Axtarış
The search found 105857 results in 0.023 seconds.
Search results
İsrail Livana müdaxilə edir! Əməliyyat başlatdı
Livanı işğal planı hazırlayan İsrail hazırlığa başlayıb. İsrail ordusu ölkənin şimalında "Hizbullaha məxsus tunellər" olduğunu irəli sürərək bu tunellərdən gələn hücumların qarşısını almaq məqsədilə Livan sərhədində "Şimali Qalxanı" adlı əməliyyat başlayıb.
Livan sərhədindəki bəzi ərazilər İsrail Silahlı Qüvvələrinin varlığını gücləndirdiyi hərbi bölgə elan edilib. 100-ə yaxın İsrail tankı da Livan sərhədinə çatıb. İsrail Livandakı bu tunellərdən gələ biləcək mümkün hücumların önünə keçilməsini hədəfləyir.
UCU AÇIQ SSENARİMuxalifet3 - 5-12-2018
Zabit Səmədov məşhur "qanuni oğru" ilə - Foto
Azərbaycanlı kikboksçu Zabit Səmədovun kriminal aləmin üzvləri ilə fotosu yayılıb.
Sözügedən fotoda “Mauqli” ləqəbli idmançımızla kriminal aləmdə “Saşa Kuşner” ləqəbi ilə tanınan “qanuni oğru” Aleksandr Kuşnerov yanaşı dayanıb.
Fotonun Azərbaycan hüdudlarından kənarda çəkildiyi dəqiq olsa da, məkan bəlli deyil.
Qeyd edək ki, “Saşa Kuşner” “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova yaxınlığı ilə bilinən şəxslərdəndir./Yenicag.az/Muxalifet - 5-12-2018
Rusiya-ABŞ müharibəsinin ÜÇ SSENARİSİ: Bir gündən bir neçə aya kimi... - Qorxunc PROQNOZ
Rusiya və ABŞ arasında qlobal qarşıdurma riski ən yaxın bir neçə il ərzində artacaq. Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın nüfuzlu Xarici və Müdafiə Siyasəti Şurasının araşdırma üzrə direktor müavini Dmitri Suslov “Beynəlxalq təhlükəsizlik 2018: vəziyyət və perspektivlər” konfransında deyib. Ekspert Moskva və Vaşinqtonun mümkün hərbi toqquşması üçün üç ssenarini təsvir edib. 1. Birinci risk yalnız kibertəhlükə və ona hərbi vasitələrlə mümkün reaksiya ilə bağlıdır. 2.
Muxalifet - 5-12-2018
Fransadan “Sarı Jiletlilərə” daha bir güzəşt
Fransada "Sarı Jiletlilər" adı altında təşkilatlanan nümayişçilər 17 noyabrdan bu yana hökumətin yanacağa əlavə vergi qoyulmasını etiraz etmək üçün küçələrə tökülmüş və ölkə yanğın yerinə dönmüşdü. 2 nəfərin həyatını itirdiyi, 222-si təhlükəsizlik işçisi olmaqla, 1043 nəfərin yaralandığı və 1424 adamın nəzarətə alındığı hadisələrdən sonra Fransız hökuməti geri addım atdı və baş nazir Eduard Filip, yanacağa gətirilən əlavə vergilərin altı ay müddət ilə təxirə salındığını bildirdi.
Muxalifet3 - 5-12-2018
“Buna cəhd edən şəxslər qarşılarında azərbayanlıları görəcəklər” – KONQRES SƏDRİ
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvilinin qalib gəlməsi Gürcüstanda siyasi ab-havanın qzışımasına səbəb oldu. Çünki müxalifət S.Zurabişvilinin saxta yollarla prezident seçildiyni iddia edir. Odur ki, dekabrın 2-də birləşmiş müxalifət qüvvələri Tiflisin küçələrinə çıxaraq, Salome Zurabişvilini prezident kimi tanımadıqlarını bildirib və növbədənkənar parlament seçkiləri keçirilməsini tələb ediblər.
Muxalifet4 - 5-12-2018
Bu qəsəbədə 2 gün işıq olmayacaq
Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə (35/10 kV-luq "Məhəmmədi” yarımstansiyası ilə yeni xətlərin əlaqələndirilməsi) 06-07 dekabr 2018-ci il tarixlərində elektrik enerjisinn verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə BakuPost-a "Azərişıq” ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılardan üzr istəyir.Muxalifet - 5-12-2018
Nuşirəvan Məhərrəmli aparıcıları TƏNQİD ETDİ: "Varvarizm baş alıb gedir"
“Milli Televiziya və Radio Şurasının da fəaliyyətinin ana xəttində Azərbaycan dilinin qorunması durur. Bu gün televiziyalar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün işləri görüblər. Təəssüf ki, çıxışların ədəbi dil qaydalarına uyğun olmaması hələ də, televiziyalarda ciddi problem olaraq qalır”.
