Axtarış

The search found 105857 results in 0.022 seconds.

Search results

  1. ​Sabunçu xəstəxanasında “ermənilik”: ana körpəsi ilə girov saxlanır - ÖLÜM KORPUSU...

    Bunu bəlkə erməni eləməz, bizimki edir. Söhbət ana və yeni doğulan körpəsinin 10 gündür pul verilmədiyi üçün 3 saylı Sabunçu şəhər xəstəxanasının doğum şöbəsində girov saxlanmasından gedir. 
    Bu barədə Yeganə Əliyeva feysbuk səhifəsindən yazıb. Onun sözlərinə görə, Pərvanə adlı həkim 10 gün doğulmuş körpəni anası ilə birlikdə girov saxlayır. 
    Ailə 100 manat verib, Pərvanə həkim isə 500 manat tələb edir. Aidiyyatı qurumlar və xüsusən Səhiyyə Nazirliyi dərhal işə qarışmalıdır. Çünki xəstəxana həbsxanaya çevrilib.

    Muxalifet - 3-12-2018

  2. ​Britaniya baş naziri: “İstefa verməyəcəm”

    Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, iki həftədən sonra da hökumətin başçısı kimi işini davam etdirəcək.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Mey “ITV” telekanalına müsahibəsində bildirib. Bununla da, “Brexit” sazişi üzrə 11 dekabra təyin olunan olduqca mühüm parlament səsverməsində uduzacağı təqdirdə istefa verəcəyilə bağlı spekulyasiyalara cavab vermiş olub.

    Muxalifet - 3-12-2018

  3. ​Mesut Özil "Arsenal"dan gedir - İtaliya nəhəngi elçi düşdü

    İtaliyanın “İnter” klubu türk əsilli alman futbolçu Mesut Özilə elçi düşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
    Seriya A təmsilçisi transfer üçün hərəkətə keçib.
    Mesut Özilin “Arsenal”la 2021-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm “Arsenal” forması isə 12 matça çıxıb. 30 yaşlı ulduz 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

    Muxalifet - 3-12-2018

  4. Lənkəranda naməlum şəxs evə basqın etdi – Ev sahibini döyərək bıçaqladı

    Lənkəranda evə basqın edilib.

    Trend-in məlumatına görə, hadisə rayonun Şeydəkəran kəndində baş verib.

    Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı qızının evinə basqın edib. Ev sahibəsi səsə oyanıb və səs gələn tərəfə gedib. Bu vaxt naməlum şəxs ona hücum edərək yerə yıxıb.

    Daha sonra naməlum şəxs qadına bıçaqla zərbələr endirərək ona zorakılıq tətbiq edib və evdə olan 57 manat, eləcə də qızıl üzüyü götürüb hadisə yerindən qaçıb.

    Muxalifet - 3-12-2018

  5. “Nar”dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün PULSUZ VİDEO ZƏNGLƏR

    “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti sosial aksiyasını gerçəkləşdirib. 3 dekabr – Beynəlxalq Əlillər Günündə mobil operator fiziki məhdudiyyətli insanlara dəstək nümayiş etdirib. Belə ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların bir-biri və yaxınları ilə daha rahat ünsiyyət qurması üçün onları limitsiz internetli “Nar” nömrələri ilə təmin edib. Təqdim edilən “Nar” nömrələri ilə eşitmə və nitq məhdudiyyətli şəxslər video zəng edə bilər.

    Muxalifet4 - 3-12-2018

  6. “Heç bir azərbaycanlı iqtidara səs verməyə məcbur edilməyib” - Marneulinin gürcü deputatı

    Gürcüstan parlamentinin deputatı, “Gürcü arzusu” partiyasının üzvü Tamaz Naveriani Modern.az saytının Marneulidə olan əməkdaşına müsahibə verib.

    Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:

    - Soyadınız Kvemo-Kartli bölgəsinə deyil, daha çox şimalda yerləşən Svanetiya regionuna xasdır. Necə oldu Kvemo-Kartliyə köç etdiniz?

    Muxalifet4 - 3-12-2018

  7. Qonşu gəlini ilə görüşən Anarın müəmmalı ölümü - O, özünü niyə asdı? - VİDEO

    Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl Dərdini Danış”da teleaparıcı daha bir cinayətin təfəruatları araşdırıb.

    Muxalifet4 - 3-12-2018

  8. Peskov Putinlə şahzadə Salmanın səmimi görüşündən DANIŞDI - VİDEO

    Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putinlə Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman arasında Argentinada baş tutan səmimi görüş haqqında danışıb.

    Muxalifet.az xəbər verir ki, sözçü görüşün faydalı və əhatəli keçdiyini bildirib.

    Muxalifet4 - 3-12-2018

  9. Sui-qəsd silahları ələ keçirildi: ABŞ-dan GÖNDƏRDİLƏR

    İstanbulda Ticarət Nazirliyi Gömrük Mühafizəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatda 4 ayrı yükdə 48 ədəd sui-qəsd silahı ələ keçirilib.
     

    Muxalifet3 - 3-12-2018

  10. Razim Məmmədovun rüşvətə görə həbs edilən qohumunun məhkəməsi başlayır

    Bakıda Rüşvət almada təqsirlədndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Muxalifet.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet4 - 3-12-2018

  11. BP-nin Bakıdakı ofisində HƏYƏCAN - İşçilər evakuasiya olundu - YENİLƏNİB

    "Bu gün saat 15 radələrində ofisimizdə (BP Xəzər Mərkəzi, Port Baku) potensial təhlükəsizlik riski aşkar olunub. Ehtiyat tədbiri olaraq risk yoxlanılana qədər qalan iş saatlarında ofis işçiləri evə buraxılıblar”.

