Axtarış

The search found 105857 results in 0.016 seconds.

Search results

  1. ​Rusiya üçün QORXULU SSENARİ: Vaşinqtondan sonra Kiyev…

    Amerika və Avropa limanlarını Rusiya gəmiləri üçün bağlamalıdır.
    Bu haqda “Fox News” telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
    O qeyd edib ki, Rusiya Kerç boğazında gəmilərin azad hərəkətini bloklayır və bu, Ukrayna üçün ciddi iqtisadi nəticələr yaradır.
    “Bu vəziyyətdə Rusiya gəmilərinin Avropa və Amerika limanlarına girişi qadağan edilməlidir”, - prezident deyib.
    Dövlət başçısı əlavə edib ki, Kiyev öz partnyorları ilə bu məsələdə hərəkətlərin koordinasiyasına hazırdır.

    Muxalifet - 8-12-2018

  2. Ərinin əmisi oğlu ilə qaçan qadın - "Məni hər gün döyürdü" - VİDEO

    Ərinin əmisi oğlu ilə qaçan qadın son vəziyyətindən danışıb.
    Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, bir neçə ay əvvəl Qubanın Tülər kəndində ərinin əmisi oğluna qoşulub qaçan Aynur Dadaşova A24.Az-a açıqlama verib. O, sanki baş verənlərin qorxunc yuxu olduğunu və aldığı psixoloq dəstəyi sayəsində özünə gəldiyini bildirib.
    Aynur ən çox uşaqlarını görmək istədəyini, qızı üçün çox darıxdığını qeyd edib. Onun sözlərinə görə, baş verənlərdən dolayı hədsiz peşmançılıq hissi keçirir:

    Muxalifet - 8-12-2018

  3. ​Oliqarxların "qara siyahısı" hazırlandı, baş nazirə təqdim olundu - KİMLƏRİN ADLARI VAR...

    Britaniyanın xüsusi xidmət orqanları kəşfiyyatın Kremllə yaxınlıqları olduğunu hesab etdiyi rusiyalı iş adamlarına təzyiqi gücləndirmək niyyətindədirlər. Virtualaz.org xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri yazır.
    Siyahıya Roman Abramoviç, Alişer Usmanov, Oleq Deripaska, həmçinin Boris və Arkadi Rotenberqlər daxil edilib.
    Mənbə bildirir ki, siyahı baş nazir Tereza Meyə təqdim olunub və xanım Mey onu təsdiq edib. İndi London sənədin müttəfiq ölkələrin xüsusi xidmət orqanlarına ötürülməsinə hazırlaşır.

    Muxalifet - 8-12-2018

  4. ​Ermənistanda aparılan yoxlamaların nəticəsi: 81 min dollar...

    Ermənistanın təhqiqat komitəsi ölkənin ali, orta ixtisas və ümumtəhsil məktəblərində aparılan yoxlamaların nəticələrini açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, aparılan yoxlamalar zamanı cari ilin yanvar-noyabr aylarında təhsil müəssisələrində dövlət büdcəsindən ayrılan 81 min 600 dollar vəsaitin mənimsənildiyi aşkar olunub.

    Muxalifet3 - 8-12-2018

  5. ŞOK: Rusiya ermənilərə Naxçıvanı da VƏD ETDİ

    Muxalifet.az moderator.az-a istinadən xəbər verir ki, 30 noyabrda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə İrəvanda “Lazarev klubu” öz işinə başladı və Zatulinin yanında gələnlər ermənilərə o qədər yağlı vədlər verdilər ki, hətta məclisə təşrif gətirmiş Koçaryan kimi quzğun belə bu vədlərə şübhə ilə yanaşdı. Təhlükəsizlik problemləri adı altında toplanan bu klubun rusiyalı üzvlərinin məqsədi Paşinyan hakimiyyətinə üzlərini Qərbə deyil, Rusiyaya tutmağı yalvarmaq idi.

    Muxalifet3 - 8-12-2018

  6. ​Rusiya-Türkiyə əlaqələrinin nəticəsi... - Yıldırım

    Moskva ilə Ankara arasındakı sıx münasibətlər bölgədə təhlükəsizliyin və sabitliyin təminatıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran səfərində Türkiyə Böyük Millət Məclisinin spikeri Binəli Yıldırım deyib.
    Yıldırım qeyd edib ki, Türkiyə və Rusiyanın bölgədəki təhlükəsizliyini zəiflədəcək hər cür cəhdlərin qarşısının alınması vacibdir:
    "Rusiyanın yaxın münasibəti bölgənin gələcəyi üçün təminatdır. TBMM olaraq, hökumətlərimizin səylərinə qatqı verməyə davam edəcəyik".
     

