Axtarış

The search found 105857 results in 0.019 seconds.

Search results

  1. ​İtaliyada konsert YASA DÖNDÜ: Ölənlər və çoxsaylı yaralılar var

    İtaliyanın Ankona şəhərində klubların birində baş vermiş izdiham 6 nəfərin ölümünə səbəb olub. Hadisə rep konserti zamanı baş verib. İzdiham nəticəsində 100-dən çox şəxs xəsarət alıb. Onlardan 12 nəfərinin vəziyyəti ağırdır . Qeyd olunur ki, konsert zamanı kiminsə gözyaşardıcı qaz sıxması panikaya səbəb olub. Həlak olanlardan 5 nəfəri yeniyetmə olub. Bildirilir ki, konsert zamanı klubda təxminən min nəfər olub. (trend)

    Muxalifet - 8-12-2018

  2. Robert Köçəryan Yerevandakı həbsxanada saxlanılır

    Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəməni qərarı ilə həbs edilib və Yerevandakı “Kentron” həbsxanasında saxlanılır.
    Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan “Azadlıq” radiosunun erməni redaksiyasına bildirib.

    Muxalifet - 8-12-2018

  3. ​Gəncədə ailə faciəsi: Arvad ərinə bıçaq çəkdi...

    Gəncədə kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
    Məlumata görə, insident şəhərin Dədə Qorqud küçəsi ev 23, mənzil 1-də baş verib.
    Həmin ünvanda yaşayan Gəncə sakini İsmayılov İbrahim Etibar oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı İsmayılova Günay Vuma qızı ilə mübahisə edib. Mübahisə zəminində G. İsmayılova ərini bıçaqlayıb.
    Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı cinayət işi başlanıb./Trend/

    Muxalifet - 8-12-2018

  4. Xocahəsəndə aşan avtobusun GÖRÜNTÜLƏRİ - VİDEO

    Ötən gecə Xocahəsəndə baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayılıb. Trend-in məlumatına görə, 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusun aşması nəticəsində avtobusda olan şəxslərdən 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Daha sonra həmin şəxslərdən 6-si yüngül xəsarətlər aldığından öz xahişləri ilə ambulator müalicəyə göndəriliblər, yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet - 8-12-2018

  5. ​İcra hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

    Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.
    Məlum hadisə ötən gün paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Nəsimi rayon İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi “İveco” markalı, 99 JF 567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
    Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./Open.az 

    Muxalifet - 8-12-2018

  6. ​"Reks Tillerson kütbeyin və tənbəl idi" - Tramp

    Reks Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi.
    "Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində yazaraq keçmiş dövlət katibi R.Tillersonun tənqidlərinə cavab verib.
    "Mayk Pompeo yaxşı işləyir, onun sələfi Reks Tillerson lazımi zehni qabiliyyətə malik deyildi. Kütbeyin və tənbəl idi. İndi Dövlət Departamentində ovqat tamamilə fərqlidir", - D.Tramp yazıb.
    Qeyd edək ki, bu ilin mart ayında D.Tramp R.Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsindən istefaya göndərib . 

    Muxalifet - 8-12-2018

  7. Fələstin və Fransa arasında saziş!

    Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə Fransanın xarici işlər naziri Jean-Yves Le Drian iki ölkə arasında müxtəlif sahələrdə müqavilələr imzalayıb.
     
    Fələstin Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, rəsmi təmasları çərçivəsində Fransanın paytaxtı Parisi ziyarət edən Maliki Fransız həmkarı Le Drian ilə bir araya gəldiyi bildirilib.
    XİN rəhbərlərinin görüşdə təhsil, büdcə, yerli idarəetmə, mülki müdafiə, ətraf mühit, su, özəl sektorun inkişafı və kənd təsərrüfatı sahələrində sazişlər imzaladığı ifadə edilib.

    Muxalifet3 - 8-12-2018

  8. Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır... - XÜSUSİ TEXNİKADAN İSƏ XƏBƏR YOXDUR

    Bakıda daha bir süpürgəçi faciəsi baş verib. Dünən səhər saatlarında Bakının Nizami rayonunda,  H.Əliyev prospektində avtomobillə vurularaq ağır xəsarət alan 53 yaşlı süpürgəçi Almaxanım Muradova ötən gün dekabrın 7-də xəstəxanada keçinib.

    Muxalifet - 8-12-2018

  9. Beynəlxalq Bankın daha bir borcu – Məşhur vəkildən qalmaqallı paylaşım

    Vəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə Cargill şirkətinə 715 milyon dollar borcu var.
    “Yeni Müsavat” yazır ki, Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə üzləşdirmə aparılmasını tələb edib. O şəxslərdən biri maliyyə naziri Samir Şərifov idi.

    Muxalifet - 8-12-2018

  10. Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”

    Zoopark deyildiyi zaman adamın ağlına heyvanların insanlara nümayiş etdirildiyi yer gəlir. İnsanlar görmək istəyib, görə bilmədikləri vəhşi heyvanları əyani şəkildə görmək üçün zooparkları ziyarət edir. Bu gün dünyanın ən məşhur zooparkları Avropada, Amerikada - başqa sözlə ifadə etsək, keçmişin müstəmləkəçi dövlətlərinin olduğu yerlərdədir. O müstəmləkələr ki, zooparklarda insanları da heyvanlar kimi nümayiş etdirirdilər.

