Axtarış
The search found 105857 results in 0.017 seconds.
Search results
Fransada böyük nümayişlər öncəsi kritik gəlişmə
Noyabrın 17-dən etibarən “Sarı Jiletlilər”in etirazları ilə sarsılan Parisdə şənbə günü kütləvi etirazlar gözlənilir. Səhər saatlarından etibarən ediləcək etiraz aksiyalarından öncə 32 adam nəzarətə alınıb. Həbs olunanların əsas aparıcı şəxslər olduğu bildirilir.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə Yelisey meydanındakı mağazalar və restoranlar şənbə günü keçiriləcək nümayiş üçün polis tərəfindən bağlanılması istənib.
Polis bütün ticarət obyektlərinin qapılarını və pəncərələrini qapalı tutmaq xəbərdarlığı edib.
Müxalifət.azMuxalifet3 - 8-12-2018
Parisdə “Sarı jiletlilər"in yürüşü başladı: Xalqla polis üz-üzə - CANLI YAYIM
Fransada yanacaq artımına etiraz edən "Sarı Jiletlilər" hərəkatı bu gün ən böyük aksiyalarını həyata keçirəcək. Xaosdan qorxaraq Fransız hökuməti 89 min polisi küçələrə çıxarıb.
Muxalifet3 - 8-12-2018
Ruhani ABŞ-ı iqtisadi terrorçuluqda İTTİHAM ETDİ
İran prezidenti Həsən Ruhani ABŞ-ın İranla nüvə müqaviləsindən imtina eləməsini terrorçuluqla müqayisə edib.
Ruhani deyib: “Amerikanın nüvə müqaviləsindən imtina eləməsi bizim ölkəmizə qarşı yönəlmiş iqtisdi terror növlərindən biridir”.O bildirib ki, göstərilən təzyiqlərə baxmayaraq, Tehran terrorçu qruplara qarşı durmağa davam edəcək: “Bizi boykot edən ölkələr bilməlidirlər ki, onların hərəkətləri bizim terrorçuluqla mübarizə qabiliyyətimizə heç bir təsir göstərməyəcək”./hurriyyet.org
Muxalifet4 - 8-12-2018
“Bugünkü parlament hakimiyyət arabasının heç beşinci təkəri də deyil” – Cəmil Həsənli
"Parlament xalq hakimiyyətinin bir formasıdır və Azərbaycanın istiqlalından təxminən 6 ay sonra belə bir xalq idarəçiliyinin formasının yaranması, parlamentin mütləq hakimiyyətə çevrilməsi Azərbaycanın çox böyük tarixi nailiyyəti idi," deyə tarixçi və Milli Şuranın sədri Cəmil Həsənli 100 il öncə Azərbaycan Xalq Cümhuriyyətində parlamentin təşəkkül tapmasını tarixi əhəmiyyətini dəyərləndirir.
Bugünkü qanunverici məclis Azərbaycanda prezident idarəçiliyinin bir əlavəsidir. Qanunların da 80 faizə yaxını prezident aparatından gəlir.Muxalifet3 - 8-12-2018
Güney Azərbaycanda milli fəallar təhdid altında - İran molla rejimi ən adi insan haqlarını pozmaqda davam edir
1978-ci il inqilabından 40 il ötsə də, molla rejimi hələ də ölkəni hərbi xunta qanunları ilə idarə edir. Bunun ən bəsit dəlili Tehran “İnqilab Məhkəmələri”nin fəaliyyətidir. Hüquqi əsaslardan daha çox, inqilabi şəraitin tələb etdiyi yarıhərbi idarəetmə sistemi bu gün də davam edir. Hərbi qanunlarla idarə olunan “Ettellat”ın (İran İslam İnqilabı Keşikçiləri Ordusu) çıxardığı qərarlar əsasında “İnqilab Məhkəmə”ləri istənilən vətəndaşla bağlı hökm verərək onları cəzaevlərinə salır.
Muxalifet4 - 8-12-2018
Hollivud aktyoru Qaşıqçının nişanlısına nə deyib?
