Axtarış

The search found 105857 results in 0.091 seconds.

Search results

  1. ​Elçin Əhmədov Rusiyaya qayıtdı, Xəlilovlar qaçdı

    Azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı irəli sürülən ittihamların qondarma olması təsdiqini tapıb və “AyBaRus” ticarət evinin sahibi olan həmyerlimiz Rusiyaya qayıdıb.
    Musavat.com xəbər verir ki, onun barəsində əsassız ittihamlarla şikayət edən Xəlilov qardaşları – Famil, Namiq və Novruz isə Sankt Peterburqdan qaçıblar. Onların qondarma ittihamla istintaqa üz tutmalarında yönləndirici olmuş “müəllim” ləqəbli Eldar Qasımov da yoxa çıxıb.

    Muxalifet3 - 15-11-2018

  2. ​Fransa Minsk Qrupundan uzaqlaşmalıdır - Politoloq

    1994-cü ildən bugünədək ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həlli istiqamətində hansısa ciddi bir irəliləyişə nail ola bilməyib.
    Bu sözləri açıqlamasında analitik Ehtiram Aşırlı Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya səfərini və bu ölkədə keçirdiyi görüşləri şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərini ədalətlə, beynəlxalq prinsiplərə uyğun addımlar atmağa və fəal olmağa səsləyib:

    Muxalifet3 - 15-11-2018

  3. ​Babək və Qara Qarayev prospektlərinin kəsişməsində niyə tıxac yaranıb?

    Bu gün axşam saatlarında Babək prospektindən Qara Qarayev istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, tıxac müşahidə edilib.
    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, tıxac səbəbindən ətraf yollarda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtobusların intervalında gecikmələr olub. Mövcud vəziyyətin yaranmasına səbəb, Babək və Qara Qarayev prospektlərinin kəsişməsində körpüdə aparılan təmir işləridir.

    Muxalifet3 - 15-11-2018

  4. ​Qızıl-gümüş bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, noyabrın 15-də qızılın qiyməti noyabrın 14-ü ilə müqayisədə 15,776 manat artaraq 1 unsiya üçün 2060,5955 manat təşkil edib.
    Gümüş 0,2708 manat bahalaşaraq 1 unsiya üçün 24,0944 manata bərabər olub.
    Platinin qiyməti 3,1875 manat azalaraq 1421,1575 manat, palladiumun qiyməti isə 27,1575 manat artaraq 1916,0275 manat təşkil edib.
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 15-11-2018

  5. ​BAKININ MƏRKƏZİNDƏ BOMBA HƏYƏCANI – Prokurorluq və polis orqanları əməkdaşlarının yaşadığı binaya partlayıcı qoyulub?

    Bakinin mərkəzində, Üzeyir Hacıbəyov küçəsi 53 A ünvanında yaşayış binasının blokuna partlayıcı qurğu qoyulduğu iddia edilir. Muxalifet.az-ın məlumatına görə, hurriyyet.org-a məlumat verən sakinlər deyir ki, bu informasiya daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cəlb olunub. Məlumata əsasən, sakinlər yaşayış binasından təxliyyə olunub. Hazırda binada axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.

    Muxalifet4 - 15-11-2018

  6. ​Azərbaycana iş axtarmağa gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

    2018-ci ilin yanvar-oktyabr aylarında Türkiyə Məşğulluq Xidməti (İŞKUR) vasitəsilə Azərbaycana iş axtarmaq məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 80,88 faiz azalıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Xidmətin Baş idarəsindən bildiriblər.
    Qeyd olunub ki, göstərilən dövrdə Xidmətin dəstəyi ilə Azərbaycana 26 Türkiyə vətəndaşı gəlib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 110 nəfər azdır.
    İdarədən deyilib ki, 2018-ci ilin sentyabrında İŞKUR vasitəsilə Azərbaycana cəmi 4 Türkiyə vətəndaşı gəlib.

    Muxalifet3 - 15-11-2018

  7. Gürcüstan-Rusiya yolu bağlandı

    Gürcüstanla Rusiyanı birləşdirən hərbi dəhliz yolu əlverişsiz hava şəraiti səbəbindən bağlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
    Bildirilib ki, Moskva vaxtı ilə saat 19:30-dan etibarən sözügedən yola bütün növ nəqliyyat vasitələrinin girişi qadağan edilib.

    Muxalifet3 - 15-11-2018

  8. ​Kimlərə vergi güzəştləri ediləcək? - Nazir açıqladı

    Pos-terminallar vasitəsilə nağdsız şəkildə ödənişlərin həyata keçiriləcəyi təqdirdə Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
    Muxalifet.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi" verilişində deyib.
    Onun sözlərinə görə, qanun qəbul ediləcəyi təqdirdə pərakəndə ticarətdə nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq.

    Muxalifet3 - 15-11-2018

  9. ABŞ, F-35 və Türkiyə hesabatını Konqresə təqdim edib

    ABŞ-;n Müdafiə Nazirliyi (Pentaqon), Türkiyənin satın alması planlaşdırılan 100 F-35 təyyarəsi ilə bağlı hesabatını Konqresə təqdim edib.
     
    İRƏLİYƏ DOĞRU BİR ADDIM
     
    F-35-lərin Türkiyəyə göndərilməsi, bu hesabat Konqresə təqdim edilənə qədər təxirə salınmışdı;.O üzdən bu hesabatın təqdim edilməsi müqavilədə irəliyə doğru bir addım mənasına gəlir.
    ABŞ prezidenti Donald Tramp, Türkiyəyə F-35 döyüş təyyarələri təhvilini müvəqqəti olaraq dayandıran qanun layihəsini avqust ayında imzalamışdı.

