Axtarış

The search found 105857 results in 0.134 seconds.

Search results

  1. ​Qəhrəmanlarımız haqqında türkcə məqalələr yaradılır

    Türk dilində olan “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktə olunması prosesi bu işə daha çox könüllünün qoşulması nəticəsində sürətlənir.
    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resursları şöbəsinin müdiri Elnur Eltürk məlumat verib.

    Muxalifet3 - 21-11-2018

  2. ​Trampın bu planı vaxt itkisidir - İsrail

    ABŞ-ın aylardır üzərində çalışdığı, amma nə zaman hazır olacağı bəlli olmayan Prezident Donald Trampın əsrin müqaviləsi kimi də dəyərləndirdiyi sülh planı vaxt itkisidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Ədliyyə naziri Ayaled Şaked bildirib.
    Fələstin və İsrail arasında sülhün təmin edilməsinin mümkünsüz olduğunu deyən Şaked Trampa fələstinlilərlə məxrəcə gələnə qədər enerjisini başqa şeylərə sərf etmək barədə çağırış edib.

    Muxalifet3 - 21-11-2018

  3. ​Korrupsiya ilə bağlı memorandum imzalandı - Foto

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ixtisaslaşmış orqanları ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirir.

    Muxalifet3 - 21-11-2018

  4. ​Şok: Neftin qiyməti belə olarsa, Rusiya iqtisadiyyatı...

    Neftin bir barrelinin qiyməti 35 dollara düşərsə, Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib.
    O bildirib ki, risk ssenarisinə görə 2019-cu ildə neftin bir barrelinin qiyməti 35 dollara düşə bilər: “Əgər bu reallaşarsa sanksiyaların da təsiri ilə 2019-cu ildə Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar”.

    Muxalifet3 - 21-11-2018

  5. ​Ukraynaya güvənə bilmərik, artıq Türkiyədən daşınacaq - Rus ekspert

    Rusiya təbii qazı heç vaxt təzyiq vasitəsi kimi istifadə etmədi.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Viktor Nadein-Rayevski çıxış edib.

    Muxalifet3 - 21-11-2018

  6. ​Türk dövlətləri İzmir Bəyannaməsini qəbul etdi

    Noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib.
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub.

    Muxalifet3 - 21-11-2018

  7. ​Rusiya orduda dövlət sirlərini belə qoruyacaq

    Rusiya Müdafiə Nazirliyi dövlət sirlərinin qorunması məqsədilə ordunun bütün mərhələlərində internetdə məcburi davranış dərsinin keçirilməsini təşkil edəcək.
    Muxalifet.az xəbər verir ki, məcburi keçiriləcək dərslər gələn ildən baş tutacaq.
    Rus ordusunun bütün nümayəndələrinin iştirak edəcəyi dərslərdə internetdə paylaşılan məqamlar, sosial medianın etibarlı bir şəkildə necə istifadə ediləcəyi, əcnəbilərə hansı məlumatların veriləcəyi və ya verilməyəcəyi barədə təhsil veriləcək.
     

    Muxalifet3 - 21-11-2018

  8. ​"ABŞ bununla Türkiyə-Rusiya əlaqələrinə təsir etmək istəyir"

    Vaşinqton Ankara və Moskva arasındakı münasibətlərə təsir etməyə çalışır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Beynəlxalq Diplomatiya Şurasının (RSMD) Proqram Koordinatoru Ruslan Məmmədov bildirib.
    Məmmədov bildirib ki, Stratford Universiteti Beynəlxalq Diplomatiya Şurasının ABŞ ilə Türkiyə arasında ortaq dəyərlərin olmadığını və Vaşinqtonun YPG-yə dəstək verməli olduğunu bildirən hesabatına rəğmən, hələ də belə düşüncə var ki, Türkiyə-ABŞ münasibətlərinin bir çəkisi var və Rusiya ilə Türkiyənin əlaqələrinə təsir göstərilir:

    Muxalifet3 - 21-11-2018

  9. ​İran nüvə sazişindən niyə geri çəkilmir? - Qasımi açıqladı

    İran Avropa ölkələrinin təkidlərinə görə nüvə razılaşmasından geri çəkilmir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasımi bildirib.
    "Avropa tərəfi Əhatəli Razılaşma Planını qüvvədə saxlamaq istəyir. Biz də Avropa Birliyinin üzv ölkələrinin təkidlərindən dolayı sazişi tərk etmirik. Onlar öz öhdəliklərini yerinə yetirməlidirlər", - Qasımi deyib.
     

    Muxalifet3 - 21-11-2018

  10. SON DƏQİQƏ: ​Suriya ordusu "Qafqaz əsgərləri" ilə savaşa başladı - NƏTİCƏ

    Suriya ordusu İdlibin cənub-şərqində Qafqaz mənşəli təşkilat Əcnad əl-Qafqazın (Qafqaz əsgərləri) genişmiqyaslı hücumunun qarşısını alıb.
    Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, bir neçə saat davam edən qarşıdurma nəticəsində ordu hücumun qarşısını almağı bacarıb, qarşı tərəfin loqistika kəmərləri silah, texnika və anbarları məhv edilib. Ancaq Suriya ordusunun çox saytda itki verdiyi bildirilib.
     

    Muxalifet3 - 21-11-2018

  11. ​Bolt Maradonanın komandasına transfer edilir?

    Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Meksikada davam etdirə bilər.
    Muxalifet.az xəbər verir ki, argentinalı əfsanəvi futbolçusu Dieqo Maradonanın baş məşqçilik etdiyi "Dorados de Sinaloa" klubu 32 yaşlı idmançı ilə müqavilə imzalamağa hazırdır.
    Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubunun düşərgəsində yer alsa da müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb. O, daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.
     

