Axtarış
The search found 105857 results in 0.101 seconds.
Search results
BAKIDA ŞOK OLAY: Cinayətkar tutularkən boğazını kəsdi
Bakıda cinayət törətməkdə şübhəli bilinən şəxs tutularkən özünə xəsarət yetirib.
Open.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Naməlum şəxs Eşqin adlı oğlanın telefonunu danışmaq adı ilə alaraq hadisə yerindən qaçıb.
Həmin ərazidə xidmət aparan Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları soyunğuçunu təqib edərək saxlayıblar.
Cinayət törədən şəxs polisin üzərinə ülgüc çıxarıb.Muxalifet - 15-11-2018
Səudiyyə Ərəbistanından daha bir “Qaşıqçı” açıqlaması
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
Cübeyr, "Hadisə böyük bir günah və böyük səhvdir. Cinayətə qarışan hər kəs araşdırılıb, mühakimə olunacaq. Hadisə hüquqi bir vəziyyətdir və siyasiləşdirilməsini rədd edirik. Hələ də cavabını gözləyən suallar var. Qaşıqçı işinin beynəlxalq səviyyəyə daşınması qəbul edilməzdir" deyib.
Cübeyr, şahzadə bin Salmanın Qaşıqçı cinayəti ilə heç bir əlaqəsinin olmadığını deyib.Muxalifet3 - 15-11-2018
Avropa İttifaqından kritik PKK qərarı!
Avropa Ədalət Divanı, PKK-nın Avropa Birliyinin (Aİ) terror təşkilatları siyahısında qalmasına hökm edib. Mərkəzi Lüksemburqda yerləşən Avropa Ədalət Divanının alt məhkəməsi, terror təşkilatı PKK-nın Aİ Şurasına qarşı açdığı məhkəmə iddiasını qərara bağlayıb.
Məhkəmə, PKK-nın 2014-2017 illər arasında terror təşkilatları siyahısında tutulmasında üsul xətaları olduğuna, ancaq yeni qərarla PKK-nın Aİ Şurasının terror təşkilatının siyahısında tutulması lazım olduğuna hökm edib.Muxalifet3 - 15-11-2018
Türkiyədən Səudiyyə Ərəbistanının “Qaşıqçı” açıqlamasına ilk cavab
Səudiyyə Ərəbistanından gələn açıqlamaya Türkiyədən ilk cavab xarici işlər naziri mövlud Çavuşoğludan gəlib. Çavuşoğlu açıqlamanın bəzi hissələrini qənaətbəxş saymadığını deyib.
Çavuşoğlu bunları söyləyib:
“Səudiyyənin baş prokurorunun açıqlamasından əvvəl Səudiyyə XİN rəhbəri mənə zəng etdi, təxminən yarım saat sonra baş prokurorun edəcəyi açıqlamanı mənə bildirdi. Hazırda 11 nəfərin həbsdə olduğunu bilirik. 5-i haqqında ölüm cəzası istənilir. O beş nəfərin Türkiyə qanunlarına əsasən mühakimə olunması lazımdır.Muxalifet3 - 15-11-2018
Polşadakı ermənilərdən təxribat: Diasporumuz hərəkətə keçdi
Polşanın Poznan şəhərində Qlovna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub. Muxalifet.az xəbər verir ki, bu barədə Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib.
Muxalifet3 - 15-11-2018
Savelyev KTMT-nin İrəvana dəstəyindən danışdı: Təcavüz halında...
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev “Pravda.ru” informasiya agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) daxil olmasını müəyyən edən əsas amillər Ermənistanla qarşıdurma deyil, Bakının özünün siyasi iradəsi və Rusiya, Qazaxıstan, Belarus və Tacikistan kimi ölkələrin mövqeyi olacaq. O, əmin olduğunu bildirib ki, rəsmi şəxslərin bu və ya digər çıxışlarını siyasi spekulyasiyaya çevirərək onu qərəzli şəkildə yozmaq lazım deyil.
Muxalifet3 - 15-11-2018
Qarabağ icmasından Saakyanın səfəri ilə bağlı bəyanat...
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.
Muxalifet.az həmin bəyanatı təqdim edir:
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik.Muxalifet3 - 15-11-2018
ABŞ-ın Səudiyyəyə sanksiyası başladı - Qaşıqçı cinayəti
ABŞ Maliyyə Nazirliyi Camal Qaşıqçı sui-qəsdində iştirakdan dolayı Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya tətbiq edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə "Röyter" məlumat yayıb.
Sanksiya siyahısında vəliəhdin keçmiş müşaviri Səud Kahtani və Səudiyyənin İstanbuldakı konsulu Məhəmməd Uteybinin də olduğu bildirilib.
Muxalifet3 - 15-11-2018
XİN-dən Saakyanla bağlı bəyanat: Fransa hörmətsizlik edir...
Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib.
XİN-dən daxil olan məlumatda bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir.Muxalifet3 - 15-11-2018
Belarusla siyasi məsləhətləşmə keçirildi
Bakıda VI Azərbaycan-Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Belarus səfirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin konsulluq xidmətinin inkişafına dair təcrübə mübadiləsi, konsulluq, miqrasiya, sərhəd xidməti sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb, vətəndaşların hüquqları və qanuni mənafelərinin qorunması sahəsində xarici siyasət idarələri arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.
Muxalifet3 - 15-11-2018
Qərar verildi: 135 şəhid vərəsəsinə birdəfəlik ödəmə...
Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir. Artıq ödəniş prosesinə başlanılıb. Birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir.
