Axtarış

The search found 105857 results in 0.017 seconds.

Search results

  1. NASA Marsda küləyin səsini qeydə alıb- VİDEO

    Daha öncə Marsda uğurlu eniş edən ABŞ-ın "InSight" avtomatik planetlərarası stansiyası planetdə küləyin səsini qeydə alıb. Səsyazma Yer kürəsinə göndərilib.

    Trend-in məlumatına görə, bu barədə NASA-nın direktoru Cim Braydenstayn "Tvitter" sosial şəbəkəsində yazıb.

    C.Braydenstayn qeyd edib: "İnsanlar bu günə kimi Marsda küləyin səsini eşitməmişdilər! Marsda küləyin səsinə qulaq asıb".

    Muxalifet - 8-12-2018

  2. ​Sumqayıtda süpürgəçini qonşu qadın bıçaqladı - FOTO

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin 12 saylı yataqxanasında baş verib.
    Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səfərova Yeganə Qulu qızı yaşadığı 12 saylı yataqxanada qapı qonşusu olan qadın tərəfindən əvvəlcə döyülüb, daha sonra isə əlindən bıçaqlanıb. Obyektlərin birində süpürgəçi işləyən zərərçəkmiş bildirib ki, hadisəyə qonşusunun ondan xoşu gəlməməsi səbəb olub.
    Yaralı dərhal xəstəxaya çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 8-12-2018

  3. ​Rusiya mayonezinin reklamı GÜRCÜSTANDA QALMAQAL YARATDI

    Gürcüstanın müdafiə nazirinin, prezident administrasiyasının və vergilər xidmətinin mətbuat katibləri Rusiyanın “Sloboda” mayonezinin reklamına çəkilib.
    Muxalifet.az
    “RİA Novosti”yə istinadən xəbər verir ki, bu isə ölkədə qalmaqala səbəb olub. Məmurlar açıqlamalarında reklama çəkildiklərini, ümumiyyətlə, “Sloboda”nın Rusiya markası olduğunu bilmədiklərini deyiblər. 

    Muxalifet - 8-12-2018

  4. SAMİR ŞƏRİFOV İRADLARA CAVAB VERDİ – “Bəzi qüvvələr qan çıxmayan yerdən…” - VİDEO

    “Bəzi qüvvələr qan çıxmayan yerdə bəzi problemlər yaratmağa çalışırlar”.

    Bunu maliyyə naziri Samir Şərifov “Real TV”-yə müsahibəsində manatın məzənnəsi ilə əlaqədar ötən gün səsləndirdiyi fikrin manatın devalvasiyası kimi yozulmasına münasibət bildirərkən söyləyib.

    Muxalifet - 8-12-2018

  5. Tramp keçmiş dövlət katibi haqda ağır danışdı

    ABŞ prezidenti Tramp twitter-dən bölüşdüyü mesajda hazırkı dövlət katibi haqda “Mayk Pompeo ecazkar bir iş görür, onunla fəxr edirəm. Onun sələfi olan Reks Tillerson isə lazımlı zəkaya malik deyildi. Bir daş qədər küt olan bu adamdan çox çətin qurtuldum. İnanılmaz dərəcədə tənbəl idi. İndi nazirlikdə yeni bir ruh var" deyə qeyd edib.
     
    TILLERSON TRAMP HAQDA NƏ DEMİŞDİ?
     

    Muxalifet3 - 8-12-2018

  6. Ana dilini necə qorumalı - cərimə təklifi...

    Möhsün Nağısoylu: “Hansısa qurumun materialında dil pozuntuları, ədəbi dilin normalarının gözlənilməməsi halı olarsa, qurum cərimələnə bilər”

    Azərbaycanda vaxtaşırı olaraq ana dilimizi qorumaq məsələsi gündəmə gətirilir. Müxtəlif ziyalılar bildirirlər ki, xalqın var olması üçün ilk növbədə onun ana dilini yaşatması lazımdır.

    Muxalifet - 8-12-2018

  7. İspaniyada təyyarə qəzası: ölənlər var

    İspaniyada göyərtəsində iki nəfər olan kiçik təyyarə yanacaq doldurma məntəqəsidnin üstünə düşüb.
    Muxalifet.az
    xəbər verir ki, hadisə Barselona vilayətinin Baiya del-Valyes bələdiyyəsində baş verib.
    Təyyarədə olan hər iki nəfər ölüb. Təyyarə Sabadel aeroportunda enməli idi.

