Axtarış
The search found 105857 results in 0.09 seconds.
Search results
Nazirlik “tüstülü restoranlar”la mübarizəni sərtləşdirdi
Ramal Bağırov: “Bakı-Abşeron ərazisində təxminən 90-a yaxın ictimai-iaşə obyektinə müvafiq qurğu quraşdırılıb”
Məhərrəmlik ayının başa çatmasından sonra iaşə obyektlərinin, şadlıq saraylarının fəaliyyəti genişlənib. Xüsusilə də Bakı şəhərində fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Yəni hər gün onlarla adama süfrələr açılır, yeməklər bişirilir. Bəs bu yeməklərin tüstüləri yenə də ətrafa yayılır?
Muxalifet - 16-11-2018
Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR
Noyabrın 15-də sürücülərə avtomobilin yan arxa şüşələrində jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatıb. Bu gündən etibarən isə avtomobilində jalüzlərdən istifadə edən sürücüləri cərimələyəirlər.
Məsələ ilə bağlı Muxalifet.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, bu gündən avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.Muxalifet - 16-11-2018
Abel Məhərrəmov erasının BİABIRÇI SONLUĞU: rektor özünü necə yandırdı...
BDU-nun rektorunun işdən çıxarılmasının olduqca müdhiş səbəblərinin olduğu deyilir: “Abel Məhərrəmov Madrid şəhərindəki restoranlardan birində içib dava salıb”; “Bakıdan İspaniyaya və geriyə çaxır daşıyıb”; “Səfir olan oğlu diplomatik toxunulmazlığından biznes maraqları üçün istifadə edib”...
Muxalifet - 16-11-2018
Məktəblilərin payız tətili başladı
Bu gündən Azərbaycanda məktəblilərin payız tətili başlayır.
Muxalifet.az xəbər verir ki, tətil noyabrın 16-dan 20-ə kimi davam edəcək.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün məktəblilərin növbəti 5 günlük qış tətili 27-31 yanvar tarixlərinə düşür. Bundan başqa, məktəblilər üçün 5 gün əlavə tətil də var ki, bu da 1-5 may tarixlərində nəzərdə tutulub.Muxalifet - 16-11-2018
Səudiyyə Ərəbistanı gözləmədiyi yerdən vuruldu
Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanına sanksiyalar hazırlayan ABŞ Senatının, silah satışının dayandırılması da daxil, bir sıra sanksiyaları ehtiva edən yeni bir qanun layihəsi hazırladığı bildirilib.
Nyu-Cersi-nin senatoru Demokrat Bob Menendez ilə İndiana senatoru Respublikaçı Todd Youngın rəhbərliyi altında hazırlanan layihəyə, Respublikaçı senatorlar Lindsey Qrehem və Susan Collins ilə Demokrat senatorlar Con Reed və Janna Shaheen də dəstək verib.Muxalifet3 - 16-11-2018
Faiq Ağayev Abel Məhərrəmovu TƏHSİLƏ LƏKƏ ADLANDIRDI - Foto
Xalq artisti Faiq Ağayev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsinə reaksiya verib.
Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə A. Məhərrəmovun “cap”sini paylaşaraq onu sərt bir şəkildə tənqid edib: “Varlığı ilə təhsil sisteminə illərdir ləkə gətirən tip”.Muxalifet - 16-11-2018
Azərbaycanda daha bir yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI VƏ...
Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub. Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.
Muxalifet - 16-11-2018
Vertolyot vurana qızıl vədi!
Rusiyanın beynəlxalq televiziya şəbəkəsi "RT”-nin İraqda ələ keçirdiyi sənədlər, terror təşkilatı İŞİD-ın, xidmətlərinə görə təşkilat üzvlərinə dolğun mükafatlar verdiyini ortaya çıxarıb. “Sputnik”-in bildirdiyinə görə, təşkilatda kimyəvi silah istifadə edənə gümüş, vertolyot vuran isə qızılla mükafatlandırılıb.
Vertolyot vurana 7 qızıl!
Muxalifet3 - 16-11-2018
Camaat Əkbər Hacıyevin işindən narazıdır... - "Azəriqaz" isə "problem yoxdur" deyir...
Sumqayıt, Xırdalan və Bakıətrafı qəsəbələrdə havalar soyuyan kimi təbii qazın verilməsində azalma olur; kənd rayonlarında isə əhali odun yandırır
Muxalifet - 16-11-2018
Silahlıların girov götürdüyü iranlı hərbçilərdən 5-i sərbəst buraxıldı
İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında yerləşən Mircave bölgəsindən qaçırılan 14 iranlı hərbçinin 5-i sərbəst buraxılıb.“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Qvardiyasının komandanı general Məhəmmədəli Cəfəri bildirib.
Onun sözlərinə görə, girovluqdan buraxılan hərbçilərin təhlükəsizliyi Pakistan dövləti tərəfindən qorunur.
Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.Muxalifet - 16-11-2018
Təhsil nazirinə yeni müavin təyin edildi
Təhsil nazirinə yeni müavin təyin edilib. Muxalifet.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub. İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib. Qeyd edək ki, 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyev təhsil nazirinin müavini Ceyhun Bayramovun təhsil naziri təyin olunması haqda sərəncam imzalayıb.
Muxalifet - 16-11-2018
Məşhurların yeni dəbi: Alt paltarında zibil atmaq - FOTOLAR
Şou dünyasının bəzi məşhurları son zamanlar yeni trendə imza atıblar.
“Ölkə.Az” xəbər verir ki, xüsusən də televiziyadan tanınan bəzi məşhurlar evlərinin qarşısına alt paltarında çıxıb zibil atırlar. Məşhur ingilis model Keti Prays da bu axına qoşulub.
Muxalifet - 16-11-2018
Bank müdirindən “6 milyon dolları sel apardı” iddiası: ÖLKƏ QARIŞDI
İraqda Mərkəzi Bankın sədri Əli Allak-ın, 5 il əvvəl təxminən 6 milyon dollarlıq əskinasların yağışların yol açdığı sel nəticəsində zərər görərək istifadəyə yararsız hala gəldiyini açıqlaması ölkədə "korrupsiya cinayəti" müzakirələrinə səbəb olub.
Mərkəzi Bank Ali Allak-ın bu açıqlaması "İraqda korrupsiya həyata keçirildi" mübahisələrini bərabərində gətirib.Muxalifet3 - 16-11-2018
Rusiya NATO-nun təliminə müdaxilə edib
Finlandiya, NATO-nun 25 oktyabr ilə 7 noyabr arasında həyata keçirdiyi təlimə Rusiyanın müdaxilə etdiyini iddia edib.
Finlandiyanın Müdafiə Nazirliyi, NATO-nun Norveç, Finlandiya və İsveçdə 25 oktyabr ilə 7 noyabr tarixləri arasında həyata keçirdiyi “Trident Juncture” təlimi zamanı Rusiyanın GPS sisteminə müdaxilə etdiyini iddia edib.Muxalifet3 - 16-11-2018
Məhərrəmovların Madriddəki şərab biznesi – FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub.
Muxalifet - 16-11-2018
Bədxərc Zamirəni 12 ilədək həbs gözləyir
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə 2019-cu ilin iyununda Londonda məhkəmə prosesi keçiriləcək. Z.Hacıyeva noyabrın 2-də İngiltərənin paytaxtı Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Muxalifet - 16-11-2018
Rusiya açıqladı: “ABŞ-a 3 tanker göndərdik”
Rus qazını aldığı üçün Avropa ölkələrini Rusiyanı bəsləməklə günahlandıran ABŞ, Rusiyadan mayeləşdirilmiş qaz aldığı ortaya çıxıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, "Vaşinqtondan gələn bütün mənfi şərhlərə baxmayaraq Rus mayeləşdirilmiş qazı ABŞ-a gedir. Təkcə son vaxtlarda Yamal SPG yatağından çıxarılan mayeləşdirilmiş qaz dolu ən azı 3 tanker, Amerika sahillərinə çatıb " deyib.Muxalifet3 - 16-11-2018
UEFA-dan PSJ-yə ŞOK CƏZA: ÇL-dən qovulacaq, Neymar və Mbappe isə...
UEFA Fransanın “Paris Sen-Jermen” komandasını Çempionlar Liqasından kənarlaşdıra bilər.
Muxalifet.az xəbər verir ki, buna səbəb klubun “Finansal Fair Play” qaydalarını pozması və qanunsuzluqlar etməsidir.
"Futbol sızıntıları” (Football Leaks) adlı qanunsuzluq hesabatlarının ortaya çıxmasından UEFA PSJ-nin şübhələndiyi sponsorluq razılaşmalarını yenidən analiz etməyə başlayıb. Bununla birlikdə, ulduz futbolçular Neymar və Mbappe transferlərinin də yenidən araşdırılacağı bildirilib.Muxalifet - 16-11-2018
İbrahim Mehdiyev təcili Türkiyəyə aparıldı - SƏHHƏTİ İLƏ BAĞLI
Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevin səhhətində ciddi problem yaranıb.
Yaxınlarından Unikal.org-a verilən məlumata görə, səhhəti ilə bağlı təcili Türkiyəyə aparılan İbrahim Mehdiyev ürəyindən əməliyyat olunub.
Sabiq başçının əməliyyatı Türkiyədəki xəstəxanaların birində həyata keçirilib.Muxalifet - 16-11-2018
Mənşəyi bilinməyən 500 kiloqram ət aşkarlandı
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.Muxalifet - 16-11-2018