    Muxalifet3 - 8-12-2018

  7. ​Gürcü rəsmilər rus mayonezinin reklamında - Gərginlik

    Gürcüstan Müdafiə Nazirliyi, Vergi Dairəsinin və Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbərlərinin“Sloboda” mayonez reklamına çəkilməsi dövlət səviyyəsində müzakirələrə səbəb olub.
    Muxalifet.az xəbər verir ki, Gürcüstanın “Siti” jurnalındakı reklam tənqidlərdən dərhal sonra yayımdan qaldırılıb.
    Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nino Tolordava çəkilişlərin reklam xarakteri daşıdığını bilmədiyini və “Sloboda”nı Ukrayna brendi zənn etdiyini, heç vaxt rus məhsulu almadığını deyib.

    Muxalifet3 - 8-12-2018

  8. ​Neftin qiyməti 2040-cı ilə kimi...

    2040-cı ilədək neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) hesabatında deyilir. Bildirilir ki, 2022-ci ilə qədər neftin qiyməti ucuzlaşaraq 61 dollar/barrel olacaq. Bu tarixdən sonra isə “qara qızıl”ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

    Muxalifet3 - 8-12-2018

  9. ​Tramp: Fransanı sevirəm, çünki...

    İnsanlar ətrafı qorumaq üçün üçüncü dünya ölkələrinə böyük məbləğ ödəmək istəmirlər. Muxalifet.az xəbər verir ki, bu sözləri Fransadakı aksiyalar barədə Tvitter hesabında ABŞ Prezidenti Donald Tramp bildirib. Fransanın bütün bölgələrini etiraz aksiyaları bürüdüyünü deyən Tramp "Aksiyalarda "Trampı istəyirik" sloqanları səsləndirirlər. Fransanı sevirəm", - deyə bildirib. Qeyd edək ki, Fransada hökumətin yanacaq qiymətlərini qaldırması səbəbilə noyabrın 17-də başlayan “Sarı jiletlilər” aksiyası son illərin ən böyük aksiyalarındandır.

    Muxalifet3 - 8-12-2018

  10. ​Lukaşenko Paşinyanı itələdi – KURYOZ HADİSƏ - VİDEO

    Dekabrın 6-da Sankt-Peterburq şəhərində MDB-nin qeyri-rəsmi zirvə toplantısı keçirilib. 
    Rusiya lideri Vladimir Putin B.N.Yeltsin adına prezident kitabxanasında qonaqlarını qarşılayıb. 

    Muxalifet3 - 8-12-2018

  11. Əfqanıstan yanlışlıqla öz hərbçilərini vurdu: ölənlər var

    Əfqanıstan Hərbi Aviasiya Qüvvələrinin ölkənin Uruzqan vilayətinin Çinartu mahalında Taliban terrorçularına qarşı təşkil etdiyi hava əməliyyatları zamanı yanlışlıqla öz hərbçilərini vurub.
    Muxalifet.az xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 7 əfqan əsgəri həlak olub, 6 hərbçi yaralanıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 8-12-2018

  12. ​İrandakı teraktla bağlı saxlanılanlar var

    İranın Çabahar şəhərində baş verən teraktla bağlı 4 nəfər saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Zahidan şəhərinin Baş prokuroru Müvahhidi Rad deyib. O, şübhəlilərin əyalətin müxtəlif ərazilərində yaxalandığını söyləyib. Prokuror digər şübhəlilərin axtarışlarının davam etdiyini bildirib.
    Qeyd edək ki, dekabrın 6-da İranın Çabahar şəhərinin polis idarəsi qarşısında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində 3 nəfər ölüb, 19-u yaralanıb.
     

    Muxalifet3 - 8-12-2018

  13. ​Səfir XİN-ə çağırıldı: Çindən Kanadaya xəbərdarlıq

    Kanadanın Pekindəki səfiri Con Makkallum “Huavey” şirkətinin maliyyə direktoru xanım Menq Vanzhounun Vankuverdə saxlanılması ilə əlaqədar Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.
    Muxalifet.az xəbər verir ki, nazir müavini Le Yuçen məsələ ilə bağlı ölkəsinin rəsmi etirazını Kanada səfirinə bildirib.
    “Huavei” şirkətinin maliyyə direktorunun dərhal sərbəst buraxılmasını tələb edən Çin rəsmisi, əks halda Kanadanın ağır nəticələrlə üz-üzə qalacağını səfirin diqqətinə çatdırıb.