    Muxalifet - 8-12-2018

  8. ABŞ səfirindən Münbiç açıqlaması

    ABŞ Xarici İşlər Nazirliyinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Ankarada keçirilən Suriya mövzusunda 3-ci birgə işçi qrupu iclasından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.
     
    ABŞ nümayəndəsi iclasda Fəratın şərqindən İdlibə, Suriyaya dair bütün məsələləri müzakirə etdiklərini bildirib.
     
     ABŞ VƏ TÜRKİYƏNİN YAXIN İŞ BİRLİYİ OLMADAN SURİYADA HƏLL MÜMKÜN DEYİL
     
    Münbiçdə yol xəritəsi əsasında müxtəlif keşik-patrul fəaliyyətləri həyata keşirdiklərini dilə gətirən Cefri bunları deyib:

    Muxalifet3 - 8-12-2018

  9. Fransada xalqdan “Sarı Jiletlilərə” dəstək

    Fransanın cənubundakı Marsel şəhərində etirazlara dəstək verən bir çox bina sakini mənzillərin pəncərə və eyvanlarına sarı jiletlər asıb.
     
    Fransa hökumətinin həftə sonunda keçiriləcək etirazlar üçün ölkə miqyasında 89 min polisi səfərbər etməsi, Fransız polisinin Mantes-la-jolie şəhərində 700 litsey tələbəsini nəzarətə alması böyük təpkiyə səbəb olub.
    Digər tərəfdən, “Sarı Jiletlilərə” Fransanın müxtəlif şəhərlərindən də dəstək gəlib.
    Fransanın cənubundakı Marsel şəhərində etirazlara dəstək üçün bir çox binada mənzillərə sarı jiletlər asılıb.

    Muxalifet3 - 8-12-2018

  10. ​Avstraliyanın Viktoriya əyalətində: Kenquru kişini döydü - Video

    Avstraliyanın Viktoriya əyalətinin sakini kenqurunun hücumuna məruz qalıb.
    Daniel Tuhoy adlı yaşlı kişini kenqurunun bir təpiklə yerə sərdiyi anı göstərən video sosial mediada böyük diqqət çəkib.
    Bu görüntünü qısa vaxt ərzində yüz minlərlə insan izləyib.
    Qızı tərəfindən mobil telefonla çəkilən kadrlarda kişinin kenqurudan aldığı zərbələrlə yerə yıxıldığı görünür.

    Muxalifet - 8-12-2018

  11. ​Samuxda avtomobil maneəyə çırpılıb - Xəsarət alanlar var

    Samuxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
    "Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Samux-Gəncə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ2107"markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması nəticəsində iki nəfər, 1991-ci il təvəllüdlü Abbasov Pərvin Zöhrab oğlu və 1985-ci il təvəllüdlü İsayeva Rəşidə Şaiq qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu biıdiriıir.

    Muxalifet - 8-12-2018

  12. ABŞ “kimtəvi silah” iddiasını təkzib etdi

    ABŞ-ın Xarici İşlər Nazirliyi Bəşşar Əsəd rejimi və Rusiyanın "Suriyadakı müxalif qrupların kimyəvi silahdan istifadə etdiyi" iddiasının yalan sayaraq Moskvanı saxta kimyəvi təcavüz iddiaları uyduraraq həqiqətləri gizlətməyə çalışmaqla günahlandırıb.
     
    ABŞ-ın Xarici işlər Nazirliyinin sözçüsünün müavini Robert Palladino Suriyanın Hələb şəhərində həyata keçirildiyi iddia edilən kimyəvi hücumlara dair yazılı açıqlama verib.

    Muxalifet3 - 8-12-2018

  13. YAP-çı deputatdan Rusiyadakı oliqarxlarımıza SENSASİON İTTİHAM: niyə indi?

    Siyavuş Novruzov fəaliyyətini çoxdan dayandırmış “Milyarderlər İttifaqı”nda təmsil olunanları ölkədəki “bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməkdə” suçladı; deputatın Azərbaycanda ən məlumatlı adamlardan biri olduğunu nəzərə alsaq...

