Axtarış
The search found 105857 results in 0.039 seconds.
Search results
"Müharibənin bitməsi üçün Ər-Riyad da burada olmalıdır"
İsveçin Yohannesburq sarayında Yəmənlə bağlı keçirilən iclasda husiləri təmsil edən Səlim əl-Muqlis ölkədəki müharibənin dayanması üçün görüşlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də təmsil olunmasını istəyib.
Muxalifet3 - 8-12-2018
"Qarabağ"la oyun öncəsi "Arsenal"ın daha bir futbolçusu zədələndi
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal" İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində "Emireyts" stadionunda "Hadersfild Taun"u qəbul edib.
Muxalifet.az xəbər verir ki, doqquz sarı vərəqənin göstərildiyi görüşdə London klubu qələbə qolunu 83-cü dəqiqədə vura bilib.
Qabonlu Pyer-Emerik Obameyanqın ötürməsini uruqvaylı Lukas Toreyra qayçıvarı zərbə ilə qapıdan keçirib. Bununla da "Arsenal"ın bütün turnirlər nəzərə alınmaqla məğlubedilməz oyunlar seriyası 21-ə çatıb.
Muxalifet3 - 8-12-2018
Tütün şirkəti marixuana istehsal edəcək
İri tütün şirkəti olan “Altria Group” Kanadanın marixuana istehsalçısı olan “Cronos Group”un səhmlərinin 45%-ni alıb. “Altria Group” şirkəti “Marlboro” və “Parliament” əmtəə nişanlarına sahib olan “Philip Morris USA”nın ana şirkətidir.
Muxalifet.az xəbər verir ki, bu haqda “Business Wire” nəşri məlumat verib.
“Bizim “Cronos Group”la eksklüziv əməkdaşlığımıza qoyulan sərmayələr genişlənməkdə olan çətənə bazarında “Altria”nın böyüməsi üçün inanılmaz imkanlar açır”, - deyə şirkətin nümayəndələri bildiriblər.Muxalifet3 - 8-12-2018
Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər - TOP-5
Bu gün Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov istefa verdiyini bildirib.
Muxalifet.az-ın verdiyi məlumata görə, bu haqda AFFA-nın mənzil-qərargahında baş tutan İcraiyyə Komitəsinin iclası zamanı qərar verilib. 13 aylıq fəaliyyəti ərzində Qurban Qurbanov Milli komandanı UEFA Millətlər Liqasında altı rəsmi görüşə çıxardı.
Komandamız yalnız Farer adaları ilə matçlarda iki qələbə qazanaraq yekunda qrupda ikinci yeri tutdu və pley-off mərhələsinə yüksələ bilmədi. Əldə edilən məlumata görə, yığma komandanın yeni məşqçisi əcnəbi mütəxəssis olacaq.Muxalifet3 - 8-12-2018
İspaniyaya pis xəbər: onlar da "Sarı jiletlilər"ə qoşuldu
Fransada davam edən "Sarı jiletlilər" üsyanından nümunə götürən Kataloniyanın separatçı hərəkatı dekabrın 21-də Barselonada aksiya keçirməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Məlumata görə, sol təmayüllü “La Forja-Jovent Revolucionari” gənclər təşkilatı İspaniya Nazirlər Şurasının həmin gün Kataloniya paytaxtında keçirəcəyi səyyar iclası pozmaq niyyətindədir.
Təşkilatın bəyanatında qeyd olunur ki, aksiyanın məqsədi iclasın normal şəraitdə keçməsinə mane olmaqdır.Muxalifet3 - 8-12-2018
12-ci mərtəbədən yıxıldı, sağ qaldı
Moskvada 12-ci mərtəbədən yıxılan şəxs sağ qalıb.
Muxalifet.az xəbər verir ki, hadisə Marino rayonunda baş verib.
Hazırda bir neçə yerindən zədə alan kişinin xəstəxanaya yerləşdirildiyi bildirilib.Muxalifet3 - 8-12-2018
Ərdoğan Fransanı tənqid etdi: Həddindən artıq...
