Axtarış
The search found 105857 results in 0.17 seconds.
Search results
Ulduz futbolçu gecə klubunda 4 qadınla görüntüləndi - FOTOLAR
"Mançester Siti"nin argentinalı ulduzu Serxio Aquero "Mançester Yunayted" üzərində 3:1 hesablı qələbədən sonra ABŞ yollanıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, milli komandaların oyunlarına görə yaranan fasilədən istifadə edən futbolçu şəxsi təyyarəsi ilə istirahətə gedib.
Hollivudda bir gecə klubuna gedən futbolçu dünən gecə saatlarında 4 xanımla birlikdə görüntülənib. Klubdan çıxan Aquero fotolarınını çəkildiyini görərək üzünü gizlədib.Muxalifet - 15-11-2018
ABŞ-dan növbəti “baş qatma” açıqlaması: “YPG ilə əlaqəmiz müvəqqətidir”
Amerikalı üst səviyyə bir səlahiyyətli, terrorçu YPG ilə əlaqələrini müvəqqəti və taktiki kimi qiymətləndirib.
ABŞ rəsmisi, PKK-lı terrorçubaşılarının başına mükafat qoyulmasının Türkiyənin narahatlıqlarına cavab olduğunu bildirib. YPG-li terrorçularla Amerikan əsgərlərinin birlikdə patrul gəzməsini isəSuriya strategiyasının bir hissəsi adlandıran ABŞ rəsmisi, “Münasibətlərimiz keçici və aksiya yönümlüdür. Fəratın şərqinə hərəkat məsələsində Türkiyə də bizi anlamalıdır" deyib.
TÜRKİYƏ DƏ BİZİ ANLAMALIDIR
Muxalifet3 - 15-11-2018
Qocalar evinə yerləşdirilən bu qadın nazirin xalası qızıdır - FOTO
Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır.
Unikal.org-un əldə etdiyi məlumata görə, Səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib. Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır.Muxalifet - 15-11-2018
Eldar Əzizov Bakının MERİ TƏYİN OLUNDU
Prezident İlham Əliyev Eldar Əzizovla bağlı sərəncam verib.
sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, E. Əzizov bir müddətdir Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi./ModernMuxalifet - 15-11-2018
MKİ-də işgəncə üsulları: DƏRMANLA DANIŞDIRMA LAYİHƏSİ
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ), 11 sentyabr hücumlarından sonra həbs etdiyi “terror şübhələrini dərmanla danışdırma üsullarına qarşı bir layihə" üzərində çalışdığı ortaya çıxıb.
"Project Medication" kimi tanınan layihənin detalları, Amerika Mülki Azadlıqlar Həmkarlar İttifaqlarının "İnformasiya Əldə Etmə Haqqı Qanunu" çərçivəsində məhkəmə qərarı əldə etdiyi "Səhiyyə Xidmətləri Ofisinin Nəzarət, Həbs və Mühakimə Etmə Proqramında İştirakı Barədə Səhiyyə Nazirinin görüşləri" adlı hesabatda yer alıb.
Muxalifet3 - 15-11-2018
Azərbaycan dilini bilməyən burda oturmasın - SPİKER
Azərbaycan dili dövlət dilidir, erməni olmur, kim olur-olsun bu dili bilib, gəlib burada oturmalıdır.
Bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə etirazına münasibət bildirərkən deyib.
Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:
“Mən burada erməni, ya da başqa dildə tərcüməçi otuzdurmalı deyiləm ki? Burada olan ermənilər hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.Muxalifet - 15-11-2018
İngilis mətbuatında ŞOK İDDİA: Qəzzaya hücum Kaşıkçı gündəmini dəyişmək üçün imiş?
Muxalifet.az xəbər verir ki, İngiltərədə dərc edilən “Middle East Eye” (Yaxın Şərqin Gözü) saytı qəribə bir iddia irəli sürüb. Qəzetin yazdığına görə, beynəlxalq arenada küncə sıxışan Səudiyyə şahzadəsi vəliəhd Məhəmməd bin Salman tənqid oxlarından xilas olmaq və gündəmi dəyişdirmək üçün İsrailin baş naziri Binyamin Netanyahunu Qəzza torpaqlarına hücum eləməyə razı salıb.
Muxalifet - 15-11-2018
Putin: “Trampla görüşməyə hazıram”
Rusiya prezidenti Vladimir Putin 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazır olduğunu bəyan edib.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə Putin Sinqapurdakı III Rusiya-ASEAN sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.Muxalifet - 15-11-2018
Pərvin Abıyevadan sevgilisinə MESAJ
Tanınmış aktisa Pərviz Abıyeva 3 gün sonra Azərbaycanı tərk etməyə hazırlaşır.
Muxalifet.az publika-ya istinadən xəbər verir ki, Türkiyəyə köçməyə qərar verən kino ulduzu bundan sonra fəaliyyətini orada davam etdirəcək. Səfərə hazırlaşan aktrisa İnstaqram-ın hekayə bölümündə paylaşdığı fotolarla diqqət çəkib.Muxalifet - 15-11-2018
Səudiyyə Ərəbistanından “Qaşıqçı” həmləsi! Edamları tələb olundu
Səudiyyə Ərəbistanının Baş Prokurorluğu, Camal Qaşıqçı cinayətinə qarışdığı bildirilən 11 şübhəlinin 5-nin edamını istəyib.
