Axtarış

The search found 105857 results in 0.14 seconds.

Search results

  1. Adnan Oktarın azyaşlı bacıları zorlaması haqda təfərrüatlar –VİDEO

    Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın cinayətilə bağlı araşdırmalar davam edir.

    BAKU.WS xəbər verir ki, cinayət işinin araşdırması zamanı maraqlı məqamlar ortaya çıxmaqdadır. “Haberler”in yazdığına görə, araşdırmalar zamanı məlum olub ki, Adnan Oktar “kedicik”lərilə bərabər yanında saxladığı kişilərdən də cinsi təcavüz məqsədilə istifadə edirmiş.

    Belə ki, A.Oktar yanındakı kişilərə “kedicik”lərlə birlikdə cinsi əlaqədə olmağa göstəriş verib. Bu hal dəfələrlə baş verib.

    Muxalifet - 4-12-2018

  2. ​“Putinin NATO-su”nun iclasının təxirə salınmasının ŞOK SƏBƏBİ

    “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 6-da gözlənilən iclasının təxirə salınması siyasi xarakter daşıyır”.
    Muxalifet.az publik.az-a istinadən xəbər verir ki, bu barədə “Sasna srer” partiyasından deputatlığa namizəd Stepan Qriqoryan deyib.
    Onun sözlərinə görə, bu, Putinin Nikol Paşinyana dəstəyinin göstəricisidir.

    Muxalifet - 4-12-2018

  3. ​SOCAR-dan benzin və dizellə bağlı AÇIQLAMA

    Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartlı benzinin istehsalı 2021-c ilin əvvəlindən mümkün olacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.
    O bildirib ki, dizel kompleksinin müasirləşdirilməsi üzrə işlərin 2020-ci ilin sonunadək başa çatması planlaşdırılır.
    İ.Əhmədovun sözlərinə görə, həmin işlər daxili bazarı Avro-5 standartlı yanacaqla təmin etməyə imkan verəcək:

    Muxalifet - 4-12-2018

  4. “MKİ Qaşıqçının qətl əmrinin şahzadə bin Salmanın verdiyinə əmindir”

    ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürüldüyü əməliyyata Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən "yaşıl işıq" yandırıldığına tam əmin olduğu bildirilib.
     
    CNN-in ABŞ mənbələrə əsaslandırdığı xəbərində, MKİ-nin Qaşıqçı cinayətində Məhəmməd ibn Salmanın roluna münasibətdə "yüksək inanca" malik olduğu qeyd olunub.

    Muxalifet3 - 4-12-2018

  5. ​BDU-da daha bir neçə nəfər işdən çıxarıldı – FOTOFAKT

    Bakı Dövlət Universitetinin (BDU) bir neçə kafedra müdiri vəzifələrindən azad olunub.
    Universitetin Bitki fiziologiyası, Üzvi kimya, Ərəb filologiyası, Cinayət prosesi, Pedoqogika, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedralarının müdirləri vəzifələrindən çıxarılıb. Buna görə də BDU boş qalan kafedra müdiri vəzifələrinə yeni rəhbər axtardığını elan edib. Bundan əlavə, universitet bir neçə kafedraya professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə də elan edib.

    Muxalifet - 4-12-2018

  6. Zabit Səmədov karyerasını başa vurur - Azərbaycanda öz klubunu yaradacaq

    Azərbaycanlı kikboksçu Zabit Səmədov karyerasını başa vurduğunu açıqlayıb.

    Muxalifet.az xəbər verir ki, dekabrın 2-də "Akhmat Fight Show" çərçivəsində azərbaycanlı "Mauqli" Yevqeni Orlovu nokauta göndərib.

    Döyüşdən sonra o, "Belarus 5" telekanalına müsahibə verərkən karyerasını başa vuracağını bildirib.

