Axtarış

The search found 105857 results in 0.101 seconds.

Search results

  1. ​Türkiyə vətəndaşı Batumi qumarxanasına hücum etdi

    Gürcüstanın Batumi şəhərində Türkiyə vətəndaşı olduğu deyilən şəxs qumarxanada iki qadına hücum edib.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində qadınlardan biri həlak olub, digəri yaralanıb. Qadınların hər ikisinin Özbəkistan vətəndaşı olduğu bildirilir.
    Hadisəni törətməkdə şüphəli bilinən şəxs Gürcüstan polisi tərəfindən saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 24-11-2018

  2. ​ABŞ-la bağlı qorxulu proqnoz - Hesabat

    ABŞ-da müşahidə edilən iqlim dəyişikliyi insan sağlamlığına, həyat keyfiyyətinə və iqtisadi inkişafa nəzərə çarpacaq dərəcədə mənfi təsir edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat ABŞ-da yayımlanan 4-cü Milli İqlim Dəyərləndirilməsinin hesabatında qeyd edilib. Məlumata görə, iqlim dəyişikliyi ABŞ-a yüz milyarlarla dollar ziyan vuracaq.

    Muxalifet3 - 24-11-2018

  3. ​Azərbaycan ordusunda iməcilik keçirildi - Foto

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 24-də ümumordu iməciliyi keçirilib.
    Muxalifet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində ərazilər təmizlənib, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb.
     

    Muxalifet3 - 24-11-2018

  4. ​ABŞ Suriyanı yenə bombaladı: 9 uşaq qurban oldu

    ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsindəki Hacin şəhərini bombalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb. Məlumata görə, hava hücumunda 9-u uşaq olmaqla, 20 mülki vətəndaş həyatını itirib.
    Qeyd edək ki, ötən gün ABŞ koalisiyası İraqın Mosul, Suriyanın isə Deyr əz-Zor şəhərini bombalamışdı. Hücum zamanı Mosulda 10 İŞİD-çi, Deyr əz-Zorda isə 10 mülki vətəndaş ölmüşdü.
     

    Muxalifet3 - 24-11-2018

  5. ​Suriyada həbs edilənlər sərbəst buraxıldı - Türkiyə XİN

    Astana müqaviləsi çərçivəsində Suriyada həbs edilən bəzi şəxslər qarşılıqlı olaraq sərbəst buraxılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Naziriliyinin bəyanatında qeyd edilib.
    “Bu, girov götürülən, qaçırılan insanların sərbəst buraxılması, cənazələrin dəyişdirilməsi və itkin düşənlərin aqibətinin araşdırılması ilə bağlı Türkiyə, Rusiya, İran və BMT-nın iştirakı ilə yaradılan qrupun nəzdində hazırlanan pilot layihə çərçivəsində baş tutub”, - bəyanatda qeyd olunub.

    Muxalifet3 - 24-11-2018

  6. ​Hindistanda faciə: Onlarla ölü

    Hindistanın cənubunda sərnişin avtobusu kanala yuvarlanıb.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, qəza nəticəsində 30 nəfər, o cümlədən 5 uşaq həlak olub.
    Sərnişinlərdən yalnız 4 nəfəri xilas etmək mümkün olub.
     

    Muxalifet3 - 24-11-2018

  7. Koçaryanın növbəti məhkəməsi olacaq

    Ermənistanın apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın yenidən istintaqa göndərilən işinə noyabrın 27-də baxacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.
    “Noyabrın 27-də apelyasiya məhkəməsində hakim Ruben Mxitaryanın sədrliyi ilə Koçaryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs qəti imkan tədbirinin ləğvi ilə bağlı şikayətə baxılacaq”, - Arakelyan “Facebook” səhifəsində yazıb.

    Muxalifet3 - 24-11-2018

  8. ​Qurban Qurbanov: İstəmərəm oyunçu haqda bu cür söz-söhbət səslənsin

    Topaz Premyer Liqasının XII turu çərçivəsində 1:1 hesabı ilə başa çatan “Qarabağ” – “Sabah” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 
    Muxalifet.az xəbər verir ki, millinin də “sükanı arxasında” dayanan mütəxəssis qapıçı Kamran Ağayevin zədəsi barəsində son günlər yayılan fikirlərə münasibət bildirib:
    “İstəmərəm hansısa oyunçu haqda bu cür söz-söhbət səslənsin. Zədə hər bir futbolçuda ola bilər. Həkim müayinəsi etdilər. Ola bilər mikro zədə olsun, ciddi bir şey olmasın, amma futbolçu ağrılar hiss etsin. 

