Axtarış
The search found 105857 results in 0.034 seconds.
Search results
Türkiyədən gətirilən tozsoranın içindən psixotrop maddə çıxdı - VİDEO
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən Muxalifet.az-a verilən məlumata görə, əl yükünə baxış zamanı, "Fantom" markalı tozsoranın içərisindən sellofan paketdə külli miqdarda, təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib.Muxalifet - 4-12-2018
"Kişi peşəsi sayılan sahələrdə gənc qızlar işləyir" - Komitə sədri
Məşğul qadınların sayı məşğul kişilərə nisbətən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, informasiya və rabitə sahəsində, təhsildə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, istirahət, əyləncə və incəsənət sahəsində və digər sahələrdə daha çoxdur.
Muxalifet - 4-12-2018
“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi - “BU CÜR MƏSULİYYƏTSİZ HƏRƏKƏT, XÜSUSƏN DƏ İNDİKİ MÜRƏKKƏB DÖVRDƏ...”
Rusiyanın Yerevandakı səfirliyi Gümrüdəki 102-cü hərbi bazanın hərbçilərindən birinin küçə süpürgəçisi qadını döyüb öldürməsi barədə Ermənistan KİV-lərində yayılan xəbərlərdən bərk hiddətlənib. Virtualaz.org xəbər verir ki, səfirlik bəyanatla çıxış edərək bu informasiyanın yayılmasını “məsuliyyətsiz hərəkət”, “Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdi” adlandırıb.
Muxalifet - 4-12-2018
Yunan polisindən vicdansız hərəkət
Yunanıstanın Türkiyə ilə sərhədindəki Meriç Akçadam və Adasarhanlı kəndlərində bir gün fasilə ilə 3 kişi cəsədi tapılıb. Akçadam kəndinin düzənliyində şənbə günü süni gölün kənarında tapılan cəsədin 35 yaşındakı Əfqanlı bir qaçağa aid olduğu müəyyənləşdirilib.
YUNANISTANIN GERİ İTƏLƏMƏ ÜSULU
Meriç çayı yaxınlığında yerləşən 2 meyitinin də Yunanıstana qeyri-qanuni yollarla gedən və geri göndərmə üsulu ilə Türkiyəyə göndərilən qaçaqlar olduğu müəyyən edilib.Muxalifet3 - 4-12-2018
Bakıda “Lotu Quli”ylə görüşə məhdudiyyət qoyuldu - ONUNLA YALNIZ BU ŞƏXSLƏR GÖRÜŞƏ BİLƏR
Ötən həftə Türkiyədən Azərbaycana ekstradisiya olunan "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıda ciddi nəzarət altında saxlanılır. Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.
Muxalifet4 - 4-12-2018
Canlı yayımda rəzalət - Sevgilisini... - FOTO/VİDEO
Rusiyada yayımlanan "Dom 2" realiti-şounun 34 yaşlı iştirakçısı Andrey Şabarin sevgilisi Rozaliya Raisonu amansızcasına döyüb.
Teleqraf.com xəbər verir ki, buna səbəb qadının "o adamlar sənə toxundumu" sualına cavab verməməsi olub.
Proqram rəhbərliyi Andrey Şabarini layihədən uzaqlaşdırıb. Rozaliya da sevgilisini bağışlayaraq verilişdən öz istəyilə uzaqlaşıb.
Muxalifet - 4-12-2018
Əhəd Abıyev qəza xəbəri yayan jurnalisti təhqir etdi: “Onu yazanın...”
Ölkə mətbuatında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşdüyü bildirilir.
Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı yayılan xəbərləri yalan adlandırıb və bu xəbəri yayan jurnalisti təhqir edib: "
Mən burada deputatla qəbuldayam. Onu yazanın...(söyür) Yalan məlumatdı. Onu deyən p.. yeyir (söyür). FHN-lə birgə Daşkəsən rayonunda tədbir keçiririk. Biz seçicilərlə görüşdəyik və belə bir şey yoxdur. Şərəfsiz, ...(söyüş) adamlardı şou yaradırlar".Muxalifet - 4-12-2018
İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi - Ürəyində problem yaranıb
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.
İ. Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilib. Sabiq daxili işlər nazirinin ürəyində problemlər var.Muxalifet - 4-12-2018
Gömrükdən pulsuz nə keçirtmək olar? - VİDEO
Dövlət Gömrük Komitəsinin (DGK) maarifləndirici video-çarx hazırlayıb. Komitədən verilən məlumata görə, 18 yaşına çatmış hər bir fiziki şəxs gömrük sərhədindən keçərkən Nazirlər Kabinetinin 305 saylı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qararına yaxından bələd olarsa vaxt itkisinə yol verməz. Daha ətraflı məlumat DGK-nın hazırladığı maarifləndirici video-çarxda
Muxalifet - 4-12-2018
GÜNLƏR QALDI: Rusiyaya strateji zərbə vurulur - DETALLAR AÇIQLANDI
Rusiya ətrafında iqtisadi ilgək sıxılmaqda davam edir. ABŞ administrasiyası Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabit Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi haqqında iş üzrə Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyi planlaşdırır.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, yeni məhdudiyyətlər artıq 2019-cu ilin yanvarında elan ediləcək.
ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib ki, siyasi isteblişmentdə qərar artıq qəbul edilib.Muxalifet - 4-12-2018
Şöbə müdirinə cinayət işi açılıb? - MAHİR DİBİROVDAN BARƏSİNDƏ YAYILAN XƏBƏRLƏRƏ REAKSİYA / Yenilənib
Muxalifet.az saytının redaksiyasına zəng açan Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Mahir Dibirov barəsində cinayət işi başlandığı haqda xəbərləri təkzib edib.
