Axtarış
The search found 105857 results in 0.104 seconds.
Search results
Niderland Avropa ordusunun yaradılmasının əleyhinədir
Niderland baş naziri Mark Rütte Avropa İttifaqı ordusunun yaradılması təşəbbüsünə qarşı çıxıb.
Muxalifet.az xəbər verir ki, o, NATO-nun ölkəsinin müdafiə siyasətinin əsasını təşkil etdiyini bildirib.
Rütte Avropa ölkələrinin ümumi ordusunun yaradılması ideyasına müsbət yanaşmadığını vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı ordusunun yaradılması təşəbbüsü ilə Fransa prezidenti Emmanuel Makron çıxış edib. Onun bu təşəbbüsü ABŞ prezidenti Donald Tramp tərəfindən mənfi qarşılanıb.
Muxalifet3 - 16-11-2018
Yeraltı anbarlara nə qədər qaz vurulub? - SOCAR
Cari ildə yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub.
Muxalifet.az xəbər verir ki, bu barədə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov noyabrın 16-da “Azəriqaz” İstehsalat Birliyində 2018-ci ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər və payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.Muxalifet3 - 16-11-2018
Moqerini Türkiyəyə gəlir: Nələr müzakirə ediləcək?
Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və Avropa Birliyi Komissiyasının üzvü Yohannes Xan 22 noyabrda Türkiyəyə səfərə gəlir.
Muxalifet.az xəbər verir ki, qonaqların Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə geniş tərkibdə görüşü gözlənilir.
Görüşdə iqtisadiyyat, maliyyə, energetika, təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, miqrant və viza məsələrinin müzakirəsi nəzərdə tutulur. Bundan əlavə, Balkanlar, Suriya, İraq və Yaxın Şərqdə sülh prosesi nəzərdən keçiriləcək.Muxalifet3 - 16-11-2018
200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq
“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.
Muxalifet3 - 16-11-2018
"Bu, Azərbaycanda vəkilliyin sürətli inkişafının göstəricisidir"
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dünyanın ən qabaqcıl hüquqşünaslarının qatıldıqları “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi qardaş ölkədə vəkilliyin sürətli inkişafının göstəricisidir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədr müavini Hüseyn Özbək azərtac -a müsahibəsində deyib.Muxalifet3 - 16-11-2018
Salman "Roma"nı almaq istədi: Rədd cavabı...
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman İtaliyanın "Roma" futbol klubunu satın almaq istəyib.
Muxalifet.az xəbər verir ki, İtaliyanın "La Repubblica" xəbər portalının iddiasına əsasən, Salman təklif göndərib, ancaq klubun sahibi Ceyms Pallotta təklif rədd edib.
"Roma" futbol klubunun özünə yeni stadion tikmək üçün maliyyə mənbələri axtardığı bildirilib.
Qeyd edək ki, sözügedən klub ölkənin digər təmsilçisi "Latsiyo" ilə birgə oyunları Olimpiya stadionunda keçirir.
Muxalifet3 - 16-11-2018
Avropanın bu ölkələrindən həmrəylik: Məhrum edilə bilər
Macarıstan XİN-in başçısı Peter Siyyarto çexiyalı həmkarı Tomaş Petrşiçeklə görüşündə Avropa Parlamentinin Macarıstan barəsində məhkəmə prosesinə başlamaq tövsiyəsini tənqid etdiyinə görə Çexiyanın Nümayəndələr Palatasına təşəkkür edib.
Muxalifet.az xəbər verir ki, Brüssel Budapeşti Avropa İttifaqı (Aİ) dəyərlərini məhv etməkdə təqsirləndirir. İttihamlar Lissabon müqaviləsinin bəndlərindən birinə əsaslanır. İttiham hökmü Macarıstanı səs vermək hüququndan məhrum edə bilər.Muxalifet3 - 16-11-2018
Trampı qəzəbləndirəcək qərar: Ağ Evə girişi bərpa edildi
ABŞ məhkəməsi Ağ Evin CNN müxbiri Cim Akostaya mətbuat haqlarını geri verməsi barədə qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, məhkəmə hakimi Timoti Kelli Ağ Evin qərarının müvəqqəti olduğunu və bunun konstitusiyaya uyğun olub-olmamasının araşdırılacağını bildirib.
Qeyd edək ki, Ağ Evdə keçirilən müşavirələrin birində Trampla Akosta arasında mübahisə yaşanmışdı. Bundan sonra jurnalistin Ağ Ev binasına girişi qadağan edilmişdi.
Muxalifet3 - 16-11-2018
Güləşçimiz dünya çempionatının finalına yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.
Muxalifet.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.
O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.
Muxalifet3 - 16-11-2018
ABŞ ekspertləri Bakı və İrəvanda...
ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu hökumət həmkarları və biznes liderləri ilə görüşmək üçün Bakı, Tiflis və İrəvana səfər edibər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu idi.Muxalifet3 - 16-11-2018
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun “Beloçka” günəbaxan tumlarının reklamına çəkilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar bildiriblər ki, R.Mahmudov kimi bir ziyalının günəbaxan tumlarının reklamına çəkilməsi onlar üçün gözlənilməz olub.
