Axtarış
The search found 105857 results in 0.03 seconds.
Search results
Gəncədəki partlayış zamanı dağıntılar altından xilas edilən şəxs öldü - VİDEO
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan şəxs dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 20-də Gəncədə dördmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altından xilas edilən, 1997-ci il təvəllüdlü Orxan Oqtay oğlu Məmmədov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.Muxalifet - 10-12-2018
Masallıda qaraj partladı: 1 uşaq öldü - DAHA İKİ UŞAQ YARALIDIR
Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib, 2 uşaq yaralanıb, 1 uşaq ölüb. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Partlayış nəticəsində bir ailənin iki üzvü - Əli və Məhəmməd Müseyibovlar, eyni zamanda ailənin yaxın qohum Sənan Kərimov ağır yanıq xəsarətləri alıblar.
Muxalifet - 10-12-2018
Gürcüstanda çörək bahalaşdı
Bu gündən etibarən Gürcüstanda çörəyin qiyməti 10-15 tetri bahalaşıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna səbəb prezident seçkiləri öncəsi unun qiymətində artımın olmasıdır.
Çörəkbişirmə müəssisələrinin nümayəndələri bildirib ki, seçkiöncəsi dövrdə çörəyin qiyməti süni olaraq saxlanılırdı.
Gələcəkdə çörəyin qiymətinin yenidən bahalaşması istisna olunmur.
Muxalifet - 10-12-2018
Paşinyanın seçki xərcləri narazılıq yaratdı
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku ötən gün keçirilən növbədənkənar parlament seçkilərində rəqiblərindən və digər siyasi partiyalardan daha çox pul xərcləyib.
Bu barədə Ermənistan Seçki Komissiyasının nəzarət-yoxlanış xidmətinin rəhbəri Tiqran Babikyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qanunla nəzərdə tutulmuş müddətdə seçkilərdə iştirak edəcək bütün siyasi qüvvələr Mərkəzi Bankda öz fondlarını açıblar və onlarla bağlı məlumat təqdim ediblər.Muxalifet - 10-12-2018
Netanyahu MOSSAD-a XÜSUSİ TAPŞIRIQ verdi: Səudiyyə Ərəbistanı...
İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmaq üçün MOSSAD-ın şefi Yossi Kohenə tapşırıqlar verib.
Bu barədə “Hadashot” televiziya kanalı informasiya yayıb.
Gələn ilin noyabr ayında keçiriləcək baş nazir seçkilərindən öncə Körfəz ölkələri ilə yaxınlaşmaq istəyən Netanyahunun yaxın zamanda Bəhreynə səfər edəcəyi gözlənilir.
Xəbərdə adı açıqlanmayan ali səviyyəli hökumət nümayəndəsinin açıqlamasına da yer verilib. O, bildirib ki, Təl- Əviv bir çox ərəb ölkəsi ilə İrana qarşı görüşlər keçirəcək.Muxalifet - 10-12-2018
Fədayə Laçın və digərlərinin məhkəmə iclası TƏXİRƏ SALINDI
Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Muxalifet - 10-12-2018
Lerikdə zəlzələ olub
Lerik rayonunda zəlzələ baş verib.
Bu barədə Muxalifet.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təbiət hadisəsi yerli vaxtla saat 10:52:37-də Lənkəran stansiyasından 23 km şimal-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 14 km olan zəlzələ hiss edilməyib.Muxalifet - 10-12-2018
Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı - SU-30SM QIRICI POLKU DA ORADA YERLƏŞDİRİLİR...
Rusiyanın Xəzər donanmasının bazasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi prosesi başlayıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, dekabrın əvvəllərində donanmanın 21 gəmisi Mahaçqala yaxınlığındakı yeni bazaya gedib. Bununla da donanmanın gəmilərinin və şəxsi heyətinin yeni bazaya köçürülməsinin final mərhələsi başlayıb.
Muxalifet - 10-12-2018
Elariz Rüfətlə davasından DANIŞDI: “Qızımın toyunda mənə ağır sözlər dedi” - VİDEO
ARB TV-nin "Öz evimizdir" verilişinin bu dəfəki buraxılışı mərhum sənətçi Rüfət Mehtiyevə həsr edilib.
Muxalifet.az bildirir ki, yaxın dostu, müğənni Elariz Məmmədoğlu onunla bağlı xatirələrini bölüşüb:Muxalifet - 10-12-2018
“Bildiyim odur ki, quru nəfəsləri qalıb” - Şahbaz Quliyevin qardaşı
5 ilə yaxındır erməni girovluğunda saxlanılan azərbaycanlılar- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə geri qaytarılması gün keçdikcə müşkülə çevirilir. Azərbaycan hökuməti onların qaytarılması üçün bütün vasitələrdən istifadə edir. Hətta Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikola Paşinyan “Azərbaycan tərəfinin hamının hamıya” təklifini etdiyini də etiraf edib. Amma nəticə Ermənistan tərəfinin aparadığı “siyasət” səbəbilə dəyişməz olaraq qalır.