    Muxalifet3 - 21-11-2018

  12. ​Hərbi saziş Azərbaycanın səylərini möhkəmləndirəcək - Sixarulidze

    Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq artıq mövcuddur və Bakıda baş tutmuş görüşün yekununda növbəti sənədin imzalanması hər ölkənin bu regionda sülh və sabitliyin təmin olunması məsələsində digər ölkənin vacibliyini anladığı həqiqətinin təsdiqidir.
    Muxalifet.az xəbər verir ki, bunu trend -ə beynəlxalq məsələlər üzrə ekspert Arçil Sixarulidze üç ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında yeni sənədi şərh edərkən deyib.

    Muxalifet3 - 21-11-2018

  13. ​Bu pulların haradan gəldiyi bəlli deyil - Ruhaninin müavini

    İran banklarında çirkli pullar yuyulur, buna qarşı tədbir görülməsi lazımdır.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İran prezidentinin Hüquq Məsələləri üzrə müavini Laya Cüneydi çıxış edib.
    "Cinayət təşkilatları və ya narkotik qaçaqmalçılığından əldə edilən çirkli pullar şəffaflıq olmadığı üçün bank sisteminə daxil olur. Bu pulların haradan gəldiyi və hara getdiyi də bəlli deyil", - Cüneydi qeyd edib.
     

    Muxalifet3 - 21-11-2018

  14. ​ABŞ YPG üçün gizli şəkildə 300 yük maşını göndərdi - Foto

    ABŞ Suriyada YPG-nin yaratdığı Demokratik Suriya Qüvvələrinə silah və zirehli avtomobillər göndərib.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Suriyaya YPG üçün 300 yük avtomobili ilə dolu silah və zirehli maşınlar göndərib. Ağır silahların da yer aldığı hərbi yardım Türkiyənin reaksiyası səbəbilə gizli şəkildə reallaşdırılıb.

    Hərbi yardımın Suriyanın Deyr əz-Zor şəhərinə göndərildiyi bildirilib.
     

    Muxalifet3 - 21-11-2018

  15. ​Soros dövlətləri dağıdır, hətta Gəzi olaylarını... - Ərdoğan

    Gəzi hərəkatını maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi - Corc Soros.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
    "Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında nifaq salmağa, dövlətləri dağıtmağa xərcləyir", - Ərdoğan söyləyib.
    Qeyd edək ki, 2013-cü ildə İstanbulda Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
     

    Muxalifet3 - 21-11-2018

  16. ​ABŞ-Çin gərginliyi səngimir: Pekin DTT-dən çıxarılır?

    ABŞ Prezidenti Donald Trampın müşaviri Kevin Hasset Çinin Dünya Ticarət Təşkilatından çıxarılacağını iddia edib.
    Muxalifet.az xəbər verir ki, DTT-nin baş direktoru Roberto Azevedo da açıqlamasında ABŞ və Çin arasındakı ticarət müharibələrinin qlobal iqtisadiyyat üçün böyük bir təhdid olduğunu və milyonlarla insanı işindən edə biləcəyini söyləyib.
    O qeyd edib ki, ticarətdə əməkdaşlıq yenidən qurulmasa, çoxtərəfli ticarət sistemi ciddi şəkildə zərər görəcək.
     

    Muxalifet3 - 21-11-2018

  17. ​Şahzadə barədə cinayət işi açıldı

    Yəməndə soyqırımda əli olduğu üçün Əbu Dabinin vəliəhdi Məhəmməd bin Zayed əl-Nəhyan barəsində cinayət işi açılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fransada Prezident Emmanuel Makronla görüşmək üçün səfərdə olan Beynəlxalq Hüquq və Azadlıqların Müdafiəsi Alyansının vəkili Cozef Breham məlumat verib.
    Breham Zayedin Yəmən müharibəsinin səbəbkarlarından biri olduğunu bildirib.
    Qeyd edək ki, Yəməndə 4 il əvvəl şiddətlənən vətəndaş müharibəsi səbəbindən minlərlə mülki şəxs ölüb, milyonlarla insan aclıq təhlükəsi ilə qarşı-qarşıya qalıb.
     

    Muxalifet3 - 21-11-2018

  18. ​Prezident uşaqlarla bağlı qanun imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb.
    Muxalifet.az-ın oxu.az-a istinadən xəbərinə görə, qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib.
    Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
    Qanunun 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiyaya bunlar aiddir:
    4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,

    Muxalifet3 - 21-11-2018

  19. ​Bu ölkə nüvə reaktorunu işə salmağa hazırlaşır

    2020-ci ilin əvvəlində BƏƏ-də ilk nüvə reaktoru işə salınacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə BƏƏ-nin Nüvə Tənzimlənməsi üzrə Federal Xidmətinin (FANR) başçısı Krister Vikterson məlumat verib. O bildirib ki, gözlənildiyinə görə, BƏƏ-də ilk atom elektrik stansiyasının - “Baraka” AES-in operatoru olan “Nawah Energy” şirkəti elektrik stansiyasının istismara hazır olduğunu 2019-cu ilin sonunda elan edəcək.

    Muxalifet3 - 21-11-2018

  20. ​Azərbaycanda qızıl ucuzlaşdı

    Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
    Muxalifet.az-ın məlumatına görə, noyabrın 21-də qızılın qiyməti noyabrın 20-i ilə müqayisədə 2,618 manat azalaraq 1 unsiya üçün 2075,4875 manat təşkil edib.
    Gümüş 0,1212 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3376 manata bərabər olub.
    Platinin qiyməti 16,2775 manat azalaraq 1432,2415 manat, palladiumun qiyməti isə 36,805 manat azalaraq 1947,741 manat təşkil edib.
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 21-11-2018

Pages