
"İlke Homes" şirkəti cəmi 36 saata yığılıb quraşdırıla bilən, qiyməti 65 min funt-sterlinq olan karkas modullu 3 otaqlı ev satır.
Muxalifet.az DailyMail-ə istinadən bildirir ki, şirkətin İngiltərənin Yorkşir qraflığındakı Knaresboro şəhərində gündə 8 belə ev istehsal edə bilən zavodu var.
"İlke Homes"in karkas-modul tipli evi adi evlərlə müqayisədə istiyə və enerjiyə 20 faiz qənaət edir.Muxalifet - 6-12-2018
İranda bombalı hücum!
İranın Çabahar şəhərində bomba yüklü avtomobil partladılıb. Əldə edilən ilk məlumatlara görə, hücumda 3 nəfər ölüb, çox sayda adam da yaralanıb.
İran dövlət televiziyasının xəbərinə görə, İranın cənub-şərqində yerləşən liman şəhəri Çabaharda bombalı maşınla bir hücum təşkil olunub.
İran mətbuatı hücumda bu ana qədər ən az 3 adamın öldüyünü, çox sayda insanın da yaralandığını bildirib.
Hadisənin terror hücumu olub olmadığı bilinmir.
Müxalifət.azMuxalifet3 - 6-12-2018
ŞOK: Ev almaq üçün yığdığı 20 mini KEÇİ YEDİ: "Ərim iflic olacaqdı" - VİDEO
Serbiyada Belka adlı keçi, sahiblərini 20 min avro ziyana salıb. Belə ki, keçi pullarını demək olar ki, hamısını yeyib. Külli miqdarda puldan cəmi 300 avro qalıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiyada Arandjelovac şəhəri yaxınındakı Ranilovic kəndində yaşayan ailə 10 hektar torpaq almaq üçün 20 min avro yığıb. Satıcını gözləyən ailə pulu saydıqdan sonra stolun üstünə qoyub.
Ailənin gəlini Milena Simic hadisə ilə bağlı bunları deyib:Muxalifet - 6-12-2018
Azərbaycanda ana olan azyaşlıların DƏHŞƏTLİ STATİSTİKASI
Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, bu say yenə də 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində olan göstəricilərdən yüksəkdir. Muxalifet.az-ın məlumatına görə, ötən il ərzində 18 yaşadək olan analar tərəfindən 2421 uşaq doğulub. 2016-cı ildə bu göstərici 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub. Son 23 il ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub.
Muxalifet - 6-12-2018
Müsəlman dünyasını ayağa qaldıracaq ADDIM: İsrail on ölkə ilə…
İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır.
Muxalifet.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib.
Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.
“Bir sıra ölkələrlə səfirliklərin mümkün köçürülməsi haqqında danışıqlar aparılır. Onların sayı təxminən ondur”, - agentliyin həmsöhbəti deyib.
Lakin nazir hansı dövlətlərdən söhbət getdiyini dəqiqləşdirməyib.Muxalifet - 6-12-2018
Keçmiş nazirin qardaşının məhkəməsi başladı - SENSASİON İTTİHAMLAR
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Muxalifet.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş Rəşad Tahirov 140 min manatlıq mülki iddia qaldırıb. O, Ə.Əvəzovdan ona dəyən ziyanın ödəməsini tələb edib.Muxalifet - 6-12-2018