Axtarış

The search found 105857 results in 0.029 seconds.

Search results

  1. İsraildən müharibə hədəsi: MÜDAXİLƏ EDƏ BİLƏRİK

    İsrail mətbuatına açıqlama verən və adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir səlahiyyətli İsrail ordusunun Livan sərhədində başladığı "Şimal Qalxanı" adlı əməliyyata münasibət bildirib.
     
    Yerli mətbuatda yer alan xəbərlərə görə, sözügedən səlahiyyətli sərhəddən sonra əməliyyat ehtimalına dair "Əgər İrandan Livana silah transferi dəhlizi varsa, Livan dəhşətli bir durumla qarşı-qarşıya qalacaq. Bu halda Livana girmək məcburiyyətində qala bilərik" deyib.

    Muxalifet3 - 7-12-2018

  2. ABŞ prezidentinə təhlükəsizlik şoku

    Tramp ailəsi Buş ailəsini dəfn mərasimində ziyarət edərkən 250 metrdən daha qısa məsafəni limuzinə minib, 8 avtomobillik konvoyla keçib. ABŞ-ın 41-ci prezidenti Corc H.W. Buş üçün Vaşinqtonda keçirilən dəfn mərasimindən geriyə bir çox dedi-qodu qaldı, əlbəttə, prezident Donald Tramp da özündən söz etdirmək üçün əlindən gələni etdi. Trampın 250 metrdən daha qısa məsafəni limuzinə minib 8 avtomobillik konvoyla keçməsi müxtəlif şərhləri də bərabər gətirdi.

    Muxalifet3 - 7-12-2018

  3. Tramp tweet atdı! CNN-də bomba həyəcanı verildi

    ABŞ prezidenti Donald Trampın sosial media hesabından “Saxta xəbər insanların düşmənidir” mesajından qısa bir müddət sonra CNN İnternationalın Nyu-Yorkdakı binası bomba təhlükəsi səbəbilə boşaldılıb.
     
    Nyu-York polisinin hazırda binada araşdırmalar apardığı, CNN-in isə yayımını tədbir məqsədli lentdən yayınladığı qeyd olunub.

    Muxalifet3 - 7-12-2018

  4. BMT ABŞ-ın qərar layihəsini RƏDD ETDİ

    ABŞ-ın İsrailə dəstək verərək Həmasın pislənməsini istədiyi layihə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində rədd edilib.
     
    ABŞ-ın hazırladığı layihə 193 üzvlü BMT Baş Məclisində müzakirə olunub.
    Layihə səsverməyə çıxarılmadan əvvəl səsvermə üsullarının müzakirə edildiyi BMT Baş Məclisində ABŞ layihənin 3-də 2 səs çoxluğu yerinə, sadə səs çoxluğu ilə qəbul edilməsini tələb edib, ancaq ABŞ-ın səsverməyə təqdim olunan bu tələbi qəbul edilməyib.

    Muxalifet3 - 7-12-2018

  5. ABŞ-ın terrorçulara qalxan olma STRATEGİYASI - Vaşinqtonun əsl niyyəti ortaya çıxdı

    Amerikanın Türkiyənin Suriya ilə sərhədində inşa etdiyi müşahidə məntəqəsi yerləşdiyi mövqe etibarilə əsl məqsədini nümayiş etdirir. ABŞ-ın inşa edəcəyini açıqladığı 12 müşahidə bazasından ilkini Tel Abyadda qurması, Fəratın şərqindəki terrorçuya qalxan olma strategiyasını ortaya qoydu.
     

    Muxalifet3 - 7-12-2018

  6. Rusiya ŞOK-da! - ABŞ təyyarələri Ukrayna üçün havaya qalxdı

    Ukrayna ilə Rusiya arasında gərginlik davam edərkən ABŞ Ukraynaya olan dəstəyini göstərmək üçün Açıq Səmalar Müqaviləsi çərçivəsində fövqəladə bir uçuş həyata keçirib.
     
    ABŞ Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, "Bu gün ABŞ və müttəfiqləri Açıq Səmalar Müqaviləsi çərçivəsində fövqəladə bir uçuş icra edib. Bu uçuşun məqsədi ABŞ-ın Ukrayna və digər millətlərə olan dəstəyini göstərməkdir" ifadələrinə yer verilib.

