Axtarış

The search found 105857 results in 0.019 seconds.

Search results

  1. Dollar neçəyə olacaq? - 3 GÜNLÜK MƏZƏNNƏ

    Azərbaycan Mərkəzi Bankı dolların qarşıdakı üç günə olan rəsmi məzənnəsini açıqlayıb.

    Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, dekabrın 10-u da daxil olmaqla dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.

    Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.

    Muxalifet4 - 7-12-2018

  2. Rüşvətlə tutulan nazir müavini: “AzVirt” MMC ilə Nəqliyyat Nazirliyi arasında yazışmalar açıqlandı - BİR TENDERDƏN 520 MİN DOLLAR "QAZANC"

    Qırğızıstanda nəqliyyat və yollar nazirinin müavini Azimkan Jusubaliyevin Azərbaycanın “AzVirt” MMC inşaat şirkətinin qalib olduğu, amma daha sonra imtina etdiyi yol tenderinə görə rüşvət alarkən yaxalanması bu ölkədə ciddi korrupsiya qalmaqalı yaradıb. Xatırladaq ki, Jusubaliyev həmin tenderə qatılan xarici şirkətin xeyrinə lobbiçilik etmək üçün cəmi 520 min dollar rüşvət tələb edib. Muxalifet.az xəbər verir ki, bu məbləğin bir hissəsini vasitəçilər üzərindən alıb. Növbəti partiyanı-50 min dolları alarkən yaxalanıb. Nazir müavininə pulların qalanı daha sonra çatdırılmalı idi.

    Muxalifet4 - 7-12-2018

  3. ABŞ mətbuatı xəbər verdi! İstefa etməyə hazırlaşır

    ABŞ mətbuatı, Ağ Evin baş katibi Con Kellinin istefa edəcəyini iddia edib.
     
    Bu barədə ABŞ-da yayımlanan CNN televiziyası məlumat verib. CNN kanalının iddiasına görə, Ağ Evin baş katibi, prezident Trampın özəl qələm müdiri Con Kelli istefa verməyə hazırlaşır.
    Müxalifət.az

    Muxalifet3 - 7-12-2018

  4. Bərdədə 10 yaşlı uşağın əlində "zırpaket" partladı - Vəziyyəti ağırdır

    Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədənin müxtəlif nahiyələri yanıb. O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.

    Muxalifet4 - 7-12-2018

  5. Dünyanın ən güclü ordularının reytinqi açıqlandı - TÜRKİYƏ DOQQUZUNCUDUR

    Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu ən güclü ordusudur. Bu barədə “Business Insider” nəşri yazıb.

    Məlumata əsasən, güclü orduların siyahısına ABŞ başçılıq edir.

    İkinci yerdə Rusiya, üçüncü - Çin, dördüncü - Hindistan, beşinci - Fransa, altıncı - Britaniya, yeddinci - Şimali Koreya, səkkizinci yerdə isə Yaponiyadır.

    Türkiyə SQ-dən sonra isə güclü ordulara Almaniya, İtaliya, Misir və İran sahibdir.

    Muxalifet4 - 7-12-2018

  6. Daha bir ölkə Kosovonu tanımaqdan imtina etdi

    Madaqaskar Xarici İşlər Nazirliyi Kosovonun müstəqilliyini tanıması barədə qərarını ləğv edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə nota Serbiya XİN-nə təqdim olunub.

    Bununla, Kosovonu tanımaqdan imtina edən ölkələrin sayı 12-yə çatıb.

    Muxalifet4 - 7-12-2018

  7. “Halkbank”ın icraçı direktoru ilə bağlı YENİ XƏBƏR: NATO-lu müttəfiqlərin əlaqələrində müsbət inkişafın əlamətləri görünür

    Tuvan Gümrükcü

    “Reuters”

    Cümə günü rəsmi Anadolu Xəbər Agentliyi məlumat yayıb ki, Nyu-York prokurorları dövlətə məxsus “Halkbank”ın (Türkiyə) sabiq müdiri haqqında həbs cəzasını uzatmaq vəsatətini geri götürüb.

    Bu məlumatdan sonra “Halkbank”ın (“HALKB.IS”) səhmləri təxminən 4 faiz bahalaşıb. Belə ki, bazar iştirakçıları bu hərəkətin Vaşinqton və Ankara arasında diplomatik əlaqələrin daha da yaxşılaşmasının göstəricisi kimi qiymətləndirib.

    Muxalifet4 - 7-12-2018

  8. Kubik daşını 50 minə satdılar - Qızıl külçə adı ilə

    Külçənin sarı rəngə boyanmış daş olduğunu biləndə polisə şikayət edib.

    Türkiyədə iki nəfər qızıl külçə adı ilə kubik daşını 50 min lirəyə satıb.

    Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, Afyonkarahisar bölgəsində Hakan və Məhəmməd adlı iki şəxs sosial mediadan tanıdıqları Yasin adlı birinə qızıl külçə adı ilə kubik daşı satıb.

    Onlar sarı rəngə boyanmış daşı 50 min lirəyə satmaq üçün Eskişehirdə heyvandarlıqla məşğul olan Yasin A. ilə sözləşiblər.