Səudiyyə Ərəbistanının müxalif jurnalist Camal Qaşıqçının qətli dünya ictimaiyyətinin qatqısıyla böyük bir təpki ilə qarşılandı. Qaşıqçı hadisəsinin unudulmasını istəməyən dünya tərəfindən məşhur Hollywood oyunçusu Sean Penn, İstanbula gəldi, səlahiyyətlilərdən məlumat aldı, Ankaraya getdi, AK Partiya binasına ziyarət reallaşdırdı. Qaşıqçının nişanlısı Xədicə Cengiz ilə də görüşən Pennin ziyarətinin detallarını “HaberTürk” yazarı Nihal Bengisu Karaca bu günkü köşəsinə daşıdı.
Muxalifet3 - 8-12-2018
SON DƏQİQƏ: Qurban Qurbanov istefa verdi
Futbol üzrə Azərbaycan yığma komandası baş məşqçisiz qalıb.
Qurban Qurbanov postundan istefa verib.
O, bu barədə qərarını AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb. 46 yaşlı mütəxəssisin istefası İK tərəfindən qəbul edilib.
Qeyd edək ki, Qurban Qurbanovun milli komadamızın baş məşqçisi postuna təyinatı ötən il noyabrın 3-də təsdiqlənmişdi. Həmin vaxt tərəflər arasında 6 illik müqavilə imzalanmışdı./qafqazinfoMuxalifet - 8-12-2018
Mikayıl Cabbarovun nazirliyi bütün məhkəmələrə uduzdu
Keçmiş deputat, “Şəki” restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.
Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.Muxalifet - 8-12-2018
Ebru Polat yataq FOTOSUNU PAYLAŞDI
Türkiyənin məşhur müğənnisi sosial şəbəkədə maraqlı paylaşım edib.
“Ölkə.Az” xəbər verir ki, Ebru dünən gecə saatlarında yataq otağından bir foto paylaşıb.
Müğənni fotonu sosial şəbəkədəki səhifəsində paylaşıb və yaxın gələcəkdəki planlarından bəhs edib. Müğənni yataq otağından paylaşdığı fotonun altına “Bu yeni evə köçmə işləri başa çatsaydı, mən də rahat nəfəs alardım. Sonra isti bir ölkədə bir həftə dincəlsəm, əla olardı” cümlələrini yazıb.Muxalifet - 8-12-2018
Sarkisyanın qardaşı oğlu belə həbs olundu - VİDEO
Ermənistan polisi ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu, beynəlxalq axtarışa verilən Narek Sarkisyanın tapılması və həbs edilməsinin təfərrüatlarının göstərildiyi video material yayıb. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Narek Sarkisyan Ermənistan polisinin “İnterpol”la və xarici həmkarları ilə həyata keçirdikləri birgə iş nəticəsində 6 dekabrda Çexiyanın paytaxtı Praqada həbs olunub. O, həbsdən yayınmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına Qvatemalanın vətəndaşı Franklin Qonzales adına saxta kimlik təqdim edib.
Muxalifet - 8-12-2018
Azərbaycanda AĞIR QƏZA: Polis mayoru öldü
Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib. Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel” markalı avtomobilə vurub.
Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.Muxalifet - 8-12-2018
Qəhqəhəsi ilə məşhurluq qazanmış aparıcıdan etiraf: “Məni sevgilim...”
Sosial media fenomeni Danla Bilicin Yutub proqramına qonaq olan məşhur aparıcı Səba Tümer necə məşhurlaşmasından danışıb.
Muxalifet.az xəbər verir ki, gecə söhbəti proqramları ilə şöhrət qazanmış Səba Tümer ekranlarda qəhqəhəli gülüşüylə də seçilir.
Qonaq olduğu proqramda o, şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Deyib ki, məşhurlaşmasına sevgilisi səbəb olub: “Çünki o, məşhuru sevirdi”.
Qeyd edək ki, gülərüz aparıcı yeni nəşr etdirdiyi kitabda tez-tez müzakirə olunan qəhqəhəsi ilə necə müalicə olunmasından da yazıb.
