Axtarış

The search found 105857 results in 0.024 seconds.

Search results

  1. ​Türk ordusu xaricdə 32 terrorçunu məhv etdi

    Bir həftə ərzində Türkiyə xaricində 32 PKK terrorçusu öldürüldü.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
     

    Muxalifet3 - 7-12-2018

  2. ​Aİ ilə növbəti danışıqlar bu tarixdə keçiriləcək

    Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvar ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.
    Muxalifet.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.
    Bu haqda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.

    Muxalifet3 - 7-12-2018

  3. ​İŞİD-də döyüşməyə çağırış edən azərbaycanlılar AĞIR CƏZALANDIRILDI

    Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az teleqraf.com-a xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Emin Quliyev 13 il, Asim Baxışov və Teyfur Əliverdiyevin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
    İttihama görə, təqsirləndirilən şəxslər Suriya və İraqda qanunsuz birləşmələrin tərkibində döyüşüb, hərbi təlimlər keçiblər.

    Muxalifet3 - 7-12-2018

  4. ​Qəzzada növbəti toqquşma: 17 fələstinli yaralandı

    Qəzza sektorunun cənubunda İsrail hərbçiləri ilə toqquşmada 17 fələstinli yaralanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Əşraf əl-Kidra deyib.
     

    Muxalifet3 - 7-12-2018

  5. ​Putinə yarış dəbilqəsi hədiyyə edildi - Foto

    Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Prezidenti Jan Tod Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı ona yarış dəbilqəsi hədiyyə edib.
    Muxalifet.az xəbər verir ki, görüş Sankt-Peterburq şəhərindəki Mariya Teatrında baş tutub.
    Tərəflər Rusiyada avtomobil idmanının inkişafını da müzakirə ediblər.
     

    Muxalifet3 - 7-12-2018

  6. ​Bakı metrosunda dəhşət: Oğlan qızı plaformaya saldı

    Dünən metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə dünən axşam saatlarında qeydə alınıb:

    Muxalifet3 - 7-12-2018

  7. ​Fransadakı azərbaycanlılara müraciət: Diqqətli olun!

    Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.
    Muxalifet.az-ın məlumatına görə, müraciətdə Fransanın dövlət orqanlarının məlumatına istinadla bildirilir ki, yanacaq vergisinin artırılmasına qarşı noyabrın 17-də başlayan və ölkənin bütün regionlarını əhatə edən etiraz aksiyaları nəticəsində 3 nəfər həlak olub, 28-i polis olmaqla 528 nəfər yaralanıb. Saxlanılan 282 nümayişçidən 157-sinə qarşı rəsmi ittiham irəli sürülüb.

    Muxalifet3 - 7-12-2018

  8. ​Nazirlik Şaxta babaya məktub yazan uşağı sevindirəcək

    Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Feysbuk səhifəsində məlumat yayıb:
    "Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.
     

    Muxalifet3 - 7-12-2018

  9. ​Nazirdən neftlə bağlı açıqlama: Vəziyyət gərgindir!

    Dünya neft bazarında vəziyyət çətindir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya İqtisadiyyat naziri Aleksandr Novak deyib.
    “Bu gün biz neft bazarında vəziyyəti gərgin olaraq qiymətləndiririk. Tələbatın azalması səbəbindən bazarda birinci və ikinci rüblərdə məhsul artıqlığı olacaq”, - deyə nazir bildirib.
     

    Muxalifet3 - 7-12-2018

  10. Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) aylıq 1500 AZN Prezident təqaüdü ödənilir

    Şəhid vərəsələrinə mənzillər veriləcək - Siyahı
     
    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmə veriləcək.
    Muxalifet.az-ın  qaynarinfo-ya istinadən məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi ilə bağlı arayış hazırlayıb.

    Muxalifet3 - 7-12-2018

  11. Əhaliyə BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI

    Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı big.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan son dəyişikliklərdən sonra aksiz maraqlı bütün məhsullar bahalaşacaq.

    Muxalifet3 - 7-12-2018

  12. ​Məqsədimiz onların cəsarətini qırmaqdır - ABŞ

    Suriyada yaradılan müşahidə məntəqələrində döyüşçü birlikləri yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
    “Məqsədimiz sabitliyin təhdidinə yönəlmiş silahlı atışmaların müqavimətini qırmaqdır”, - deyə diplomat bildirib.
     

    Muxalifet3 - 7-12-2018

  13. ​Litva Rusiyanı ağcaqanad kimi "dişlədi" - Deputatdan kinayə

    Kerç boğazında yaşanan insidentdən dolayı Litvanın Rusiyaya sanksiya tətbiq etməsi absurddur və rusafobiyanın növbəti təzahürüdür.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
    “Avropa İttifaqının yekun qərarının və ortaq konsensusunun olmadığı zamanda Brüssel gərginliyin azaldılması ilə bağlı qərarlar verir. Lakin Vilnüs vəziyyəti gərginləşdirməyi hədəfləyir. Təki Rusiyanı “dişləsin”. Lakin bu, ağcaqanad dişləməsidir”, - deyə deputat bildirib.

