Axtarış
The search found 105857 results in 0.018 seconds.
Search results
Messinin cərimə zərbəsindən vurduğu qollar "Barselona"ya qələbə qazandırdı - FOTO
"Barselona" futbol üzrə İspaniya Primerosunun 15-ci turunda "Espanyol" üzərində qələbə qazanıb.
Kataloniya derbisi Barselona şəhərinin "RCDE - Kornelya-El Prat" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolların müəllifi Luis Suares və Lionel Messi və Usman Dembele olub. Messi cərimə zərbəsindən iki dəfə fərqlənərək dubl edib.
"Barselona" bu qələbə sayəsində xallarının sayını 31-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, "Espanyol" 21 xalla 9-cudur.
İspaniya - Primerosu. 15-ci tur
Muxalifet4 - 9-12-2018
“Şaxta baba”ya məktub yazan Tufanı tanıyaq - VİDEO
Hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Əşrəfovun “Şaxta baba”ya yazdığı məktub sosial mediada sürətlə yayılıb.
Muxalifet.az xəbər berir ki, onun müəllimlərinin köməyi ilə yazdığı məktuba sosial media istifadəçiləri ilə yanaşı, rəsmi qurumlar da biganə qalmayıblar.
Masallı rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi balaca Tufanın yanında olacaqlarını bildiriblər.
Mövzu ilə bağlı İctimai Televiziyanın əməkdaşları Tufanın yaşadığı evdə olub və onunla söhbətləşib.
Reportajı təqdim edirik:
Muxalifet4 - 9-12-2018
Üzeyir Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olan məşhur Hacıbəylilər nəslinin nümayəndələri 8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində olub.Muxalifet4 - 9-12-2018
"Avtonəqliyyat" ASC-nin sədri vətəndaşın evini söküb - GÖYÇAYDAN ŞİKAYƏT
Göyçay şəhəri, Nizami küçəsi, ev 69 ünvanənda qeydiyyatda olan İsmailov Rüstəm İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:
"Bildirirəm ki, Göycay RPŞ-nin müstəntiqi, polis baş leytenantı Ağayev Taleh Elman oğlu tərəfindən Əliyev Arif İbadət oğlunun AR CM-nin 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair materialla əlaqədar HK-1/652 saylı materialı üzrə 06 oktyabr 2017-cı il tarixində “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir.Muxalifet4 - 9-12-2018
Əri ölən qadını qaynı evdən qovdu - MƏHKƏMƏ QƏRARINA BAXAN YOXDUR - Şikayət
Qusar rayonunun Urva kəndində yaşayan Yahyayeva Seda Vahiddin qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qaynından şikayət edən S.Yahyayeva yazır: “Mən 2001-ci ildə adət-ənənə ilə toy edib, Yahyayev Vahid Xeyirbəy oğlu ilə ailə həyatı quraraq Qusar şəhəri, S.Stalski küçəsi, ev 28 ünvanda yerləşən evə gəlin köçdüm. Nikahımızı 23.02.2003-cü ildə rəsmiləşdirdik. Birgə yaşadığımız dövrdə - 2003 və 2005-ci illərdə iki övladımız olmuşdur. Həyat yoldaşım Vahid yahyayev xəstəliyilə əlaqədar 03 mart 2009-cu ildə vəfat etmişdir.
Muxalifet4 - 9-12-2018
Göy üzünə atılmış siqaret kötükləri... - ŞEİR
Emil RASİMOĞLU
Vətənə söykənən saat
və
qıpqırmızı əqrəbləri...Muxalifet4 - 9-12-2018
Sabiq nazirdən şok XƏBƏRDARLIQ: Ermənistanda VƏTƏNDAŞ MÜHARİBƏSİ başlayır - FOTO
“Ermənistanın “ağ” və “qara”lara bölünməsi ölkəni vətəndaş müharibəsinə aparıb çıxaracaq”.
Bu sözləri sabiq müdafiə naziri, Ermənistan Respublika Partiyasından deputatlığa namizədliyini irəli sürən Viqen Sərkisyan deyib.