Muxalifet - 5-12-2018
Bakıda avtobusa içkili minib qadını təhqir etdilər – Video
Ötən gün axşam saatlarında Bakıda 57 saylı avtobusda sərnişinlər arasında mübahisə düşüb.
Minval.info xəbər verir ki, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında avtobusa iki nəfər 35-40 yaşlı sərxoş kişi minib.
Onlar əvvəlcə sürücü ilə, daha sonra isə sərnişinlərlə mübahisə ediblər.
Sərnişinlərin sərt reaksiyasını görən içkili şəxslər Ukrayna dairəsinin yaxınlığında avtobusdan düşüblər. Bu zaman onlardan biri qadın sərnişinə qarşı nalayiq ifadələr işlədib.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet - 5-12-2018
“Bu rəqəmləri təhlil edəndə adam heyrətə gəlir…” – Ziyad Səmədzadə
“Bəzən professional olmayan iqtisadçılar, ekspertlər qeyd edirlər ki, Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclər az təşkil edir. Amma dərk etmirlər ki, bu rəqəmlərin arxasında nə qədər böyük dinamik inkişaf var”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri xatırladıb ki, XXI əsrin əvvəllərində dövlət büdcəsinin 86-87 faizini cari xərclər təşkil edirdi: “Cari xərclərin içərisində isə əsas yeri əməkhaqqı tuturdu. Özü də aşağı əməkhaqqı.
Muxalifet - 5-12-2018
Azərbaycanın ən təhlükəli killeri Şabanov Moskvada tutuldu - “İRİ BANKİRLƏRİN QƏNİMİ İDİ...”
Azərbaycanın “ən təhlükəli” və axtarışda olan killeri Moskvada tutulub. Virtualaz.org xəbər verir ki, bu barədə “Mash” teleqram-kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir.
Məlumata görə həmin killer “iri bankirlərin ştatlı qatili” hesab olunur. Yaxalanma əməliyyatı Obruçev küçəsində həyata keçirilib. Mənbələr bildiriblər ki, söhbət İlya Şabanov adlı muzdlu qatildən gedir. Onun Azərbaycana ekstradisiyası gözlənilir, məsələyə hazırda baxılır.
Muxalifet - 5-12-2018
MKİ senatorları inandırdı: Səudiyyə şahzadəsinin mal varlığı dondurulacaq
Türkiyə Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanı tərəfindən qətlə yetirilməsinə dair məlumatları beynəlxalq arenada bölüşərək vəliəhd şahzadə Məhəmməd bin Salmanı lap küncə sıxışdırıb. Məlumatların birbaşa beynəlxalq ictimaiyyət və ölkələrlə paylaşılması şahzadəni müdafiə edən pul baronlarının da əlini boşa çıxarır. Türkiyənin MKİ direktoru Gina Haspelə verdiyi, xüsusi ilə də mişar dəlili, Amerikalı senatorları hərəkətə keçirib.
Muxalifet3 - 5-12-2018
Atasını baltalayan qız dəlixanaya göndərildi
Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az oxu.az-a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə A.Həbibovanın anlaqsız vəziyyətdə cinayət törətdiyi qənaətinə gəlib. Buna görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.
A.Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.Muxalifet - 5-12-2018
SAM-ın dövlətə “qaloçka” xidməti: Keçmişində FETÖ izi olan qurum Ankarada kimlərə lazımdır?
Strateji Araşdırmalar Mərkəzinin (SAM) ötən həftə Ankarada təşkil etdiyi biabırçı konfransın fiaskosu bu qurumun mövcudluq zərurətinin qalmadığını təsdiqləyib.
Əslində, Prezident Administrasiyasının sabiq şöbə müdiri, həm də FETÖ-nun Azərbaycan şəbəkəsinin rəhbəri Elnur Aslanovun 2014-cü ilin martında vəzifəsindən azad olunmasından sonra onun nəzarətində olan SAM-ın da ləğv ediləcəyi və ya ən azı, yenidən formalaşdırılacağı gözlənilirdi.
