Axtarış
The search found 105857 results in 0.176 seconds.
Search results
Saakaşvili Gürcüstan vətəndaşlarına MÜRACİƏT ETDİ
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənində hər hansı vəzifə tutmaq niyyətində olmadığını bəyan edib.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu o, “Facebook Live” zamanı deyib.
“Siz seçicilər nəyə imza atdığını bilməlisiniz. Kimdən qorxursunuz? Georgi Vaşadze ya Giya Vaşadzedən? Əgər məndən qorxursunuzsa, sizə deyirəm ki, mən hökumətə gəlmirəm. Hərçənd təhlükəli deyiləm”, – deyə o vurğulayıb.
Saakaşvili seçiciləri heç nədən qorxmamağa və Gürcüstanı düşmənə verməməyə çağırıb.Muxalifet - 15-11-2018
Samirə Əbdül SİRLƏRİNİ AÇDI: "Anam evə qayıdanda məni yataqda..." - MÜSAHİBƏ
"Koko Şanel "Moda keçir, stil isə qalır" deyirdi. Onun qənaətinə əsasən, sadə bir paltar daha yaxşıdır, çünki bu zaman fərdi üslub yaratmaq üçün aksesuarlara yer qalır. Aksesuar nə qədər bahalı, cəsarətli və orijinal olsa, geyim o qədər sadə olmalıdır. Aksesuarlar geyim tərzini tamamlayır və vahid kompozisiya yaradır. Aksesuarlar zəruri detallardır, onlar qadının xarakterini tamamlayır və vurğulayırlar, onun obrazına rəng qatırlar. Onlar Zoluşkadan bir şahzadə xanım yaradırlar və ya bir xanımı qorxunc Yeni il şam ağacına çevirə bilərlər".
Muxalifet - 15-11-2018
İsrailin “Dəmir Qübbə”si yerlə bir oldu – MİF ÇÖKDÜ
İsrail, Qəzzaya sui-qəsd qrupu göndərdikdən sonra gələn cavab tədbirlərilə çətin vəziyyətdə qaldı. İsrailin çox öyündüyü hava müdafiə sistemi, "Dəmir Gübbə" Həmasın 3 gündə atdığı 460 raketdən yalnız 100-nü zərərsizləşdirə bildi. Təl-Əviv rəhbərliyi "atəşkəs" istəmək məcburiyyətində qaldı. Müdafiə naziri Liberman isə bu qərarı tənqid edərək istefa verdi.
İsrail ordusu da raketlərin qarşısının alınmadığını etiraf edib. Ordudan edilən açıqlamada, “Dəmir Gübbə” müdafiə sisteminin atılan 460 raketin yalnız 100-nü zərərsizləşdirdiyi ifadə edilib.
Muxalifet3 - 15-11-2018
Yəhudilərdən “raket” üsyanı! İsrailə etiraz etdilər
Yüzlərlə Yəhudi, raket hücumlarına qarşı İsrailin təhlükəsizlik zəifliyi göstərdiyinə görə təpki olaraq, Qəzza sərhədinə yaxın bölgələrdə etiraz aksiyaları keçirib. İsrailin Kanal 10 televiziyasının xəbərinə görə, yüzlərlə insan ölkədəki təhlükəsizlik zəifliyinə reaksiya olaraq axşam saatlarında Qəzzaya yaxın ərazilərdəki Yəhudi yaşayış məntəqələrində keçirdikləri aksiyaları davam etdirib. Rezin təkər yandırıb, yolu bağladılar Xəbərdə, nümayişçilərin prospektlərdə avtomobil şinləri yandırdığı və bəzi yolları nəqliyyata bağlandığı qeyd olunub. Müxalifət.az
Muxalifet3 - 15-11-2018
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin Ağdərə rayonunda avtomobil qəzası baş verib.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, “Shamshyan.com” saytının yazdığına görə, dünən axşam saatlarında “Opel” markalı avtomobil yoldan çıxaraq dərin dərəyə yuvarlanıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin 57 yaşlı Varazdat Manukyan və 33 yaşlı Andranik Şaqinyan hadisə yerində, sürücü David Vanyan isə xəstəxanaya aparılarkən yolda ölüb.Muxalifet - 15-11-2018
PKK-nın “kamikadze dron” bazası müəyyən edildi
Son dövrdə Türk əsgərinin əməliyyatları ilə təngənəfəs olan terror təşkilatı PKK, pilotsuz dron hücumlarının sınağına başlayıb. 8 uğursuz dron hücumu təşkil edən təşkilatın, dron-lar üçün seçdiyi mərkəzin Şimali İraqda yerləşən BMT-nin himayəsində olan Mahmur düşərgəsində olduğu ortaya çıxıb.
