Axtarış
The search found 105857 results in 0.168 seconds.
Search results
Razim İsayev səhiyyə məmuruna 100 min dollar rüşvət verdiyini deyir - MƏHKƏMƏ NƏ QƏRAR VERDİ...
Qazaxıstanda Səhiyyə Nazirliyinin əczaçılıq və tibb fəaliyyətinə nəzarət Komitəsinin keçmiş sədri, “Milli elmi tibbi mərkəz” Səhmdar Cəmiyyətinin direktorlar şurasının rəhbəri Nazarbek Beysen azərbaycanlı biznesmendən 100 min dollar rüşvət almaq ittihamı ilə məhkəmə qarşısında dayanıb. Və hakim bu ittihamı sübut edəcək dəlillər olmadığını əsas gətirərək ona bəraət verib.
Muxalifet - 14-11-2018
Türkiyə masadan qalxdı: İtaliyadan açıqlama gəldi
İtaliyanın baş naziri Giuseppe Conte, Liviya konfransından sonra keçirdiyi mətbuat konfransında Türkiyənin konfransdan çəkilməsinə dair bir suala, "Türkiyə prezidentinin köməkçisi konfransı tərk etdiyi üçün təəssüf edirəm. Onun (Prezident müavini Fuad Oqtay) mətbuata açıqlamasını oxuyanda İtaliya əleyhinə bir ritorika görmədim" deyə cavab verib.
Giuseppe Conte, "Qəbul etməliyik ki, bu cür qərarlarla nəticələnən xüsusi həssasiyyətlər ola bilər" deyib.Muxalifet3 - 14-11-2018
Gömrükdə külli miqdarda dərman aşkarlandı
Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-11-2018
Sürücülərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiz
Sabah, noyabrın 15-də, ölkə ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə pərdə və jalüzün (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəsi üçün verilmiş icazənin müddəti başa çatır.
Muxalifet.az xəbərinə görə, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.Muxalifet - 14-11-2018
Gecə arvadından istədiyini ala bilməyən ərdən şok əməl: 2 uşağın gözü qarşısında...
Türkiyənin Qaziantep vilayətində dəhşətli cinayət hadisəsi baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, S.S. gecə saatlarında həyat yoldaşını 2 uşağının gözləri qarşısında öldürüb.
İddiaya görə, S.S. həyat yoldaşını oyadaraq oynamasını istəyib. Lakin rədd cavabı alan ər pnevmatik silahla qətl törədib.Muxalifet - 14-11-2018
Tramp Makronu «fakt qarşısında» qoyub – «NATO-ya görə, haqq ödəyəcəksiniz, yoxsa?»
Muxalifet.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Fransaya səfəri zamanı Makron tərəfindən irəli sürülmüş ümumavropa ordusu ideyasının tənqidinə yenidən qayıdıb.
Bundan əvvəl təhqirə məruz qalmış Tramp bu dəfə Fransanın NATO üzvü olmasını və bu məsələnin maliyyə tərəfini Makrona xatırladıb.Muxalifet - 14-11-2018
İtaliyadakı Konfransda nələr oldu? TÜRKİYƏ MASADAN NİYƏ QALXDI..
Liviyadakı 7 illik xaosa həll tapmaq üçün keçirilən sammit qalmaqalla sona çatıb. İtalyanlar sammit ərzində "Aralıq dənizi" adlı qeyri-rəsmi ayrı bir toplantı tərtib edib. Görüşün gizli gündəliyinə Türkiyə çox sərt reaksiya verib.
Haber7.com / Taha Dağlı
SÖZDƏ LİVİYA ÜÇÜN TOPLAŞDILAR
Muxalifet3 - 14-11-2018
Bağça müdiri barəsində cinayət işi başlandı - Uşaqların döyülməsinə görə
Bakıdakı "Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət işi başlanılıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Muxalifet - 14-11-2018
Gəncə hadisələrinə görə 60-dan çox şəxs həbs olunub, 5 nəfər məhv edilib - Mədət Quliyev
Noyabr ayının 14-də Qırğızıstan Respublikasının Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Muxalifet - 14-11-2018
Öcalanın sağ qolu İsveçrədə sığınacaq gözləyir
PKK-nın terrorçubaşıı Öcalanın sağ qolu olan və qırmızı bülletenlə axtarılan terrorçu Osman Ərdal İsveçrənin Sürix Hava Limanında sığınacaq verilməsi üçün gözlədiyi ortaya çıxıb.
PKK-nın strukturunda yer alan və 1998-də Abdullah Öcalan ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə qalan "Sarı Sadun" kod adlı Osman Ərdal, 9 oktyabrda Cənubi Afrikanın Yohannesburq şəhəri üzərindən Şimali İraqın Ərbil şəhərinə, oradan da Sürixə gələrək sığınacaq tələb edib.Muxalifet3 - 14-11-2018
Əsəd vətəndaşların ÇİYNİNDƏ GƏZDİ: İnanılmaz görüntülər - VİDEO
Suriya prezidenti Bəşər Əsəd Suveydə əyalətində Suriya ordusunun əməliyyatının gedişatında azad edilən sakinlərlə görüşüb.