    Qərbin bu gün utancverici adlandırdığı bu sərgilər isə “insan zooparkları” adını almışdı. 

    Muxalifet - 8-12-2018

  11. ​Eldar Mahmudovun tutdurduğu sahibkarın ətrafında nə baş verir?

    Sabiq nazirin həbs etdirdiyi məhbusların “azadlığa buraxılması” xəbərinin məqsədi...

    Muxalifet - 8-12-2018

  12. ​Qulaqcıqla yatan oğlanı cərəyan vurdu, öldü - FOTO

    Qulaqcıqla yatan oğlanı cərəyan vurub.
    Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, cərəyan mənbəyinə qoşulu vəziyyətdə olan telefona taxılmış qulaqcıqla yatan 16 yaşlı oğlanı "tok" vurub.
    Hadisə Malaziyada, Neqeri Sembilan ştatında, Rembau rayonunda baş verib. Qulağında qulaqcıqla yatıb qalan 16 yaşlı Məhəmməd Adil Əzzəhər Zaharin ölüb.
    Məhəmmədin 51 yaşlı anası səhəri gün oğlunun ayılmadığını və qulağında qan izi gördükdə təcili tibbi yardım çağırıb. Evə gələn həkimlər bildirib ki, Məhəmməd cərəyan vurması nəticəsində dünyasını dəyişib.

    Muxalifet - 8-12-2018

  13. Xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlandı - SİYAHI

    Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.

    Muxalifet - 8-12-2018

  14. Naz Mila pirsinq zamanı ağladı - VİDEO 18+

    İnstagram fenomeni Naz Milanın bu görüntüləri sosial mediada müzakirələrə səbəb olub. O, göbəyinə pirsinq etdirən zaman videosunu yayıb. Kadrlar izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edək ki, Naz Mila Türkiyədə yayımlanan evlilik verilişinə qatıldıqdan sonra məşhurlaşıb. Həmin görüntüləri sizə təqdim edirik:/A24.Az

    Muxalifet - 8-12-2018

  15. Sürücülərin DİQQƏTİNƏ! Bu yolda... - YENİLƏNDİ

    Təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanması prosesi təxirə salınıb.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
    Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.

    ***

    Muxalifet - 8-12-2018

  16. «Странная» гибель бакинского самолета в Армении

    Ровно 30 лет назад, 7 декабря 1988 г., в Армении произошло разрушительное землетрясение, унесшее жизни 25 тыс. человек. Эпицентр землетрясения находился недалеко от города Спитак. Трагедия произошла на фоне изгнания азербайджанского населения из Армении, сопровождавшегося погромами и убийствами. Но даже, несмотря на это, по данным Азеринформ, к 9 декабря «от трудовых коллективов и отдельных граждан» Азербайджана на имя пострадавших от землетрясения было «перечислено свыше 50 тыс. рублей».

    Muxalifet - 8-12-2018

  17. Zəngilana köçən Elviranın evini əlindən aldılar - “NƏ MAĞAZA VAR, NƏ TİBBİ XİDMƏT...”

    2007-ci ildə Yerevan sakini Elvira Arzakanyan anası, əri və iki oğlu ilə birlikdə Ermənistanın hökumətinin Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırma proqramı çərçivəsində Zəngilana köçüb. Onlara Zəngilanın kəndlərindən birində erməni diasporunun vəsaiti hesabına tikilmiş ev veriblər, amma 10 il sonra evi əllərindən alıblar.

    Muxalifet - 8-12-2018

  18. Lukaşenkonun Paşinyanı dürtmələməsi: Ermənistanın baş naziri "molodoy" yerinə qoyulur -VİDEO

    Bu video dekabrın 6-da Sankt-Peterburq şəhərində MDB ölkələri rəhbərlərinin sammitində çəkilib. Videodan görünür ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşır və ona dirsəyi ilə dürtmə vuraraq qulağına nəsə deyir. 

    Bu hərəkət çoxlarına adi bir jest kimi görünə bilər. Ancaq son aylarda Ermənistan və belarus arasında yaşanan gərginlikdən hali olanlar bilirlər ki, "Batka"nın bu hərəkəti boşuna deyil və sırf Paşinyana yerini göstərmək mənası daşıyır.

    Muxalifet - 8-12-2018

  19. ​İstirahət gününün havası: Şaxta, yağış, külək

    Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-verilən məlumata görə, atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq. 

    Muxalifet - 8-12-2018

  20. Bakıda "Toyota" AŞDI: yaralılar var - FOTO

    Dünən gecə Bakıda avtomobil aşıb.
    Unikal.org-un əldə etdiyi məlumata görə, gecə saat 03:00 radələrində paytaxtın Xətai rayonu, Nobel prospektində hərəkətdə olan maşın idarəetməni itirib. Nəticədə dövlət qeydiyyat nişanı 10-VA-309 olan "Toyota Yaris" markalı avtomobil aşıb. 
    Avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

    Muxalifet - 8-12-2018

Pages