Axtarış
The search found 105857 results in 0.026 seconds.
Search results
Tramp özü Ərdoğana dedi ki... – Çavuşoğlu DETALLARI AÇDI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “F-35” qırıcılarının Türkiyəyə çatdırılması mövzusundan danışıb.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Brüsseldə keçirilən NATO xarici işlər nazirləri toplantısı çərçivəsində jurnalistlərə danışan nazir hazırda hər hansı problemin olmadığını bildirib.Muxalifet - 5-12-2018
Vladimir Putin ukraynalı həmkarının təkrar seçilməsinə qarşıdır
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısı Petro Poroşenko ilə telefon söhbəti barədə müraciətləri rədd etməsinə aydınlıq gətirib.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, V.Putin bu addımı ukraynalı həmkarının növbəti prezident seçkilərində iştirak etməməsi üçün atdığını deyib.Muxalifet - 5-12-2018
Ukrayna yeni raketini sınaqdan keçirdi - Video
Ukrayna gəmi əleyhinə yeni qanadlı raketini uğurla sınaqdan keçirib.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov deyib. O, sınağın Odessada keçirildiyini bildirib.
Yeni raketin 280 kilometr məsafədəki hədəfi məhv etdiyi vurğulanıb.
Rəsmi Kiyev yeni raketin “Neptun” adlandırıldığını açıqlayıb. Bu raketlərin dənizdə və qurudakı hədəfləri məhv etmək gücündə olduğu bildirilib.Muxalifet - 5-12-2018
Ukraynada azərbaycanlı erməni qonşusunun evini yandırdı - TƏHQİRƏ GÖRƏ
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rzayev Kənan Əfqan oğlu yaşadığı Qoloseevskiy rayonunda erməni mənşəli qonşusunun təhqirlərinə dözməyib, hücum edərək onun evini yandırıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, rayon polisi tərəfindən artıq saxlanılan K. Rzayevin hadisənin törətməsinin səbəbi kimi qonşusu ilə aralarında yaranan mübahisədə onun qarşı tərəfdən milli zəmində təhqirlərə məruz qalması olduğu bildirilir.Muxalifet - 5-12-2018
Rüşvət üstündə tutulan icra nümayəndəsi - Hakim qarşısında
Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 12-nə təyin edilib.Muxalifet - 5-12-2018
Dolların məzənnəsi sabit qaldı
Dekabrın 6-na manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 06.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il dekabrın 5-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edibMuxalifet - 5-12-2018
Mafiyaya sarsıdıcı zərbə - 90 nəfər saxlanıldı
İtaliya polisi avropalı həmkarları ilə birgə "Ndrangeta" mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, həbslər İtaliya ilə yanaşı eyni anda Almaniya, Böyük Britaniya, Belçika, eləcə də Cənubi Amerikada həyata keçirilib.
Əməliyatlar nəticəsində "Ndrangeta"nın müxtəlif səviyyələrinə mənsub 90 nəfər saxlanılıb.
Həbs edilənlər barəsində narkotik vasitələrin saxlanması, daşınması, çirkli pulların yuyulması, şantaj və digər ittihamlar irəli sürülüb.Muxalifet - 5-12-2018
Fransada etirazlar səngimir: İndi də meydana...
Fransada "Sarı Jiletli"lərin yanacağa vergilərin artması ilə bağlı başlatdığı küçə aksiyaları qarşıdurmaya dönüb. Dünən təcili tibbi yardım maşını sürücüləri aksiya qərarı alarkən bu gün də fermerlər gələcək həftə ölkə miqyasında tətilə başlayacaqlarını açıqlayıb.
Fransız xəbər agentliyi “AFP”-də yer alan xəbərə görə, artan istehsal xərclərinə etiraz etmək məqsədilə fermerlərin gələcək həftə ölkə miqyasında tətil başladacağı bildirilib.
Müxalifət.azMuxalifet3 - 5-12-2018
“Milan” klubuna yeni baş direktor təyin olunub
İtaliyanın “Milan” klubuna yeni baş direktor təyin olunub.
“Report” xəbər verir ki, klubun səhmdarlarının bu gün baş tutan iclasında İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.
Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının – MLS-in yaradıcılarından hesab olunur. O, 1994 - 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.
2009-cu ildə İngiltərənin “Arsenal” klubunun icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından “Milan” klubunda yer alıb.Muxalifet - 5-12-2018
Salyanda ağır qəza: Ölən var
Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, dekabrın 4-də saat 9 radələrində Salyan şəhərinin ərazisində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Emin Eminovun idarə etdiyi KamAZ markalı avtomobilə vurub. Nəticədə P.Quliyevin sərnişinlərindən Lerik rayon sakini Adil Diniyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 5-12-2018
SON DƏQİQƏ: Rusiya Ukraynaya hücum etməyə hazırlaşır – RƏSMİ
Ukraynanın baş qərargah rəisi Viktor Mujenko Rusiya-Ukrayna gərginliyinə dair verdiyi açıqlamada, "Bizə qarşı hücum hazırlığı var" deyib.