    Muxalifet4 - 7-12-2018

  9. Zamirə Hacıyevanın milyonluq alış-verişi: Meqan Marklın 56 dollarlıq libası

    Bu günlərdə Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın on il ərzində Londonun məşhur dükanı "Harrods"da 21 milyon dollar xərclədiyi ortaya çıxdı. Təbii ki, Zamirə xanım təkcə "Harrods"dan alış-veriş etmir. Digər bahalı mağazalar da onun maraq dairəsindədir... İndi isə başqa bir nümunəyə baxaq. Reyçel Meqan Markl (ing. Rachel Meghan Markle) amerikalıdır. Aktrisa, model və humanitar yardım təşkilatçısı kimi tanınır. O, Uels şahzadəsi Harri ilə evlidir.

    Muxalifet4 - 7-12-2018

  10. Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır

    Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Həmin şəxslər Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovdur.

    Muxalifet4 - 7-12-2018

  11. YAP-çı deputat da Vahid Əhmədova qarşı çıxdı: “Təhlili yanlışdır, gərginlik yaradır..."

    Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq”.

    Muxalifet4 - 7-12-2018

  12. “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

    “Nar” dörd gün davam edən “BakuTel-2018” 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak etdi və ən son yeniliklərini nümayiş etdirdi. Sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb etdi və 4 gün ərzində “Nar” stendini 8 mindən çox insan etdi. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar WiFi” ruteri qonaqların böyük marağına səbəb oldu. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazandılar.

    Muxalifet4 - 7-12-2018

  13. Nazirlikdən şaxta babadan hədiyyə istəyən Tufanla bağlı - Açıqlama

    11 yaşlı Tufanın Şaxta Babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb. 

     Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Təhsil Nazirliyi də Tufanın məktubuna biganə qalmayaraq Yeni ildə şagirdi ziyarət edib ona öz sovqatlarını verəcəyini bildirib.

    Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb:

    Muxalifet4 - 7-12-2018

  14. "Oğlumun Meyvezer üzərində qələbəsinə əminəm" - Nurməhəmmədovun atası

    Həbib Nurməhəmmədovun atası Abdulmanap oğlunun məşhur boksçu Floyd Meyvezerlə planlaşdırılan döyüşündən danışıb.

    Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın yazda keçirilə biləcəyini deyib.

    Muxalifet4 - 7-12-2018

  15. Türkiyə və ABŞ-dan birgə açıqlama

    Türkiyə və ABŞ birgə bəyanat imzalayıb. Bəyənatda, tərəflər Münbiç Yol Xəritəsində bu ilin sonuna qədər sürətləndirilmiş və konkret irəliləyiş olmasını öhdəlik etmişlər.
     
    Türkiyə-ABŞ, Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə olan bağlılıqlarını təsdiq edib və Suriya münaqişəsinə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun bir siyasi həll olması prosesində davamlı və dönməz irəliləmə təmin olunmasının əhəmiyyətini vurğulayıb.

    Muxalifet3 - 7-12-2018

  16. ​Fransada vəziyyət pisləşir: Ordu Parisə yeridildi

    Fransa hökumətinin geri addım atmasına baxmayaraq “sarı jiletlilər” sabah ən böyük etiraz aksiyasının keçirilməsinə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, hadisələrin nəzarətdən çıxmasından qorxan hökumət ordunu şəhərə yeridib.
    Qeyd edək ki, bir neçə gündür ki, “Sarı jiletlilər” adlı hərəkat üzvləri yanacaq qiymətinin artımına və bunun fonunda iqtisadi vəziyyətin pisləşməsinə etiraz edir.
     

    Muxalifet3 - 7-12-2018

  17. ​Daha bir ölkədən Ukraynaya hərbi yardım

    Litva Ukraynaya hərbi və humanitar yardım səviyyəsini yüksəldəcək.
    Muxalifet.az  xəbər verir ki, bu barədə Litva Prezidenti Dalya Qribauskayte danışıb.
    Prezidentin sözlərinə görə, Ukraynaya humanitar yardımın artırılması tədbirləri çərçivəsində əlavə olaraq 30 min avro ayrılacaq.
    Xatırladaq ki, Litvanın Ukraynaya göstərdiyi humanitar yardım 2018-ci ildə 140 min avro təşkil edib. Ümumilikdə son 4 il ərzində Litva Ukraynaya 13 milyon avro yardım göstərib.
     

    Muxalifet3 - 7-12-2018

  18. ​"Bakmil" stansiyası bu saata qədər bağlı qalacaq

    Dekabrın 10-dan "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasına giriş-çıxış məhdudiyyəti saat 08:20-dən 18:00-a qədər davam edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə  qurumdan bildirilib.
    Xatırladaq ki, hazırda məhdudiyyət saat 17:00-da qədər davam edir.Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.
     

    Muxalifet3 - 7-12-2018

  19. ​Putindən Avropaya jest: "Türk axını"...

    Yunanıstanın “Türk axını” qaz-boru kəmərinə qoşulma ehtimalını dəyərləndirməyə hazırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
    O bildirib ki, Cənubi Avropanın Yunanıstan üzərindən bu xəttə qoşulması ehtimalı da istisna deyil.
     

    Muxalifet3 - 7-12-2018

  20. ​Türkiyədən ABŞ-a: Əsla icazə verməyəcəyik!

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri görüşüb. Muxalifet.az xəbər verir ki, görüş zamanı Akar Cefriyə Türkiyənin cənubunda terror dəhlizinin yaradılmasına əsla icazə verilməyəcəyini bildirib. Türkiyə tərəfi eyni zamanda ABŞ-ın YPG ilə əlaqələrinin kəsilməsinin və müşahidə məntəqələrindən imtina edilməsinin vacibliyini qeyd edib.

    Muxalifet3 - 7-12-2018

Pages