Ankara Fransada yaşananları izləyir və "Sarı jiletlilər" hərəkatında iştirak edənlərə həddindən artıq güc tətbiq edilməsinə qarşı çıxır. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Avropanın bir çox şəhərlərində, həmçinin Parisdə gərgin vəziyyət yarandı. Bu gün biz Türkiyə şəhərlərində qan tökənlərə qarşı heç bir reaksiya verməyən ölkələrin durumunu izləyirik. Bəziləri həddən artıq güc tətbiqi ilə bağlı polisimizi ittiham edirdilər.
Muxalifet3 - 8-12-2018
Generallara SUİ-QƏSD: 10 nəfər öldü
Əş-Şəbab terror təşkilatı Somalinin paytaxtı Moqadişuda iki generala qarşı sui-qəsd təşkil edib.
Terrorçuların hazırladığı bombanın partladılması nəticəsində iki generalla yanaşı, 8 əsgər də həlak olub.
Əş-Şəbab hücum zamanı general Aden Dhere və köməkçisi Əbd Əli Cəmamimin öldürüldüyünü açıqlayıb.
Moqadişu hökuməti generalların ölümünü təsdiqləyib.Muxalifet - 9-12-2018
Həsən Ruhani: Türkiyə illərdir bununla qarşı-qarşıya qalıb
İranın qəti şəkildə iradəsi qardaş və dost ölkə Türkiyə ilə bütün sahələrdə səmimi münasibətlərin inkişaf etdirilməsi yönündədir.
Bu sözləri İran Prezidenti Həsən Ruhani Türkiyə parlamentinin sədri Binəli Yıldırımla görüşü zamanı deyib. O, Türkiyənin sabitliyini və təhlükəsizliyini öz ölkəsinin sabitliyi kimi gördüyünü bildirib:
“Bu istiqamətdə bir müddət əvvəl həyata keçirilən çevriliş cəhdinə qarşı İran Türkiyə dövlətinin sabitliyi və güclənməsi məsələsində konkret və şəffaf mövqe sərgiləyib”.Muxalifet - 9-12-2018
Məşhur aparıcıların efirdəki səhvləri – SİYAHI
Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.
Muxalifet - 9-12-2018
Bu gün Paşinyanın siyasi taleyi HƏLL OLUNUR - Ermənistanda həyacanlı anlar... / YENİLƏNİB
Ermənistan tarixində bu gün ilk dəfə növbədənkənar parlament seçkiləri keçirilir.
Səhər saat 8:00-dan respublikada 2010 seçki məntəqəsi aşılıb və saat 20:00-dək işləyəcək. Seçki Məcəlləsinə əsasən, respublika ərazisində 13 seçki dairəsi açılıb, dördü - paytaxt Yerevanda, qalanı - bölgələrdə.
Ermənistan polisinin rəsmi məlumatıma görə, səs vermə hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfərdir.
Seçkiqabağı təşviqat kampaniyası cəmi 12 gün davam edib: noyabrın 26-da başlayıb və 7 dekabr gecə yarısı başa çatıb.Muxalifet - 9-12-2018
Messi ilə görüşən 7 yaşlı oğlanın anası: “Oğlumun məşhurlaşmasına peşmanam”
Plastik paketdən hazırlanmış və üzərində Messi yazılmış köynək geyindiyinə görə məşhurlaşan gənc əfqanıstanlı oğlan ailəsilə bərabər ölkə paytaxtına köçmək məcburiyyətində qalıb. Anasının sözlərinə görə, ailə bu qərarı Talibanın və kriminal qrupların uşağı öldürmək və ya oğurlamaq hədələrindən sonra verib.
İnternetdə qısa zamanda populyarlaşan argentinalı futbol ulduzu Messinin 7 yaşlı pərəstişkarı Murtazanın anası Şafiqa Ahmedi oğlunun hədələrə görə məktəbə gedə bilmədiyini və hal-hazırda Kabildə soyuq və nəmli otaqda yaşadıqlarını deyir.
Muxalifet4 - 9-12-2018
Fransadakı etirazların dördüncü həftəsi - TOQQUŞMALAR DAVAM EDİR
Fransa polisi şənbə günü Parisin mərkəzi Şanzelize prospektində toplaşan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər ölkədə yaşayış məsrəflərinin yüksək olmasına etiraz edirlər.
Polisin bildirdiyinə görə, şənbə günü 1,500-dən çox nümayişçi paytaxt küçələrinə etiraza çıxmış və ən azı 343 nəfər saxlanılmışdır.