Muxalifet - 8-12-2018
Qurbanovdan istefa ilə bağlı AÇIQLAMA: “Üzərimdən böyük yük qalxdı, rahatam”
Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.
“Report”un xəbərinə görə, bu barədə o, özü məlumat verib.
“Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək”, – o əlavə edib.
“Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam”, – millinin sabiq baş məşqçisi vurğulayıb.Muxalifet - 8-12-2018
Müstəntiqin öldüyü qəzanın dəhşətli görüntüləri – VİDEO
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
ARB TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan yüklə dolu "Qazel"ə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.
Muxalifet - 8-12-2018
Rusiya Ukraynaya ordu yeritsin, çünki... - Markov
Rusiya Ukraynaya "azadlıq missiyası" adı altında ordu yeridib, Ukraynanın yarısını "xilas etməlidir".
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Rossiya 1" televiziyasında çıxışı zamanı hazırda Rusiyada mühacirətdə yaşayan Ukrayna Radasının eks-deputatı İqor Markov deyib.Muxalifet - 8-12-2018
Rəşad Sadıqov istefaya göndərildi
AFFA U-20 və U-21 millimizin baş məşqçisi Rəşad Sadıqovla yolları ayırıb.
Bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, Sadıqovla müqavilə ləğv edilib.
Qeyd edək ki, R.Sadıqov ötən ilin dekabrından yığmanın baş məşqçisi idi.Muxalifet - 8-12-2018
ABŞ seçkidən sonra Ermənistanda nə planlaşdırır? – Rusiyalı politoloq AÇIQLADI
“ABŞ Ermənistanda və onun ətrafında öz layihələrini sürətləndirmək üçün seçkinin nəticələrini gözləyir”.
Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, ABŞ Qarabağ münaqişəsi ilə bilavasitə özü məşğul olmağı planlaşdırır: “Xüsusilə Sarkisyanın kadrları tamamilə əvəz edildikdən sonra hərəkətə keçəcəklər. Əgər Rusiya haqqında danışmaq lazımdırsa, vəziyyət mürəkkəb olacaq. Paşinyana müxalif olan siyasi partiyalar prosesin çətinliyini anlamırlar. Halbuki, Ermənistanın daxilində yeni proses başlanır və bu, birbaşa onlara toxunacaq”.Muxalifet - 8-12-2018
Türkiyəli professor Qaşıqçı cinayətini şərh etdi
“Milat” qəzetinin müəllifi professor Bilal Sambur bu hünkü yazısında Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətini analiz edib.
Muxalifet3 - 8-12-2018
Suriya ilə sərhəddə YPG terrorçuları yaxalandı
Suriyanın Rasulayn rayonundan Türkiyədəki Şanlıurfanın Ceylanpınar rayonuna keçmək istəyən PKK / YPG-li üç terrorist həbs olunub.
Əldə edilən məlumata görə, Suriya sərhəddindən Ceylanpınar rayonuna girmək istəyən və silahsız olduqları təsbit edilən PKK/YPG üzvü 3 terrorçu Türkiyə jandarması tərəfindən tutulub. Rayondakı jandarma tərəfindən sorğuya alınan terrorçular sonra məhkəməyə sövq edilib. İstintaq davam edir.
Müxalifət.azMuxalifet3 - 8-12-2018
Fətullah Güləndən “köçün” təlimatı
Kəşfiyyat qaynaqlarından alınan məlumatlara görə, FETO lideri Fətullah Gülənin müəyyən ölkələrdə təşkilat üzvlərini toplamaq üçün çalışdığı müəyyən olunub. Fəthullah Gülənin oktyabr ayından etibarən üzvlərinə yaşadığı yerlərdə iş tapmadıqları təqdirdə “Birləşmiş Ştatlar, Kanada və ya Avropa ölkələrinə köçün” təlimatı verdiyi bildirilib.
Digər tərəfdən Türkiyənin xaricdə də keçirdikləri əməliyyatlara görə fərari FETÖ-çuların olduqları ölkələrdə fərq edilməmələri üçün "Həyat bələdçisi" hazırlayıb, ona görə hərəkət etmələri istəndiyi irəli sürülüb.Muxalifet3 - 8-12-2018