Axtarış

The search found 105857 results in 0.174 seconds.

Search results

  1. ​Demi Roz dərin yarıqlı libası və sinə dekoltesi ilə valeh etdi - FOTO

    Tanınmış model Demi Roz ötən gecə dəbdəbəli bir tədbirdə iştirak edib.
    Açıq-saçıq fotoları ilə gündəm yaradan model bu dəfə də sinə dekolteli, dərin yarıqlı libası ilə diqqətləri cəlb edib.
    Londonda fotoqrafların kameralarına tuş gələn modelin tədbirdən sözügedən fotolarını təqdim edirik:/Open.az 

    Muxalifet - 22-11-2018

  2. ​Ruhi xəstəxana polis tərəfindən nəzarətə götürülüb - Şotlandiyada

    Şotlandiyanın Er şəhərindəki ruhi xəstəxananın tibb bacısı iş yerinin qarşısında naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, xəstəxana polis tərəfindən mühasirəyə alınıb, hadisə yerinə polis helikopteri cəlb edilib.
    Həmçinin yerli səhiyyə qurumundan bildiriblər ki, yaxınlıqdakı universitet xəstəxanası da polisin nəzarətindədir.
    Hadisəni törədən şəxs və səbəbləri barədə məlumat verilmir.

    Muxalifet - 22-11-2018

  3. “Həmas” İsrail casuslarını ifşa etdi: BÖLGƏYƏ SIZMALARINI ƏNGƏLLƏDİ

    İsrailin kəşfiyyat təşkilatı Mossad-ın Qəzzanın Hanyunus bölgəsinə sızmağa çalışdığını, ancaq uğursuz olduğunu ortaya qoyan “Həmas”, Fələstinli cildinə girərək Qəzzaya girməyə çalışan İsrail casuslarını ifşa edib.
     
    İsrail casuslarının Qəzzaya sızma təşəbbüsünü əngəlləyən “Həmas”, Mossad casuslarının fotoşəkillərini dərc edib.
    Bəziləri qadın cildinə girən İsrail əsgərləri 11 noyabrda “Həmas” liderlərinə sui-qəsd üçün Qəzzaya sızıb.
     
    Tezliklə tapacağıq
     

    Muxalifet3 - 22-11-2018

  4. ​Parlamentdə futbul oynayan deputatlar töhmət aldı - VİDEO

    Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Con Berkou parlamentin aşağı palatasının iclas zalında futbol oynayan qadın deputatlara töhmət verib. Azvision.az “Daily Mail”ə istinadən xəbər verir ki, 5 deputat parlamentarilərin qadınlardan ibarət futbol komandası üçün oynamalı idilər.

    Muxalifet - 22-11-2018

  5. Terrorçuluğu maliyyələşdirən şəbəkənin üzvləri həbs olundu - DTX-dan ƏMƏLİYYAT - FOTOLAR

    Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə DTX-nın İctimai əlaqələr şöbəsi məlumat yayıb.

    Muxalifet - 22-11-2018

  6. ​35 yaşlı azərbaycanlı müğənni NƏNƏ OLDU - FOTO

    Müğənni Sabina Selcan 35 yaşında nənə olduğunu etiraf edib.
    35 yaşlı ifaçı "Hər şey daxil" verilişinin qonağı olub. O, verilişdə etiraf edib ki, 14 yaşı olarkən ilk həyat yoldaşı tərəfindən qaçırılıb. Müğənni verilişin aparıcısı Tarix Əliyevin "Övladın varmı?" sualına "Var, hətta qızım ərə gedib. Nəvəm də var! Mən nənəyəm", - deyə cavab verib. O, bu açıqlaması ilə hər kəsi şoka salıb.
    Qeyd edək ki, S.Selcan ikinci dəfə türk vətəndaşı ilə ailə həyatı qurub./Publika.az 

    Muxalifet - 22-11-2018

  7. Niyə Azərbaycan “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumuna dəvət olunmayıb?

    Dekabrın 10-12-də Tbilisidə Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Proqramı Vətəndaş Cəmiyyəti Forumunun X illik toplantısı keçiriləcək.

    KİV-in məlumatına görə, Azərbaycan hökumət nümayəndələri Foruma dəvət olunmayıblar. Halbuki, tədbirdə digər "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət nümayəndə heyətlərinin iştirakı planlaşdırılıb.

    Muxalifet4 - 22-11-2018

  8. Terrorçulara maliyyə daşıyan azərbaycanlılar həbs edildi - DTX-dan AÇIQLAMA

    Suriyada Birləşmiş Millətlər Təşkilatının terror təşkilatı saydığı bilrliklərin tərkibində terror aktları törədən şəxslərin maliyyə mənbələrinin aşkar edildiyi bildirilir.

    Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında yazılır.

    DTX-nın açıqlamasına görə, bu qurumda Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə cinayət işi başlanılıb və istintaq-əməliyyat tədbirləri aparılır.