    Muxalifet3 - 16-11-2018

  10. Əsabəli Mustafayev: “Talançı məmurların mülklərinin hərraca çıxarılması üçün hüquqi mexanizm mövcuddur”

    2019-cu ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı deputat Fəzail Ağamalı şəhid ailələrinə ödənilməli olan 264 milyon manatın mənbəyini göstərib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min nəfər qəhrəman vətəndaşımız şəhid olub.

    Muxalifet - 16-11-2018

  11. ABŞ-dan Fətullah Gülənin qaytarılması ilə bağlı açıqlama

    ABŞ rəhbərliyinin, FETÖ-nun başçısı Fətullah Gülənin ekstradisiyasına dair qanuni yolları axtardığı iddia edilib. Ancaq ABŞ Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Trampın belə bir göstəriş vermədiyi bildirilib.
     
    Qeyd edək ki, Amerikanın “NBC News” telekanalı, Donald Tramp rəhbərliyinin, FTB və nazirliklərə Gülənin ekstradisiyası ilə bağlı nələr edilməsinin araşdırılması təlimatını verdiyini iddia etmişdi.

    Muxalifet3 - 16-11-2018

  12. ​Xatirə İslam: "Arıq olsam, bundan da açıq geyinərdim" - FOTO

    Müğənni Xatirə İslam "5/5" verilişinə geyindiyi qalmaqallı libasından danışıb. 
    Muxalifet.az
    axşam.az-a istinadən bildirir ki, tez-tez geyimləri ilə gündəmə gələn sənətçi bildirib ki, hələ çəkisinə görə ürəyi istəyəni geyinə bilmir. 
    Xatirə arıqlayıb, daha da cəsarətli libaslar geyinmək arzusunda olduğunu söyləyib:

    Muxalifet - 16-11-2018

  13. Moskvaya qarşı “qaz” gedişi: Ermənistan Kremli şantaj edir

    Paşinyandan “Qazprom”a ağır ittihamlar - kritik 6 dekabr gözləntisi və erməni nəşrindən SOS; işğalçı ölkə rəhbərliyi Astana fiaskosu qarşılığında Rusiyadan qaz güzəşti qopara biləcəkmi?..

    Muxalifet - 16-11-2018

  14. Türkiyənin tərk etdiyi Liviya konfransı uğursuz oldu

    Türkiyənin "zirvə içində mini bir zirvə keçirdiyi" səbəbilə tərk etdiyi Palermo Konfransı haqda Ərəb mətbuatı "uğursuz oldu" deyə yazdı. İtaliyanın Palermo şəhərində keçirilən və Liviyanın gələcəyinin müzakirə olunduğu zirvə haqda London mərkəzli “el-Kuds əl-Ərəbi” qəzeti "Uğursuz Palermo zirvəsi Liviyalıların ümidlərini qırdı" başlığı ilə yazı dərc etdi.
     
     "Ümidlər qırıldı"
     

    Muxalifet3 - 16-11-2018

  15. ​TƏHLÜKƏ: Vulkanların aktivləşməsi zəlzələ olacağına işarədir

    Vulkanların aktivləşməsi bizə zəlzələnin olacağı haqqında məlumat verir.
    Muxalifet.az
    xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
    A.Əliyev apardıqları tədqiqatlara əsasən qeyd edib ki, güclü zəlzələ palçıq vulkanını oyadır.

    Muxalifet - 16-11-2018

  16. İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb - İCLAS KEÇİRİRMİŞ...

    Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb.Virtualaz.org xəbər verir ki, ötən gün əvvəlcə sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şaiyələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şaiyələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib: “Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.

    Muxalifet - 16-11-2018

  17. Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ

    "Azərbaycan qadınları müstəqildir, onlar demokratik respublikanın vətəndanşlarıdırlar. Siyasi, iqtisadi, sosial və mədəni sferalarda gender bərabərliyinə malikdirlər. Düşünürəm ki, onların geyim üslubları Avropa qadınlarının geyim üslubundan fərqlənmir. Əgər onlar Avropalı həmcinsləri ilə müqayisədə bəzən daha konservativ görünmək istəyirlərsə, bu, onların öz seçimləri olmalıdır, cəmiyyət və ailə tərəfindən diktə edilməməlidir. Öz yaradıcılığımda həmişə Azərbaycan mədəniyyətindən bəhrələnirəm. Mənim qadınım müstəqil və müasir ölkədə yaşayır".

    Muxalifet - 16-11-2018

  18. “Səudiyyəlilər hər kəsə meydan oxuyur – “Vaşinqton Post”

    Amerikanın “Vaşinqton Post” qəzeti, Səudiyyə Ərəbistanının Camal Qaşıqçı qətlilə bağlı yeni açıqlamalarının "cürətinə görə şok edici" olduğunu yazıb.
     
    Qəzetin yayım şurası tərəfindən "Səudiyyə Ərəbistanının Qaşıqçı-nın ölümü ilə bağlı son bəyanatlarındakı cürəti şok edicidir" başlığı ilə dərc olunan baş məqalədə, Səudiyyə rəhbərliyinin yeni açıqlamalarındakı ziddiyyətlərə diqqət çəkilib.
     
    "Səudiyyə hər kəsə açıq şəkildə meydan oxuyur"
     

    Muxalifet3 - 16-11-2018

  19. ​"Sovetski"də güclü yanğınla bağlı: FHN-dən AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, dünən gecə "Sovetski"də güclü yanğın olub. Yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə yanğın güclü olduğundan yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.

    Muxalifet - 16-11-2018

  20. ​Düşmən atəşkəsi pozmaqda davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki Əsrik Cırdaxan, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 16-11-2018

Pages