Axtarış
The search found 105857 results in 0.018 seconds.
Search results
“Dumanlı Albion”da unudulan qadın - Zamirə Hacıyeva niyə yaddan çıxdı...
10 ilə 109 milyon 140 min dollar xərcləmiş eks bankirin yoldaşını 6 ay sonra Azərbaycana ekstradisiya edə bilərlər
Muxalifet - 6-12-2018
“Fələstinlilərin bütün haqları geri verilməlidir” – Nobel mükafatçısı
ABŞ-dakı Missuri Universitetindən professor George P. Smit, Nobel Mükafatları mərasimində iştirak etmək üçün gəldiyi İsveçin paytaxtı Stokholmda özlərini Fələstin məsələsinə həsr edən İsveçdəki bir qrup alimin yaratdığı Fələstinlilər Cəmiyyətinin dəvəti ilə konfransda çıxış edib.
Smit çıxışında, "İsrail beynəlxalq qanunları pozaraq Fələstin torpaqlarını işğal etməyə davam edir” deyib.Muxalifet3 - 6-12-2018
Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - SENSASİYALI AÇIQLAMA
“Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir”.
Bu sözləri siyasi şərhçi Elman Nəsirli Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla Nikol Paşinyanın razılaşması ilə bağlı açıqlamasını şərh edərkən deyib.Muxalifet - 6-12-2018
Azərbaycanda hotellərə gizli müştərilər göndəriləcək
Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib. Baş icraçı direktorun sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək.Muxalifet - 6-12-2018
Sabiq ABŞ prezidenti Buşun dəfn mərasimində gərginlik
Həyata 94 yaşında vida edən ABŞ-ın 41-ci prezidenti Corc H W. Buş üçün paytaxt Vaşinqtonda "dövlət dəfn mərasimi" keçirilib.
Texasda 30 noyabrda həyatını itirən Buşun cənazəsi bazar ertəsi günü Vaşinqtona gətirilib. Dünən Konqresdə keçirilən mərasimlərdən sonra Buşun cənazəsi səhər saatlarında Konqresdən mərasimlə qaldırılıb.
Ağ Evin qarşısından keçən mərasim dəstəsi "Ata Buş" kimi də tanınan keçmiş ABŞ prezidentinin cənazəsi "dövlət cənazə mərasimi üçün" Vaşinqtondakı Milli Kilsəyə gətirilib.Muxalifet3 - 6-12-2018
İrəvanın yalanı - Rusiya işğalçıya müasir qırıcılar vermir
Rusiyalı hərbi və siyasi ekspertlərdən Ermənistanı pərt edən açıqlamalar; düşmən ölkənin hərbi-hava qüvvələri 7 ildir yenilənmir; Azərbaycan isə ABŞ-la da hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırlaşır- hərbi nazirimizdən mühüm anons...
Muxalifet - 6-12-2018
Çinlə yeni böhran ərəfəsində: Nəhəng şirkətin rəhbəri həbs olundu
Çinli texnologiya şirkəti “Huawei”-nin sahibinin qızı və maliyyə işlər direktoru (CFO) Meng Wanzhounun Vaşinqtonun İran sanksiyalarını dəldiyi səbəbilə Kanadada həbs olunduğu bildirilib.
Kanadanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, “Huawei”-nin sahibi De Zhengfeinin qızı və şirkətin maliyyə direktoru Meng ABŞ-ın İrana qarşı sanksiyalarını dəlmək ittihamı ilə 1 dekabrda Vancuver şəhərində həbs olunub.
Açıqlamada, ABŞ rəhbərliyinin tələbinə görə həbs olunan Meng-in 7 dekabrda ilk məhkəmə iclasına çıxmasının planlaşdırıldığı bildirilib.Muxalifet3 - 6-12-2018
Bakıda daha bir süpürgəçini maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.
Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.
Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.Muxalifet - 6-12-2018
Müdafiə Nazirliyindən “Bal-E” raket sistemlərinin alınması ilə bağlı AÇIQLAMA
Azərbaycan “Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən son günlər müxtəlif KİV-lərdə Azərbaycanın “Bal-E” raket sistemlərinin alınmasında maraqlı olduğu, lakin Rusiyanın kompleksin satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları şərh edərkən bildiriblər.
Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb:Muxalifet - 6-12-2018
Qaşıqçı cinayətində Səudiyyə vəliəhdini məsul tutan layihə Senatda
ABŞ-ın bir qrup senatoru Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətindən məsul tutulmasını nəzərdə tutan layihəni Senata təqdim edib.
