Axtarış
The search found 105857 results in 0.114 seconds.
Search results
"Elə planlayıram ki, maaşım ay ərzində mənə çatsın" — Deputatdan maaş artımı məsələsinə REAKSİYA
"Əgər bu gün bizim Qarabağ kimi problemimiz varsa, sıravi azərbaycanlıdan tutmuş deputata qədər hamı bu barədə düşünməlidir. Daha maaşın azlığı, çoxluğu bizim üçün əsas məsələ olmamalıdır".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirib.
Deputat deyib ki, indi Azərbaycan hökuməti Qarabağla bağlı görülən işlərə böyük vəsaitlər xərcləyir:Muxalifet - 16-11-2018
Müdafiə nazirinin istefasından sonra İsraildə kritik gəlişmə
İsrailin ən nüfuzlu qəzetlərindən “Jerusalem Post”, İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasından sonra ölkədə erkən seçkiyə gediləcəyini bildirib.
Xəbərə görə, İsrailin baş naziri Binyamin Netanyahu və təhsil naziri Nafta Bennett bir toplantı keçirib.
Bu görüşün sonunda erkən seçki qərarı qəbul olunub.
Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman, ötən günlər İsrailin Həmasla atəşkəs razılaşmasından sonra bunu əsas göstərərək istefa etmişdi.
Müxalifət.azMuxalifet3 - 16-11-2018
Abelin İspaniyadakı şərabı ... - VƏ OĞLUNUN ŞƏRAB BİZNESİ,+FOTO, VİDEO
Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmovun dini tolerantlıq adı altında keçirilən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Əli Evsenin təşkil etdiyi beynəlxalq konfransda şərabın güdazına getdiyi artıq məlumdur.
Muxalifet - 16-11-2018
TÜRKİYƏDƏN AÇIQLAMA: “Terrorçuları qazdıqları məzarlarda basdıracağıq”
Muxalifet.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Respublikasının 35-ci ildönümü ilə əlaqədar Lefkoşada Şimali Kipr Türk Sülhməramlı Qüvvələrini ziyarət edib.
Muxalifet - 16-11-2018
ABŞ nümayəndələri Azərbaycanda – İrana qarşı sanksiyaları izah ediblər
ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu noyabrın 13-dən 16-dək Azərbaycanda səfərdə olub.
ABŞ-ın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, qrupun üzvləri hökumət rəsmiləri və biznes dairələrinin liderləri ilə görüşüblər.
Diplomatik nümayəndəlikdən bildirilib ki, bu səfər ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılan görüşlər silsiləsindən ən sonuncusu olub.Muxalifet - 16-11-2018
Səudiyyə Ərəbistanının açıqlamasındakı cavabsız suallar!
Dünən Səudiyyə Ərəbistanının Baş Prokurorluğu tərəfindən Camal Qaşıqçı cinayəti haqqında edilən açıqlama dünyada böyük səs gətirdi. Ancaq açıqlamalardakı ziddiyətli məqamlarıı nəzərə aldıqda, ağıllarda bir çox cavabsız sual işarələri yarandı.
Cavabsız qalan və ilk ağla gələn o suallar:
-Cəsədin konsulluqdan çıxarıldığı məlumatına malik olmalarına baxmayaraq, Camal Qaşıqçı-nın cəsədinin harada olduğu, niyə açıqlanmadı?Muxalifet3 - 16-11-2018
Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” daim müştərilərinə göstərdiyi yüksək xidmətləri ilə seçilir. Son nəticələrə əsasən, Cağrı Mərkəzinə müraciət etmiş abunəçilər üçün göstərilmiş xidmət səviyyəsi ilin əvvəli ilə müqayisədə 20% artıb. Çağrı Mərkəzinə müraciət etmiş “Nar” abunəçilərinin 88%-i onlara göstərilən müştəri xidmətlərini ən yüksək balla qiymətləndiriblər. Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub.
Muxalifet4 - 16-11-2018
İstirahət günü hava necə olacaq?
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqazda gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.
Muxalifet - 16-11-2018
“Həmişə təqiblərə, təzyiqlərə məruz qalmışam...” - HACIBABA ƏZİMOV
1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, cəmiyyətdə “istiqlalçı deputat” olaraq tanınan, 1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olan, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun 80 yaş tamam olur.
Muxalifet4 - 16-11-2018
Putinlə Paşinyan telefonda danışdı
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanda baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan arasında telefon danışığı olub.
Muxalifet.az “news.am”-a istinadən xəbər verir ki, telefon söhbətində tərəflər Avrasiyaya inteqrasiya çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmır.Muxalifet - 16-11-2018
“Padişah xalı” şirkəti barəsində ciddi ittiham: “Xanım bizim hesabımıza…”
“Padişah xalı” təmizlik şirkəti barəsində redaksiyamıza şikayət daxil olub.