Parlament seçkilərində səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərə açıqlama verən Sərkisyan bildirib ki, ölkədə hərbi vəziyyətdə davam edərkən Ermənistanı müxtəlif yollarla ikiyə bölmək onu məhvə aparacaq:
Muxalifet4 - 9-12-2018
Azərbaycandan "qovulan" Ramil Quliyev “İlin kişi atleti” seçildi - FOTO
Yüngül atletika üzrə dünya və Avropa çempionu, Türkiyə millisinin üzvü Ramil Quliyev Balkan Atletika Federasiyası tərəfindən "İlin kişi atleti" seçilib.
Berlində təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Quliyev Balkan Atletika Federasiyasının Afinada təşkil edilən qala gecəsində mükafatını alıb. Türkiyə Atletika Federasiyasının rəhbəri Fatih Çintimar Ramili təbrik edərək onun adını türk idman tarixinə qızıl hərflərlə yazdırdığını deyib.
Quliyev isə qarşıdakı dünya çempionatında Avropanın 32 illik 200 metrlik rekordunu qırmağa söz verib.
Muxalifet4 - 9-12-2018
Hakimə hücuma görə 2 illik cəza
İtaliya Futbol Federasiyası sərt intizam qərarları alıb.
Muxalifet.az bildirir ki, goal.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra hakimə qarşı kobudluq edəcək oyunçuları daha ağır cəzalar gözləyəcək.
Əgər hakimə hücum nəticəsində onun tibbi müdaxiləyə ehtiyacı olmayacaqsa, bu halda təcavüzkar 1 il, tibbi müdaxiləyə gərək olacağı halda isə 2 illik diskvalifikasiya olacaq.
Muxalifet4 - 9-12-2018
Sərkisyan parlament seçkilərində şok yaşadı - Aparat onu tanımadı
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan növbədənkənar parlament seçkilərində səs verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, o, seçki prosesi zamanı texniki problemlə üzləşib.
Belə ki, identifikasiya cihazı keçmiş prezidentin barmaq izlərini tanımayıb.
Sərkisyan məntəqədən həyat yoldaşı Rita Sarkisyan ilə birgə çıxıb. O, jurnalistlərin suallarını cavabsız qoyaraq məntəqəni tərk edib.
Muxalifet4 - 9-12-2018
Tramp Kellini arvadına görə istefaya göndəribmiş - O, MALENYA İLƏ...
ABŞ prezidenti Donald Trampın Ağ Ev Aparatının rəhbəri Con Kellini istefaya göndərməsinin pərdəarxası bəlli olub.
Buna səbəb Con Kellinin birinci xanım Melaniya Trampla gərgin münasibətdə olmasıdır.
Son iki ayda Melaniya Trampla mübahisələr edən hər kəsin Ağ Evdən ayrılması isə ABŞ-ı bir-birinə qatıb.
Qeyd edək ki, daha öncə Melaniya Tramp milli təhlükəsizlik üzrə məsləhətçi Mira Rikardelin vəzifəsindən uzaqlaşdırılmasını istəmişdi. Mira Rikardel Melaniya Trampın Afrikaya səfəri zamanı onunla yer üstündə dava etmişdi.
Muxalifet4 - 9-12-2018
80 yaşlı təqaüdçü qadın Paşinyana: "SƏNİ ÖLDÜRMƏK İSTƏYİRƏM!"
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ölümlə hədələnib.
“Eurasianet.org” saytı xəbər verir ki, hadisə 5 dekabr tarixində baş verib.
Muxalifet4 - 9-12-2018
Насколько справедлив принцип «всех на всех»?
B последние недели в Азербайджане и Армении на разных уровнях дискутируется тема обмена военнопленными и заложниками. B пятницу этот вопрос обсуждали лидеры двух стран - Алиев и Пашинян в Санкт-Петербурге.
Попытка обмена по принципу "всех на всех" не находит понимания у армянской стороны.
Официально в Азербайджане трое пленных - двое из Армении, один из Карабаха. У армян также трое азербайджанцев и все трое содержатся в Карабахе.
