Axtarış

The search found 105857 results in 0.121 seconds.

Search results

  1. Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı - FOTO

    Azərbaycan Yazıçılar Birliyinin qərərgahında yerləşən “26” - “Twenty six” kafesi başqa adda fəaliyyət göstərəcək. 

    Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Unikal.org-a açıqlama verib.

    Onun sözlərinə görə, rəhbərliyin yeni qərarına əsasən, sözügedən obyekt bundan sonra da restoran-kafe kimi fəaliyyət göstərəcək. 

    Restoran-kafenin adı isə “13 CLUB”dur. 

    Muxalifet4 - 24-11-2018

  2. ​Ancelina Coli ÇƏTİN VƏZİYYƏTDƏ - Borc içində üzür...

    Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli çətin günlər yaşayır. 
     
    Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, o, 25 milyon dollarlıq qonorarını ala bilmək üçün “Malifesenta-2” filminin çəkilişlərinin başa çatmasını səbirsizliklə gözləyir.
     
    Aktrisanın vəsaitinin tükəndiyi bildirilir. Ancelina Colinin yaratdığı və başçılıq etdiyi xeyriyyə fondu müxtəlif təşkilatlara milyonlarla dollar borcludur.
     

    Muxalifet4 - 24-11-2018

  3. Azərbaycan vətəndaşı "Gold Star"la yaxalandı - GÜRCÜSTANDA

    Gürcüstanın Kvemo Kartli bölgəsində qanunsuz olaraq odlu silahın alınması, saxlanılması və daşınması ilə bağlı üç nəfər saxlanılıb. Muxalifet.az Report-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlardan ikisi əvvəllər məhkum olunmuş Gürcüstan, biri isə 1959-cu il təvəllüdlü N.V. adlı Azərbaycan vətəndaşıdır. Üzərlərinə şəxsi axtarış keçirilən zaman Gürcüstan vətəndaşlarından "Korovin" tipli tapança, digər odlu silah və çoxlu sayda patronlar, Azərbaycan vətəndaşından isə "Gold Star" tipli tapança müsadirə olunub.

    Muxalifet4 - 24-11-2018

  4. ŞOK AÇIQLAMA: 15 gün sonra Qarabağda DÖYÜŞ BAŞLAYIR

    Ermənistanda “Sasna srer” partiyası növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağda separatçı rejimi dəyişdirməyi planlaşdırır.
     
    Publika.az xəbər verir ki, bu barədə partiyanın lideri, keçmiş Qarabağ döyüşçüsü Jirayr Sefilyan deyib.
     
    Sefilyan qeyd edib ki, Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyana “yol xəritəsi”ni təqdim ediblər: “Biz Saakyana danışıqlar masasına əyləşməyi və hakimiyyəti sarsıntılar olmadan təhvil verməyi təklif etdik”.
     

    Muxalifet4 - 24-11-2018

  5. “Sıxıntı yoxdu, bu cəzanı çəkərik" - Bacısının sevgilisi ilə intim görüntülərini izləyən gənc DƏHŞƏT SAÇDI

    Bacısının uyğunsuz görüntülərini görən gənc onu və sevgilisini vurdu.

    Hadisə Türkiyənin Samsun şəhərində yaşanıb.

    19 yaşlı Caner. Ş. 22 yaşlı bacısı Cansel.Ş və sevgilisi Samet.B-ni yaralayandan sonra hadisə yerindən qaçıb. Noyabrın 16-da bir gəncin səbəbi bilinməyən mübahisə zəminində bacısı və onun sevgilisini silahla vurması ilə bağlı xəbər yayılıb.

    Muxalifet4 - 24-11-2018

  6. Direktor oğlu özündən 8 yaş böyük olan müəlliməni öldürdü - SEVGİLİ İDİLƏR...

    19 yaşlı gənc 27 yaşlı sevgilisinə işgəncə verərək öldürüb.

    Rusiyada baş verən bu hadisəni eşidənlər dəhşətə gəlir.

    27 yaşlı ingilis dili müəllimi Anastasiya Krolenko məktəb direktorunun oğlu ilə sevgili olub. Lakin bir müddət əvvəl 19 yaşlı gənc Dmitri Ribalçenko müəllimi maşını ilə çay kənarına aparıb.

    Muxalifet4 - 24-11-2018

  7. ​Neftin qiyməti 59 dollardan da aşağı düşdü

    Cümə günü London birjasında hərrac zamanı Brent markalı neftin bir barrelinin qiyməti 59 dollardan aşağı düşüb.
     
