Axtarış
The search found 105857 results in 0.116 seconds.
Search results
Vladimir Putin: "Neftin cari qiymətləri çox da sabit deyil"
"Neftin cari qiymətləri çox da sabit deyil, bir çox amillərdən asılı olaraq qalxa da, düşə də bilər".
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Sinqapurda jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.
Neft qiymətləri məsələsini Parisdə ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiklərini qeyd edən V.Putin OPEC+ çərçivəsində bundan sonra da çalışacaqlarını, bu formatın özünü doğrultduğunu diqqətə çatdırıb.Muxalifet - 15-11-2018
Abel Məhərrəmov özünü necə yandırdı - prezident rektoru bu səbəbdən qovdu? / Sensasiya - YENİLƏNDİ
Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Musavat.com -a verilən məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.
Muxalifet - 15-11-2018
"Koroğlu"da avtobus dayanacaqlarının yeri dəyişdirilir
HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır.Muxalifet - 15-11-2018
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
“Nar”-ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Muxalifet4 - 15-11-2018
İlham Əliyevdən Abel Məhərrəmovla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamla Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Muxalifet4 - 15-11-2018
İngiltərədə ARD-ARDA İSTEFALAR: Nazirlər Kabineti bir-bir boşaldır
İngiltərənin əmək və sosial müdafiə naziri Ester Makvey istefaya gedib.
Sosial media hesabı vasitəsilə baş nazir Tereza Meyə göndərdiyi məktubu paylaşan Makvey “bu səhər Nazirlər Kabinetindən istefa verdiyimi baş nazirə bildirdim” şərhini yazıb.
Qeyd edək ki, bu istefa bu gün İngiltərədə 3-cü belə hadisədir. Daha öncə Böyük Britaniyanın Breksit məsələləri üzrə naziri Dominik Raab və Şimali İrlandiya məsələlərinə baxan nazir Şaileş Vara da istefa verdiyini açıqlamışdı.Muxalifet - 15-11-2018
Abel Məhərrəmov işdən çıxarılmasından xəbərsiz olub – “İŞDƏYƏM, İCLAS KEÇİRİRƏM”
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov işdən azad olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Muxalifet.az-ın məlumatına görə, o, unikal.org-a özəl açıqlamasında bildirib ki, hazırda işdədir:
"İndi Bakı Dövlət Universitetində işdəyəm, pedoqoji kollektivin iştirakı ilə iclas keçirirəm".Muxalifet4 - 15-11-2018
Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxs - Şahin Əliyev dəfələrlə məhkəməyə çağırılsa da, gəlməyib.
Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb, lakin zərərçəkmiş şəxsi tapmaq mümkün olmayıb.
Buna görə məhkəmə onun barəsində təkrar məcburi gətirilmə qərarı çıxarıb.Muxalifet - 15-11-2018
“Paşinyan Qarabağı Azərbaycana satmağa hazırdır...” - Ermənistandan ŞOK AÇIQLAMA
“Ermənistanın mövcud hakimiyyəti Qarabağ məsələsində köhnə hakimiyyətin siyasətini davam etdirir”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu barədə “Yerkir” partiyasının lideri Zaruhi Postanjyan deyib.
2016-cı ildə “aprel müharibəsi”ni xatırladan Postanjyan Azərbaycan Ordusunun 800 hektar (əslində 2 min hektar) ərazini azad etdiyini bildirib.Muxalifet - 15-11-2018
BDU-nun 5 prorektoru da vəzifədən getdi? - ŞOK İDDİA
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsinin ardınca ali məktəbin 5 prorektorunun hamısınını işdən çıxarıldığı haqda məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, yayılan məlumatla bağlı axar.az-a açıqlamasında BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bu məlumatdan da xəbərsiz olduğunu bildirib.Muxalifet - 15-11-2018
"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşdi
Türkiyənin "Fənərbaxça" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, “sarı kanaryalar”a bundan sonra hollandiyalı mütəxəssis Ervin Kuman başçılıq edəcək.
57 yaşlı baş məşqçi cari mövsümün sonuna kimi “Fənərbaxça”da qalacaq. Əgər bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.Muxalifet - 15-11-2018
Nazirlik Bakıda yoxlamalar apardı: Məşhur klinika 1 milyon cərimə edildi
Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin 1 milyon manat məbləğində cərimə olunduğu iddia edilir.