Muxalifet.az xəbər verir ki, moderator.az-ın əməkdaşı R.Mahmudovla əlaqə saxlayaraq günəbaxan tumlarının reklamına çəkilməsinin səbəbini öyrənib.
R.Mahmudov açıqlamasında bildirib ki, bunu yaxınlarından birini həbsdən xilas etmək üçün edib:Muxalifet3 - 16-11-2018
ABŞ FETÖ-çunu Türkiyəyə ekstradisiya etdi
ABŞ-da həbs edilən FETÖ-çu Saleh Gözəgir Türkiyəyə ekstradisiya edilib.
Muxalifet.az xəbər verir ki, FETÖ-nun ABŞ-dakı fondunda işləyən Gözəgir bir azyaşlıya cinsi təcavüz etməkdə ittiham edilib.
Qeyd edək ki, sözügedən şəxs ABŞ-ın Texas Tibb Mərkəzinin nəzdindəki Baylor Tibb Kollecində doktorantura təhsili aldığı zaman Fort Bənd şəhərində (2015-ci il, 14-15 may) həbs edilib.
Muxalifet3 - 16-11-2018
ABŞ-dan İraqdakı tarixi razılaşmaya - Reaksiya
Bağdad və Ərbilin Kərkükdən Ceyhan limanına neft ixracına yenidən başlaması ilə bağlı əldə etdiyi razılaşmadan məmnunuq.
Bu açıqlama ilə ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqark çıxış edib.
"Kərkük neftinin Ceyhan və beynəlxalq bazarlara ixracının yenidən başlaması istiqamətində gözəl xəbərlər gəlir", - Makqark deyib.
Muxalifet3 - 16-11-2018
Paris Qarabağda iştirakını şübhə altına alır - Türk ekspert
Rəsmi Parisin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”lərinin Fransaya qanunsuz səfərlərinə mane olmaması, eləcə də fransalı parlamentarilərin Dağlıq Qarabağa səfərlərinin qarşısını almaması beynəlxalq hüquq norma və prinsiplərinə ziddir, eləcə də Fransanın ATƏT Minsk Qrupunda beynəlxalq vasitəçi qismində üzvlüyünü sual altına alır.
Bunu trend -ə türkiyəli ekspert Şirin Əli Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfərini şərh edərkən deyib.Muxalifet3 - 16-11-2018
Biz onları ölkələrinə geri göndərməliyik - Alman nazir
Almaniyanın Daxili İşlər naziri Horst Zeyehofer ölkə əyalətlərinin və federasiyanın daxili işlər nazirlərinin bu ayın sonunda Maqdeburqda keçiriləcək konfransının mövzularını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Almaniyada ağır cinayətlər törətmiş və milli təhlükəsizliyə təhdid yaradan qaçqınların Suriyaya deportasiyası məsələsi həmin mövzulardan biridir. Nazir bu gün jurnalistlərlə söhbətində deyib: “Bu məsələ nazirlikdə ciddi öyrənilir”.
Xatırladaq ki, qaçqınların Suriyaya qaytarılmasına müvəqqəti qadağanın müddəti bu ilin sonunda bitir.Muxalifet3 - 16-11-2018
SON DƏQİQƏ: Avropa müdafiəni ABŞ-dan gözləyir
Avropa ABŞ olmadan özünü müdafiə edə bilməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte vahid Avropa ordusunun yaradılması ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun fikirlərinə münasibət bilirərkən deyib.Muxalifet3 - 16-11-2018
Məmurları ən çox tənqid edən saytlar – ÖTƏN HƏFTƏNİN STATİSTİKASI
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 16-11-2018
Azərbaycanda qızıl həftəni bu qiymətlə başa vurdu
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Muxalifet.az-ın məlumatına görə, noyabrın 16-da qızılın qiyməti noyabrın 15-i ilə müqayisədə 5,831 manat artaraq 1 unsiya üçün 2066,4265 manat təşkil edib.
Gümüş 0,2569 manat bahalaşaraq 1 unsiya üçün 24,3513 manata bərabər olub.
Platinin qiyməti 13,4555 manat artaraq 1434,613 manat, palladiumun qiyməti isə 51,7225 manat artaraq 1967,75 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Muxalifet3 - 16-11-2018
Qaşıqçı ilə bağlı bu addım qəbuledilməzdir - Rusiya XİN
Moskva hesab edir ki, qətlə yetirilən Camal Qaşıqçı cinayətinin siyasiləşdirilməsi qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Moskva cinayətlə əlaqəsi olan hər kəsin mümkün qədər qısa müddətdə üzə çıxarılması və layiq olduğu cəzanı almalarının prinsipial əhəmiyyət daşıdığını və sözügedən məsələnin Krallığın nəzarətində olduğunu qeyd edib.
Muxalifet3 - 16-11-2018
General “Abşeron” gömrük postunda
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində və Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Muxalifet.az DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, DGK sədri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb.Muxalifet3 - 16-11-2018