Müxalifət.azMuxalifet3 - 15-11-2018
“Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” - SÜLHƏDDİN ƏKBƏR
“Bu, Azərbaycanın beynəlxalq aləmdə, ilk növbədə Avropa Birliyində nüfuzuna ciddi zərbə vuracaq”
“Azərbaycanın yolu kriminal, korrupsioner, avtoritar rejim yoludur. Yəni Putinin post-Sovet məkanına daxil olan MDP respublikalarının seçdiyi yoldur”Muxalifet - 15-11-2018
Səudiyyə Ərəbistanı Qaşıqçının cəsədinin parçalandığını etiraf etdi
Səudiyyə Ərəbistanının Baş Prokurorluğu, Qaşıqçı-nın cəsədinin parçalanaraq konsulluqdan çıxarıldığını etiraf edib.
Səudiyyənin baş prokuroru, Camal Qaşıqçı-nın meyitinin hissələrə bölünərək konsulluqdan çıxarıldığını bildirib.
Səudiyyə prokuroru, eyni zamanda Camal Qaşıqçı-nın öldürücü dərəcədə doza verilərək öldürüldüyünü açıqlayıb.
Səudiyyə prokuroru, 11 şübhəlidən 5-i üçün edam cəzası istəyib.
Səudiyyə prokuroru, Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanına gətirilmə cəhdinin müvəffəqiyyətsiz olmasından sonra öldürüldüyünü qeyd edib.Muxalifet3 - 15-11-2018
Sabah səhər Bakı-Sumqayıt qatarı işləməyəcək
Sabah Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Bakıdan saat 08:00-da yola düşən 6001, saat 08:30-da yola düşən 6003 və saat 08:55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08:50-də yola düşən 6010, saat 09:17-də yola düşən 6012 və saat 09:50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv olunacaq.
Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaq.Muxalifet - 15-11-2018
Səudiyyə prokuroru Qaşıqçı cinayətinin təlimatını verənin ismini açıqladı
Səudiyyə prokuroru, vəliəhd şahzadənin müşaviri Kahtaninin cinayət qrupu ilə görüşdüyünü açıqlayıb və Kahtanı haqqında cinayət işi açıldığını deyib.
Səudiyyə prokuroru, Qaşıqçı-nın cəsədini təslim alan yerli işbirlikçinin görüntüsünün də əldə edildiyini deyib.
Prokuror, Qaşıqçı cinayətinin tapşırığını edam qrupunun başındakı şəxsin verdiyini bildirib.
Bu açıqlama, Türkiyə tərəfindən yetərli sayılmayacaq və vəliəhd şahzadənin üstündəki şübhəni aradan qaldırmaq cəhdi kimi dəyərləndirəcək.
Müxalifət.azMuxalifet3 - 15-11-2018
Ekoloji təhsil sistemi Azərbaycanın uğurlarından biridir
Praktiki olaraq hər bir işçi dövlət hakimiyyətində və idarədə müvafiq ümumi və professional ekoloji hazırlığa ehtiyac duyur
Muxalifet - 15-11-2018
Kadırov tapançasına status yazdı, “blok” edildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.
Muxalifet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.
“Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, - deyə Kadırov öz postunda yazıb.
Muxalifet - 15-11-2018
"Qaçqınkom"da yüksək vəzifələrə YENİ TƏYİNATLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") yüksək vəzifələrə təyinatlar olub.
Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev məlumatı təsdiqləyib.Muxalifet - 15-11-2018
Bakıda sərnişin avtobusu yandı
Bakıda sərnişin avtobusu yanıb.
FHN-dən verilən məlumata görə, Binəqədi rayonunda "Otokar” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtobus yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 15-11-2018
Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası: GƏNC ALİMLƏR DƏ AYAĞA QALXDI
Ermənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.
“Report” xəbər verir ki, “Biz də varıq” şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər.
Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun “pis nümunə ola biləcəyi” vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də Yerevanda etiraz aksiyasına toplaşmışdılar.Muxalifet - 15-11-2018
GÖMRÜKÇÜLƏRİN MAŞINLARI TIXAC YARADIR - Gömrük Komitəsinin yeni binası nəqliyyatın hərəkətinə mane olur
Bu yaxınlarda Mətbuat prospektində, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yanında Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinin yeni binasının açılışı oldu.
Muxalifet.az narazı sürücülərə istinadən xəbər verir ki, gömrük işçiləri burada fəaliyyət göstərdikdən sonra Mətbuat prospektində böyük tıxaclar yaranmağa başlayıb. Hansı ki, sürücülər Dövlət Gömrük Komitəsinin sözügedən binasının açılışından əvvəl bu ərazidə heç vaxt tıxac olmadığını bildirirlər.Muxalifet4 - 15-11-2018