ABŞ-ın öndə gələn senatoru Respublikaçı Lindsey Qrehem, Marko Rubio və Todd Young ilə Demokrat senatorlar Dianne Feinstein, Ed Markey və Kristofer Coons tərəfindən təqdim olunan layihədə, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın (MBS) Qaşıqçı cinayətinin cinayət ortağı olduğundan "yüksək dərəcədə əmin" olunduğu qeyd olunub.Muxalifet3 - 6-12-2018
“Vacib və faydalı idi. Belə razılıq əldə olundu ki...”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün dekabrın 5-də axşam Milanda baş tutmuş növbəti görüşü üç saatdan çox davam edib. Virtualaz.org xəbər verir ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu formatda görüşləri davam etdirmək barədə anlaşıblar. Lakin Rusiya XİN-in əvvəlcə anons etdiyinin əksinə olaraq nazirlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etməyiblər.
Görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında görüşün “mühüm və faydalı olduğunu” deyib.Muxalifet - 6-12-2018
Paşinyanın gizli DANIŞIQLARI YAYILDI - Xaçaturov və Köçəryanla bağlı... - AUDİO
Sosial şəbəkələrdə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana daha sonra əvvəlcə Köçəryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.Muxalifet - 6-12-2018
Nikol Paşinyan Rusiyaya getdi
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Rusiyaya səfərə gedib.
Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, dekabrın 6-da Sankt-Peterburqda ittifaqın iclası keçiriləcək.
Toplantıda internet-bazarın tənzimlənməsi, şəbəkə texnologiyasının inkişafı, neft satışı üçün ümumi bazarın formalaşması, təbii qaz və neft məhsulları siyasəti üzrə müzakirə ediləcək.
Qeyd edək ki, Nikol Paşinyan əvvəllər Ermənistanın bu təşkilatdan çıxması uğrunda mübarizə aparırdı.Muxalifet - 6-12-2018
Əcnəbi qadının öldürülməsi xəbərini gizlədən şəxsə cinayət işi açıldı
Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsi xəbərini bilib, polisə məlumat verməyən Famil Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Open.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekbarın 18-nə təyin edilib.Muxalifet - 6-12-2018
Avropanı qarışdıran təhdid: Ordumuz hazırdır, müdaxilə edərik
Serbiyanın baş naziri Brnabic, Kosovonun daimi ordu qurduğu təqdirdə hərbi müdaxilə edəcəklərini deyib.
Brnabiç paytaxtda mətbuata verdiyi açıqlamada, "Ümid edirəm ki, ordumuza heç vaxt bu cür müdaxilə üçün tapşırıq vermərik, ancaq bir etnik təmizliyi kənardan seyr etməmək üçün bu masada dayanan variantlardan biridir" deyib.
Kosovo parlamenti 14 dekabrda keçiriləcək baş assambleyanın iclasında yüngül silahlarla təchiz edilmiş 4 min nəfərdən ibarət olan hərbi birliklərinin nizamlı ordu halına çevrilməsini səsverməyə buraxacaq.Muxalifet3 - 6-12-2018
Hüseyn Bağırov nazir postundan necə getdiyini AÇIQLADI - "ƏLÇATMAZ ARZU KİMİ..."
Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vəzifədən azad olunması ilə bağlı danışıb.
Muxalifet - 6-12-2018
İranın neft nazirindən TƏCİLİ AÇIQLAMA : "Sanksiya tətbiq edildiyi müddətdə"...
57 ildir OPEK-in (Neft ixrac edən ölkələrin təşkilatı) üzvü olan İran təşkilatla bağlı təcili qərar verib.
İranın neft naziri Biyan Zənganeh ölkəsinə sanksiya tətbiq edildiyi müddətdə OPEK kvotasına dair heç bir ölkə ilə müzakirə aparmayacaqlarını açıqlayıb.
Bu barədə İranın rəsmi İRNA xəbər agentliyi məlumat yayıb.
Daha öncə Qətər 2019-cu ilin yanvar ayında təşkilatdan ayrılacağını açıqlamışdı.
Qeyd edək ki, sabah OPEK-in növbəti toplantısı keçiriləcək.Muxalifet - 6-12-2018
İsrailin “Şimal Qalxanı” əməliyyatı kimi qoruyur?
İsrail ordusunun "Hizbullaha məxsus tunellər" olduğu iddiasıyla Livan sərhədində başladığı "Şimal Qalxanı" hərbi əməliyyatı zaman keçdikcə “Əməliyyat kimi qoruyur” deyə bəzi suallar ortaya çıxarıb.
İsraildəki siyasi müxaliflər Netanyahunun rüşvət və korrupsiya ittihamı ilə mühakimə olunması üçün çıxarılan tövsiyə qərarı kölgəsində seçkilərin erkən tarixdə keçirilməsinə çağırıb.Muxalifet3 - 6-12-2018
Dövlət Yol Polisində “İmtahan bazarı”: “Zəhləniz tökülənə qədər...” - VİDEO
Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər heç bir çərçivəyə sığmır.
Muxalifet.az xəbər verir ki, Yenicag.az-a müraciət edən onlarla vətəndaşın əsas şikayəti BDYPİ-nin qeyd olunan ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş alıb gedən qanunsuzluqlar barəsindədir.
Muxalifet - 6-12-2018
18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü
Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib.
Dünən xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib.
Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.Muxalifet - 6-12-2018