Muxalifet3 - 15-11-2018
2 MİLYARD MANAT MƏNİMSƏYİB – Əli Həsənovla bağlı şok məlumat
“Qaçqınkom”da aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.
Muxalifet - 15-11-2018
“Qarabağla bağlı güzəşt olmayacaq...” – Sarkisyandan SƏRT AÇIQLAMA
Ermənistan Respublika Partiyası Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaq. Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda feysbuk səhifəsində partiya sədrinin birinci müavini Vigen Sarkisyan yazıb. “Biz konstruktiv müxalifət olacağıq və dialoqa həmişə hazırıq. Amma elə məsələlər var ki, biz güzəştsiz olacağıq. Hər şeydən əvvəl, bu, Dağlıq Qarabağ probleminə aiddir. Problem yalnız öz müqəddəratını təyin etmə hüququ ilə məhdudlaşdırılmır. Bu, bütün bizim ölkəmiz üçün ən əhəmiyyətli təhlükəsizlik məsələsidir”, - o bildirib.
Muxalifet - 15-11-2018
Səudiyyənin Baş Konsulluğu Qaşıqçının məzarına çevriləcək: “Camalın səsi onları boğacaq”
Türk-Ərəb Media Dərnəyi nin(TAM) başqanı Turan Kışlakçı, "Səudiyyə Ərəbistanının Baş Konsulluğu Camal Qaşıqçının muzeyi və qəbri olsun" kampaniyası çərçivəsində təxminən 20 iş adamının ərazini satın almaq üçün hazır olduğunu bildirib.
Muxalifet3 - 15-11-2018
“Hamı mənə baxır, deyir ki, bunun danışmağa üzü də var” - Tahir Kərimli
“Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun cəmiyyətə çatdırılar. Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuna uyğun olaraq bütün məsələlər barədə fikirlərini bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququnu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var... Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.Muxalifet - 15-11-2018
“Brexit” anlaşmasında tarix bəlli oldu
Aİ Şurasının sədri Donald Tusk, “Brexit” anlaşmasının imzalanması üçün noyabrın 25-də sammit keçiriləcəyini açıqlayıb.
Aİ Şurasının sədri Donald Tusk, Britaniyanın Avropa İttifaqından çəkilməsi ilə bağlı olaraq Aİ Komissiyası ilə Britaniya arasında varılan razılaşmanın təsdiq olunması üçün Avropa Birliyi üzvü olan ölkələrin dövlət və hökumət başçılarını 25 noyabrda toplantıya çağıracağını bildirib.Muxalifet3 - 15-11-2018
Çeçen milyonerin qardaşı qızının DƏBDƏBƏLİ TOYUNDAN GÖRÜNTÜLƏR – VİDEO
Çeçen milyoneri Umar Cəbrayılovun qardaşı qızı, Moskva Dövlət Universitetinin tələbəsi, 22 yaşlı Ayna Cəbrayılova Moskvada Louis Vuitton və Versace brendlərinin malları ilə doldurulan 300 min dollar dəyərində olan 32 çamadan cehizlə ərə gedib.
Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, Ayna neft biznesi ilə məşğul olan 26 yaşlı çeçen Haydar Şəripovla ailə həyatı qurub.