    Bloomberg-in məlumatına görə, qiymətlər 2018-ci il oktyabrın birinci yarısında kəskin şəkildə düşməyə başlayıb.
    Hələ oktyabrın əvvəllərində Brent-in bir barelinin dəyəri 82 dollardan, WTI markalı neftin qiyməti isə 73 dollardan yuxarı çıxmışdı.

    Muxalifet4 - 24-11-2018

  8. Oksana övladının atasından danışdı - "Türkiyədə yaşayır..."

    Rəqqasə Oksana Rəsulova ilk dəfə həyat yoldaşından danışıb.
    Axşam.az-ın verdiyi məlumata görə, sənətçi "Zaurla Günaydın"da deyib ki, əri Türkiyədə yaşayır. Ana olduqdan sonra kökələn Oksana ərinin onu hər halı ilə bəyəndiyini deyib:
    "Əsas odur bu halımı o, bəyənir. İstəmir efirdə adı çəkilsin. Türkiyədə yaşayır, azərbaycanlıdır. Bizneslə məşğuldur. Sonuncu dəfə Bakıya 1 ay bundan əvvəl gəlib. Vaxt gələndə hamı onu görəcək".
    Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Rəqqasə övladına Osman adını qoyub.

    Muxalifet4 - 24-11-2018

  9. Hamilə qadınlar bu xəbəri mütləq oxusun - QƏHVƏ VƏ ÇAY...

    İrland alimlərinin yeni tədqiqatının nəticələri “American Journal of Clinical Nutrition” jurnalında dərc edilib.
    Nəticələrə əsasən, hamilə qadınlara çay və qəhvə içmək olmaz. Çünki çay və qəhvənin tərkibində olan kofein hamilə qadınlarda dölün çəkisinin azalmasına səbəb olur.

    Muxalifet4 - 24-11-2018

  10. Zərdab sakini 4 ilə kombi hazırladı, YANACAĞA ÇOX QƏNAƏT EDİR - Video

    Zərdab sakini öz ideyası əsasında kombi hazırlayıb.
    Kombi həm çox az qaz sərf edir, həm də suyu tez qızdırır.

    Zərdab rayon sakini 62 yaşlı İsa Məmmədov ixtisasca qaynaqçıdır. O, qənaətlə işləyən kombini düzəltmək üçün 4 il vaxt sərf edib. Hazırladığı kombidə mis boru və dəmirlərdən istifadə edib.

    Usta ilk əl işini əvvəlcə öz evində sınaqdan keçirib.

    Onun hazırladığı kombi ay ərzində 8-10 manat arasında qaz yandırır. Aparat elə quraşdırılıb ki, isitmə sahəsi böyüdükcə güc düşmədən çalışır.

    Muxalifet4 - 24-11-2018

  11. Bakıda arvad ərini qətlə yetirdi - VİDEO

    Bakıda ər arvadı tərəfindən qətlə yetirilib.
    Belə ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.

    Muxalifet4 - 24-11-2018

  12. Zabit Səmədov rəqibindən danışdı: "Əlləri çox güclüdür"

    Xəbər verdiyimiz kimi, dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov "Axmat” Döyüş Şousunda rusiyalı idmançı Yevgeni Orlovla döyüşəcək.
    Oxu.az bu barədə tanınmış idmançımızın fikirlərini öyrənib. Səmədov rəqibinin üstün cəhətini açıqlayıb: "Rəqibim əvvəl Kikboksinqin K-1 versiyası üzrə döyüşüb. İndi boksla məşğuldur. Amma bu döyüş K-1 versiyası üzrə keçiriləcək. Boksçu olduğundan, əlləri daha güclüdür. Mən isə ona ayaqlarımla zərbələr vurmağa, onu yorub məğlub etməyə çalışacağam”.

    Muxalifet4 - 24-11-2018

  13. Avropa ABŞ-ın əsirinə çevrilir - Lavrov

    ABŞ Rusiyanın Avropadakı sərhədlərində təhlükəli hərbi fəaliyyət aparır.
    Muxalifet.az xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Portuqaliyanın “Publika” qəzetində dərc olunan məqaləsində yer alıb.
    Onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizliyi ABŞ-ın bu siyasətinin əsirinə çevrilir.
    O, Ukrayna böhranının ABŞ-ın və onun həmfikirlərinin geosiyasi oyunlarının, AB bürokratiyasının korluğunun nəticəsi olduğunu bildirib:

