Axtarış

The search found 105857 results in 0.089 seconds.

Search results

  1. “Ağdam, Füzuli bizimdir, Bakını sonraya saxlamışıq” – Ermənistandan AÇIQLAMA - VİDEO

    Erməni jurnaslist Zakaryan azərbaycanlıları hədələyib.
    Muxalifet.az A24.Az-a istinaden xəbər verir ki, dəfələrlə jurnalist adına yaraşmayan qalmaqallarda adı hallanan Zakaryan yenidən kamera önünə keçib. O, Azərbaycan qəbirstanlığını nişan verərək, orda dəfn olunanların ermənilərə qarşı vuruşan şəxslər olduğu deyib.

    Muxalifet - 24-11-2018

  2. ​Bakıda QƏTL: Qadın ərini öldürdü

    Bakıda ər arvadı tərəfindən qətlə yetirilib. 
    Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 
    Belə ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.

    Muxalifet - 24-11-2018

  3. Azadlıq həbsxanası

    Park Hayın 28 yaşı var və bir ofisdə işləyir. O, Cənubi Koreyanın şimal-şərqindəki Honqçeon şəhərində yerləşən saxta həbsxanada özünün bir günlük həbsi üçün 90 ABŞ dolları ödəyib.
     
    "Mən heç nə eşidə bilmirəm. Bura çox sakitdir və mən özümə fokuslana bilirəm. Həbsxana mənə azadlıq hissin bəxş edir. Gülməlidir." - deyə, Park bildirib
    Həbsxana mənə azadlıq hissin bəxş edir.

    Muxalifet3 - 24-11-2018

  4. Döyülən məktəb direktoru Facebook-dan müraciət etdi

    Tural Mirzəliyev: “Cavab verə bilməyəcəyim sual yoxdur”
     
    Xəbər verdiyimiz kimi, 175 saylı məktəbin direktoru Tural Mirzəliyevlə aktyor-rejissor Rza Rzayev arasında baş verən insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

    Muxalifet3 - 24-11-2018

  5. Gürcüstanı qulyabanı zəbt edib – Saakaşvili

    15 il əvvəl gürcü xalqı əsl möcüzə törətdi. İnqilabın 15 illiyində Gürcüstana yenidən qulyabanı sahib olub.
     
    Bunu Feysbuk vasitəsilə videomüraciətində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
    “Hər kəs düşünürdü ki, Şevardnadze məbluğedilməzdir, bu sistem daimidir, bizim ölkənin uğur qazanması üçün heç bir perspektivi yoxdur. O zaman xalq bu ümidsizliyi keçərək, ölkəni azad etdi. Qızılgül inqilabı Gürcüstanı dünya xəritəsinə qaytardı. Gürcüstan dünyanın birinci islahatçısı oldu, inkişafı başladı və gürcülərin vətənə dönüşünə start verildi.

    Muxalifet3 - 24-11-2018

  6. Paşinyan İrəvanda yürüşə başladı - Canlı yayım

    Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda genişmiqyaslı yürüyüşə başlayıb.
     
    Yürüş Nor Nork rayonundan başlayıb. Yürüşdə Paşinyanla bərabər hökumət üzvləri də iştirak edirlər.

    Muxalifet3 - 24-11-2018

  7. Kreml gürcü deputatları Moskvaya topladı: Tiflis qarışdı

    Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının nümayəndələri Moskvaya səfər ediblər.
     
    Nümayəndə heyətinin tərkibində deputatlar Ada Marşaniya və Georgi Lomiya yer alıb. Onların Kremlin təşkil edəcəyi konfransda iştirakı nəzərdə tutulub. Məlumata görə, Kreml gürcü deputatlarla bərabər qondarma Abxaziya və Cənubi Osetiya nümayəndələrini də Moskvaya dəvət edib.
    Gürcü müxalifəti, xüsusilə də, Avropa Gürcüstanı Partiyası bu səfəri sərt tənqid edib. Partiya bu səfərin ölkənin milli maraqlarına zidd olduğunu bildirib:

    Muxalifet3 - 24-11-2018

  8. Xankəndində rəzalət: “qrup seks” faktının ŞOK TƏFƏRRÜATI

    Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi birləşməsinin əsgərinə cinsi təcavüz edilməsi faktının təfərrüatı məlum olub.
     
