Axtarış

The search found 105857 results in 0.019 seconds.

Search results

  1. ​Çindən ABŞ və Kanadaya: Onu dərhal azad edin!

    ABŞ və Kanada hökumətləri “Huavey” texnologiya şirkətinin sahibi Ren Zenqfeyin qızı Menq Vanzhounun həbs edilməsi səbəbini izah etməli və onu dərhal sərbəst buraxmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qınq Şuanq deyib.
    Qeyd edək ki, “Huavey”in sahibinin qızı və həm də şirkətin maliyyə direktoru Vanzhou Vaşinqtonun tələbi əsasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları yarmaq ittihamı ilə Kanadanın Vankuver şəhərində həbs olunub.
     

    Muxalifet3 - 6-12-2018

  2. ​Lukaşenko Putinlə mübahisə etdi, sonra üzr istədi

    Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qazının qiyməti ilə bağlı Avrasiya İqtisadi İttifaqının sammitində yaşanan mübahisəyə görə Vladimir Putindən üzr istəyib.
    Muxalifet.az xəbər verir ki, Belarus lideri jurnalistlər qarşısında çıxışı zamanı baş verən xoşagəlməz olaya görə üzrxahlığını ifadə edib.
    Qeyd edək ki, Sankt - Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqın sammiti zamanı Putin və Lukaşenko arasında mübahisə yaşanıb.

    Muxalifet3 - 6-12-2018

  3. "Suriyanın talehini Avropa deyil, Türkiyə, İran və Rusiya müəyyən edəcək" - Diplomat

    Suriyanın talehini Avropa deyil, Astana prosesinin qarant ölkələri – Türkiyə, İran və Rusiya müəyyən edəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ingilis diplomatı Peter Ford deyib.
    O bildirib ki, Moskva və Tehran Ankara ilə sövdələşmə edərək İdlibdə baş verəcək faciəvi olayların qarşısını aldı:
    “Cenevrədə aparılan müzakirələrdə heç bir nəticə əldə edilmədi. Avropa ölkələri fərqli kateqoriyaya aiddirlər. Mən onları sülhü təmin edəcək partnyorlar olaraq görmürəm. Lakin Rusiya, İran və Türkiyə Suriyanın taleyini müəyyən edəcək ölkələrdir”.
     

    Muxalifet3 - 6-12-2018

  4. ​Azərbaycanda partlayış: Yaralananlar var

    Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.
    Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 6-12-2018

  5. ​Roma Papası ilk dəfə bu ərəb ölkəsinə gedir

    Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərinin dəvəti ilə 2019-cu ilin fevralında ilk dəfə bu ölkəyə səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi özünün Tvitter səhifəsində yazıb.
    O qeyd edib ki, BƏƏ-də sülhün, dözümlülüyün və tolerantlığın simvolu olan Papa Fransiskin tarixi səfərini səbirsizliklə gözləyirlər. Şahzadənin fikrincə, bu səfər xalqların sülh şəraitində dinc yanaşı yaşaması səyləri üzrə dialoqa şərait yaradacaq.

    Muxalifet3 - 6-12-2018

  6. ​Fransa şokda: "Sarı jiletlilər" çevrilişə və öldürməyə gəlir

    “Sarı jiletlilər” dövlət çevrilişinə cəhd edə bilərlər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Yelisey Sarayının adı açıqlanmayan səlahiyyətli nümayəndəsi yerli mətbuata açıqlamasında deyib.
    O bildirib ki, bir neçə min etirazçı Parisi məhv etməyə təşəbbüs göstərəcək:
    “Böyük zorakılıqdan qorxmağımız üçün səbəblərimiz var. Silahlı təxribatçılar parlament üzvlərinə, hökümət və Yelisey Sarayının nümayəndələrinə, təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum etməyi və öldürməyi planlaşdırır”.

    Muxalifet3 - 6-12-2018

  7. ​AŞPA-da erməni barbarlığından danışıldı

    Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib.

    Muxalifet3 - 6-12-2018

  8. ​Polis və ANAMA hərəkətə keçdi: Bakıda partladıcı tapıldı

    Dekabrın 6-da saat 13:08-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 13:32-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Binəqədi rayonunun Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

    Muxalifet3 - 6-12-2018

  9. KREMLDƏKİ GİZLİ ƏLLƏR PAŞİNYANIN ÇİYNİNDƏ! - Rusiya bu gün də işğalçının yanındadır

    Rusiyanın bir qrup siyasət adamının və Duma üzvlərinin iştirakı ilə İrəvanda keçirilən toplantıdan yəqin ki, xəbəri olmayan yoxdur. Bakının "İsgəndər" raketləri ilə bombardman edilməsindən tutmuş, Azərbaycana qarşı müharibədə ən iyrənc mübarizə metodlarının tətbiqinə dair aparılan müzakirələr göstərdi ki, Rusiya bu gün də işğalçının yanındadır və heç bir halda bu məkrli siyasətindən imtina etməyi düşünmür.

    Muxalifet4 - 6-12-2018

  10. ​Ukrayna ordusuna icazə verildi: Həmin an məhv edəcək!

    Ukrayna parlamenti orduya xəbərdarlıq etmədən atəş açmaq icazəsi verib.
    Muxalifet.az xəbər verir ki, qəbul edilən qərara görə, Ukrayna sərhədini pozan istənilən canlı qüvvə, yaxud hərbi texnika xəbərdarlıq edilmədən hədəf alınacaq.
    Bundan əlavə, Ukrayna-Rusiya arasındakı Dostluq, Əməkdaşlıq və Müttəfiqlik razılaşmasının da uzadılmayacağı ilə bağlı qərar verilib.
     