Muxalifet4 - 9-12-2018
Makron etirazçılardan izr istədi – QƏRAR TƏXİRƏ SALINDI
Fransa Prezidenti Emmanuel Makron gözlənilməz addım atıb.
Belə ki, prezident “sarı jiletlilər”dən üzr istəyib.
Daha əvvəl vergilərin artırılması barədə qərarının 6 ay müddətinə təxirə salındığını bildirən Fransa lideri “Sarı jiletlilər”in etirazlara son verməsi üçün bu addımı atıb və vergilərin daha çox aşağı salınmasına söz verib.
Muxalifet4 - 9-12-2018
Məmurları aparan helikopter qəzaya uğradı - ÖLƏNLƏR VAR
Sudanda yerli məmurları daşıyan helikopter qəzaya uğrayıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, ölkənin rəsmi SUNA agentliyi qəzanın Əl Kadarif rayonunda baş verdiyini bildirib.
Hadisə nəticəsində 7 nəfər həlak olub. Ölənlər arasında valinin də olduğu bildiriir.
Muxalifet4 - 9-12-2018
İsraillə Səudiyyə Ərəbistanı arasında GİZLİ ANLAŞMA - "The Washington Post" şok faktları ortaya çıxardı
Şahzadə Məhəmməd ibn Salman düşmənlərini yaxından izləyə biləcək; NSO-nun Pegasus proqramının adı Camal Qaşıqçı olayında hallanır
Muxalifet4 - 9-12-2018
Burada insanlar pul ödəyib, könüllü məhkuma çevrilirlər – FOTOLAR
Cənubi Koreyada inşa edilən süni həbsxana məhkumları ilə diqqəti çəkir. Bu həbsxanada məhkumlar cinayət əməlinə görə deyil, əksinə özləri pul ödəyərək içəri girirlər.
Muxalifet.az dünyanın ən maraqlı həbsxanası haqqında maraqlı bilgiləri təqdim edir.
İçəri girən şəxslər telefonlarını təslim edir, bir-biriləri ilə danışmaq qadağandır və saatdan belə, xəbərləri olmur. Əslində bura bir oteldir. "Prison Inside Me" (İçimdəki həbsxana) adı verilən bu otelə beynini dincəltməyi sevən insanlar daha çox üz tutur.
Muxalifet4 - 9-12-2018
Messi 15 milyon dollara təyyarə aldı - FOTOLAR
“Barselona”nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb.
“Qafqazinfo” “AS” qəzetinə istinadən xəbər verir ki, bu barədə Argentinanın “Doble Amarilla” saytı məlumat yayıb.
Məlumata görə, argentinalı futbolçu “2004 Gulfstream V” təuyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur.
Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib.
Muxalifet4 - 9-12-2018
Qətərdən Səudiyyə ilə bağlı gözlənilməz qərar
2017-ci il 5 iyun tarixindən etibarən Ər-Riyad hökuməti və müttəfiqləri tərəfindən təcrid edilən Qətər Səudiyyə Ərəbistanında baş tutacaq Körfəz Əməkdaşlıq Şurasına nazir səviyyəsində qatılacaq.
“Milliyet”in verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi Tvitter mikrobloqunda yerləşdirilən açıqlamada bildirilir.
Qeyd edək ki, Qətər əmiri Şeyx Təmim bin Haməd Əl Sani ötən gün zirvədə iştirak etməyəcəyini bildirmişdi.
Muxalifet4 - 9-12-2018
Polislər Qurana and içdilər – “RÜŞVƏT ALMAYACAĞIQ VƏ…”
Özbəkistanın Daşkənd vilayəti hüquq-mühafizə orqanlarının əməkdaşları müqəddəs Qurana and içiblər ki, "rüşvət götürməyəcəklər" və "pul qoparma ilə” məşğul olmayacaqlar.
BakuPost-un məlumatına görə, "Azadlıq" radiosunun özbək redaksiyası yayıb.
Şəkil, hansında ki, Yukoriçirçiksk rayonu polis əməkdaşlarının "andiçmə" mərasimi əks olunub, sosial şəbəkələrin özbək seqmentində yayılıb.
Muxalifet4 - 9-12-2018