    Muxalifet4 - 4-12-2018

  7. ​Salyanda sərnişin avtobusu qəzaya düşdü: 5 NƏFƏR…

    Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb. Muxalifet.az report-a istiandən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Muxalifet - 4-12-2018

  8. ​Gürcüstan Prezident Fondunu ləğv etdi

    Gürcüstan Prezident Administrasiyasının maliyyələşməsi 2019-cu ildə 1,4 milyon dollar azaldılacaq.
    Bu barədə məlumat gələn il üçün nəzərdə tutulan büdcə layihəsində yer alıb. Yeni büdcə layihəsinə əsasən, Prezident Fondu da tam ləğv ediləcək.
    Prezident Administrasiyası üçün isə gələn il ayrılan maliyyə də azalaraq 2,2 milyon dollara düşüb. Prezident Administrasiyasının maliyyələşməsinin azalması ilə bərabər, onun əməkdaşlarının sayı da 140-dan 60-a endiriləcək.

    Muxalifet - 4-12-2018

  9. ​Ermənistan ordusuna AĞIR İTKİ: Təyyarə qəzaya uğradı və... - YENİLƏNDİ

    Su-25 hərbi təyyarəsinin qəza yeri aşkar edilib.
    Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi
    Artsrun Ovannisyan bildirib.
    Təyyarənin pilotları həlak olub.
    "Pilotlar polkovnik-leytenant Armen Babayan və mayor Movse Manukyan həlak olub", - Ovanniyan feysbuk səhifəsində yazıb.

    ***

    Muxalifet - 4-12-2018

  10. Rusiyadan ABŞ-a jest: DAVAM EDƏCƏYİK

    Rusiyanın müdafiə naziri Sergey Şoyqu, ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çəkilmə qərarına qarşılıq Rus ordusunun döyüş qabiliyyətlərini yaxşılaşdırmağa yönəlik lazımi tədbirləri müzakirə etdiklərini bildirib.
     
    Şoyqu etdiyi açıqlamada, Soçidə keçən ay Rusiya prezidenti Vladimir Putin ilə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi rəsmilərinin keçirdiyi iclaslarda Rus ordusunun 2027-ci ilə qədər olan silahlanma proqramının müzakirə olunduğunu deyib.

    Muxalifet3 - 4-12-2018

  11. ​Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

    Muxalifet - 4-12-2018

  12. ​“20 min pul verdik, atamın sol gözü kor oldu” - Ege Hospitaldan daha bir şikayət

    Son dövrlər özəl klinikalardan narazılıq artıb. Həkim səhlənkərlaığı, yanlış diaqnoz nəticəsində ciddi problemlər, hətta ölüm halları belə baş verən klinikalardan şikayətlərin ardı-arası kəsilmir. Ege Hospitaldan narazılıq edən Məcid Qurbanov da atasının sağlamlığına ciddi zərər dəydiyini iddia edir. "Atam Qurbanov Həsən Tapdıq oğlu (65 yaş) 8 iyun tarixində beyin qanaması keçirib. 1 ay Gömrük Hospitalında qaldıqdan sonra reabilitasiya üçün evə buraxıldı və ev şəraitində müalicəsi davam etdirildi.

    Muxalifet - 4-12-2018

  13. ​Ordumuz cəbhənin bu istiqamətində 5 KİLOMETR İRƏLİLƏDİ - Ermənistan ŞOKDA

    Azərbaycan Ordusu Naxçıvan istiqamətində təmas xəttindən 1300-1700 metr irəliləyib. Bu, 5 kilometr ərazi deməkdir. Sentyabrın 27-dən sonra isə bu ərazidə möhkəmlənmə işləri həyata keçirib.
    Bu etirafla Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş baş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan çıxış edib.
    Onun sözlərinə görə, Azərbaycan Ordusu Naxçıvan istiqamətində may ayından etibarən irəliləyib.

    Muxalifet - 4-12-2018

  14. ABŞ nümayəndəsindən Astana prosesinə təhdid

    ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri  Suriya problemi ilə bağlı Astana prosesinin iştirakçıları olan Türkiyə-Rusiya-İranı təhdid edib. ABŞ Xarici İşlər Nazirliyinin ötən həftə Türkiyə, Rusiya və İran arasında Suriya üçün həll mexanizmi olan Astana danışıqlarının uğursuz olduğu açıqlamasını təkrar edərək Cefri, "Artıq Astananın fişini çəkmək vaxtı çatıb" - deyib.
     