    Hadisə Xankəndində yerləşən hərbi hissədə baş verib.
    Məlum olub ki, hərbi hissənin İrəvandan olan əsgəri K.-ya qarşı cinsi zorakılıq hərbi xidmətinin ilk günlərindən başlayıb. Zabit G. öz yoldaşları ilə birlikdə dəfələrlə əsgəri zorlayıb. Zorakılıq zabitin “qrup seks” niyyəti altında baş verib.
    Maraqlıdır ki, fakt əsgərin anasına hələ yanvar ayından məlum olub.

    Muxalifet3 - 24-11-2018

  9. ​Nazirdən GÖZLƏNİLMƏZ SÖZLƏR: “Əgər arvadınızdan şübhəniz varsa…”

    “Əgər sizin hansısa probleminiz yaranıb, yaxud arvadınızla bağlı şübhələriniz varsa, siz birbaşa ona müraciət edirsiniz, kütləvi informasiya vasitələrinə yox”.
    Muxalifet.az teleqraf.com-a istinadn xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun bu yaxınlarda keçirilən “Trident Juncture” adlı hərbi təlimləri zamanı Moskvanın GPS sisteminin işinə müdaxilə etməsinə dair Finlandiya və Norveçin ittihamına münasibət bildirərkən belə deyib.

    Muxalifet - 24-11-2018

  10. Hadisə dekolteli FOTOSU ilə GÜNDƏM OLDU

    Türkiyəli müğənni Hadisə sosial hesabında paylaşdığı dekolteli şəkli ilə göz qamaşdırıb.
    Cəsur paylaşımları ilə gündəmdən düşməyən müğənni Hadisənin bu şəkli də müzakirələrə səbəb olub.
    Hadisənin şəklinə izləyiciləri “Hadisə xanım gözəlliyinizlə gözlərimi qamaşdırdınız”, “Tam adına uyğun bir paylaşım olub”, “Bu qadının tezliklə sevgili tapması lazımdı, diqqətsizlikdən nə edəcəyini bilmir” şərhləri yazıblar.

    Muxalifet - 24-11-2018

  11. ​ŞOK İDDİA: Antarktidanın buz qatının altında...

    Antarktidanın şərq hissəsi qalın buzlarla örtülüdür. Bəzi alimlər iddia edirlər ki, nəhəng buz qatının altında “donmuş tektonik blok” yerləşir ki, bu kütlə geoloji baxımdan digər qitələrlə həmcins olması ilə fərqlənir. Lakin kosmik peyk vasitəsilə əldə edilən məlumata görə, Şərqi Antarktidanın həqiqətən qitələrin qalıqları üçün bir “qəbiristanlıq” olduğu qənaəti yaranıb. Alimlər planetin ən cənub qitəsinin 3D formatında tektonik xəritəsini tərtib ediblər və məlum olub ki, buz qatlarının altında qədim superqitənin qalıqları var.

    Muxalifet - 24-11-2018

  12. ​DİM imtahan nəticələrini açıqladı

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
    Muxalifet.az DİM-ə istinadən xəbər verir ki, imtahana qeydiyyat oktyabrın 29-dan noyabrın 23-dək aparılıb və bu müddət ərzində 59 namizəd qeydiyyatdan keçib.

    Muxalifet - 24-11-2018

  13. ​Maşınla vurulan piyada xəstəxanada öldü

    Noyabrın 23-də saat 20 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Əjdər Quliyev vurulub.
    Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Goranboy RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

    Muxalifet - 24-11-2018

  14. İsraildən təəccübləndirən “Osmanlı” etirafı!

    İsrailin “Haaretz” qəzetində yayımlanan analizdə, Orta Şərqdə sülhü və əmin-amanlığı təmin edən son birləşdirici qüvvənin Osmanlı olduğu bildirilib.
     
    Birinci və ikinci Dünya Müharibəsindən sonra Orta Şərqdə heç vaxt sülh bərqərar olmadığı qeyd edilən yazıda, Osmanlı dövlətinin əhəmiyyətindən də bəhs edilib.
     