    Muxalifet3 - 7-12-2018

  7. Tramp XİN sözçüsünü BMT-yə nümayəndə təyin edəcək

    ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert-in prezident Donald Tramp tərəfindən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olaraq namizəd göstəriləcəyi iddia edilib.
     
    Amerikan mediasında yer alan və yüksək səviyyəli rəsmilərinə əsaslandırılan xəbərlərdə, Trampın bu yöndə qısa müddətdə açıqlamanı edəcəyi irəli sürülüb.
    Nayert namizəd göstərilib, ABŞ Senatında təsdiq olunduğu təqdirdə Xarici İşlər Nazirliyindəki xidməti vəzifəsini tərk edib, BMT-də Nikki Haley-in yerini alacaq.

    Muxalifet3 - 7-12-2018

  8. Türkiyə kəşfiyyatının başqanı ABŞ-a getdi

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ABŞ-ın paytaxtı Vaşinqtona gedib. Fidan burada bəzi Amerikalı senatorlarla görüşüb. Fidanın gündəliyinin isə ABŞ-a yaşayan FETÖ üzvləri, Camal Qaşıqçı cinayəti və Suriyanın olduğu bildirilib.
     
    Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ABŞ Konqresində görüşlər keçirib. Adı açıqlanmayan bəzi ABŞ senatorları ilə görüşüb.
    Fidanın Ağ Evdən bəzi şəxslərlə də bir araya gələcəyi ifadə edilir.
    Müxalifət.az

    Muxalifet3 - 7-12-2018

  9. SENSASİON AÇIQLAMA: Səudiyyə şahzadəsinin edam siyahısında 7 nəfər var

    İstanbulda öldürülən Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın yaxın iş yoldaşı və dünyanın gündəmində olan Ömər Abdulaziz Ər-Riyadın başqa kimləri öldürəcəyini bildiyini iddia edib.
     
    Son olaraq Qaşıqçı ilə Whatsapp yazışmalarının bir İsrail istehsalı proqram tərəfindən hackləndiyini  və bu ölkəyə qarşı məhkəmə iddiası qaldıracağını söyləyən Abdulaziz, əlində Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Qaşıqçı kimi öldürmək istədiyi şəxslərin siyahısının olduğunu bildirib.

    Muxalifet3 - 7-12-2018

  10. Putin maskası ilə Türkləri soydular

    Ukraynada iki Türk vətəndaşını Putin və Medvedev maskaları ilə silahlı adamlar soyub. Quldurlar avtomobillərini zorla dayandırdıqları Türklərin 20 min dollarını qəsb edib. Lubyanka kəndi yaxınlığında bir neçə ay əvvəl meydana gələn hadisədə Türklərin avtomobilini məcburi dayandıran təcavüzkarlar silahla təhdid edərək şəxslərin 20 min dollarını qəsb edərək qaçıb. Bu hadisədən sonra davam edən istintaqın sonunda Kiyevdə beş ayrı ünvana edilən basqında hadisə ilə bağlı dörd adamın nəzarətə alındığı bildirilib.

    Muxalifet3 - 7-12-2018

  11. Azərbaycanda ölmək "asanlaşır" - QƏBİR YERLƏRİ ÖDƏNİŞSİZ OLACAQ

    Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq.

    "Report" xəbər verir ki, yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ilə qəbir yerlərinin ayrılması proseduru müəyyənləşib.

    Muxalifet4 - 7-12-2018

  12. Yaxın Şərqin kiralıq qatili Türkləri hədələdi

    Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zahidin muzdlu qatili Məhəmməd Dahlan kirli oyunlarını dünya gündəminə daşıyan Türk mətbuatını hədələyib.
     
    Türk mətbuatında yer alan xəbərlərdə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Zahidin Camal Qaşıqçı cinayətini Dahlanın üzərinə qoymağa hazırlaşdığını birdən çox mənbəyə istinadən yazılmışdı. Buna görə yaranan bir mübahisədə də Dahlanın yaralandığı və xəstəxana götürüldüyü bildirilmişdi.
     