    Muxalifet3 - 4-12-2018

  15. ​Kıvanç məhkəməyə müraciət etdi - Otel gizli şəkillərini çəkib...

    Kıvanç Tatlıtuğ ilə Başak Dizer cütlüyü bal ayı zamanı Havay adasında çəkilən şəkilləri üçün məhkəməyə müraciət edib. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, cütlük bal ayı oteli kimi tanınan "Andaz Maui at Wailea"da tətil edən cütlüyün gizli şəkilləri lentə alınıb. Həmin fotolar bir çox səhifələrdə yayılıb. Tatlıtuğ arvadı ilə olan fotolarının gizli çəkilməsindən narahat olub. Aktyor məhkəməyə müraciət edərək bunla bağlı saytlarda dərc edilən fotolara əngəl qoyulmasını istəyib. Məhkəmə də Kıvançın iddiasını qəbul edərək, yazılara əngəl qoyulmasını tələb edib.

    Muxalifet - 4-12-2018

  16. Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir - “EXXON MOBİL” “ƏSRİN MÜQAVİLƏSİ”INDƏKİ PAYINI SATIR, TƏCİLİ

    ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

    Virtualaz.org xəbər verir ki, bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

    Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

    Muxalifet - 4-12-2018

  17. SON DƏQİQƏ: Müharibə hər an başlaya bilər - ATIŞMA ŞİDDƏTLƏNİR

    Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimlə Ukrayna ordusunun təmas xəttində NATO formasında olan hərbçilərin bölməsi qeydə alınıb.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “LXR”-in “müdafiə idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy bildirib.
    “72-ci briqadanın məsuliyyət zonası olan Svetlodarsk yaşayış məntəqəsinə NATO forması ilə təchiz edilən 28 nəfərdən ibarət bölmə gəldi”, - o dəqiqləşdirib.

    Muxalifet - 4-12-2018

  18. ​İlin ən yaxşı MAHNILARI SEÇİLDİ

    Böyük Britaniyanın “The Guardian” nəşri ilin ən yaxşı mahnılarını seçib.
    Muxalifet.az “The Guardian”a istinadən xəbər verir ki, birinci yerə Donald Qloverin (səhnə adı “Childish Gambino”) ifa etdiyi “This is America” mahnısı layiq görülüb.
    İkinci yerdə Jenal Moneyin ifa etdiyi “Make Me Feel”, üçüncü yerdə Ariana Qrande “No tears left to cry”, dördüncü yerdə isə ifaçısı Robin olan “Honey” mahnısı qərarlaşıb.
    Həmçinin Ariana Qrandenin yeni mahnısı “Thank U” və Robinin ” Missing U” mahnısı ilk onluğa düşə bilib.

    Muxalifet - 4-12-2018

  19. ​Gürcüstandan Bakıya gələn avtobusda sərnişin vəfat etdi

    Azərbaycana gələn Gürcüstan vətəndaşı avtobusda ölüb. 
    Muxalifet.az “Qafqazinfo”-a istinaden xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib. Gürcüstandan Azərbaycana sərnişin daşıyan avtobusla Bakıya gələn Gürcüstan vətəndaşı, 1952-ci il təvəllüdlü İsmayılov Zahid Əhməd oğlu nəqliyyat vasitəsində keçinib.

    Muxalifet - 4-12-2018

  20. ​“Azərbaycan mədəniyyətini qara günə qoyan Qarayev” - Aktyordan nazirə AĞIR SÖZLƏR

    Xalq artisti Fəxrəddin Manafovun teatrdan uzaqlaşdırılması ilə bağlı xəbərlər səngimək bilmir. Aktyor Hikmət Rəhimov da sosial şəbəkə hesabında aktyorun teatrı tərk etməsi ilə bağlı sərt status paylaşıb.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, o, “Facebook” hesabında xalq artisti Fəxrəddin Manafovun çalışdığı teatrı tərk etdiyini yazıb:

    Muxalifet - 4-12-2018

Pages