Axtarış
The search found 105857 results in 0.038 seconds.
Search results
CNN Camal Qaşıqçının son sözlərini yayımladı
Amerikanın CNN televiziyası Camal Qaşıqçı-nın ölməmişdən əvvəl son sözlərini yayımlayıb. CNN xəbərini Qaşıqçı cinayətinin araşdırması haqqında məlumat alan və Qaşıqçının son anlarının səsyazmasının tərcüməsini görən bir mənbəyə əsaslandırıb. Qaşıqçının ölümünün təsadüfən işlənmiş bir cinayət olmadığını və əvvəlcədən planlaşdırdığını söyləyən xəbər mənbəyi, Qaşıqçının onu öldürmək istəyənlərə qarşı mübarizə apardığını bildirib.
Muxalifet3 - 10-12-2018
Ağdənizdə Türkiyəni qəzəbləndirəcək ABŞ iddiası
Bölgə yeni bir enerji savaşı vəziyyətinə gəlmişkən, İsrail mətbuatından mühüm bir iddia ortaya atılıb.
İsrail mətbuatı, ABŞ-ın İsrail, Yunanıstan və Yunan tərəfinin liderləri ilə növbəti aylarda bir görüş keçirəcəyini yazıb. Görüşə ABŞ xarici işlər naziri Mayk Pompeonun liderlik edəcəyi bildirilib. Xəbərlərdə həmçinin Şərqi Aralıq dənizində bu dörd ölkənin iştirak edəcəyi bir təlimin planlaşdırıldığını bildirilib.Muxalifet3 - 10-12-2018
ABŞ PKK-nı Öcalanın “vəliəhdi” ilə idarə edəcək
2017-nin noyabrında Türkiyəyə sığınan PKK/SDG-nin keçmiş sözçüsü polkovnik Talal Silo, ABŞ-ın terror strategiyasına dair mühüm məlumatlar verib.
Silo Öcalanın ABŞ rəsmilərinə "Şahin Cilo mənim varisimdir. Suriyada daimi olmaq istəyirsinizsə, onu qorumalısınız" mesajı göndərdiyini deyib. ABŞ-ın terroçubaşı Qarayılan, Qalxan və Bayıkın başına mükafat qoymasını buna bağlayan Silo, "PKK-nın bundan sonrakı mərkəzi Suriya olacaq və keçmiş qurumlar ABŞ tərəfindən ləğv ediləcək" - deyib.Muxalifet3 - 10-12-2018
ABŞ-lı senatordan şahzadə bin Salmanı yandıracaq çıxış
ABŞ-da Respublikaçı senator Lindsey Qrehem Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin Senatda keçirdiyi Camal Qaşıqçı sessiyasına qatılan bütün senatorların Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayətinin cinayət ortağı olduğuna inandığını deyib.
Muxalifet3 - 10-12-2018
Fransadan Trampa çox sərt xəbərdarlıq!
Fransada baş verən “Sarı jiletlilər” aksiyaları ilə əlaqədar açıqlamalar edən ABŞ prezidenti Donald Trampa Fransanın xarici işlər naziri Jean-Yves Le Driandan çox sərt xəbərdarlıq gəlib.
Fransada baş verən zorakı aksiyalar səbəbiylə İqlim Müqaviləsinin uğursuz olacağına işarə edən ABŞ prezidenti Donald Trampa Fransadan xəbərdarlıq gəlib. Fransız XİN rəhbəri Jean-Yves Le Drian Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb.Muxalifet3 - 10-12-2018
Qaşıqçı cinayətinə haqq qazandıran Ərəb ölkələri
Körfəz Əməkdaşlıq Şurası(KƏŞ) 72 maddəlik yekun bəyannaməsində ən qabarıq məsələlər arasında Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanı rəhbərliyinin tutduğu mövqe və hadisənin işıqlandırılması üçün yerinə yetirdiyi icraat və işlərin KƏŞ tərəfindən dəstəkləndiyi ifadələri yer alıb.
Muxalifet3 - 10-12-2018
Səudiyyədən “Türkiyə” açıqlaması: Onları təhvil verməyəcəyik!
Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətində adı keçən Səudiyyə vətəndaşlar üçün ekstradisiya tələb edən Türkiyəyə mənfi cavab verib.
