Axtarış

The search found 105857 results in 0.104 seconds.

Search results

  1. ​Su-57 təyyarəsinin 30 hədəfi eyni anda izləyə bilməsinin sirri

    Su-57 hərbi təyyarələri yüksək dəqiqliklə 30 hava hədəfini eyni zamanda təqib edə bilir.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın V. V. Tixomirov Araşdırma İnstitutunun direktoru Yuri Belıy deyib.
    Su-57 qırıcı təyyarələrinin bənzərsiz xüsusiyyətlərindən danışan Belıy 30 hava hədəfinin eyni anda təqib edilməsinin sirrindən də söz açıb:
    "Təyyarənin hər hissəsində yerləşdirilən antenalar vasitəsilə belə bir imkandan yararlanmaq mümkün olur".
     

    Muxalifet3 - 14-11-2018

  2. ​Moskva İrəvanda vəziyyəti dəyişdirməyə çalışa bilər - Brayza

    Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə, çox güman ki, Nikol Paşinyan qalib gələcək və bu, İrəvanın kursunda köklü dəyişikliyə səbəb olacaq. Moskva isə buna qarşı çıxır.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayza deyib.
    M.Brayza oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa verən N.Paşinyanın hərəkətlərini "siyasi uzaqgörənlik" adlandırıb.
    Onun sözlərinə görə, Moskva hələ də Ermənistanın iqtisadiyyatını idarə edir və bununla siyasi elitaya təsir göstərir.

    Muxalifet3 - 14-11-2018

  3. ​Avropa Şurasının nümayəndə heyəti Ali Məhkəmədə

    Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə baş departamentinin insan hüquqları məsələləri üzrə direktoru Kristof Poirelin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

    Muxalifet3 - 14-11-2018

  4. “Hesab edirəm ki, bazardakı dəyişkənlik qeyri-müəyyənlikdən irəli gəlir..." - Nazir

    Neftin qiymətindəki ucuzlaşmanın qarşısını almaq üçün təcili tədbirlər görməyə ehtiyac yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
    “Hesab edirəm ki, bazardakı dəyişkənlik qeyri-müəyyənlikdən irəli gəlir. Neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə ehtiyac yoxdur. İstehsalçı ölkələr neftin qiymətinə dair qərar verərkən uzunmüddətli düşünməlidirlər”, - deyə nazir bildirib.

    Muxalifet3 - 14-11-2018

  5. ​Gürcüstanda seçkilərin ikinci turunun vaxtı açıqlandı

    Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28–də keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə qərar Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 14-də keçirilmiş iclasında qəbul olunub.
    Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” təşkilatının namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıblar.

    Muxalifet3 - 14-11-2018

  6. ​Azərbaycan kubokunda yenilik: ilk dəfə tətbiq ediləcək

    Azərbaycan kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Kubokun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin uğurlarını təkrarlasın.
    Muxalifet.az xəbər verir ki, bu sözləri futbol Azərbaycan kuboku yarışlarının 2018/2019-cu il mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

    Muxalifet3 - 14-11-2018

  7. ​Perinçəkdən şok: Ankara və Dəməşq danışıqlar aparır

    Yaxın vaxtda Türkiyə ilə Suriya arasında 6 görüş olub. Ən əhəmiyyətlisi də budur ki, Tehranda keçirilən bu görüşlər Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyinin tələbi ilə baş tutdu. Türkiyə mənbələrindən öyrəndik. Heç kimin bunu təkzib etmək ehtimalı yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək bildirib.
    Perinçək görüşlərin Türkiyə ilə Suriya hökumətlərinin nümayəndələri arasında baş tutduğunu bəyan edib:

    Muxalifet3 - 14-11-2018

  8. ​Cəhənnəmə çevrilmiş “cənnət”: qurbanların sayı 50 oldu - Foto

    ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı azı 50 nəfərə çatıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə departamenti məlumat yayıb.
    Bu gün səhər saatlarına olan məlumata görə, ölənlərin böyük əksəriyyəti – 48 nəfər noyabrın 8-də ştatın şimalında adı “cənnət” kimi tərcümə olunan Paradayz şəhəri rayonunda başlayan “Kemp” yanğınının qurbanı olub. Yanğınsöndürmə əməliyyatları zamanı, həmçinin 3 yanğınsöndürən xəsarət alıb.

    Muxalifet3 - 14-11-2018

  9. ​Artıq Qaşıqçı ilə bağlı bunun olması şərtdir - Çavuşoğlu

    Qətlə yetirilən jurnalist Camal Qaşıqçı üçün artıq beynəlxalq istintaqın aparılması şərtdir.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
     

    Muxalifet3 - 14-11-2018

  10. ​Azərbaycanın Küveytdəki səfirliyindən - Müraciət

    Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşlara müraciət edib.
    Muxalifet.az səfirliyin rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, müraciətdə qeyd edilir:
    "Əziz həmvətənlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır və hər hansı çətinlik olduğu təqdirdə səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir", - deyə müraciətdə bildirilir.
     

    Muxalifet3 - 14-11-2018

  11. ​Türkiyə İdlibdə böyük fəlakətin qarşısını aldı - Berqer

    Türkiyənin müdaxilələri ilə Suriyanın İdlib şəhərində böyük fəlakətin qarşısı alındı.
    Muxalifet.az xəbər verir ki, bunu Avropa Birliyinin Türkiyədəki nümayəndəsi Kristian Berqer bildirib.
    "Suriyanın yarısı dağılmış vəziyyətdədir və münaqişə siyasi həll yolundan uzaqdır. Ancaq Türkiyənin İdliblə bağlı müdaxilələri bölgədə daha bir fəlakətin qarşısını almış oldu", - Berqer söyləyib.
     

