Axtarış
The search found 105857 results in 0.034 seconds.
Search results
Nazirlik deputat Vahid Əhmədovu TƏXRİBATÇILIQDA ittiham edir
“Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır”.
Muxalifet.az bildirir ki, bunu jurnalistlərə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.
Muxalifet4 - 7-12-2018
Aldadıb avtomobilini əlindən aldılar
Bakıda dələduzluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki,Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb.
Muxalifet4 - 7-12-2018
Sabah 3 dərəcə şaxta olacaq, yağış, qar yağacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Muxalifet4 - 7-12-2018
Məşhur futbolçuların biabırçı görüntüləri yayıldı: 70 qadınla birgə...
İngiltərənin məşhur “Arsenal” futbol klubunun futbolçuları narkotik maddə qəbul edərəkən görüntülənib.
Publika.az xəbər verir ki, futbolçular 70 qadının qatıldığı bir partidə iştirak ediblər.
Aralarında türk əsilli alman futbolçu Mesut Özil, Pyer Emerike Aboumeyanq, Aleksandr Lakazet, Matteo Qendozui və Henrix Mkitaryanın olduğu furbolçular “Hippy Crack” adlı narkotik statuslu azor oksidi qəbul ediblər. Maddənin təsirindən özlərini itirən və qəribə hərəkətlər edən idmançıların görüntüləri İngiltərə gündəminə bomba effekti ilə düşüb.
Muxalifet4 - 7-12-2018
Fransa etirazlarının arxasında dayanan isim – ALDADICI MANEVR
İctimaiyyətinin gözünü pərdələmək üçün Ağ Evdəki vəzifəsini tərk edən Stiv Bannon, ABŞ prezidenti Donald Trampın göstərişilə onun hədəflərini həyata keçirmək üçün Aİ ölkələrini gəzməyə və təşkilatlandırma işlərinə başlayıb. Fransadakı xaosun da Bannon-un əli ilə həyata keçirildiyinə diqqət çəkilir.
Muxalifet3 - 7-12-2018
Marsdan yeni GÖRÜNTÜLƏR
NASA-nın "InSight" kosmik gəmisinin Marsa enməsi barədə məlumat vermişdik.
Milli.Az The Sun-a istinadla xəbər verir ki, "InSight" Marsın yeni, aydın fotolarını çəkib.
Qeyd edək ki, "InSight" NASA-nın son 6 ildə Mars planetinə endirdiyi ilk kosmik gəmi olub. 7 dəqiqəlik təhlükəli anlardan sonra qırmızı planetə enən "InSight"la Marsdan yeni fotolar çəkilib.
Yerdən 548 milyon kilometr uzaqlaşan robotun 7 aylıq uçuşdan sonra Marsa enib. O, günəş işığı vasitəsiylə özünü enerji ilə təmin edir.Muxalifet4 - 7-12-2018
Aqil Abbas özəl telekanalların bağlanmasını təklif etdi - "BU VERİLİŞLƏR İNSANLARI POZUR"
Bu gün Azərbaycanda bəzi televiziya kanallarında yayımlanan bir sıra verilişlərin millətə nəyi aşıladığı bəlli deyil.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.
A.Abbas qeyd edib ki, bəzi verilişlər milli-mənəvi dəyərləri kobud surətdə pozur: "Axşama qədər kiminsə saçının qırxılması, kiminsə axtarışına həsr olunan verilişlər var. Bu verilişlər əxlaqdan kənardır, insanları pozur".Muxalifet4 - 7-12-2018
Bakının mərkəzində əsgərimiz yaralandı – ATƏŞ AÇILIB...
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.Muxalifet4 - 7-12-2018
Terrorçulardan ŞOK ETİRAFLAR - "Nəticə olaraq hamısı PKK-ya bağlıdır"
"Terror təşkilatı üzvü olmaq", "terror təşkilatı adından hərəkət və fəaliyyət göstərmək" cinayətlərindən həbs olunan C.K. adlı terrorçu ifadəsində, 2013-də PKK-ya qoşularaq müxtəlif hərəkət və fəaliyyət göstərdiyini bildirib.
Muxalifet3 - 7-12-2018
Rusiyada Paşinyana YERİNİ GÖSTƏRDİLƏR - Foto
Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçirilib. Rəsmi İrəvanın bu sammitlə bağlı gözləntiləri çox böyük idi. Baş nazir Nikol Paşinyan ən azı sammitdə "məhsuldar və gərgin danışıqlar" aparmaq, çoxsaylı görüşlər keçirmək niyyətində idi.
