Axtarış

The search found 105857 results in 0.09 seconds.

Search results

  1. ​BAKIDA ŞOK İNTİHAR: Gənc oğlan özünü 13-cü mərtəbədən atdı

    Bakıda dəhşətli intihar olub.
    Hadisə paytaxtın Xətai rayonu, Şıxlınski küçəsi 41A ünvanında qeydə alınıb. Bakı şəhər, Xətai rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Məmmədov 13 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
    İntiharın səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

    Muxalifet - 3-12-2018

  2. ​Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO

    Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan və 1 milyondan çox soydaşımızı yurdundan didərgin salan Ermənistan Suriyaya humanitar yardımlarını davam etdirəcək.
    Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Devid Tonayan deyib.
    Media nümayəndələrinə açıqlama verən Tonayan Ermənistanın Suriya xalqına əlindən gələn humanitar yardımı göstərəcəyində qətiyyətli olduğunu bildirib:

    Muxalifet - 3-12-2018

  3. Amerikalı senatordan qalmaqal “Türkiyə” açıqlaması

    ABŞ-da Respublikaçı senator Ceyms Inhofe, Türkiyənin F-35 proqramında qalması üçün Rusiyadan S-400 almasını dayandırması lazım olduğunu söyləyib.
     
    ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin sədri Ceyms Inhofe, Türkiyənin Rusiyadan hava müdafiə raket sistemi S-400, ya da ABŞ-dan F-35 almaqla bağlı bir seçim etməsi lazım olduğunu bildirib.
    ABŞ-ın xəbər saytı “Bloomberg”-də yer alan xəbərə görə Inhofe, “Türkiyə S-400 almaqdan imtina etməzsə, səkkiz tərəfdaş ölkədən biri olmaq hüququnun təkrar müzakirə oluna biləcəyini söyləyib.

    Muxalifet3 - 3-12-2018

  4. ​Elza Seyidcahan: Məni it kimi yox, AT KİMİ BASDIRIN - VİDEO

    Müğənni Elza Seyidcahan yenə maraqlı açıqlamaları ilə diqqət çəkməyi bacarıb.
    “ATV Maqazin” proqramında iştirak edən müğənni aparıcının suallarına maraqlı cavablar verib.
    “At muraddır” deyən müğənni “öləndə məni it kimi yox, at kimi basdırın” deməklə, yenə gündəmə damğasını vurub.
    Müğənni Kərim barədə suala isə o, “Kələm kimdir?” deməklə kifayətlənib.

    Muxalifet - 3-12-2018

  5. ​Fədayə Laçın son söz dedi: “Əfv olunmağımı istəyirəm”

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet - 3-12-2018

  6. ​Məlahət Abbasova Xatirənin geyimi barədə: "Niyə bu qədər açılmağa istəklidirlər?"

    Aktrisa Məlahət Abbasova müğənni Xatirə İslamın geyimini qınayıb. 
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, "Altın kelebek" gecəsinə qara qısa, tüllə bəzədilən paltar geyinən Xatirə tənqid edilib. 
    İfaçının sosial şəbəkədə səhifələrdə paylaşılan fotosuna M.Abbasova bunları yazıb:
    "Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı".

    Muxalifet - 3-12-2018

  7. ​Məmmədyarovla erməni nazirin görüş vaxtı açıqlandı

    ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.
    Azərbaycan XİN-in Mətbuat xidmətindən Muxalifet.az-a bildirilib ki, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

    Muxalifet - 3-12-2018

  8. ​Fransaya gedən Türkiyə vətəndaşlarına XƏBƏRDARLIQ

    Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səfərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
    Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, XİN-nin bəyanatında paytaxt Paris başda olmaqla, digər şəhərlərin də nümayişlər keçirilən ərazilərindən uzaq durmaları tövsiyə olunub.
    "Vətəndaşlara təhlükəli küçələrdə, prosepektlərdə, meydan və ərazilərdə uzun müddət qalmamaları tövsiyə olunur”, - deyə bəyanatda bildirilib.
    Qeyd edək ki, Fransada iqtisadi durumla bağlı bir neçə gündür ki, başlanan və zorakılıqla müşayiət edilən iğtişaşlar səngimir.

    Muxalifet - 3-12-2018

  9. ​"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı AÇIQLAMA

    "Elmed" Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

    Muxalifet - 3-12-2018

  10. “Avropa Baharı” başladı! “Sarı jiletlilər” aksiyası Almaniyaya sıçradı

    Fransanın Yelisey meydanında başlayan "Sarı Jiletlər" etiraz aksiyası Avropanın hər yerinə yayılır. Avropanın “dynamo”su kimi tanınan Almaniyaya da sıçrayan aksiya Berlində həyata keçirilir.
     
    Fransa, Belçika və Hollandiyadan sonra Almaniyaya da yayılan aksiya Berlinin ən çox tanınan yerlərindən olan Brandenburq qapıları önündə həyata keçirilib. Çox sayda etirazçının iştirak etdiyi aksiyada Fransaya dəstək şüarları səsləndirilib.
    Aksiyaların rəmzi olan "Sarı Jiletlər" burada da özünü göstərib.
     