Rusiya ilə Ukraynadan iki ölkə arasında təzyiqi yüksəldən açıqlamalar gəlməyə davam edərkən, Ukrayna baş qərargah rəisi Viktor Mujenko Rusiyanın Ukraynaya qarşı bütünlüklə hücuma keçmə riskinin 2014-ci ildən bu yana ən yüksək səviyyəyə çıxdığını irəli sürüb.Muxalifet3 - 5-12-2018
İstanbul boğazından gəmi səfərləri dayandırıldı
Türkiyənin Çanaqqala boğazından adalara dəniz nəqliyyatı səfərlərinin bəziləri ləğv edilib.
Muxalifet.az xəbər verir ki, səfərləri təşkil edən Qestaş Dəniz Nəqliyyatı fırtına təhlükəsi səbəbindən reyslərin bəzilərinin ləğv edildiyini deyib.
Səfərlərin bir çoxunun bu gün və sabah baş tutmayacağı qeyd edilib.
Muxalifet3 - 5-12-2018
Türkiyədən İdlibə 29 yük avtomobili göndərildi
Birləşmiş Millətlər Təşkilatı Suriyanın İdlib şəhərinə 29 yük avtomobilindən ibarət humanitar yardım göndərib. Muxalifet.az xəbər verir ki, BMT İdlibə yardımlarını davam etdirir. Humanitar yardım maşınları Türkiyə ərazisində keçərək İdlibə doğru gedib. Yardımların İdlib çölündə vətəndaşlara paylanacağı bildirilib.
Muxalifet3 - 5-12-2018
Millət vəkilimiz AŞPA komitəsinin məruzəçisi seçildi
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.
Muxalifet3 - 5-12-2018
“Mauqli”nin məğlub etdiyi Orlov azərbaycanlı iş adamının mühafizəçisidir - FOTO
Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.
Muxalifet.az reytinq.az-a istinadən xəbər verir ki, “Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı “Molekul Ada” ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.
Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.Muxalifet3 - 5-12-2018
Süleymaninin siyasi oyunu: Ona "Zülfiqar" hədiyyə etdi - Foto
İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin iraqlı sünnilərin dini lideri ilə görüşməsi mübahisələrə səbəb olub.
Muxalifet.az "Yeni akit"ə istinadən xəbər verir ki, Süleymaninin İraqda siyasi qruplaşmalardan dolayı nazirlik postuna namizədlərin hələ də təyin edilməməsi ilə bağlı din xadimi ilə görüşdüyü bildirilib.Muxalifet3 - 5-12-2018
Açıq şəkildə bu addımları pisləyirəm - Putin
Venesueladakı siyasi vəziyyəti terror yolu ilə dəyişdirmək təşəbbüslərini pisləyirəm. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduro ilə görüşündə bildirib. "Cəmiyyətdə qarşılıqlı anlaşma yaratmağa yönəlik səylərinizi və müxalifətlə münasibətləri düzəltməyə dair bütün addımlarınızı dəstəkləyirik. Açıq şəkildə terror xarakteri daşıyan bütün hərəkətləri, güc yolu ilə siyasi vəziyyəti dəyişmək cəhdlərini pisləyirik", - Maduro qeyd edib.
Muxalifet3 - 5-12-2018
Zatulinlə bağlı bəyanat: Qarabağda yüzlərlə rus...
Azərbaycan Rus İcmasının Respublika Şurası Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin İrəvanda Lazarev klubunun iclasındakı çıxışında Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlərə cavab olaraq dekabrın 5-də bəyanat qəbul edib.
Muxalifet.az xəbər verir ki, bəyanatda qeyd edilir:
“Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulin Yerevanda Lazarev klubunun iclasında çıxış edərkən, həmişəki kimi, Azərbaycanı 2016-cı ildə atəşkəs rejimini pozmaqda, təcavüzkar ritorikada və siyasətdə təqsirləndirib.Muxalifet3 - 5-12-2018
İstanbula 500 kiloqram heroin aparan TIR saxlanıldı
Türkiyənin Ərzincan şəhərində 500 kiloqram heroin daşıyan TIR saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ərzincanın polis müdiri Bülənt Şensoy məlumat verib.
Vandan İstanbula gedən TIR-da olan 3 nəfər polis tərəfindən saxlanılıb.
Muxalifet3 - 5-12-2018
Ramil Usubov keçmiş rəisə yeni vəzifə verdi
Tərtər rayon Polis şöbəsinin keçmiş rəisi Rauf Məcidov yeni vəzifəyə təyinat alıb.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, o, Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi təyin olunub.
Qeyd edək ki, R.Məcidov bir müddət əvvəl Tərtər rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Bu vəzifəyə Ağdam rayon Polis şöbəsinin rəisi Elçin Qasımov gətirilib.
Muxalifet3 - 5-12-2018