    ORTA ŞƏRQDƏ SÜLHÜ TƏMİN EDƏ BİLƏN YEGANƏ QÜVVƏ
     

    Muxalifet3 - 24-11-2018

  15. ​Badamdarda sürüşmə zonasında gərginlik davam edir

    Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunur. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

    Muxalifet - 24-11-2018

  16. Xaricdə təhsil adı ilə 150 nəfərin pulu və pasportu yoxa çıxdı - BAKIDA NÖVBƏTİ QALMAQAL

    Xarici ölkələrdəki ali məktəblərə imtahansız qəbul, müxtəlif ixtisasartırma kursları vəd edən və vətəndaşları aldadan təhsil mərkəzlərinin birindən - “Levelend” xaricdə təhsil mərkəzindən virtualaz.org-a çoxsaylı şikayət daxil olub.

    Şikayətçilərin sözlərinə görə, təhsil mərkəzi ilə müqavilə bağlanıb, pul və sənədlər verilib, lakin mərkəz vədinə əməl etməyib.

    Muxalifet - 24-11-2018

  17. ​Rafiq Tağının qətli ilə bağlı işdə yenilik varmı?

    "Tezliklə yazıçı-jurnalist Rafiq Tağının işi ilə bağlı Avropa Məhkəməsinin qərarının elan edilməsi gözlənilir".
    Bu sözləri bıçaqlanmasından bir neçə gün sonra, 2011-ci il noyabrın 23-də xəstəxanada vəfat etmiş Rafiq Tağının vəkillərindən Rəşid Hacılı AzadlıqRadiosuna açıqlamasında bildirib.
    Mərhum yazıçı-jurnalistin hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində Rəşid Hacılı ilə yanaşı, Böyük Britaniyadan olan bir neçə vəkil də qoruyur.

    Muxalifet - 24-11-2018

  18. ​Türkiyədə "Lotu Quli" barədə qərar verildi

    "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov bu gün azadlığa buraxılıb.
    Muxalifet.az missiya.az-a istinadən bildirir ki, "Lotu Quli"nin yaxın ətrafından verilən məlumata görə, İstanbulda saxlanıldığı müddət ərzində Nadir Səlifov barədə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində onun Türkiyədə qalmasında heç bir qeyri-qanuni halın olmadığı müəyyən edilib. Ona görə də Nadir Səlifov bundan sonra da Türkiyə ərazisində yaşaya biləcək. Onun sərbəst buraxılması barədə qərar bir neçə saat əvvəl çıxarılıb.

    Muxalifet4 - 24-11-2018

  19. ​Etirazçılar prezidenti istefaya səsləyir - Polis gözyaşardıcı qazdan istifadə etdi - FOTO

    Fransanın paytaxtı Parisdə polis Yelisey prospektində keçirilən nümayişin iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, polis etirazçıların Konkord meydanında onlar üçün bağlı olan zonaya yaxınlaşmasından sonra bu addımı atıb.
    "Sarı jilet" adlı hərəkat Parisin mərkəzində kütləvi etiraz aksiyası keçirir. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər. Aksiyada iştirak edən minlərlə insan Prezident Emmanuel Makronu istefaya səsləyir.

    Muxalifet4 - 24-11-2018

  20. Ruhanidən Səudiyyəyə mesaj: “Bizdən deyil, super güclərdən qorxun”

    İran prezidenti Həsən Ruhani, Səudiyyə Ərəbistanına müraciət edərək, "Səudiyyə Ərəbistanı xalqının maraqlarını terrorizm, regional düşmən və super güclərə qarşı bütün gücümüzlə müdafiə etməyə hazırıq. Bunun üçün sizdən 450 milyard dollar da istəmirik. İrandan qorxmayın, super güclərdən qorxun. Biz sizinlə qardaşıq" deyib.
     
    İran prezidenti Həsən Ruhani, Səudiyyə Ərəbistanı ilə münasibətlərinə də toxunaraq, Məkkə və Mədinədəki Müsəlmanları qardaşları kimi gördüklərini ifadə edib.
    Ruhani, bunları qeyd edib:
     

    Muxalifet3 - 24-11-2018

Pages