Muxalifet3 - 15-11-2018
Səudiyyə Türkiyəni ittiham etdi: Qaşıqçı öldürüldükdən sonra...
Jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra Türkiyə və Qətər KİV-ləri güclü şəkildə anti-səudiyyə təbliğatı aparmağa başladı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib.
O bildirib ki, Səudiyyəyə qarşı təbliğat bu gün də davam edir:
“Bu, olduqca təsirlidir. Axı söhbət hüquq-mühafizə orqanlarının araşdırdığı cinayətdən gedir”.
Muxalifet3 - 15-11-2018
Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi
Saloniki məhkəməsi Gürcüstan vətəndaşının miqrantları qeyri-qanuni daşıdığına görə 290 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarıb.
Muxalifet.az xəbər verir ki, miqrantları daşıyan cinayətkar qrup iraqlı miqrantın ölümü ilə nəticələnən avtomobil qəzası zamanı saxlanılıb. Qrup doqquz dəfə miqrantları Türkiyədən Yunanıstanın Saloniki və Afina şəhərlərinə qeyri-qanuni yolla daşıyıb. Cinayətkar qrupun rəhbəri olan Gürcüstan vətəndaşı 290 il, onunla əlbir olan yunanıstanlı 69 il, moldovalı isə 36 il həbs cəzası alıblar.
Muxalifet3 - 15-11-2018
ABŞ yenə dinc sakinləri hədəf aldı: 17 ölü
ABŞ koalisiyanın Suriyanın Deyr əz-Zor bölgəsinin Bu-Badran kəndini bombalaması nəticəsində 17 mülki şəxs ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, koalisiya qüvvələri Hacin şəhəri və Şaafa kəndinə müntəzəm olaraq aviazərbələr endirir.
Muxalifet3 - 15-11-2018
Ramzan Kadırov dünyanı heyrətləndirən 5 yaşlı uşağa “Mercedes” bağışladı — VİDEO
Çeçenistanın rəhbəri Ramzan Kadırov 5 yaşlı çeçen Rəhim Kuriyevə “Mercedes” markalı avtomobil bağışlayıb.
Muxalifet.az xəbər verir ki, Rəhim Kuriyev 2 saat 26 dəqiqədə 4105 jim vurmuşdu.
Çeçenistanın idman naziri Musa Xanakirov da Rəhim barədə məlumat verib. Nazir bildirib ki, Rəhim fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub. Amma “Ginnesin Rekordlar Kitabı” bunu rəsmi olaraq qeydə almayıb. Kadırov isə bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək: “Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”.Muxalifet3 - 15-11-2018
Zaxarova: Bakıda Xəzərlə bağlı növbəti iclas keçiriləcək
Bu ilin sonunadək Azərbaycanda Xəzərin Su və Bioloji Ehtiyatlarının Mühafizəsi və Səmərəli İstifadəsinə dair Hökumətlərarası Komissiyanın ikinci iclasının keçirilməsi gözlənilir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, son vaxtlar elmi dairələrdə Xəzər məsələlərinə maraq xeyli artıb.Muxalifet3 - 15-11-2018
Britaniya AB-dən çıxır və parçalanır: şotlandlar müstəqillik istəyir...
Zamanı gəldiyində şotland xalqı müstəqilliyi seçəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Şotlandiya regional adminitrasiyasının baş naziri Nikola Sturgen deyib.
O, Britaniya və AB arasında Breksit anlaşmasını tənqid edərək, Şotlandiyanın Şimali İrlandiyaya nisbətən rəqabət gücünün azaldığını bildirib:
“Breksit prosesi Şotlandiyada müstəqillik meyllərini hər keçən gün gücləndirir. O gün gələcək və gələcəyinə də heç şübhəm yoxdur ki, bir gün şotland xalqı müstəqillik istəyəcək”.
Muxalifet3 - 15-11-2018
Bakı Dövlət Universitetində kameralar söndürüldü – ABEL MƏHƏRRƏMOVUN ƏŞYALARI DAŞINIR VƏ...
Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsas korpusunun birinci, ikinci və üçüncü mərtəbələrindəki bütün kameralar söndürülüb.
Muxalifet.az etibarlı mənbəyə istinadən xəbər verir ki, bu haqda BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı göstəriş verib.Muxalifet4 - 15-11-2018
Bu il qış çox sərt keçəcək
Bu il Azərbaycanda qış fəslinin çox sərt keçəcəyi gözlənilir. Müvafiq qurumlar indidən bu duruma hazırlaşmalıdırlar.
Muxalifet.az məlumatına görə, bu proqnozu ekoloq Telman Zeynalov verib.
Onun sözlərinə görə, qış fəsli vaxtından tez gələcək, havaların sərt və soyuq keçəcəyi gözlənilir.
Telman Zeynalov deyir ki, Günəşdə ləkələrin sayında azalma müşahidə olunur və bu ulduzun daha az aktivlik dövrü başlayır.Muxalifet3 - 15-11-2018
SON DƏQİQƏ: Gülən Türkiyəyə verilir? - TƏLİMAT
FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı qanuni yolların müəyyənləşdirilməsi üçün ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinə təlimat verib.
Muxalifet.az xəbər verir ki, bu barədə NBS Nyus məlumat yayıb.
Bildirilib ki, amerikalı və türkiyəli rəsmilər Gülənin Türkiyəyə təhvil verilməməsi durumunda Cənubi Afrikaya da göndəriləcəyini istisna etməyib.Muxalifet3 - 15-11-2018