Şikayətçi Günel Manaflı bildirir ki, o, şirkətin xidmətindən istifadə edib, amma narazı qalıb. Buna səbəb isə yuyulması üçün verdiyi pərdənin bərbad hala salınmasıdır.
“Minval.info”ya danışan G.Manaflı deyib ki, şirkət həm ona maddi, həm də mənəvi ziyan vurub:
“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. 26 sentyabrda gəlib 3 pərdəmi apardılar. Sentyabrın 29-u isə gətirib asdılar. Pərdələrimdən biri yanmışdı.Muxalifet - 16-11-2018
Evini əcnəbiyə kirayə verən şəxs bilməlidir ki… - DMX rəisi
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov əcnəbilərə kirayə ev verilməsi və ya DMX-nə müvafiq yaşama icazələrinin alınması ilə bağlı müraciət edərkən əcnəbinin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi, yaşayış sahəsi verən şəxsin razılığı ilə bağlı bir neçə məqamı nəzərə çatdırıb.
Muxalifet - 16-11-2018
Vergilər naziri, nazir müavinləri, direktor... - Prezident bu məmurlarla bağlı sərəncam verdi
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alır:Muxalifet - 16-11-2018
Almaniyadan Camal Qaşıqçı açıqlaması
Almaniya Xarici İşlər Nazirliyinin sözçü yardımçısı Kristofer Burger, öldürülən Səudiyyə jurnalist Camal Qaşıqçı cinayətinə dair açıqlama verib.
Burger, Federal Mətbuat Mərkəzində verdiyi açıqlamada, Qaşıqçı cinayətilə bağlı gözləntilərinin "şəffaflıq" və "cinayətin boşluq olmayacaq şəkildə tam olaraq işıqlandırılması" olduğunu qeyd edib.
Səudiyyə orqanlarından dünən istintaq məsələsində daha bir addımın atıldığına işarə edən Burger, bunun yetərsiz olduğunu vurğulayıb.
Hələ də bir çox sual cavabsız qalıb
Muxalifet3 - 16-11-2018
Hücum hazırlığında olan İŞİD-çılar yaxalandı
İstanbulda terror təşkilatı İŞİD-a qarşı keçirilən əməliyyatda hücum hazırlığında olan əcnəbi əsilli 8 nəfər saxlanılıb.
Ünvanlarda aparılan aramalarda, çox sayda təşkilati proqram və rəqəmsal material ələ keçirilib.
Şübhəlilərlə bağlı polis əməliyyatları davam edir.
Müxalifət.azMuxalifet3 - 16-11-2018
"Düzgün oyun qurmağa çalışacağıq" - Qurban Qurbanov
"Çox danışmağa ehtiyac yoxdur, hər şey aydındır. Oyuna pis hazırlaşmamışıq. Düzgün oyun qurmağa çalışacağıq".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları komandası ilə ev oyunundan əvvəl deyib.
46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Pavel Paşayevin durumu necədir?
- Hər şey qaydasındadırMuxalifet - 16-11-2018
Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb
Güney Azərbaycanın “Sulduz” futbol komandası maliyyə sıxıntıları ucbatından liqa yarışlarının üçüncü dəstəsi ilə vidalaşıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sulduz” klubu İnstaqram səhifəsində məlumat paylaşıb.
“Təəssüf ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik! Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun Sulduz!”, - məlumatda qeyd olunub.Muxalifet3 - 16-11-2018
Kamal Abdulla yeni vəzifəyə seçildi
Noyabrın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Muxalifet3 - 16-11-2018
Türkiyəyə qarşı dənizdə TƏXRİBAT: Ərdoğandan kəskin REAKSİYA
ABŞ-ın "Exxonmobil" şirkəti Cənubi Kipr üçün Şərqi Aralıq dənizində karbohidrogen axtarmağa başlayıb.
Muxalifet.az xəbər verir ki, sözügedən ərazidə gəminin qazma işlərinə başladığı bildirilib.
Bu barədə məlumat verən Cənubi Kiprin Energetika naziri Yorqos Lakkotripis amerikalı həmkarı Frensis Fannonla Nikosiyada görüşüb.
ABŞ və Cənubi Kiprin birgə addımına reaksiya verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qarşısını almağı hədəfləyən cəhdlərə heç vaxt yol verməyəcəklərini deyib:Muxalifet3 - 16-11-2018
Daşkəsəndəki dəhşətli yanğınla bağlı cinayət işi açıldı
Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb.
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, noyabrın 14-də gecə saatlarında rayonun Quşçu kəndində beş nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.Muxalifet3 - 16-11-2018