    Muxalifet3 - 3-12-2018

  11. ​Bakıda bankın 100-dən çox müştərisinə qarşı ŞOK CİNAYƏT - HƏBS EDİLƏN VAR

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85000 manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

    Muxalifet - 3-12-2018

  12. Ermənistanın Baş prokuroru nazir olmuş deputatı həbs etmək istəyir - PARLAMENTƏ MÜRACİƏT GÖNDƏRİLDİ

    Ermənistanın Baş prokuroru Artur Davtyan deputat Aram Arutyunyanın həbsi haqqında vəsadətlə parlamentə müraciət edib.
    Məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
    Bildirilib ki, Aram Arutyunyan 2015-ci il sentyabrın 11-də xüsusilə böyük məbləğdə rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Həmin dövrdə o, ekologoya naziri işləyib. Sünik, Geqarkunik, Lori və Kotaykda 10 əlvan metal yatağının istismar olunmasına lisenziya vermək üçün 14 milon dollar rüşvət alıb. O, rüşvət yolu ilə əldə etdiyi pulları xaricdə yuyub.

    Muxalifet - 3-12-2018

  13. ​Azərbaycanda 620 minə yaxın əlil var

    Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs vardır ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

    Muxalifet - 3-12-2018

  14. Azərbaycanlı aparıcı əri ilə öpüşdüyü görüntüləri paylaşdı - VİDEO

    Amerikaya köçən tanınmış eks aparıcı və bloqqer Günel Hümbətova izləyiciləri üçün paylaşdığı görüntülərlə gündəmə gəlib.
    Open.az xəbər verir ki, Hümbətova həyat yoldaşı Firuz Soliyevlə öpüşdüyü videonu "İnstagram" hesabının "history" bölməsində paylaşıb.
    Günel zarafatından da qalmayıb. O, görüntülərə "Eks aparıcı əri ilə öpüşərkən belə yaxalndı" şərhini yazıb.
    Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.

    Muxalifet - 3-12-2018

  15. Azərbaycan buzu sındırır və artıq Qərb raketləri ilə silahlanır

    Artıq xəbər verildiyi kimi Azərbaycan Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30 SAMP/T və VL “Mica” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqları yekunlaşdırmaq üzrədir. Və elan edilib ki, Fransa dövləti bu müdafiə sistemlərinin Azərbaycana satılmasına icazə verib.

    Muxalifet - 3-12-2018

  16. ​Həyat yoldaşını xəstəxananın həyətində VƏHŞİCƏSİNƏ ÖLDÜRDÜ - VİDEO

    Samsunda 1 uşaq anası vəhşicəsinə öldürülüb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın xəstəxanın avtoparkında keçmiş əri tərəfindən 19 yerindən biçaqlanaraq öldürülüb.
    Dəhşətli hadisənin şahidlərinin bildirdiyinə görə cinayətkar qaçarkən "Namus məsələsi" deyib.
    Qanlar içində qalan Merve Özcan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasənə dəyişib.
    Bildirilir ki, Enis Adem Şahin ilə Merve Özcan bir müddət əvvəl boşanıb.

    Muxalifet - 3-12-2018

  17. Rəsmi televiziyada qalmaqal PKK təbliğatı!

    Kanadanın rəsmi yayım orqanı “CBC”, ölkənin rəsmi terror təşkilatları siyahısında olmasına baxmayaraq PKK-lı qadın terrorçuları tərifləyən veriliş yayımlayıb.
     
    CBC televiyası Kanadanın Monreal şəhərində yaşayan Kürd əsilli fotoqraf və film rejissoru Zayne Akyol-un PKK mənsubu terrorçu qadınların Qəndil dağındakı həyatlarını “təsvir” edən, noyabrın 22-də açılan və 20 fotoşəkildən ibarət olan "Rojeke (Bir Gün)" adlı sərgisinin xəbərini verib.

    Muxalifet3 - 3-12-2018

  18. ​Ukraynalı deputat Tiflisdə həbs edildi

    Tiflisdə həbs edilən Ukrayna vətəndaşları arasında ukraynalı deputat Semen Semençenkonun rəhbərlik etdiyi “Samopomoş” Partiyasının üzvləri var.
    Bunu jurnalistlərə açıqlamasında Ukrayna Sosialist Partiyasının rəhbəri İlyan Kiva deyib.
    Onun sözlərinə görə, Semençenko da Tiflisdə həbs edilənlər arasında yer alıb. O, deputatın diplomatik toxunulmazlığından istifadə edərək, həbsdən qaçdığını və naməlum istiqamətdə uçduğunu bildirib. Kiva rəsmi Kiyevdən bu partiyanın fəaliyyətinin araşdırılmasını tələb edib.

    Muxalifet - 3-12-2018

  19. ABŞ-da Türkiyəyə təhdid - "Ya yeni nəsil F-35 təyyarələri almalıdır, ya da..."

    Türkiyə ya Rusiyadan S-400 sistemləri, ya da ABŞ-dan yeni nəsil F-35 təyyarələri almalıdır. Ankara ikisindən birini seçməlidir.

    Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı senator Ceyms İnhofe deyib.

    Senator bildirib ki, Türkiyə F-35 proqramında qalması üçün Rusiyadan almağı planlaşdırdığı S-400 kompleksinə dair razılaşmanı dayandırmalıdır.

    Muxalifet4 - 3-12-2018

  20. Putinin gülləkeçirməz "sığınacağı"nı özü ilə Argentinaya aparıbmış

    Rusiya Prezidenti Vladimir Putinin “Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresə öz xidməti avtomobilini apardığı məlum olub.

    Belə ki, ölkə başçısının Rusiya istehsalı olan Aurus limuzini avtomobil həvəskarlarının diqqətini cəlb edib.

    Aurus limuzindən ilk dəfə yaz aylarında Finlandiyaya səfəri zamanı istifadə edən Putinin avtomobili ABŞ mətbuatının da marağına səbəb olub.

    Muxalifet4 - 3-12-2018

Pages