    Muxalifet3 - 24-11-2018

  9. ​Şahzadəyə məxsus 450 milyonluq tablo yoxa çıxdı - Foto

    Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ötən il 450 milyon dollar ödədiyi “Salvador Mundi” (Dünyanın xilaskarı) adlı tablo yoxa çıxıb.
    Muxalifet.az xəbər verir ki, məşhur rəssam Leonardo Da Vinçiyə aid olduğu deyilən tablo dünyanın ən bahalı rəsm əsəri hesab edilir.
    Salmanın Birləşmiş Ərəb Əmirliklərində yerləşən Luvr muzeyi üçün aldığı sənət əsərinin oğurlanması və ya aqibəti haqqında heç bir məlumat yoxdur.
    Bundan əvvəl tablonu sərgiyə çıxaracağını elan edən muzey məsələ ilə bağlı heç bir açıqlama verməyib.

    Muxalifet3 - 24-11-2018

  10. Ариф Алиев: Мы обязаны вернуть павшим их честные имена - Интервью

    20 ноября в Киноцентре "Низами" прошла презентация документального фильма "Bоины умирают, забываясь". Это авторская работа журналиста Арифа Алиева.

    Фильм посвящен 100-летию Азербайджанской Народной Республики и рассказывает о героизме небольшого гарнизона, вставшего на защиту независимости страны в поселке Ялама в апреле 1918 года.

    Muxalifet4 - 24-11-2018

  11. ​Şimali və Cənubi Koreya ilə bağlı araşdırma başladı - BMT

    Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası Şimali Koreyanın Cənubi Koreya ilə sərhəd bölgəsində qatar yollarının birləşdirilməsi istiqamətində araşdırılma aparılması üçün sanksiya sərbəstliyini tanıyıb.
    Muxalifet.az xəbər verir ki, qərar nəticəsində bu istiqamətdə araşdırılma aparılması üçün lazımi material və yanacaq tədarük olunacaq.
    Qeyd edək ki, Cənubi Koreynın təklifindən sonra tərəflər qatar yollarının birləşdirilməsi üçün oktaybrın sonunda araşdırmalara başlamağı, dekabrın əvvəllərində də açılış mərasimi keçirməyi planlaşdırıb.
     

    Muxalifet3 - 24-11-2018

  12. "Hökumətin mane olmaması onun ən böyük köməyidir" - ARİF ƏLİYEV

    Noyabrın 20-də "Nizami" Kino Mərkəzində jurnalist Arif Əliyevin müəllifi olduğu "Əsgərlər unudulanda ölürlər" sənədli filminin təqdimatı keçirilib. Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş filmdə 1920-ci ilin aprelində müstəqilliyimizin müdafiəsi uğrunda döyüşdə Yalama qarnizonunun göstərdiyi şücaətdən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama stansiyasında iki saat duruş gətirib və son nəfəslərinə qədər mövqelərindən çəkilməyiblər.

    Muxalifet4 - 24-11-2018

  13. ​49 illik SİRR AÇILIR - Rusiya hərəkətə KEÇDİ

    Rusiyanın “Roskosmos” dövlət korporasiyasının başçısı Dmitri Roqozin amerikalıların Ayda olub-olmadığını yoxlamağı təklif edib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Moldova prezidenti İqor Dodonla birlikdə “Rusiya kosmik sistemləri” şirkətinə baş çəkən zaman bildirib.
    “Roskosmos”un başçısının sözlərinə görə, indi dünyanın heç bir ölkəsi Ay proqramını təklikdə reallaşdıra bilməyəcək və buna görə də o, Yer kürəsinin təbii peykinin öyrənilməsində ABŞ-la əməkdaşlığa bel bağlayır.

    Muxalifet3 - 24-11-2018

  14. ​Parisdə toqquşma: "Rusiya Tudey"in jurnalistləri yaralandı - YENİLƏNDİ

    Parisdəki aksiyalar zamanı "Rusiya Tudey"in çəkiliş qrupu yaralanıb.
    Bu barədə məlumatı sputnik və "Rusiya Tudey"in baş redaktoru Maraqarita Simonyan Teleqram hesabında qeyd edib. O bildirib ki, aksiya zamanı əməkdaşları xəsarət alıb:
    "Rusiya Tudey"in çəkiliş qrupu və “Ruptly” video agentliyimizin müxbiri Fransada yanacağın qiymətinin aşağı endirilməsi ilə bağlı keçirilən aksiyada yaralandı. Operator başından yüngül xəsarət alıb. Müxbirlərimizdən biri isə yanıq xəsarətləri alıb. Digər müxbirimizin başına daş atıldı. Amma biz reportaja və canlı yayım etməyə davam edirik”.