“AFP” agentliyinin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Türkiyənin Qaşıqçı cinayətində adı keçən Səudiyyə vətəndaşları haqqındakı ekstradisiya tələbini rədd edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil El-Cubeyr jurnalist Camal Qaşıqçı qətlində adı keçən 2 şübhəlinin Türkiyəyə ekstradisiya edilməyəcəyini açıqlayıb.
Ekstradisiya olunmayacaqdır
Muxalifet3 - 10-12-2018
“Sarı Jiletlilər” aksiyası Qaradağa sıçradı
Qaradağda hökumətə qarşı etiraz edən bir qrup Sarı jilet geyərək küçələrə çıxıb. Yüzlərlə insanın iştirak etdiyi aksiyalarda hökumət diktatorluqla ittiham olunub. Qaradağın paytaxtı Podgoricada hökumətə qarşı "diktator qaranlığından qorxmuruq" şüarı "sarı jiletli" etiraz aksiyası keçirilib. Deputat Nebojsa Medojevicin həbs olunmasına təpki göstərən müxalifət tərəfdarlarının təşkil etdiyi etiraza, "sarı jiletli" yüzlərlə adam qoşulub. Parlament binasının qarşısında toplanan nümayişçilər prezident və hökumət binasına doğru yürüş edib.
Muxalifet3 - 10-12-2018
DYP-dən SÜRÜCÜLƏRƏ DAHA BİR “SÜRPRİZ” – Mülki geyimli polislər xidmətə çıxacaq
Dövlət Yol Polisi avtomobil sürücülərini cərimələmək üçün daha bir metoda əl atıb.
Gununsesi.org-un xəbərinə görə, küçələrdə YPX maşınları ilə yanaşı, həm də mülki avtomobillər xidmətə çıxacaq. mülki geyimdə olan YPX əməkdaşları yollarda qaydaları pozan sürücüləri izləyəcək və onlara cərimə tətbiq edəcək. Bu qərar onunla əsaslandırılıb ki, sürücülər YPX maşınlarını görəndə məsuliyyətli olurlar və qayda pozmurlar. Bu qərar isə o deməkdir ki, Azərbaycanın yol polisi sürücünün qayda pozmasında maraqlıdır və bu pozuntunu arzu edir. Ona görə də bu cür xidmət növü tətbiq edilir.Muxalifet - 10-12-2018
Paşinyan qalib gəldi : 70.43 faizlə
Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 10-u səhər saat 07.30-dək ölkəboyu 2010 seçki məntəqəsindən daxil olmuş səsvermə bülletenlərinin 100%-ni hesabalyaıb.
Muxalifet.az “News.am”a istinadən xəbər verir ki, 9 dekabr tarixində keçirilmiş erkən parlament seçkilərinin nəticələrinə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.
Seçkilərdə ikinci yeri 8.27 faizlə (103824 səs) "Çiçəklənən Ermənistan" partiyası lider (Qaqik Ttsarukyan) tutub.Muxalifet - 10-12-2018
Ermənistandakı seçkinin qalibi Paşinyan oldu
Ermənistanda keçirilən erkən deputat seçkisinin qalibi səslərin 70,4 faizini alan müvəqqəti baş nazir vəzifəsini icra edən Nikol Paşinyan başçılıq etdiyi "Mənim Addımım" ittifaqı olub.
Ermənistan Mərkəzi Seçki Komissiyası dünən keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. İlkin nəticəyə görə, seçkidə 2,5 milyon qeydiyyatlı seçicinin 48,6 faizi iştirak edib.
Paşinyanın rəhbərliyindəki "Mənim Addımım" ittifaqı səslərin 70,4 faizini alıb.Muxalifet3 - 10-12-2018
Dünyada 800 milyon insan aclıqdan, 1.5 milyard insan isə köklükdən əziyyət çəkir – qorxunc statistika
BMT gələn il dünyada 130 milyondan çox insanın yardıma möhtac olacağını təxmin edir. BMT Təxirəsalınmaz Yardım koordinatoru Mark Loukokun Çenevrədə açıqladığı sənəddə dünyada hər 70 insandan birinin müharibə, təbiət fəlakəti və ya təbii fəlakətlər krizi ilə qarşı-qarşıya qaldığı qeyd edilib.