    Muxalifet3 - 8-12-2018

  14. ​Tramp: Yeni Baş Qərargah rəisimiz o olacaq

    ABŞ Prezidenti Donald Tramp Baş Qərargah rəisi vəzifəsinə Quru Qüvvələrinin komandiri Mark Milleyi namizəd göstərib.
    Muxalifet.az xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb.
    “4 ulduzlu general Mark Milleyi Cozef Danfordun yerinə Baş Qərargah rəisi olaraq namizəd göstərməkdən qürur duyuram. Bu inanılmaz iki cənaba ölkəmizə göstərdikləri xidmətlərdən dolayı təşəkkür edirəm. Vəzifənin nə vaxt təhvil verilməsi məsələsi daha sonra müəyyənləşdiriləcək”,- deyə o qeyd edib.

    Muxalifet3 - 8-12-2018

  15. "Köçəryan Azərbaycanda həbs edilməli idi..." - Millət vəkili

    Əslində Köçəryan Azərbaycanda həbs edilməli, Azərbaycan məhkəməsi qarşısında vətənə xəyanətə, Xocalı faciəsinə, torpaqlarımızın işğalına görə qanun qarşısında cavab verməli idi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs edilməsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, onun cəzası Qarabağda dar ağacından asılmaq olmalı idi:
    "Ancaq bununla belə digər işə görə olsa da bu cəllad artıq həbsdədir. Ədalətin öz qaydaları var, cəza gec də olsa cinayətkarı tapır, onun yerini göstərir".
     

    Muxalifet3 - 8-12-2018

  16. ​ABŞ bu ölkəyə də təzyiqə başladı: Rusiyadan imtina et

    ABŞ-ın Energetika naziri Rik Perri Macarıstan hökumətini başqa layihələr üçün Rusiya enerjisindən imtina etməyə çağırıb. ABŞ-ın bu addımları Macarıstan mətbuatında təzyiq kimi qiymətləndirilib.

    Muxalifet3 - 8-12-2018

  17. ​“Amazon” anbarında robot “təxribatı”— 20 nəfər xəstəxanalıq oldu

    “Amazon” şirkətinin Robinsvil şəhərində ( Nyu-Cersi ştatı) yerləşən anbarında qeyri-adi qəza baş verib. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi maddənin olduğu balonu aşırıb. Sprey şəklində olan həmin maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti korluğa səbəb olur.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Engadget” məlumat yayıb.

    Muxalifet3 - 8-12-2018

  18. ​Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib

    Çinin Xarici İşlər Nazirliyi Kanadadan dələduzluq ittihamı irəli sürülən "Huawei"in maliyyə direktoru Men Vançjounun dərhal azad olunmasını tələb edib.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, Pekin Kanadanı şərtlərinə əməl olunmayacağı təqdirdə onun nəticələri ilə hədələyib.
    Ölkənin XİN rəhbərinin müavini Li Szinçjan Kanadanın Çindəki səfirinə "Huawei"in maliyyə direktorunun həbsi ilə bağlı "qəti etiraz" ifadə etmək çağırışı ilə xəbərdarlıq göndərib.

    Muxalifet3 - 8-12-2018

  19. ​Parisdəki PKK-çılar etirazçılara nələr öyrədir?

    Fransanın paytaxtı Parisdə yanacaq qiymətinin artımına qarşı “Sarı jiletlilər”in keçirdiyi aksiyaya PKK-çı terrorçular da qoşulub.
    Muxalifet.az xəbər verir ki, PKK-çılar səkidəki daşları sökərək polisə atmağa başlayıb. Onların bu hərəkətinə digər etirazçılar da dəstək verib.
    PKK tərəfdarlarının bu addımı Fransa polisinə çətin anlar yaşadıb.
     

    Muxalifet3 - 8-12-2018

  20. ​Bu addım manatın məzənnəsini möhkəmləndirə bilər - Ekspert

    Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı açıqlamaları daha çox fiskal aspektdən qiymətləndirilməlidir.
    Muxalifet.az xəbər verir ki, bu barədə azərtac -a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

    Muxalifet3 - 8-12-2018

Pages