    Muxalifet3 - 24-11-2018

  15. ​Azərbaycanlı “qanuni oğru” saxlanıldı — Belarusda

    Belarusun paytaxtı Minskdə azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Rəşad Gəncinski” kimin tanınan Rəşad İsmayılov həbs olunub.
    Muxalifet.az modern.az-a istinadən bildirir ki, noyabrın 20-də Belarus DİN-in əməkdaşları Rəşad İsmayılovla yanaşı,  cinayətkar dəstənin üzvləri olduğu ehtimal edilən daha 4 nəfəri də saxlayıb.
    Onlardan TT və Makarov tipli tapançalar, 14 ədəd güllə və narkotik maddə - həşiş götürülüb.
    Qeyd edək ki, Rəşad  İsmayılov kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamı  hesab olunur.
     

    Muxalifet3 - 24-11-2018

  16. ERMƏNİLƏR BATUMA İDDİA EDİR - "100 il əvvəl Türkiyə və Rusiya regionu Ermənistanın hesabına bölüşdürüblər..."

    Gürcüstan tərəfindən buğdanın yerüstü marşrutla Ermənistana daşınmasının qadağan edilməsi fonunda 2018-ci ilin dekabr ayının 1-dən Qafqaz-Poti-Qafqaz xətti üzrə müntəzəm bərə hərəkətinin dayandırılması ilə bağlı hadisələr Yerevanda təşvişə səbəb olub.

    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan tərəfi buğdanı nə dəniz, nə də yerüstü yollarla ala bilmir. Bu səbəbdən, ermənilər qonşularını ittiham etməkdən başqa bir yol tapmayıblar. Bundan əlavə, Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıblar.

    Muxalifet4 - 25-11-2018

  17. "Rusiya İŞİD və "Əl Qaidə"dən daha çox təhlükədir" - BRİTANİYALI GENERAL

    Britaniya silahlı qüvvələrinin baş qərargah rəisi Mark Karlton Smit (Mark Carleton-Smith) hesab edir ki, Rusiya, Britaniya və onun müttəfiqlərinə "İslam dövləti" qrupu və "Əl Qaidə" təşkilatından daha çox təhlükədir.

    O,"The Telegraph" qəzetinə müsahibəsində bildirib ki, ordusunun potensialına görə Rusiya tərəfdən təhlükə həmişə qalmaqdadır.

    Generalın sözlərinə görə, Moskva kiberməkan, kosmos və suyun altı da daxil olmaqla yeni mübarizə vasitələri hazırlamaqla Qərbdə sabitliyi pozmağa çalışır.

    Muxalifet4 - 25-11-2018

  18. Saakyanın Rusiyaya səfəri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə xələl gətirir - XİN

    Azərbaycan XİN erməni mətbuatında Dağlıq Qarabağda yaradılmış qondarma rejimin "rəhbəri"nin Rusiya Federasiyasına etdiyi səfər barədə yayılan məlumata münasibət bildirib.

    Milli.az-a XİN-in mətbuat xidmətindən bildiriblər ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

    Muxalifet4 - 25-11-2018

  19. Tramp onları güllələməyi ƏMR ETMİŞDİ: son anda...

    Meksika ABŞ tərəfinə keçmək istəyən miqrantları müvəqqəti özündə saxlamaq barədə razılaşdı.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.

    Nəşrin məlumatına görə, Meksika hakimiyyəti ABŞ prezidenti Donald Tramp administrasiyasının təklifi ilə razılaşıb. Miqrantlar onlara ABŞ ərazisində sığınacaq verilməsi barədə qərar verilənə kimi Meksikada qalacaqlar.

    Qeyd edilir ki, Ağ Ev xəbəri hələ rəsmi şərh etməyib.

    Muxalifet4 - 25-11-2018

  20. Kömür mədəninin qara fəhləsindən İNANILMAZ İDDİA: “Şah oğluyam…”

    İngiltərədə 20 ildir kömür mədənində işləyən Keyt Villiams soy ağacını araşdırarkən ağlasığmaz faktla qarşılaşıb.

    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, araşdırma nəticəsində o, Malayziyanın 33-cü sultanı İdris İsgəndər əl-Mutavakkil Əlallahi şahın oğlu olduğunu öyrənib.

    Həqiqəti bilincə 66 yaşlı Keyt ailəsi ilə münasibət qurmağa çalışdığını, amma soyuq qarşılandığını söyləyib. Taxta çıxmağa həvəs göstərməyən Keyt atasının mütləq ona miras buraxa biləcəyini düşünür.

    Muxalifet4 - 25-11-2018

Pages