Muxalifet - 10-12-2018
"Kənd təsərrüfatı ilə bağlı görəcəyimiz işlər hələ çoxdur" - Prezidentin köməkçisi
"Son yarım əsr dünyada kənd təsərrüfatı sahəsi üçün çox ciddi yeniləşmə dövrü olub".
Muxalifet.az xəbər verir ki, bunu ölkə prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda ("AgTech and Green Energy”) deyib.
Onun sözlərinə görə, hazırda aqrar sektor daha çox inkişaf etmiş ölkələrdə formalaşıb: "Təsadüfi deyil ki, bu gün dünyada ərzaq məhsullarının əsas ixracatçıları qismində məhz inkişaf etmiş ölkələr çıxış edir".Muxalifet - 10-12-2018
Bakıda DƏHŞƏT: 1 gecədə 2 gənc özünü eyni ÜSULLA ÖLDÜRDÜ
Ötən gecə Bakıda gənc oğlan intihar edib.
Muxalifet.az xəbər verir ki, Xətai rayonu Gəncə prospekti 5 ünvanındakı binada kirayə yaşayan 1989-cu il təvəllüdlü Camal Hacıyev özünü mətbəxdə asaraq intihar edib. Onun anten naqilindən asılı vəziyyətdə qalmış meyiti aşkarlanıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verilib. Bildirilir ki, Camal Hacıyev evli olub.
Oxşar hadisə Sabunçuda da baş verib. Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Əhmədov yaşadığı mənzildə özünü asaraq həyatına son qoyub. O, subay olub.Muxalifet - 10-12-2018
İnam Kərimov nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ
“Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək”.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən beynəlxalq forumda deyib.
Nazirin sözlərinə görə, bununla məhsudarlığın artırılmasına nail olmaq mümkün olacaq. Qeyd edib ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına gətirib çıxaracaq.Muxalifet - 10-12-2018
Ramil Usubov işdən çıxarılan rəis müavinə yenidən VƏZİFƏ VERDİ
Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavinə vəzifə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.Muxalifet - 10-12-2018
Fransa dərhal NATO-nu tərk etməlidir: "Sarı jiletlilər"in Avropa ordusu qurmaq istəyən Makronun qarşısına qoyduqları tələb
Afrikanın pulları qaytarılmalıdır
Muxalifet - 10-12-2018
Bakıda sərxoş Türkiyə vətəndaşı gecə klubunun qarşısında dünyasını dəyişdi
Bakıda Türkiyə vətəndaşı küçədə ölüb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Ölüm hadisəsi Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində "Boss Klub" gecə klubunun qarşısında baş verib.
Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda "Krevetka Pub" kafesində pivə içiblər.Muxalifet - 10-12-2018
DƏHŞƏT: Polis qadının saçından tutaraq sürüdü - VİDEO
Fransanın paytaxtı Parisdə "Sarıjiletlilər"in başlatdığı və digər şəhərlərə yayılmış etirazlar davam edir.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyaları prezident Emmanuel Makron və onun rəhbərliyinə qarşı qəzəbə çevrilərək, dünya tərəfindən izlənilir.
Etirazlar zamanı çəkilən bir foto fransız polisinin nümayişçilərə şiddətini bir daha ortaya çıxarıb.
Lyonda təşkil edilən etirazlarda bir polis məmuru qadının saçıdan tutub və sürüyüb.
Sözügedən foto birmənalı qarşılanmayıb.Muxalifet - 10-12-2018
17 yaşlı tələbə itkin düşdü - FOTO
Azərbaycanda tələbə itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.Muxalifet - 10-12-2018
Stalindən Qorbaçova: o, birincini yanıltmayıb, ikincidə isə yanılıb - “Cənab Yox”-un etirafı
O, SSRİ-nin siyasi elitasında ən qapalı, mürəkkəb və anlaşılmaz xarakterə malik siyasətçilərdən biri sayılıb. 28 il 5 ay müddətində SSRİ-nin xarici işlər naziri olan Andrey Qromıko ölkənin xarici siyasəti üçün ən çox iş görən, amma ən az danışan, demək olar ki, heç vaxt zarafat etməyən, Kreml ziyafətlərinə çox da meyilli olmayan və olduqca sərt bir məmur kimi yadda qalıb. Rəhbərlik etdiyi nazirliyin aparat işçiləri belə onu il ərzində cəmi bir neçə dəfə, nazirliyin kollegiya iclaslarında canlı olaraq görüblər. Qalan vaxtlarda isə öz nazirlərini yalnız efirdə seyr ediblər.
Muxalifet - 10-12-2018
Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.
Muxalifet.az “Report”-a istinaden xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva vəzifəsindən azad olunaraq nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Bu gün Umayra Tağıyeva departamentin kollektivinə təqdim edilib.
Muxalifet - 10-12-2018