Axtarış
The search found 105857 results in 0.109 seconds.
Search results
Azərbaycanlı oliqarxın “200” nömrəli qardaşı oğlunun lüks həyatı – FOTOLAR
“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun ailə üzvlərinin lüks həyatı hər kəsə məlumdur. Milyonçunun oğlu və qardaşı uşaqları bahalı maşınları sevir. Amma onların sevgisi təkcə avtomobillə kifayətlənmir. Belə ki, işləmədən pul “qazanan” oliqarx övladları göstərişi həddindən artıq sevirlər. Bu sevgilərini villalarının, avtomobillərinin, lüks həyatlarının fotolarını paylaşmaqla maksimum şəkildə göstərirlər. Deyəsən gənc milyonçular 200 rəqəmini də çox sevirlər.
Muxalifet4 - 21-11-2018
Britaniyaya zərbə, casus ittihamı: “Dostumuzdan bunu gözləmirdik...”
Britaniyalı 31 yaşlı elm adamı Metyu Hedgesin ömürlük azadlıqdan məhrum edilməsilə bağlı qərar Böyük Britaniya ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətləri korlayacaq.
Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant Hedgeslə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Londonun öz müttəfiqindən gözlədiyi məhkəmə qərarı belə deyildi.Muxalifet - 21-11-2018
“Rza mənə niyə arxalanmalıdır ki?" - AQİL ABBAS
"Rza mənə niyə arxalanmalıdır ki? Mən ona arxalanıram. Rza Rzadır. O heç kimə arxalanmır”.
Muxalifet.az xəbər verir ki, bunu "qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas aktyor Rza Rzayevin ona arxalanıb müəllimi döyməsi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.
Deputat bildirib ki, R. Rzayev Azərbaycanın qeyrətli oğlu, gözəl kinorejissorudur:
Muxalifet4 - 21-11-2018
DİQQƏT! Siqaret çəkənlər cərimələnəcək! – VİDEO
“Hamı çəkir, mən də çəkirəm” Ölkədə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul edilib. Qanunun qəbul edilməsi sosial obyektlərdə vəziyyəti müəyyən qədər dəyişdi, lakin dəyişiklik elə bununla da məhdudlaşdı. Digər ictimai yerlərdə, xüsusilə dayanacaqlarda yaşanan mənzərə dəyişməz olaraq qalır. ARB TV mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Əgər bir nəfər siqaret çəkirsə onun ətrafındakılar da passiv siqaret istifadəçisinə çevrilirlər. Siqaretin tüstüsü çəkəndən çox ətrafdakılara zərər verir. Sakin: “Düz etmirlər, çəkib atırlar”.
Muxalifet - 21-11-2018
Sabah məzənnə necə olcaq?
Noyabrın 22-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 22.11.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 21-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet - 21-11-2018
YAP ABEL MƏHƏRRƏMOVDAN İMTİNA ETDİ! – Rəhbərliklə birlikdə ziyarətinə imkan verilmədi - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının 26-cı ildönümüdür. Hakim partiya bu münasibətlə bir neçə tədbir keçirib, o cümlədən Fəxri Xiyabanda partiyanın qurucusunun – Heydər Əliyevin məzarı ziyarət olunub.
YAP rəhbərliyinin H.Əliyevin məzarını ziyarət etməsi zamanı maraqlı bir məqam diqqəti çəkib. Belə ki, son günlərin “qəhrəmanı” – Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik, YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov ziyarəti partiya rəhbərliyi ilə birlikdə yox, səhər saatlarında tək həyata keçirib.
Muxalifet4 - 21-11-2018
Putin Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşəcək
Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşə bilər.
Bu barədə Kremlin sözçüsü Dmitri Peksov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, görüş 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində baş tutacaq.
“Belə bir görüşü istisna etmək olmaz. Amma mən görüşdə nələrin müzakirə olunacağını bilmirəm. Hərçənd, onlar neft bazarındakı dəyişikliklər barədə fikir mübadiləsi apara bilərlər” – peskov deyib.Muxalifet - 21-11-2018
Səfər Mehdiyev BDU-nun diplomunu NECƏ ƏLDƏ EDİB? - İLGİNC
Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovla bağlı mübhəm məqamlar hələ də qalmaqdadır. Sabiq rektorun İspaniyaya sonuncu rəsmi səfəri zamanı baş vermiş qalmaqalla bağlı ortada açıq qalan kifayət qədər suallar var. İlkin iddialara əsasən Məhərrəmovun səfir oğlu olan Anar Məhərrəmov İspaniyada şərab biznesi ilə məşğul olurmuş. Rektor olan atası isə, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxinın təyyarəsi ilə 2 ton xam çaxırı İspaniyaya aparıb.
Muxalifet4 - 21-11-2018
Göyçayda ağır yol QƏZASI: 5 nəfər xəsarət aldı - FOTO
Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində,rayonun Mallışıxlı kəndi ərazisində baş verib.
Beləki,Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolunkənarındakı su kanalına aşıb.Muxalifet - 21-11-2018
Bu savaşda ABŞ-a məğlub olacağıq – Gürcü jurnalist
İnvestorlar “Netfliks” şirkətinin abunəlik potensialını 350 milyon olaraq qiymətləndirirlər. Şirkət də gözləntiləri doğrultmaq üçün vasitələr axtarır. Televizor, planşet və telefonlar əməkhaqqının ABŞ-dan dəfələrlə aşağı olduğu ölkələrdə istehsal olunur, amma standart abunə haqqının qiyməti çox yüksəkdir.