Minval.info-nun əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi tərəfindən özəl xəstəxanalarda ciddi yoxlamalar başlanılıb. İddiaya görə, yoxlamalar zamanı “MedEra Hospital”da ciddi qanun pozuntusu aşkarlanıb.
Belə ki, klinikada çalışan həkim və işçi heyətinin böyük hissəsinin əmək müqaviləsi olmayıb. Hospital işçilərinin sayını az göstərərək vergidən yayınıb. Buna görə də, “MedEra Hospital” 1 milyon manat cərimə edilib.Muxalifet - 15-11-2018
ŞOK! Azərbaycanda 13 yaşlı qızı nişanladılar - FOTO
"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan verilişində dəhşətli faktın üstü açılıb.
"Ölkə.Az"-ın məlumatına görə, bir neçə gündür axtarışları davam edən 13 yaşlı Bircəxanım adlı qız tapılıb. Məlum olub ki, Bircəxanım özündən 11 yaş böyük oğlana nişanlanıb. Qızın nişanlısı bildirib ki, onu 11 yaşında toyda görüb və bəyənib.Muxalifet - 15-11-2018
Talıbın qarşısında rəks edən xanım aparıcı BİABIR OLDU: Ətəyi açıldı – VİDEO
Məşhur aparıcı Humay Muxtarova geyimi ilə yenidən diqqət mərkəzinə düşüb. A24.Az xəbər verir ki, müğənni Talıb Talehin konsertində aparıcılıq edən Humayın dərin yırtmaclı libası ona çətin anlar yaşadıb. Belə ki, aparıcı rəqs edən zaman onun bədəni görünüb. Bir qədər sonra o, libasını düzəldərək yenidən rəqsinə davam edib. Həmin görüntüləri sizə təqdim edirik:
Muxalifet - 15-11-2018
28 min əhaliyə ŞAD XƏBƏR - Prezident 6,6 milyon manat ayırdı
Prezident İlham Əliyev Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.Muxalifet - 15-11-2018
Abel Məhərrəmovun İspaniyadakı son ÇIXIŞI: “İnsanın əqidəsi elə olmalıdır ki...” - VİDEO
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən azad olunması ilə bağlı sensasion məlumat yayılıb.
Muxalifet.az unikal.org-a xəbər verir ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.
Muxalifet4 - 15-11-2018
FIFA Türkiyə klubuna transfer QADAĞASI QOYDU
FIFA Türkiyənin "Kayserispor" klubunu cəzalandırıb.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, qurum Türkiyə təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.
Səbəb "Kayserispor"un 2015-2016 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.
Qeyd edək ki, Adnan Tiqhaduini "Kayserispor"da cəmi 7 oyuna çıxıb.Muxalifet - 15-11-2018
Sabah bu rayonda SU OLMAYACAQ
Sabah Lənkəran şəhərinə və ətraf yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Muxalifet.az-a verilən məlumata görə, su təchizatı sistemlərində aparılan yenidənqurma işləri ilə əlaqədar məhdudiyyət yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Muxalifet - 15-11-2018
Britaniya baş nazirindən parlamentə XƏBƏRDARLIQ: “Milli maraqları nəzərə alın”
Böyük Britaniyanın baş naziri Tereza Mey parlamenti ölkənin milli maraqları naminə “Brexit” üzrə Avropa İttifaqı (Aİ) ilə razılaşdırılacaq yekun saziş layihəsini dəstəkləməyə çağırıb.
Bu barədə Tereza Mey parlamentin icmalar palatasında çıxışında deyib.
““Brexit” üzrə yekun saziş hazır olanda mən onu parlamentə təqdim edəcəm və parlamentdən xahiş edəcəm ki, sazişi dəstəkləsin.”Muxalifet - 15-11-2018
Almanlardan Türkiyəyə tərif: İSRAİLİ GERİDƏ BURAXDINIZ
Almaniyanın öndə gələn qəzetlərindən “Die Welt”, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin müdafiə sənayesində atdığı böyük addımları tərifləyənbir yazı qələmə alıb.
Muxalifet3 - 15-11-2018