Muxalifet - 10-12-2018
Makron “Sarı Jiletlilərlə” görüşəcək
Fransanın prezidenti Makron bu gün işçi və məmur həmkarlar ittifaqları ilə bir araya gələcək.
Fransada yanacaq qiymətlərinin artmasına təpkilərin böyüyərək hökumət əleyhinə nümayişlərə çevrilməsindəm sonra prezidenti Emmanuel Makron nümayişçilərin tələblərini dinləmək üçün bu gün həmkarlar ittifaqları və fəhlələrin nümayəndələri ilə görüşəcək.
1700 NƏFƏR SAXLANILANDAN SONRA QƏRAR VERİB
Muxalifet3 - 10-12-2018
Qurbanovun millidən getməsinin - ŞOK SƏBƏBLƏRİ
“Qarabağ” futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsi son günlərin əsas xəbərlərindən biri olub. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb. Onunla eyni vaxtda U-20 və U-21 millimizin baş məşqçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da istefaya göndərilib.
Muxalifet - 10-12-2018
ŞOK: Ana 13 yaşlı qızının bakirəliyini 42 min AZN-ə satışa çıxardı – FOTOLAR +VİDEO
Rusiyanın keçmiş gözəllik kralıçası İrina Qladkikh ağılları donduran bir elan verib.
35 yaşlı qadın 13 yaşlı qızının bəkarətini satışa çıxarıb. O, qızının bakirəliyi qarşılığında 25 (42 min AZN) min dollar istəyib. İrina planını həyata keçirmək üçün Çelyabinskdən Moskvaya yola düşüb. Baş verənlərdən xəbər tutan Rusiya polisi qadını və onun ortağını həbs edib./A24.AzMuxalifet - 10-12-2018
“ExxonMobil” və “Chevron” Azərbaycanı niyə tərk edir? - ABŞ səfirliyindən açıqlama
“Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığımıza və uzunmüddətli ticarət əlaqələrimizə dəyər veririk”.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən Birləşmiş Ştatların “ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycanın ən böyük neft yataqları blokundakı səhmlərini satmaq niyyətində olması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyiblər.Muxalifet - 10-12-2018
Səfirlik Amerika neft nəhənglərinin Azərbaycanı tərk etməsinə münasibət bildirdi
"Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığımıza və uzunmüddətli ticarət əlaqələrimizə dəyər veririk".
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən Birləşmiş Ştatların "ExxonMobil" və "Chevron" şirkətlərinin Azərbaycanın ən böyük neft yataqları blokundakı səhmlərini satmaq niyyətində olması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyiblər.Muxalifet - 10-12-2018
İtaliya günə ŞOK HADİSƏ ilə başladı: Millət vəkilləri parlamentin tualetində...
İtaliya parlamentində biabırçı hadisə baş verib.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, iki parlamentari Milli Məclisin tualetində cinsi əlaqəyə girərkən yaxalanıb.
Adları açıqlanmayan vəkillərin 5 Ulduz Hərəkatı və Şimal Partiyasından olduğu bildirilib. Xalq isə həmin şəxslərin vəzifəsindən istefa verməsini tələb edib.Muxalifet - 10-12-2018
Polisdən ƏMƏLİYYAT: 33 nəfər saxlanıldı
Ötən iki gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, dekabrın 8 və 9-da ölkədə 184 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Muxalifet - 10-12-2018
“Ay zibil”lə zibilə salınan filmlər - Bərbad dublyajın günahkarı kimdir? - ARAŞDIRMA
Uzun müddətdir ki, Azərbaycan telekanallarında nümayiş olunan xarici filmlərin dublyajının keyfiyyətsizliyi ilə bağlı iradlar səngimir. Baxmayaraq ki, yerli telekanalların əksəriyyətində dublyaj redaksiyaları var və xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi üçün bütöv bir heyət çalışır. Lakin dublyaj redaksiyalarının fəaliyyəti yenə də haqlı tənqidlərə əsas verir. Tamaşaçıları narazı salan əsas məqamlardan biri xarici filmlərin bərbad tərcüməsi, qeyri-peşəkar səsləndirmə və emosiyaların düzgün çatdırılmamasıdır.
Muxalifet - 10-12-2018