    Muxalifet3 - 6-12-2018

  11. ​Avtobloqer Erik Davidıç azadlığa buraxıldı

    Moskva şəhər məhkəməsinin qərarı ilə tanınmış avtobloqer Erik Davidıç(Kituaşvili) azadlığa buraxılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin yaydığı məlumatda deyilir.
    Bildirilir ki, məhkəmə Kituaşvilini cinayət işinin iki epizodunun köhnəlik müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxıb.
    Qeyd edək ki, avtobloqer avtomobil sığortası ilə bağlı dələduzluq və “çirkli pulların yuyulması” maddələri ilə həbs olunmuşdu.
     

    Muxalifet3 - 6-12-2018

  12. ​İranı parçalamağa çalışanların planı... - Qasımi

    Müəyyən ölkələrin himayə etdiyi terror təşkilatları bu gün İrandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
    Onun sözlərinə görə, terror aktının məhz Çabaharda törədilməsi təsadüfi xarakter daşımır. İran hökuməti bu bölgəyə külli miqdarda sərmayə yatıraraq Azad İqtisadi Zona yaradıb:

    Muxalifet3 - 6-12-2018

  13. ​Bu, missiyamızın etibarlılığına zərbə vurur – Azay Quliyev

    ATƏT Parlament Assambleyasının Milanda keçirilən Büro iclasında Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev “Seçki islahatları və seçki müşahidə prosedurunun xülasəsi” adlı sənədin müzakirəsi zamanı çıxış edib.
    Muxalifet.az xəbər verir ki, Azay Quliyev səfir Nothelleyə seçki müşahidə prosedurlarının həyata keçirilməsinə dair hərtərəfli və ətraflı sənəd layihəsinə görə təşəkkür edib və bildirib ki, bu sənədin ümumi konsepsiyasının müzakirəsi və onun qəbul olunması zəruri və vaxtında atılan addımdır:

    Muxalifet3 - 6-12-2018

  14. ​Zurabişvili ilk müsahibəsini verdi: Bakı ilə... - Video

    Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Azərbaycan mediasına ilk müsahibəsini Real TV-yə verib.
    Telejurnalist Mir Şahin Tiflisdə yeni prezidentlə görüşüb və ondan müsahibə alıb.
    Salome Zurabişvili bildirib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaşlardan biridir və bu nəinki bizim regionumuzda belədir, hətta beynəlxalq səviyyədə, beynəlxalq arenada da bu cür çıxış edirlər.
    Geniş müsahibəni tezliklə Real TV-də izləmək mümkün olacaq.
     

    Muxalifet3 - 6-12-2018

  15. ​OPEK-dən neftin hasilatı ilə bağlı razılıq...

    OPEK-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEK ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.
    Muxalifet.az xəbər verir ki, gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEK ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

    Muxalifet3 - 6-12-2018

  16. ​Türkiyə İraqda PKK-nın axırına çıxır - Növbəti əməliyyat

    Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında təşkil etdiyi növbəti aviaəməliyyatlar zamanı 8 PKK-çı məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin məlumatında deyilib.
     

    Muxalifet3 - 6-12-2018

  17. ​İsrail Livana müdaxilə edə bilər

    İrandan silah axını ilə bağlı dəhliz yaranarsa, Livana girmək məcburiyyətində qala bilərik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri adı açıqlanmayan İsraildən olan rəsmi şəxs “Şimal qalxanı” əməliyyatı ilə bağlı açıqlamasında deyib.
    “Əgər İrandan Livana silah dəhlizi varsa, bu ciddi məsələdir. Belə olan halda, Livana müdaxilə edə bilərik”, - deyə bildirilib.
    Adı açıqlanmayan şəxs qeyd edib ki, Livandan İsrailə kimi geniş və böyük tunellər uzanır:

    Muxalifet3 - 6-12-2018

  18. ​Avropa İttifaqının diplomatı Azərbaycana gəlir

    Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilb.

    Muxalifet3 - 6-12-2018

  19. ​Təcrübəçi “Google”u 10 milyon ziyana saldı

    “Google” şirkətinin əməkdaşının səhvən başlatdığı onlayn reklam korporasiyaya 10 milyon dollar ziyan vurub.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
    Qəzetin xəbərinə əsasən, insident çərşənbə axşamı baş verib. “Google”un təcrübəçisi onlayn şəbəkədə reklamın necə yerləşdirilməsini nümayiş etdirən zaman yalnış düyməyə basıb. Nəticədə test reklam elanı ABŞ və Avstraliyada yayımlanıb.

    Muxalifet3 - 6-12-2018

  20. “Tramp üçün üzr diləyirik” – Amerikalı professor

    İstanbul Ticarət Palatasının (İTP) dəvəti ilə İstanbula gələn dünya şöhrətli idarəçilik və marketinq mütəxəssisi kimi tanınan Amerikalı professor Filip Kotler ilə qlobal marketinq üsulları, müəssisələri gözləyən problemlər və qlobal ticarətin qarşı-qarşıya olduğu risklər müzakirə olunub. Dünya Marketinq Zirvə Toplantısından sonra İTP prezidenti Şekib Avdagiçin ev sahibliyi etdiyi görüşdə sualları cavablandıran Filip Kotler, ABŞ prezidenti Donald Trampı ağır ifadələrlə tənqid edib.
     
    TRAMP BU DÜNYADA YAŞAMIR
     

    Muxalifet3 - 7-12-2018

Pages