M.Dibirov az əvvəl əməkdaşımıza bildirib ki, o, artıq 4 ildir təhsil sahəsində çalışmır və hansısa mənimsəmə faktı ilə bağlı ona cinayət işi açıldığının iddia olunması cəfəngiyyatdır.***
12:51Muxalifet - 4-12-2018
Ruhanidən ABŞ-a neft mesajı
İran prezidenti Həsən Ruhani, “Amerika bunu bilməlidir ki, İran neft ixrac edə bilməzsə, Körfəzdəki heç bir ölkə neft ixrac edə bilməz” deyib.
“Reuters” agentliyinin xəbərinə görə, Ruhani neft ixracı ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib və İranın neft ixrac edə bilmədiyi təqdirdə Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran və Omanı əhatə edən körfəz ölkələrinin də neft ixrac edə bilməyəcəyini söyləyib.Muxalifet3 - 4-12-2018
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU PREZİDENT FƏRMANINI TANIMIR - Prezidentin Qarabağ əlillərinə ayırdığı müavinətlər mənimsənilir
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 597 saylı sərəncamı ilə Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə 1-ci qrup əlillərə 70 min manat (indiki 14 manat), 2-ci qrup əlillərə 60 min manat (12 manat), 3-cü qrup əlillərə isə 50 min manat (10 manat) müavinət ayrılması təsbit olunub. Göstərilən məbləğlərin üçdən iki hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına, qalanının isə “Əlillərin Sosial Müdafiəsi Fondu”nun hesabına ödənilməsi də qərara alınıb.
Muxalifet4 - 4-12-2018
"Səudiyyə şahzadəsinin Qaşıqçı cinayətində əlinin olduğunu görməmək korluqdur" - SENATOR QREHEMDƏN MƏQALƏ
ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, Səudiyyə Ərəbistanı ilə bağlı bir məqalə qələmə alıb.
Senator Qrehem Amerikanın “Wall Street Journal” qəzetində dərc olunan "Konqres Səudiyyəyə qarşı mövqeyini sərtləşdirir" başlıqlı məqaləsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid və prosesi şərh edib:Muxalifet3 - 4-12-2018
"İngiltərə “Brexit”i birtərəfli ləğv edə bilər”
Avropa Ədalət Divanının baş prokuroru Campos Sançez-Bordona, İngiltərənin “Brexit” prosesini birtərəfli olaraq ləğv edə biləcəyini açıqlayıb. Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) prosesi Lüksemburq mərkəzli Aİ-nin ən yüksək hüquq instansiyası olan Avropa Ədalət Divanında müzakirə olunub. Baş prokuror Bordona bununla bağlı bu gün açıqlamasında, "Avropa İttifaqı Müqaviləsinin 50-ci maddəsi Aİ-dən çıxmala bağlı bildirişinin birtərəfli olaraq ləğv edilməsinə icazə verir" deyə bildirib.
Muxalifet3 - 4-12-2018
Senatorlardan Trampa ŞOK XƏBƏRDARLIQ: “Bu, Rusiyaya imkan verəcək ki...”
ABŞ-ın demokratlardan ibarət senatorlar qrupu Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasının mənfi nəticələri barədə açıq məktub yazaraq ABŞ prezidenti Donald Trampa xəbərdarlıq ediblər.
Muxalifet.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, senatorların fikrincə, ABŞ-ın müqavilədən çıxmasından sonra, Rusiya öz raket sistemlərinin istehsalını genişləndirə biləcək.
Məktubu Senatın beynəlxalq münasibətlər, silahlı qüvvələr və kəşfiyyat komitələrinin üzvləri imzalayıblar.Muxalifet - 4-12-2018
“AZƏRBAYCANDA ELƏ TERROR AKTLARI TÖRƏDİLƏRDİ Kİ…” – Namazovdan 20 il əvvəlki istefası haqda ŞOK açıqlamalar
“İstefam da Azərbaycana çox böyük təhükə olan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Azərbaycanda elə terror aktları törədilərdi ki…”
“AzPolitika.info”nun məlumatına görə, bunları Prezident katibliyinin sabiq rəhbəri, Prezidentin eks-köməkçisi (1993-1999-cu illərdə) Eldar Namazov “Modern.az” saytına geniş müsahibəsində 1999-cu ildəki istefası ilə bağlı sualı cavablandırarkən deyib.
Muxalifet - 4-12-2018
NATO bir daha Rusiyadan tələb etdi
NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuata açıqlamalar verən təşkilatın baş katibi Stoltenberq, toplantının əsas müzakirə mövzuları arasında Rusiya-Ukrayna arasındakı gərginlik, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi, Orta Şərq və Şimali Afrikadan gələn təhlükəsizlik təhdidləri, Əfqanıstan və Qərbi Balkanlar olacağını deyib.
Muxalifet3 - 4-12-2018
“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...”
Ermənistandakı seçki kampaniyasında Qarabağ məsələsi əsas spekulyasiya mövzusu olaraq qalır və bu məsələdən Nikol Paşinyanın devirdiyi Respublika partiyası ona qarşı istifadə etmək üçün bütün gücünü səfərbər edib. Serj Sərkisyanın partiyasının əsas tezisi bundan ibarətdir ki, Paşinyanın Qarabağ məsələsində hansısa güzəştlərə getmək kimi gizli planı var. Bu məsələdə vaxtilə Sərkisyan hakimiyyətinə qarşı müxalifətdə olmuş David Şahnazaryan-Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri xüsusi fəallıq edir.
Muxalifet - 4-12-2018
Sabah yağış, qar yağacaq - PROQNOZ
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Muxalifet - 4-12-2018