    Muxalifet3 - 14-11-2018

  12. ​Bu şəxslərin təqaüdü artırıla bilər – MM-də müzakirə

    Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevin rəhbərliyi altında təşkilatın həyata keçirdiyi islahatların və cəmiyyətin həssas təbəqələrinə qurumun yanaşma və iş üsullarını, təqdim etdikləri yeni proqram və layihələri, özəlliklə ölkənin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyi ilə hazırlanan və yaxın zamanlarda fəaliyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətini dəstəkləyirik və inanırıq ki, görülən işlər əhalinin, özəlliklə çətin vəziyyətdə olan hissəsi, əlillərin, işsizlərin həyatında müsbət rol oynayacaq.

    Muxalifet3 - 14-11-2018

  13. ​3 ölkə Türkiyəyə qarşı birləşdi - Sensasiyalı PLAN

    Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə Məhməd Acət yazıb. O bildirib ki, məqaləni ərəb hakimiyyətlərində, Körfəzdə, bağlı qapılar arxasında nələrin baş verdiyini, Türkiyəyə qarşı hansı çirkin oyunların oynanıldığını yaxşı bilən bir şəxsi dinləyərək qələmə alıb.

    Muxalifet3 - 14-11-2018

  14. ​Türkiyəyə Rusiyadan "sürpriz": tonlarla məhsul...

    Türkiyədən Rusiyaya ixrac edilən tonlarla sitrus meyvələri geri göndərilib.
    Muxalifet.az xəbər verir ki, Rusiya tərəfi belə bir qərar verməsinə səbəb kimi meyvə milçəyi təhlükəsini göstərib.
    Türkiyəli istehsalçılar isə vəziyyətin ciddi ölçüdə iqtisadi zərərlərə yol açacağını, Rusiyanın qərarını isə siyasi addım kimi səciyyələndiriblər.
    Qeyd edilir ki, sitrus meyvələrinin böyük hissəsi Çukurova bölgəsindən göndərilib.
     

    Muxalifet3 - 14-11-2018

  15. ​ABŞ-dan Kuba ilə bağlı daha bir addım

    ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiya siyahısını yeniləyib. Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, daha 26 şirkət siyahıya əlavə edilib. Onlardan 16-nın otel olduğu bildirilib. Məlumatda qeyd edilir ki, sanksiya tətbiq edilən şirkət və otellər kubalı hərbçilər tərəfindən idarə edilir.

    Muxalifet3 - 14-11-2018

  16. Terror təşkilatı PKK-nın sorğu otaqları ortaya çıxdı

    “Zeytun Budağı” hərəkatından sonra həyatın normala dönməyə başladığı Afrində terror təşkilatı PKK-nın təzyiq və zülmünün izlərini daşıyan işgəncə sorğu otaqları ortaya çıxıb.
     
    “Hürriyət” qəzetinin xəbərinə görə, TSQ-nin terror təşkilatından təmizlədiyi Afrinə gündə 1000 nəfər geri qayıdır. Əmim-amanlığın təmin edildiyi, məktəblərin açıldığı, kiçik fabriklərin, dükançıların işləməyə başladığı şəhərdə həyat hər gün bir az daha normallaşsa da, terrorun dəhşətli üzünü göstərən izlər də hələ durur.
     
    TUNELLƏR ORTAYA ÇIXDI
     

    Muxalifet3 - 15-11-2018

  17. ​Evi yananlara yeni evlər veriləcək - VİDEO

    Binəqədi rayonunda müvəqqəti yaşayış yeri yanan məcburi köçkünlər evlə təmin olunacaq.
    Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Kommitəsinin sədr müavini Fuad Hüseynov bu barədə Real TV-yə danışıb.
    Yanğın zamanı ümumilikdə 50 ailənin evinə ziyan dəyib. 14 ev tamamilə yararsız vəziyyətə düşüb. 36 ailənin mənzili isə hadisədən qismən ziyan çəkib.
    Pulları ödənilən məcburi köçkünlərin əksəriyyəti kirayə ev tapıb və artıq həmin mənzillərə köçüblər. Lakin bəzi sakinlər hələ də kirayə çadırlarda yaşayır.

    Muxalifet - 15-11-2018

  18. Səudiyyə vəliəhdinin İsraildən ŞOK İSTƏYİ: QƏZZANI VUR, GÜNDƏMİ DƏYİŞDİR

    2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda gerçəkləşən Camal Qaşıqçı cinayətinin baş səbəbkarı kimi göstərilən vəliəhd şahzadə Məhəmməd bin Salmanın özünü xilas etmək üçün Fələstinin Qəzza bölgəsini qurban seçdiyi ortaya çıxıb.
     

    Muxalifet3 - 15-11-2018

  19. İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər

    ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov  nazirlikdəki korrupsiya sxeminin ən vacib həlqəsi hesab olunurdu; yeni nazir reputasiyası korlanmış köhnə komanda ilə tam vidalaşır

    Muxalifet - 15-11-2018

  20. ABŞ qəzeti yazdı: Vəliəhd bin Salman üçün təhlükəli iki nəfər

    ABŞ-ın “New York Times” qəzeti, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hakimiyyəti və siyasəti üzərində təsirli olduğunu iddia etdiyi iki yaxın müşavirinin portretini səhifələrinə daşıyıb.
     
    "Səudiyyə şahzadəsinin yüksəlişində iki sadiq havadar" başlıqlı məqalədə, Səudiyyə vəliəhd şahzadəsinin iki yaxın dostu, Səud əl Katani ilə Turku əl Şeyxin, Səudiyyə şahzadəsi və icraatları üzərindəki təsirini qiymətləndirilib.

    Muxalifet3 - 15-11-2018

Pages