    Muxalifet.az xəbər verir ki, bunu "Report”a "BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

    O qeyd edib ki, hazırda risk araşdırılır.

    * * *

    Muxalifet4 - 3-12-2018

  12. Çinlə ticarət müharibəsi ABŞ-a baha başa gələcək

    ABŞ prezidenti Donald Trampın Çinə qarşı başladığı ticarət müharibələri Amerikadakı istehlak qiymətlərini artıracaq.

    Mərkəzi Londonda yerləşən IHS Markit adlı iqtisadi araşdırma şirkətinin Amerika şirkətləri ilə apardığı sorğu nəticəsində Tramp hakimiyyətinin əlavə gömrük verdilərinin Amerikadakı qiymətləri artıracağı və xaricə gedən istehsalçıları ölkəyə geri qaytarmayacağı nəticəsi əldə edilib.

    Muxalifet4 - 3-12-2018

  13. Biləsuvarda qanlı hadisə - Gənc oğlan bıçaqlandı

    Biləsuvar rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

    Muxalifet.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

    Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Bəybala oğlu Yaqubov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

    Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır./report/

    Muxalifet4 - 3-12-2018

  14. ​Qəbilə haqlı olaraq amerikalını öldürüb - İsveçli yazar

    Hindistanın Andaman və Nikobar adalarına bağlı Şimal Sentinel adasında amerikalı missioner Con Allen haqlı olaraq qəbilə tərəfindən öldürülüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" qəzetinin yazarı Piter Kadhammarin yazıb.
    Yazar yerlilərin məntiqli davranaraq Alleni oxla vurduqlarını deyib.
    O bildirib ki, Allen kimilər tüfəng, toplar, yalanlar, zülm, amansızlıq, rüşvət, xəstəliklər gətirir.

    Muxalifet3 - 3-12-2018

  15. Bakı əhalisinin sayı açıqlandı

    Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq, 2018-ci il oktyabr ayının 1-nə olan məlumata görə, 2 milyon 273,9 min nəfərə çatıb.
    Muxalifet.az-ın məlumatına görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
    Bir kvadrat kilometrə düşən əhalinin sayı 1 062 nəfər olub.
    Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22 494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, beşi isə üçəm olub.
     

    Muxalifet3 - 3-12-2018

  16. ​Rus hərbçinin ermənini öldürməsinə - Rəsmi reaksiya

    Rusiyanın Ermənistandakı səfirliyi 57 yaşlı Gümrü sakininin ölümündə rus əsgərinin günahı olduğu barədə erməni KİV-lərində yayılmış xəbərləri təkzib edib.
    Rusiya səfirliyinin mətbuat xidmətinin məlumatında erməni qadının guya 102-ci rus hərbi bazasında xidmət edən əsgər tərəfindən döyülməsi və bunun nəticəsində ölməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanır.

    Muxalifet3 - 3-12-2018

  17. ​“Bakını “İsgəndər” raketləri ilə vurmaq lazımdır” – AÇIQLAMA-VİDEO

    Məlum olduğu kimi, bir neçə gündür ki, İrəvanda “Lazarev klubu” adı altında Rusiyanın və Ermənistanın nümayəndələri iclaslar keçirməkdə davam edir. Bu klubun mahiyyəti bütövlükdə Azərbaycan və Türkiyənin əleyhinə yönəldiyi, iki ölkə arasında yaranmış yüngül sərinliyi aradan qaldırmağa xidmət etdiyi məlumdur. Muxalifet.az moderator24.com-a istinadən xəbər verir ki, Rusiya və Ermənistan siyasi xadimlərinin növbəti, bu günkü iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev Azərbaycanı hədələyən bir çıxış edib.

    Muxalifet3 - 3-12-2018

  18. ​Dubay-Bakı aviareysi naməlum səbəbdən ləğv edildi

    Dekabrın 3-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
    Muxalifet.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər ki, “Flydubai” aviaşirkətinin bu günə olan “FZ 733” saylı Dubaydan Bakıya olan uçuşu ləğv olunub.
    Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Flydubai” aviaşirkətinin 19:05-də Bakıdan Dubaya olan “FZ 734” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
    Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
     

    Muxalifet3 - 3-12-2018

  19. ​Bu ölkə Putinin limuzinini istəyir

    Bəhreyn Rusiya Prezidenti Vladimir Putinin istifadə etdiyi “Aurus” adlı limuzinlə maraqlanır. Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, müxtəlif ölkələrin limuzinlə maraqlandığı, o ölkələrdən birinin də Bəhreyn olduğu bildirilib. Bildirilir ki, müxtəlif ölkələrdən limuzinlə bağlı xəbərlər var, Bəhreyn də onlardan biridir. Ancaq hələ seriya istehsalına başlanmayıb. Limuzin hazırda məhdud saydadır. Gələcəkdə satış mümkündür. Qeyd edək ki, “Aurus” ilk dəfə Putinin andiçmə mərasimi zamanı görüntülənmişdi.

    Muxalifet3 - 3-12-2018

  20. ​Tanınmış jurnalist Speys TV-də işdən çıxarıldı

    Speys TV-nin xəbərlər departamentinin rəhbəri Azadə Balayeva işdən çıxarılıb.
    Muxalifet.az-ın faktor.az-a istinadən məlumatına görə onun iki gün əvvəl işinə son verilib. Məlumatın düzgünlüyünü yoxlamaq üçün Azadə xanım və Speys rəhbərliyinin fikrini öyrənmək mümkün olmadı.
    Qeyd edək ki, ötən ilin avqustunda da A. Balayeva sosial şəbəkədə Speys TV-dən ayrıldığını bildirmişdi.
     

    Muxalifet3 - 3-12-2018

Pages