    Muxalifet3 - 7-12-2018

  13. Prezident əsəbiləşdi: 6 ildir casus tuta bilmirsiz

    6 il ərzində Çexiya əks-kəşfiyyatı bir nəfər də olsun casus aşkar edə bilməyib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Barrandov” televiziyasında çıxışı zamanı Çexiya Prezidenti Miloş Zeman deyib.

    “Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin 6 ildir hesabatlarını oxuyuram. Bu dövr ərzində burada heç olmasa bir rus və ya Çin casusun olmasıyla bağlı konkret məlumata rast gəlməmişəm.

    Muxalifet4 - 7-12-2018

  14. Mahsun Kırmızıgül Xanım Qafarovanın qızını da çəkdiyi filmi ilə Türkiyəni ağladacaq - VİDEO

    Mahsun Kırmızıgülün rejissorluğu ilə real hadisələr əsasında çəkilən “Möcüzə aşk” filminin fraqmanı yayılıb. Publika.az xəbər verir ki, maraqla gözlənilən ekran işinin ikinci hissəsi yutub kanalında yerləşdirilib. Artıq uzun illərdir ki, müğənnilikdən uzaqlaşan məşhurun ssenarisi əsasında lentə alınan filmi gələn il martın birində nümayiş olunacaq.

    Muxalifet4 - 7-12-2018

  15. BAKIDA DƏHŞƏTLİ QƏZA: Məktəbliləri daşıyan avtobus qəzaya uğradı

    Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

    217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

    Muxalifet4 - 7-12-2018

  16. Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR

    ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxışı Avropada Amerikanın kiçik və orta mənzilli raketlərinin, həmçinin Polşa və Şərqi Avropanın başqa ölkələrində bazalarının yerləşdirilməsinə gətirib çıxara bilər.

    Bu haqda “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.

    Onun sözlərinə görə, belə bir ssenari bu əraziləri hərbi müharibə meydanına çevirir və bu dövlətlərin sakinlərini zərbə altına qoyur.

    Muxalifet4 - 7-12-2018

  17. Bakıda daha bir qalmaqal: ailəli qadının intim videosu çəkildi – Təfərrüat

    Bakının Qaradağ rayonunda qadını intim video və fotoları ilə şantaj edən Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

    Miryusif Məmmədova şərti cəza verilib və məhkəmə zalından sərbəst buraxılıb.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib, cəzanın sərtləşdirilməsini istəyib.

    Muxalifet4 - 7-12-2018

  18. Deputatlar canlı efirdə dalaşdılar - VİDEO

    Ukrayna telekanalında yayımlanan “Rada” verilişində Ali Radanın deputatları dalaşıb.

    Lenta.ru xəbər verir ki, verilişin videosu “YouTube”da yayımlanıb.

    İnsident “Pyotr Poroşenko” fraksiyasının deputatı Oleq Barna ilə müstəqil deputat Yuri Levçenko arasında baş verib.

    Mübahisə Barnanın Donbas əməliyyatlarında iştirak etməyən deputatların ölkənin büdcəsi və hərbi vəziyyət haqqında danışmasının qadağan edilməsi ilə bağlı bəyanatından sonra başlayıb.

    Levçenko öz növbəsində həmkarını təhqir edib. Bundan sonra dava düşüb.

    Muxalifet4 - 7-12-2018

  19. Maşın vuran süpürgəçi qadın dünyasını dəyişdi

    Dünən səhər saatlarında Bakıda avtomobil qəzasında ağır xəsarət alan 53 yaşlı süpürgəçi Almaxanım Pirağa qızı Muradova dünyasını dəyişib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

    Bildirilib ki, qara ciyərin partlaması və çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya daxil olan yaralı əməliyyata götürülüb. Əməliyyat bir neçə saat davam edib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet4 - 7-12-2018

  20. Ermənistanı tərk edən vətəndaşların sayı artıb

    Ermənistanda ölkəni tərk edən vətəndaşların sayı artıb.

    "Report" xəbər verir ki, ermənilər əsasən Rusiyaya üz tutur, bu ölkədə vətəndaşlıq alırlar.

    Muxalifet4 - 7-12-2018

Pages