Polis prezident sarayına yürüşə cəhd edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Muxalifet4 - 9-12-2018
BVF bu ölkədə korrupsiya ilə mübarizəyə 3.7 milyard dollar ayırdı
Beynəlxalq Valyuta Fondu bildirir ki, təşkilat Anqolaya 3 illik müddətə ayrılan 3.7 milyard dollar həcmində krediti təsdiq edib. Bu vəsait yeni prezidentin keçən il vəzifəyə gəlməsindən sonra ölkə iqtisadiyyatının diversifikasiyası və korrupsiya ilə mübarizə səyləri üçün nəzərdə tutulub.
BVF-nin cümə günü verdiyi məlumata görə, kreditlər cənubi Afrika ölkəsinə dövlətin nəzarətində olan müəssisələrin restrukturizasiyası və iqtisadi idarəetmənin yaxşılaşdırılması üçün ehtiyac duyulan addımların atılmasına yardım edəcək.
Muxalifet4 - 9-12-2018
Trampın məsləhətinə məhəl qoyulmadı - OPEK ölkələri neft hasilatını azaldacaq
Vyanada neft nazirliklərinin, OPEK ölkələri (neft ixracatçısı ölkələrinin təşkilatı) idarələrinin və Kartelə daxil olmayan dövlətlərin rəhbərlərinin ikigünlük məsləhətləşmələri neftin optimal dünya qiymətinin saxlanması məqsədilə neft hasilatının azaldılması haqda sazişə nail olunmasına gətirib çıxardı.
Muxalifet4 - 9-12-2018
Paris üsyanı digər ölkələri də bürüdü - AVROPA "YANIR"
Fransada keçirilən “Sarı jiletlilər” etiraz aksiyaları Belçika və Hollandiyaya da sıçrayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə aksiyalar təşkil edən yüzlərlə “Sarı jiletli” küşələrə axışıb. Onlar “sarı jiletli” və “qış yaxınlaşır” parnkartları açaraq Avropa İttifaqının qurumlarının yerləşdiyi binalara doğru yürüş keçiriblər. Aİ Şurasının binası yaxınlarda etirazçıları polis qarşılayıb. Etirazçılardan 50 nəfər saxlanılıb.
Muxalifet4 - 9-12-2018
Bakıda ağır qəza – QADIN ÖLDÜ, YARALILAR VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Belə ki, Novxanı qəsəbəsində 99 RH 462 dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobillə 90 AV 404 nömrəli “Toyota” markalı minik maşını toqquşub. Nəticədə “Azsamand”da olan qadın sərnişin aldığı xəsarətlərdən vəfat edib, daha 2 nəfər isə yüngül xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxalifet4 - 9-12-2018
Çexiyada tutulan Sərkisyan Ermənistana verilmədi
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan hələ Ermənistana təhvil verilməyib.
Erməni mətbuatı xəbər verir ki, bu sözləri İrəvan polisinin rəisi Valeri Osipyan növbədənkənar parlament seçkilərində səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, proseslə bağlı sənədlər yığılır və yerdə qalan işlərlə Baş Prokurorluq məşğul olacaq: “Əsas odur ki, o, Çexiya hakimiyyəti tərəfindən saxlanılıb və Ermənistana veriləcək”.
Muxalifet4 - 9-12-2018
Bazardan təsadüfən 4 min il yaşı olan fincan aldı - FOTO
İngiltərəli Karl Martin antilop şəkilləri ilə bəzədilmiş dulusçu fincanı alıb və onu diş fırçaları üçün altlıq kimi istifadə edib. Lakin sonradan o, təsadüfən fincanın 4 min yaşının olduğunu öyrənib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə "LiveScience" nəşri yazıb.
Bildirilir ki, fincan "bit bazarı" ilə gəzinti zamanı Karlın diqqətini cəlb edib və onu dibçək əvəzi 5 dollara alıb.
Muxalifet4 - 9-12-2018
Ağ Evin Aparat rəhbəri istefa verəcək - TRAMP AÇIQLADI
ABŞ prezidenti Donald Tramp Ağ Evin Aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb
Muxalifet.az trend-ə istinadən bildirir ki, Tramp Con Kellinin ilin sonunda postundan gedəcəyini deyib:
Muxalifet4 - 9-12-2018