    Muxalifet4 - 22-11-2018

  9. Bu yolda sürət həddi endirildi

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.
    Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Muxalifet3 - 22-11-2018

  10. ​Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı - Ciddi nöqsan

    Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova işdən çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən rayon Təhsil şöbəsində araşdırmalar aparılıb və ciddi nöqsanlar aşkarlanıb.
    X.Rüstəmovanın da məhz bu səbəbdən vəzifəsindən kənarlaşdırıldığı bildirilir.
     

    Muxalifet3 - 22-11-2018

  11. ​Xarici attaşelər Azərbaycanda hərbi hissəni ziyarət etdi

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, 17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunduqdan sonra onlar ərazi ilə tanış olublar.
     

    Muxalifet3 - 22-11-2018

  12. ​Türkiyədən xəbərdarlıq: Həmin an cavabını verəcəyik!

    Şərqi Aralıqda Şimali Kipr Türk Cümhuriyyətinin, ölkəmizin mənafeyinə zidd istənilən addıma qarşı Türkiyə həmin an lazımi tədbirlər görəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
    “Dənizdəki haqq və mənfəətlərimizidən bir qarış belə geri çəkilməyəcəyimizi bütün dünya bilməlidir”, - deyə baş nazir bildirib.
     

    Muxalifet3 - 22-11-2018

  13. ​Nazirlər Kabinetində qaçqınlarla bağlı iclas...

    Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib.
    Muxalifet.az xəbər verir ki, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.

    Muxalifet3 - 22-11-2018

  14. ​Türkiyə və Avropa İran barədə razılaşdı

    Türkiyə hökuməti ilə Avropa İttifaqı (Aİ) İranla bağlı razılıq sazişi imzalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
    Razılaşmada sanksiyaların ləğvi nəticəsində İranın yararlandığı iqtisadi faydaların davam etdirilməsinin vacibliyi vurğulanıb.
    Tərəflər arasındakı razılaşma "Türkiyə-Avropa İttifaqı Ali Səviyyəli Siyasi Dialoq Toplantısı"nda imzalanıb.
     

    Muxalifet3 - 22-11-2018

  15. ​Abel Məhərrəmovun varidatının SIYAHISI - Ağlagəlməz rəqəmlər

    Muxalifet.az xəbər verir ki, Azpolitika.info siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırova istinadən Abel Məhərrəmova aid olduğu iddia edilən mülk, villa və bahalı maşınların siyahısını yayıb.
    Həmin siyahını təqdim edirik:
    1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.

    Muxalifet3 - 22-11-2018

  16. ​Rus professor ABŞ-ın Suriya qərarını şərh etdi

    ABŞ Suriyanın şimalında müşahidə məntəqələri yaratmaqla bu ölkədə hərbi təsirini qorumağı hədəfləyir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı professor Vladimir Batyuk deyib.
    “ABŞ hərbi qüvvələrinin Suriya hökumətinin icazəsi olmadan bu ölkədə mövcudluğu onsuz da beynəlxalq hüquqa ziddir. ABŞ bu ərəb ölkəsində nəyin bahasına olursa-olsun varlığını qorumağa çalışır”, - deyə professor bildirib.
    Qeyd edək ki, dünən Pentaqon rəhbəri Türkiyənin narahatlıqlarından dolayı Suriyanın şimalında müşahidə məntəqələrinin yaradılacağını açıqlamışdı.
     

    Muxalifet3 - 22-11-2018

  17. ​Zaxarova Nəsimi və Nizami ilə bağlı tədbirlərdən danışdı

    Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Moskva Dövlət Universitetində (MDU) böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şərəfinə silsilə tədbirləri, eləcə də Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Azərbaycan şairi Nizaminin poemaları əsasında “Yeddi gözəl” sərgisinin açılışını Rusiya-Azərbaycan humanitar əməkdaşlığında müsbət hadisə adlandırıb.
    Muxalifet.az-ın məlumatına görə, bunu rusiyalı diplomat "Vestnik Kafkaza"nın sorğusunu cavablandırarkən bildirib.

    Muxalifet3 - 22-11-2018

  18. ​Yaxın zamanda biz bunu görəcəyik - İlham Əliyev

    Yaxın vaxtlarda Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik.
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

    Muxalifet3 - 22-11-2018

  19. ​Tramp Meksikanı təhdid etdi: Sərhədi bağlayacağıq

    Qeyri-qanuni miqrasiya axınından dolayı Meksika sərhədini bağlaya bilərik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    “Əgər biz nəzarəti itirəndə müəyyən işlərin bəlli səviyyəyə çatdığını görsək, o zaman sərhədi bir müddət bağlayacağıq. Bütün sərhədi... Meksika avtomobilləri ABŞ-a göndərə bilməyəcək”, - deyə Ağ Ev rəhbəri bildirib
     

    Muxalifet3 - 22-11-2018

  20. ​Fransadan Səudiyyəyə zərbə - Qaşıqçı cinayəti

    Fransa hökuməti jurnalist Camal Qaşıqçının öldürülməsindən dolayı Səudiyyə Ərəbistanının 18 vətəndaşına səyahət qadağası tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilib.
    Nazirlik davam edən araşdırma müddətində yeni sanksiyaların da tətbiq ediləcəyini istisna etməyib.
     

    Muxalifet3 - 22-11-2018

Pages