    Muxalifet3 - 7-12-2018

  14. ​Bakı-Sumqayıt yolunda ağır qəza: BNA məlumat yaydı

    Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 174 dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Feysbuk səhifəsində məlumat yayıb.
    O bildirib ki, qəza ilə bağlı məlumat daxil olan kimi BNA əməkdaşları hadisə yerinə yollanıb:

    Muxalifet3 - 7-12-2018

  15. ​Tramp amerikalı pilotlar üçün dua etdi

    ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Yaponiyada itkin düşən amerikalı pilotlar üçün dua edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz Tvitter mikrobloqunda yazıb.
    “Sizə lazım olan hər şeyi edəcəyik”, - prezident bildirib.
    Xatırladaq ki, Yaponiya sahillərində ABŞ-a məxsus 2 hərbi təyyarə toqquşub.
    Olay nəticəsində göyərtədə olan 7 pilotdan 2-si (biri sağ) tapılıb. Digər 5 pilotun taleyindən isə məlumat yoxdur.
     

    Muxalifet3 - 7-12-2018

  16. ​Zambeziyada yadplanetli gəmi qəzaya uğradı - VİDEO

    “Google Earth” proqramında “18°04'14.8"S 26°40'35.3"E” koordinatlarında maraqlı görüntülər üzə çıxıb. Muxalifet.az xəbər verir ki, Zambeziya çayı ətrafında çox qəribə obyekt aşkar edilib. Bu, yadplanetli gəmisinə oxşayır və diskşəkilli gəmi zərbə ilə torpağa çırpıldığı üçün yarıya qədər yerə girib. Gəmi çayın ortasındakı nazik adada aşkar edilib. Bu səbəbdən də insan əli dəyən obyekt olması ehtimal edilmir. İnsanların ərazidəki izlərinə xəritədə baxsaq, orada insan yaşamır və insan ayağı dəymir. Obyektin uzunluğu 65, eni isə 25 metrdir.

    Muxalifet3 - 7-12-2018

  17. ​Azərbaycanda evə silahlı basqın edildi

    Abşeron rayonunda qadının evinə basqın edilib.
    Trend-in məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib.
    Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib.
    Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb.
     

    Muxalifet3 - 7-12-2018

  18. Bu qruplaşma ölkəyə 9 milyard dollar ziyan vurdu

    “Boko Haram”ın hücumları səbəbindən ölkəmiz 9 milyard dollar zərər görüb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Nigeriya prezidentinin köməkçisi Yemi Osinbayo deyib
    O bildirib ki, qruplaşmanın hücumlarına görə 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb:
    “Hücumlar nəticəsində 20 mindən çox insan öldü. Nigeriya tarixində “Boko Haram”ın törətdiyi iğtişaşların bənzəri yoxdur. 400 mindən çox məktəb, xəstəxana, ev yandırıldı, məhv edildi. Bu hələ hekayənin bir hissəsidir”.
     

    Muxalifet3 - 7-12-2018

  19. ABŞ-ın Suriyadakı əsas hədəfi budur - Polyanski

    Suriya ABŞ-ın yarı-dövlət qurmaq üçün poliqonudur.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Dmitri Polyanski öz məqaləsində qeyd edib.
    O bildirib ki, ABŞ-ın Suriyadakı əsas hədəfi bu ölkənin suverenliyini zəiflətməkdir:
    “ABŞ əsgərlərinin olduqca xüsusi bir vəzifəsi var: terrorçulara qarşı mübarizəyə mane olmaq, Dəməşqdən asılı olmayan siyasi hökumətlər formalaşdırmaq və bu ölkənin suverenliyini tamamilə zəiflətmək...”, - deyə Polyanski bildirib.
     

    Muxalifet3 - 7-12-2018

  20. ​Sarkisyanın qardaşı oğlu Praqada saxlanıldı

    Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan saxlanılıb.
    Muxalifet.az
    xəbər verir ki, İnterpolun xətti ilə axtarışda olan N.Sarkisyanın Çexiyanın Praqa şəhərində gizləndiyi müəyyən edilib. Bildirilir ki, saxlanılan zaman N. Sarkisyan Qvatemala vətəndaşı Franklin Qonsalesin adına olan pasport təqdim edib.
    Axtarışda olan N.Sarkisyanın Ermənistana ekstradisiyasının təşkili üçün məlumat ölkənin Baş Prokurorluğuna təqdim olub./Publik

    Muxalifet - 8-12-2018

Pages