    Muxalifet3 - 24-11-2018

  14. ​Rusiya üçün pis proqnoz: İqtisadi artım azalacaq

    Rusiyanın ümumdaxili məhsulunun artımı gələn il 1,8%-dən 1,3%-ə qədər zəifləyəcək.
    Muxalifet.az  xəbər verir ki, bu proqnozu Rusiyanın Ali İqtisadiyyat Məktəbinin iqtisadçıları veriblər.
    Proqnoza əsasən, 2020-ci ildə ÜDM-nin artımı 1,6%, 2021-ci ildə 1,9% olacaq. İqtisadi artımın azalmasına əsas səbəb neft qiymətlərinin azalması, ixrac artımının zəifləməsi, sanksiyalara adaptasiya, daimi büdcə qaydalarına keçid, vergi güzəştlərinin artırılmasının olacağı vurğulanıb.
     

    Muxalifet3 - 24-11-2018

  15. ​Bakıda türk alimə mükafat verildi

    22-24 noyabr 2018-ci il tarixində Bakı Avrasiya Universiteti, Hacəttəpə Universiteti və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə müstəqilliyin 100-cü ildönümündə “Azərbaycan-Türkiyə Dil və Mədəni Əlaqələri” adlı Beynəlxalq Simpoziumu keçirilib.
     
    Muxalifet.az xəbər verir ki, simpoziumda bir sıra dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm adamları, o cümlədən, Türkiyənin bir neçə universitetlərindən və təhsil qurumlarından professor-müəllim heyəti, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

    Muxalifet3 - 24-11-2018

  16. ​SON DƏQİQƏ: Azərbaycanlı tanınmış vəfat etdi - VİDEO

    Tanınmış sosioloq, televiziya mütəxəssisi Əli Əliyev vəfat edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ə.Əliyev bir çox sosial layihələrin təşkilatçısı, eləcə də televiziya üzrə mütəxəssis olub. O, ötən gecə dünyasını dəyişib.
    Allah rəhmət eləsin.

    Muxalifet3 - 24-11-2018

  17. ​Su-57 hərbi təyyarəsinin sinxron görüntüləri də yayıldı - Video

    Rusiyanın 5-ci nəsil çoxfunksiyalı Su-57 hərbi təyyarəsinin enişinin sinxron görüntüləri yayımlanıb.
    Muxalifet.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə məxsus "Zvezda" televiziyası iki Su 57 hərbi təyyarəsinin hava bazasına enişini əks etdirən görüntüləri yayımlayıb. Yeni görüntülərdə təyyarənin eniş zamanı əyləc paraşütlərindən də istifadə etdiyi əks olunub.
    Qeyd edək ki, quru və dənizdəki hədəfləri və hava komandanlığının alt mərkəzlərini məhvetmə qabiliyyətinə malik olan təyyarənin 2019-cu ildə Rusiya Hava-Kosmos Qüvvələrinə təslim edilməsi nəzərdə tutulub.
     

    Muxalifet3 - 24-11-2018

  18. "Qəbələ" səfərdən qələbə ilə qayıdır

    Noyabrın 24-də Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.
    Muxalifet.az xəbər verir ki, turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da “Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), “Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.

    Muxalifet3 - 24-11-2018

  19. ​ABŞ İŞİD-dən bu məqsədlə istifadə edir - Lavrov

    ABŞ İŞİD-dən Suriyada Bəşər Əsəd rejimini devirmək üçün istifadə edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, ABŞ-ın Suriya ilə bağlı əsas məqsədlərindən danışıb:
    “ABŞ Dövlət Katibliyi İŞİD-in məğlub edilməsi üçün əsas şərtin Suriyada iqtidar dəyişikliyi və bütün iranlı və İran tərəfdarı qüvvələrin ölkədən çıxarılması olduğunu açıqlayıb. Bu, İŞİD-in Suriya iqtidarı ilə mübarizədə az qala müttəfiq olduğuna dair uzaqgörənliyimi təsdiqləyir. Əsas hədəfləri iqtidarı dəyişdirməkdir”.

    Muxalifet3 - 24-11-2018

  20. ​İŞİD bu yolla yeni tərəfdarlar cəlb etməyə çalışır

    İŞİD terror təşkilatı əvvəllər ələ keçirdiyi ərazilərin demək olar ki, hamısını itirib, lakin bu təşkilat internet məkanında bütün dünyadan yeni tərəfdarlar cəlb etmək üçün səylərini hələ də davam etdirir.

    Muxalifet3 - 24-11-2018

Pages