Mualifet.az publika.az-a istinaden xəbər verir ki, əyalət 3 aydan çoxdur İŞİD terror təşkilatının nəzarətində idi.
“Bu, azad edilmiş girovların son qrupudur, ancaq heç kim Suriyanın başqa rayonlarında oğurlanmış və itkin düşmüş insanları unutmayacaq. Dövlət və onun bütün institutları bu insanların problemlərini prioritet görür və onları bütün mümkün üsullarla azad etmək niyyətindədir”, - Əsəd deyib.Muxalifet - 14-11-2018
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Vəliyev hazırda "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.Muxalifet - 14-11-2018
İranda iki nəfər edam edildi: Korrupsiya və maliyyə fırıldağı ittihamı
İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunublar.
Muxalifet.az İran KİV-inə istinadən xəbər verir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.
Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib.
Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar.Muxalifet - 14-11-2018
“İsrailə ciddi bir dərs verdik” – HƏMASDAN AÇIQLAMA
“Həmas” təşkilatının sözçüsü Sami Əbu Zuhri, Qəzzadakı Fələstin müqavimətinin işğalçı İsrailə ciddi bir dərs verdiyini söyləyib.
Əlcəzairdəki İslam təmayüllü ən böyük partiya “Sülh Cəmiyyəti Hərəkatı”, Qəzza ilə həmrəylik aksiyası keçirib.
Danışıqlar aparmaq üçün Əlcəzairə gələn Əbu Zuhri, mitinqdə çıxışında, İsrailin Fələstinli qrupların göstərdiyi müqavimət qarşısında təəccüb etdiyini bildirib.Muxalifet3 - 14-11-2018
Meryem Uzerlinin çimərlikdə verdiyi pozallar onu İFŞA ETDİ - Sinəsinə... (FOTO)
Tətil üçün Maldiv adasına gedən Türkiyənin məşhur aktrisası Meryem Uzerlinin son paylaşımı onu social şəbəkədə izləyən bir şəxsin gözündən qaçmayıb. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uzerlinin çimərlikdə bikini ilə verdiyi pozadan sonra onun slikon taxdırdığı ortaya çıxıb. Cazibədar vücudu ilə diqqət çəkən aktrisa növbəti dəfə plastik əməliyyata baş vurub. Meryem Uzerli bundan öncə paylaşdığı fotolarda fotoşopdan çox istifadə etdiyi üçün izləyiciləri tərəfindən tənqidə məruz qalmışdı.
Muxalifet - 14-11-2018
"Klinton, 2020-də yenidən prezidentliyə namizəd olacaq"
ABŞ-da 2016-cı ildə prezident seçkisində Donald Trampa uduzan Demokratların namizədi Hillari Klintonun 2020-də yenidən prezidentliyə namizəd olacağı iddia edilib.
Hillari Klintonun keçmiş müşavirlərindən Mark Penn və köhnə Demokrat Partiyalı siyasətçi Endryu Stein, Amerikanın “Wall Street Journal” qəzetində birlikdə qələmə aldıqları məqalədə, “Hillari Klintonun ölkənin ilk qadın prezidenti olmaq yolunda hələ tamamlanmamış bir missiyası və Trampa qarşı şəxsi kini var" deyib.Muxalifet3 - 14-11-2018
BDU-da Qolodomora həsr olunmuş “dəyirmi masa” ləğv edilib
Bakı Dövlət Universitetinin rəhbərliyi noyabrın 15-də 1932-33-cü illərdə Ukrayna Qolodomoruna həsr olunmuş "dəyirmi masa"nın keçirilməsi üçün yer ayırmaqdan imtina edib.
Ukrayna səfirlyi və BDU birgə tədbirin keçirilməsi barədə öncədən razılıq əldə etmişdilər. Tədbirdə Ukraynadan alimin çıxışı planlaşdırılmışdı. Ancaq tədbirə üç gün qalmış BDU öz vədindən imtina edib.
Bu səbəbdən sovet Ukraynasının milyonlarla vətəndaşının aclıqdan ölməsi mövzusuna həsr olunmuş "dəyirmi masa" noyabrın 15-də bu ölkə səfirliyinin binasında keçiriləcək.Muxalifet - 14-11-2018
DAHA BİR ELEKTRİK STANSİYASINDA PARTLAYIŞ – Yaralılar var
Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
“Report”un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet - 14-11-2018
Məmmədyarov erməni nazirlə görüşə hazırdır - XİN AÇIQLADI
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibət bildirib.
XİN-dən Muxalifet.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.Muxalifet - 14-11-2018
Daşnaklar Sərkisyana qarşı: Bir daha belə ittifaq olmayacaq
Biz səsimizin həlledici olmayacağı siyasi koalisiya formalaşdırmayacağıq.
Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan deyib.
“Biz Daşnaksütyun Partiyası olmadan qərarların qəbul edildiyi koalisiyalara bir daha daxil olmayacağıq. Bu bizim keçdiyimiz yolun əsas dəyərləndirməsidir. Məhz bu səbəb ucbatından biz qarşıya qoyulan hədəflərimizə çata bilmədik, amma artıq belə şey olmayacaq”, – deyə o bildirib.Muxalifet - 14-11-2018