Axar.az xəbər verir ki, bu sözləri gürcü jurnalist, prodüser Tina Kandelaki çağdaş dünyada televiziya və internet arasında gedən rəqabətlə bağlı yazıb. O, bəzi maraqlı faktları açıqlayıb:Muxalifet - 21-11-2018
Goranboyun bu kəndinə təbii qaz verildi
Bu gün Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Open.az-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 150 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 890 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.Muxalifet - 21-11-2018
Tramp Səudiyyə Ərəbistanına təşəkkür etdi
Bütün dünyada Camal Qaşıqçı cinayəti səbəbiylə Səudiyyə Ərəbistanına təpkilər yağarkən, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına təşəkkür edib.
Muxalifet3 - 21-11-2018
“Azərbaycanın 5-ci kolonu”…” - Erməni xalqından Paşinyana ŞOK MÜRACİƏT
Ermənistanın Berdavan kəndinin sakinləri baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər.
Məktubda bildirilirb:Muxalifet - 21-11-2018
"Bütün apteklərdə var" - Bakıda narkotik alveri ilə məşğul olan qadın
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satışında təqsirləndiriən 35 yaşlı Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet - 21-11-2018
Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər - SORĞU KEÇİRİLİR
Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər.
Muxalifet.az xəbər verir ki, hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir.
Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək. Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız - Fərman Salmanov və Sabit Orucov da var. 1-ci Nijnevartovsk və və Surqut beynəlxalq hava limanları, 2-ci isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.Muxalifet - 21-11-2018
ASO nəhəng əməliyyata başladı: TSQ DƏSTƏK VERİR
TSQ-nin dəstək verdiyi Suriya Milli Ordusu (Ceyşül Vətəni) Afrində Şüheda əl Şarki cinayətkar qrupuna qarşı başlatdığı əməliyyatı Əl Bab, Azez və Cerablusa qədər genişləndirib.
Silahlı dəstələr zərərsizləşdirilir
Təhlükəsizlik zonası daxil edilən üç bölgədə cinayət törətdiyi aşkar edilən silahlı dəstələr zərərsizləşdirilir.
Suriya Milli Ordusu tərəfindən edilən açıqlamada, davam etdirilən əməliyyatlarda cinayətkar qruplarının çoxunun münaqişəyə girmədən təslim olduğu bildirilib.Muxalifet3 - 21-11-2018
“AZƏRBAYCANDA HƏR YERDƏ RÜŞVƏT VERMƏK LAZIMDIR” – Rus bankirdən ŞOK açıqlamalar
2005-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı “Nikoil” bankın idarə heyətinin sədri vəzifəsini tutmuş Vasiliy Xamaza, bu ölkənin mətbuatına Azərbaycanda işlədiyi illərdə qarşılaşdığı korrupsiya, rüşvətxorluq faktları ilə bağlı müsahibə verib.
V.Xamaza Azərbaycanda vəsaitlərin mənimsənilməsində ittiham edilib. Rusiyaya qayıtdıqdan sonra Azərbaycan tərəfi onu beynəlxalq axtarışa verib.
Muxalifet - 21-11-2018
PKK-da terrorçular bir-birinə girdi
Terror təşkilatı PKK/KCK, dağ heyətinə terrorçu təmin etmək məqsədilə qadın terrorçuları cazibə vasitəsi kimi istifadə edir.
Təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan və ya yaxalanan terrorçuların verdiyi ifadələr də PKK-nın sözdə rəhbərlərinin qadınlara baxışını ortaya qoyur. Kişi terrorçular qadın terrorçuları "cinsi alət" olaraq görür.Muxalifet3 - 21-11-2018
Aygün Kazımovanın duet ortağı evlənməyə hazırlaşır
Türkiyənin sevilən ifaçısı Sinan Akçıl uzun müddətdir aktrisa Burcu Kıratlıyla eşq yaşayır. Akçıl ilk dəfə verilişlərin birində evlənməyə hazırlaşdığını dilə gətirib. Cütlüyün gələn ilin əvvəlində evlənəcəyi ehtimal olunur: “Burdan açıqlamaq istəyirəm ki, evlənirəm. Bunu ilk dəfədir söyləyirəm. Bu günə qədər heç vaxt belə açıqlama verməmişəm. Çox xoşbəxtəm”. Xatırladaq ki, Sinan Akçıl bir neçə il öncə xalq artisti Aygün Kazımovayla birlikdə “İkinci sən” mahnısını ifa edib.
Muxalifet - 21-11-2018
Trampdan qızı ilə bağlı açıqlama: Gizlətməyə çalışmırdı...
ABŞ Prezidenti Donald Tramp qızı İvanka Trampın ünvanına səsləndirilən işgüzar yazışmalarda şəxsi poçt hesabından istifadə haqqında iddialara münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə CNN informasiya yayıb.
Tramp bu vəziyyəti keçmiş prezidentliyə namizəd Hillari Klintonun iştirakı ilə baş vermiş qalmaqalla müqayisə etməməyi məsləhət görüb.
“İvanka öz məktublarını gizlətməyə çalışmayıb. Bütün məlumatlar prezident arxivində var”, - Tramp bildirib.
ABŞ lideri həmçinin növbəti dəfə mətbuatı saxta xəbərlər yaymaqda ittiham edib.
Muxalifet3 - 21-11-2018