    Muxalifet - 8-12-2018

  14. Novruz Məmmədovdan QƏRAR: Ofşor zonaların siyahısı dəyişdi

    Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.
    Muxalifet.az
    xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
    Qərarla Nauru və ABŞ Virgin adalarının adları "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.
    Hazırda həmin siyahı belədir:

    Muxalifet - 8-12-2018

  15. Ermənistanda “sükut günüdür”

    Ermənistanda “sükut günüdür”.
    Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gündən ölkədə parlamentə keçirilən növbədənkənar seçkidə iştirak edən istənilən siyasi qüvvənin seçki məntəqələri bağlananadək təbliğat aparması qadağandır.
    Səsvermə səhər saat 8-dən axşam saat 20.00-dək keçiriləcək. Dekabrın 9-da səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində 2 siyasi blok və 7 siyasi partiyanın siyahısına səs verəcək.

    Muxalifet - 8-12-2018

  16. Dəfnə nə qədər pul xərcləmək olar? - Maksimum xərc limiti müəyyənləşdi

    Dəfnlə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən göstərilən xidmətlər və bu xidmətlərin maksimum xərcləri müəyyənləşib. 
    Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.

    Muxalifet - 8-12-2018

  17. “Vaşinqton Post”-dan Amerika cəmiyyətinə çağırış: SƏUDİYYƏNİN ABŞ-dakı SƏFİRİ TƏCRİD OLUNMALIDIR

    “Vaşinqton Post” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qardaşı olan və Səudiyyənin Vaşinqtondakı səfiri vəzifəsini icra edən Xalid bin Salmanın Camal Qaşıqçı cinayətinin ört-basdır edilməsinə kömək etdiyini irəli sürərək onun cəmiyyətdən təcrid olunmasına çağırıb.
     
    “Vaşinqton Post” qəzeti, "Xalid bin Salman Camal Qaşıqçı cinayətinin ört-bas edilməsində rol aldı. Cəmiyyətdən təcrid olunmalıdır" başlıqlı bir məqalə dərc edib.

    Muxalifet3 - 8-12-2018

  18. ​Putinə Ukraynanın şərqi lazım deyil - Nazarbayev

    Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın şərqindən hansısa ərazi parçası lazım deyil. Rusiya bunsuz da böyük dövlətdir.
    Muxalifet.az
    xəbər verir ki, bunu “Rossiya 24” televiziyasına müsahibəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.
    “Putinin Ukraynanın şərqindən hansısa parça qopartmaq arzusu yoxdur. Rusiya onsuz da dünyada ən böyük əraziyə sahibdir. Ümid edirəm ki, gələn il Rusiya və Ukrayna arasında problem həll ediləcək. Mən Ukraynaya görə, çox heyfislənirəm” – deyə o bildirib.

    Muxalifet - 8-12-2018

  19. Haluk Ləvəntin xəstə uşaqla görüşü hamını ağlatdı - VİDEO

    Məşhur müğənni Haluk Ləvənt İzmirin Qarabağlar rayonunda çox nadir “Epidermolysis Bullosa” xəstəliyi ilə anadan olan 11 yaşlı Elfida Gündüzü teatr səhnəsinə dəvət edib.
    Dram kursuna gedən Elfida bir neçə həftə əvvəl Karşıyaka bələdiyyə sədri Hüseyin Mutlu Akpınarın qonağı olmuşdu və özü yazdığı pyesin səhnəyə qoyulmasını istəmişdi. Akpınarın dəstəyi ilə Elfida kurs yoldaşları ilə birlikdə “Kelebek etkisi” adlı pyesini səhnələşdirdi.

    Muxalifet - 8-12-2018

  20. Fransanın baş naziri “Sarı Jiletlərlə” görüşdü

    Fransanın baş naziri Eduard Filip yanacaq qiymətlərini artıran vergi dərəcələrinin azaldılması və iqtisadi şərtlərin yaxşılaşdırılması üçün mitinqlər keçirən “Sarı Jiletlilər”dən ibarət bir nümayəndə heyətini qəbul edib.
     
    Filip bu gün ölkə daxilində keçiriləcək mitinqlər ərəfəsində “Sarı Jiletlilər”in bir qrup nümayəndəsini qəbul edərək müzakirələr aparıb.
    Baş nazir ilə görüşən nümayəndə heyətində yer alan Jacline Mouraud çıxışda mətbuata verdiyi açıqlamada,  baş nazir Filiplə məsələ haqqındakı fikirlərini bölüşdüklərini bildirib.

    Muxalifet3 - 8-12-2018

Pages