Bu haqda informasiyanı Daily Mail nəşri yayıb.Muxalifet - 15-11-2018
"Libermanın istefası İsrail-Azərbaycan əməkdaşlığını məhdudlaşdıra bilməz" – HƏRBİ EKSPERT
İsrailin Müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefasını elan edər-etməz, erməni ekspertlər "analitik hesabatları"nı təqdim etməyə başladılar. Bu hesabatlarda, artıq İsrail mütləq Ermənistana diqqət yetirəcək və onun naminə Azərbaycanla hərbi-texniki əməkdaşlığı məhdudlaşdırmağa başlayacaq kimi qeyri-real iddilar irəli sürüldü.
Muxalifet4 - 15-11-2018
Deputat spikerdən xahiş etdi – “Nazirə deyin, bu adamları qəbul etsin”
“Milli Məclisin qarşısına şəhid ailələri toplaşıb”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin iclasında deyib. Deputat Milli Məclisin sədri Oqtay Əsədovdan belə bir xahiş edib: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Və birdəfəlik başa salsın ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.
Muxalifet - 15-11-2018
Həsənquliyev bu dəfə deputatlara MƏNZİL İSTƏDİ - "MİLLƏT VƏKİLİ ALDIĞI MAAŞLA EV TİKƏ BİLMƏZ"
Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin əməkhaqqının real şəraitə uyğun olmadığından artırılmasını təklif edib.
Muxalifet.az xəbər verir ki, Qüdrət Həsənquliyev deputatlar üçün mənzil tikintisinin yenidən bərpa lunmasını təklif edib.
Muxalifet4 - 15-11-2018
Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu - ASGARDİYA VƏTƏNDAŞLIĞI ÜÇÜN İLDƏ 100 AVRO...
Azərbaycan əsilli rusiyalı milyarder, S-300 və S-400 zenit-raket komplekslərini istehsal edən “Almaz Antey” korporasiyasının keçmiş rəhbəri İqor Aşurbəyli tərəfindən elan edilən “Asgardiya” adlı kosmik dövlətin vətəndaşlığına malik olmaq istəyənlər üçün illk haqq müəyyən edilib. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yayır.
Muxalifet - 15-11-2018
SAKİT OKEAN UĞRUNDA SAVAŞ - ABŞ Çini soyuq müharibə ilə HƏDƏLƏDİ
“Müharibə istəmirlərsə, böyük güzəştlərə getməlidirlər”
Muxalifet.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens niyyətlətinin Sakit okeana nəzarət eləmək yox, burada əməkdaşlıq eləmək olduğunu söyləyib. Pens deyib: “Əgər Çin, ABŞ və müttəfiqləri ilə soyuq müharibə aparmaq istəmirsə, siyasətlərində köklü dəyişikliklər aparmalıdır”.Muxalifet - 15-11-2018
Daha bir deputat ev istəyir - TAHİR KƏRİMLİ: "Milli Məclisdə çoxunun mənzilə ehtiyacı var"
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu təkliflə "Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.
Muxalifet4 - 15-11-2018
PKK daxilində hesablaşma: TERRORÇULAR EDAM EDİLDİ
Suriyanın Rasulayn şəhərində 2 PKK/PYD-li terrorçu edam edilib. Terror təşkilatının edamları ABŞ-ın PKK terrorçubaşlarının başına qoyduğu pul mükafatı səbəbindən təşkilatda baş verən parçalanmalara mane olmaq üçün həyata keçirdiyi iddia edilib.
Yerli mənbələrdən alınan məlumatlara görə, Rasulayn şəhərinə bağlı Tel Arkam kəndində iki terrorçu edam edilib. Rasulayn - Telabyad avtomobil yolunda nəzarəti təmin edən 2 terrorçunun, kimliyi naməlum şəxs və ya şəxslər tərəfindən öldürüldükləri bildirilib.Muxalifet3 - 15-11-2018
Yük maşınının altında qaldı, orqanları YOLA TÖKÜLDÜ
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Muxalifet - 15-11-2018