Muxalifet4 - 7-12-2018
Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi üçüncü – yekun oxunuşda müzakirə edilib.
İclasda bildirilib ki, layihə 6 fəsil, 22 maddədən ibarətdir.
Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.
Muxalifet4 - 7-12-2018
Aprel şəhidinin xanımı təşkilat yaratdı - "Qoy canını bu vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın"
Aprel döyüşlərinin qəhrəmanlarından biri, “Azərbaycan Bayrağı” ordenli şəhid mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım" İctimai Birliyini təsis edib.
Muxalifet4 - 7-12-2018
“SƏNİN AĞZINI CIRDIRARAM!” - Məmurun rüşvət qalmaqalı - VİDEO
Azərbaycanlı məmurun rüşvət qalmaqalında görüntüləri yayılıb.
Muxalifet.az A24.az-a istinadən xəbər verir ki, Xaçmaz Mədəniyyət Evinin sabiq müdiri, hazırda Xaçmaz Mərkəzi Kitabxana Sisteminin təşkilatı metodika şöbəsinin rəhbəri olan Zöhrab Məmmədovun rüşvət aldığı iddia olunan şəxslərlə söhbətinin görüntüləri yayılıb.
Muxalifet4 - 7-12-2018
Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir
Bəziləri hadisədən 100-150 il keçdikdən sonra Cilovluqda qırğın olduğunu və 100 min nəfərin öldüyünü iddia edir.
Muxalifet4 - 7-12-2018
XAOS PLANI İFŞA OLDU: Terrorçularla iş birliyi ortaya çıxdı
Türkiyə tarixinin ən böyük perspektiv layihələrindən biri olan İstanbul Hava Limanı layihəsinə kölgə salmaq üçün terror təşkilatlarının əməkdaşlıq etdiyi müəyyənləşib.
Saxta şəxsiyyət təqdimatı ilə işçilərin arasına sızaraq onları təxribata çəkmək cəhdində DHKP-C, TKP/ML terror təşkilatı üzvlərinin xaos planının sosial mediadakı xəyanət fişənginin də Pensilvaniyadan atıldığı ortaya çıxıb.Muxalifet3 - 7-12-2018
ABŞ-la İsrail arasında F-16 böhranı
Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi İsrailin Xorvatiyaya satmağı planlaşdırdığı Amerikan istehsalı 12 F-16 döyüş təyyarəsi ilə bağlı 500 milyon dollarlıq müqaviləni təsdiq etmədiyini bildirib.
“Axios” saytına açıqlama verən İsrail rəsmiləri, baş bazir Benyamin Netanyahu ilə ABŞ xarici işlər naziri Mayk Pompeo-nun Brüsseldə görüşdüyünü, Pompeonun müdafiə naziri Mattisin müqaviləyə razılıq vermədiyini çatdırdığını bildirib.Muxalifet3 - 7-12-2018
Türkiyədə “Sarı Jilet” təxribatı
Fransada başlayan daha sonra Hollandiya və Belçikaya da sıçrayan “Sarı Jiletlilər” nümayişlərinin simvolu olan sarı jiletlər Türkiyədəki bir rəqəmsal aış-veriş saytında inanılmaz bir endirimlə satışa çıxması böyük təpkiyə səbəb olub. Ötən günlərdə Fransada başlayan və bir çox ölkəyə sıçrayan qanlı aksiyaların rəmzi olan “Sarı jilet” Türkiyədə 80 faiz kimi ağıl almaz bir endirimlə satışa çıxıb. 5 TL-yə SARI JİLET SATDILAR Jiletin 5 TL kimi bir qiymətə satıldığını görənlər alış-veriş saytına böyük təpki göstərib.
Muxalifet3 - 7-12-2018
“Biz indi atəş açmalıyıq...” - Deputat atəşkəsin əleyhinə çıxdı
“Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə birlikdə bəyanat qəbul etdilər. Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sakitçilik bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər.
İrəvanda “Lazerev klubu”nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Vladimir Kazimirov çıxış etdi. Onlar institutlaşmış şəkildə Azərbaycana qarşı mövqelər sərgiləyirlər”.
Muxalifet4 - 7-12-2018
Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edildi - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Muxalifet4 - 7-12-2018
Tramp Amerikalıların lağ mövzusu oldu
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkədəki yumoristlərin dilinə düşüb.
ABŞ prezidenti Trampın Çin ilə davam edən ticarət müzakirələri ilə əlaqədar olaraq özündən "gömrük vergisi adamı" (tariff man) deyə bəhs etməsi ölkədə sosial medianın və yumoristlərin dilinə düşüb.Muxalifet3 - 7-12-2018