Muxalifet4 - 5-12-2018
Hacı İbrahimin dələduzluqda ittiham edilən qardaşı dindirildi - Özünü günahkar bilmir
İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.
Muxalifet.az xəbər verir ki, məhkəmə prosesində prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib.
İttihama münasibət bildirən S. İbrahimov özünü təqsirli bilməyib.
Məhkəmə ilk olaraü zərərçəkmişlərin dindirilməsi ilə bağlı qərar qəbul edib.
Muxalifet4 - 5-12-2018
“MƏMURUN ANA DİLİNİ BİLMƏMƏSİ ONUN QƏBAHƏTİDİR” – Əli Həsənov
“Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.
Muxalifet4 - 5-12-2018
"Dövlət büdcəsində sosial xərclərin artırılmasına ehtiyac var” - ZİYAD SƏMƏDZADƏ
“Bəzən professional olmayan iqtisadçılar, ekspertlər qeyd edirlər ki, Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclər az təşkil edir. Amma dərk etmirlər ki, bu rəqəmlərin arxasında nə qədər böyük dinamik inkişaf var”.
Muxalifet.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri xatırladıb ki, XXI əsrin əvvəllərində dövlət büdcəsinin 86-87 faizini cari xərclər təşkil edirdi:
Muxalifet4 - 5-12-2018
MHP sədri Baxçalı Məclis başqanı olacaq – İDDİA
AK Partiya-MHP ittifaqıyla bağlı maraqlı bir iddia ortaya atılıb. AK Partiyanın MHP-yə edəcəyi jestin Dövlət Baxçalıya Türkiyə Böyük Millət Məclisinin sədrliyini vermək olacağı iddia edilib.
Belə bir ehtimal hazırda qüvvətli bir şəkildə danışılır. Dövlət Baxçalının da böyük ehtimalla TBMM sədri olacağı danışılır siyasi kulislərdə.
Ancaq Dövlət Baxçalının bu mənada hər hansı bir istəyinin olmadığı da qeyd edilir. Sadəcə Baxçalının belə bir tələbinin olmamasına baxmayaraq prezident Ərdoğanın belə bir jest edə biləcəyi bildirilir.Muxalifet3 - 5-12-2018
Brilliant və Röyanın rəqs edən videosu yayıldı
Xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Röya Ayxanın birgə rəqs etdiyi video yayılıb.
Unikal.org-un məlumatına görə, sözügedən video məclislərdən birində lentə alınıb.
Muxalifet - 5-12-2018
Ərinə xəyanət edən arvadın cəzası... - HÜQUQİ VƏ MƏNƏVİ AMİLLƏR
Son illər ölkəmizdə ərinə xəyanət edən qadınların artıb. Bu da həm boşanmaların, həm də müxtəlif xarakterli cinayət əməllərinin çoxalmasına səbəb olub. Tanınmış vəkil Şəfiqə Nağıyeva ötənilki müsahibələrindən birində boşanma hallarının artdığını təsdiqləmişdi. O, boşanma səbəbi kimi xəyanətin üstünlük təşkil etdiyini vurğulamışdı: “Bir neçə il əvvələ qədər boşama səbəbi qayınana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, bu gün boşanma səbəbi xəyanətdir. Sosial şəbəkələr də burada mühüm rol oynayır. Əksəriyyət başqa adla Facebook-a girir, ər də xəbər tutanda problem yaranır.
Muxalifet4 - 5-12-2018
Bakı pulu ilə böyüyən, 35 il Kremldə söz sahibi olan Suslov – 30 il eyni paltonu geyən adam haqda 35 fakt
Mixail Suslov SSRİ tarixində dərin izlər buraxmış siyasi fiqurlardan biri olub. Onun siyasi fəaliyyəti diqqət çəkən maraqlı faktlarla zəngindir. Muxalifet.az musavat.com-a istinadla 35 il Mərkəzi Komitənin katibi vəzifəsində çalışan Suslov haqqında ən maraqlı 35 faktı təqdim edir. 1. Onu Kremlin “Boz kardinalı” adlandırıblar. 2. Mixail Suslov 1902-ci il noyabrın 8-də Saratovda anadan olub. 3. O, kəndli ailəsində anadan olsa da, atasının heç bir təssərrüfatı və torpaq sahəsi olmayıb. Ata Suslov ailəsini dolandırmaq üçün 1904-cü ildən 1916-cı ilə qədər Bakının neft mədənlərində işləyib. 4.
Muxalifet4 - 5-12-2018